Çağdaş Azərbaycan nəsri



Yüklə 6,83 Mb.
Pdf görüntüsü
səhifə36/56
tarix25.12.2019
ölçüsü6,83 Mb.
#30006
1   ...   32   33   34   35   36   37   38   39   ...   56

2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Zaur Həsənovun bu dəyərli əsərini oxuyandan sonra 



araşdırmalarıma,  daha  doğrusu,  yaddaşıma  bir  də 

qayıtdım,  daşlarla  bağlı  inanclarımızı,  deyimlərimizi, 

məsəllərimizi yazıb araya ərsəyə gətirməyi gərəkli saydım. 

El  arasında  “Daşatma”  adəti  də  olub.  Elliklə  yığışıb 



kiminsə daşını atardılar. Yəni dediyimiz bu “kimsə” El adı 

batırandırsa,  satqınlıq  edib  yurd  satıbsa,  dostunu  darda 

qoyub qaçıbsa, buna görə də Elə - Obaya xətər toxunubsa 

yığışıb  onun  “daşını  atardılar”...Bu  çox  ağır  cəza  idi; 

dediyim  bu  “Kimsə”  də  ona  atılan  bu  daşların  altında 

üzünü  döndərib  çıxıb  gedərdi,  bir  də  qayıtmazdı.  Eldən 

“dışqarı  “  olardı.    Ona  görə  də  dilimizdə    indi  də  tez-tez 

işlədilən    belə  ifadələr  var:  “mən  onun  daşını  atdım...”, 

“onun daşı çoxdan atılıb...” “Eldən dışqarı adamdı”. 

Son  dövrlərə  qədər,  yəni  bizim  uşaqlıq  çağlarımızda  

belə  bir  oyun  vardı:  beş-on  dənə  ağlı-qaralı  daşları 

qarşımıza səpələyir, gözlərimizi yumub: “Ağ daş, qara daş, 

Allah  mənə  bir  yoldaş”...-  deyə-deyə  ağı-qaradan 

seçməliydik.  

Ağ  daşları  kim  çox  seçərdi,  oyunu  udmuş  hesab 

olunurdu. 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

“Mənim daşım ağırdı” ifadəsi də var, mənə elə gəlir 



ki,  “  heç  kəsin  gözü  məni  götürmür”,  “hamı  paxıllığımı 

çəkir”  mənalarında  işlədilir...Belə  də  deyirlər,  “gəl,  daşı 

ətəyindən  tök...”  Uşaq  vaxtı  yağışdan  sonra  üfüqlərdən 

asılan göy qurşağına çatmaq üçün ətəyimizə daş doldurub 

üfüq boyu çox qaçmışıq. Nənələrimiz deyərdi ki, qurşağa 

çatsanız  ətəyinizdəki  daşlar  qızıl  olacaq.  Biz  də  yağışdan 

sonra:  “Nənə  qurşağı  əlimnən  tut”,  deyə-deyə  şehli 

yamaclar  boyu  yorulub  “əldən-dildən”  düşənəcən 

qaçardıq. 

Bir  də  deyərdilər,  ilin  ayın  axır  çərşənbəsində,  yəni 

çox-çox qədim adıyla desək, İl-Ay gecəsində atlar bir kərə 

gövşəyirlər,  başqa  vaxt  atlar  gövşəməz.  Kim  ətəyinə  daş 

doldurub  atın  gövşəməyini  görsə  daşları  qızıl  olacaq. 

Beləcə,  gözləyənlər  çox  oldu,  səhəri,  ətəyində  daş,  diri 

gözlə qarşıladılar, atların gövşəməyini görən olmadı. “Daşı 

ətəyinnən tök”, “at  gövşəməz”,  məsəli də  güman  ki,  ona 

görə yaranıb... 

 

*** 



 

www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Belə  deyirlər  ki,  bir  ana  qızını  köçürdəndə  cehiziylə 



yanaşı  cibinə  də  daş  qoydu:  “Bax  bu  daş  dinsə,  sən  də 

dinərsən”.  Gəlin  getdi  ər  evinə,  bir  müddət  dinib 

danışmadı.  Gördülər,  gəlin  danşmır,  elə  bildilər  laldı, 

gedib  üstünə  təzə  gəlin  gətirdilər.  Köhnə    gəlin  süd 

asmışdı, özü də çıxıb oturmuşdu taxtın üstündə, cibindəki 

daşı  da  ovcunda  tutmuşdu.  Təzə  gəlin  gördü  süd  daşır, 

dedi:  

-Ay lal gəlin, kar gəlin, südün daşdı, düşürsənə. 



Köhnə gəlin gözlənilmədən dilləndi: 

-Tumanı yəhər qaşında, 

Gözü ocaq başında 

Durub düşürsənə... 

Təzə  gəlin  ocağı  söndürməyə  yox,  qışqıra-qışqıra 

həyətə qaçır: 

-Muştuluğumu verin, köhnə gəlin danışdı! 

Köhnə  gəlinin  sirri  açılır;  daşı  cibindən  çıxardıb  tul-

layırlar... 

 

 



 

www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

*** 


 

Daşlarla  bağlı  mənim  bu  kiçik  tədqiqat  işimi  hər 

halda rus transkripsiyasıyla yanlış olaraq skif kimi oxunan 

işquz-oguzların  inancı  ilə  bir  hesab  edir,  minilliklərdən 

sonra  da  azərbaycan  türklərinin  həyatında  adət-

ənənəsində 

yaşadığı 

qənaətinə 

gəldiyimə 

görə 

sevindiyimi, qürur duyduğumu bildirirəm... 



 

Çöngə əhvalatı... 

 

Günlərin  birində  İlan  qayası  deyilən  bir  yerə  köç 

düşür.  Yaxınlıqdakı  kənddə də Aşıq Abbas  yaşayırdı.  Aşıq 

Abbasın  Nağı  adında  bir  oğlu  vardı.  Nağı  başının  tay-

tuşuyla  gedib  həmən  köçdən  bir  cöngə  oğurlayırlar, 

gətirib elə Aşıq Abbasgildə kəsirlər. Aşıq Abbas da qonşu 

kənddə toydaymış... Toydan qayıdır, görür ki, evdə yaman 

tünlükdü,  toy  evinə  oxşayır;  kabab  bişirənə  bax,  su 

gətirənə  bax,  odun  yaran  kim,  ocaq  qalayan  kim...  Aşıq 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

fikirləşir ki, yaxşı, oğlanlarımnan subayı yox, özüm də qırx 



ildi evliyəm, bə, bu toy kimin ola? 

Nağı atasının gəldiyini görüb özünü üstünə salır: 

-Dədə,  başına  dönüm,  bir  işdi  eləmişik,  açıb- 

ağartma! 

Aşıq  Abbas  öz-özünə  deyir,  yəqin  cavanlardan 

hansısa qız qaçırıb gətirib bizim evə: 

-Nolar,-deyir,-bala,  hamının  başına  gələn  işdi,  xoş 

gəlib, səfa gətirib. 

Oğlu deyir: 

-Uşaqlar başdan çıxartdı, mən getdim gətirdim... 

-Nə danışdığındı, belə- şelə  oğlu,- Aşıq yəqin elədi ki, 

oğlu evə ikinci arvad gətirib.- Oğul demərəm sənə, adımızı 

batırdın, iki uşağın ola-ola demək özünə toy eləyirsən? 

Cavanlardan  biri  işin  nə  yerdə  olduğunu  anlayıb 

deyir: 

-Abbas dayı, qız deyil, öküzdü, oküz... 



Aşıq yenə bir şey başa düşmür, deyir: 

www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-Ə bu neynirdi öküzü, evdə biri vardı daa... 



Nə  isə,  aşığı  bir  təhər  başa  salırlar  ki,  gətirdiyimiz 

doğrudan da öküzdü, cöngə... 

İndi sizə kimdən deyim, öküz yiyəsindən. Öküz yiyəsi 

görür  ki,  cöngə  yoxdu,  oranı  axtarır,  buranı  axtarır,  tapa 

bilmir.  Yer  bir  az  höyüş  imiş,  yəni  yaş...Kişi  öküzün  izini 

tutub  gəlir.  Gəl  ha  gəl,  gəlib  çıxır  düz  Aşıq  Abbasın 

qapısına.  Aşıq  Abbas  qapıya  çıxır,  sən  demə,  çoxdanın 

tanışlarıymış. Xoş beş, on beş, kişi də Aşıq Abbas kimi elə 

bilir toydu, deyir: 

-Aşıq,  çox  mübarəkdi,  ayağı  sayalı,  başı  dövlətli 

olsun, qoşa qarısınlar. 

Aşıq  öz-özünə  deyir,  “  kələfin  ucunu  kişi  də  itirdi”. 

Kişi də fikirləşir ki, “indi Aşığa necə deyim ki, öküzüm itib, 

izi də gəlib çıxır sənin qapına...” 

Aşıq  görür  ki,  Kişi  sözlü  adama  oxşayır,  yenə  öz-

özünə deyir, “yəqin öküz elə bunundu”, bir-iki addım irəli 

yeriyib əlindən tutur: 

-Gərək məni bağışlayasan, qardaş, səni özüm  çağıra-

caqdım. Oğlum gətirib utanmazlıq eləyib. 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Kişi yenə bir şey anlamır: 



-Əşi, yaxşı eləyib gətirib, bir qız bir oğlanın döyülmü, 

Allah mübarək eləsin. 

Ortaya kabab gəlir, Aşıq qabı Kişiyə sarı çəkib deyir: 

-Öz malın kimi ye... Öz halal malın kimi. 

Dörd yandan da him-cim eləyirlər ki, açıb ağartma... 

Amma  kişi  əlini  yeməyə  uzatmadı.  Aşıq  işi  belə  görüb 

arvadına baxır: 

   


-Sazı gətir görüm... 

Saz  gəlir,  görək  Aşıq    cöngə  yiyəsinə  nə  deyir,  necə 

deyir. 

 

   



And içim, arpa biçim, 

   


Başında bağı cöngənin. 

   


Gönünnən bir cüt çarıq, 

   


Tikəcək Nağı cöngənin. 

   


 

www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

   


Bu çuludu, bu alığı, 

   


Itlərə bəsdi qalığı. 

   


Dolanıb aranı, dağı, 

   


Yığılıb yağı cöngənin, 

 

   



Yəqin mələyir anası, 

   


Canım odlara yanası. 

Altında dovşan tanası, 

Budunda dağı cöngənin. 

 

   



Sağ yanınnan saldırdılar, 

   


Bir deyəndə öldürdülər, 

 

   



Gərdəyini qaldırdılar, 

   


Uçdu duvağı cöngənin. 

www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

 

   



Boyük oğlum gəlib ovdan, 

   


Kiçik oğlum düşüb tovdan, 

   


İndi axtar, çıxar evdən, 

   


Başı-ayağı cöngənin... 

 

Söz  tamama  yetir,  cöngənin  yiyəsi  işin  nə  yerdə 



olduğunu bilib çöngəni Aşığa bağışlayır... 

 

*** 



 

Dediyimiz fikrə qayıdaq... 

Bizim  özümüzə  olan  inamı  sarsıtmaq  istəyənlərsə 

heç  şübhəsiz,  bizi  bizdən  yaxşı  tanıyırdı.  Ona  görə  də 

hardan  başlamağı,  daha  doğrusu,  hardan  yapışmağı,  nə 

deməyi,  nece  deməyi  yaxşı  bilirdi.  “...Bunlar  köçəri-



gəlmələrdi,  hər  yerə  hardansa  gəlmədilər...”  “Bunu  de, 

www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

dönə-dönə de, yorulma, usanma söylə, sən gəlməsən, de. 

De,  bezdirənəcən  de,  yurdundan  soyut,  soyuyacaq. 

Özünün nəyi varsa, gözdən sal, dəyərsiz elə. Tarixini dəyiş, 

onun olub qarşına çıxan nə varsa tapdala, qır, dağıt, izini 

itir,  özünə  qayıda  bilməsin.  Elə  et  ki,  həmişə  başı  qarışıq 

olsun,  məsciddən  çıxmasın,  başı  duadan  ayılmasın. 

Mollası  nə  qədər  çox  olsa,  o  qədər  yaxşıdı.  Bütün 

imkanlarından-varından  yoxunnan  keç,  elə  elə  ki,  hər 

tində bir məscid olsun”. Yüzillər boyu üstüörtülü, açıq, gizli 

də olsa belə deyə-deyə müəyyən mənada bizi özümüzdən 

uzaqlaşdırmağı,  kökümüzdən,  soyumuzdan  soyutmağı 

bacardılar.  

Ona  görə  də  Rus  sovet  tədqiqatçısı  Padolnıy  “Sovet 

xalqlarının mənşəyinə dair” əsərində yazırdı. “Azərbaycan 

xalqı  ən  gənc  xalqlardandır,  Sovet  İttifaqı  yaranandan 

sonra əmələ gəlib...” 

Heç şübhəsiz, bu, onun Azərbaycan xalqını tanımadı-

ğından  irəli  gəlir.  Onun  tanıdğı  minilliklərin  dərin 

qatlarından  gələn  Azərbaycan  türkləri  yox,  rus-sovet 

təbliğatıyla  yaranmış  Azərbaycan  milləti  idi.  O  millət  ki, 

nümayəndələri,-üzdən  iraq  tarixçiləri,  tədqiqatçıları 



millətinin  yenicə  yaranmasıyla  fəxr  edirdi  və  yaltaqlıqla 

irişə-irişə  cavan  olmağını  elmi  əsaslarla  sübut  eləməyə 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

çalışırdı.  Onunçün  də  bir  çox  tarixi  əsərlərimiz  elə  o 



zamandan  rus,  erməni,  fars  şovinistləri  tərəfindən  alqış-

larla  qarşılanırdı.  Çünki  Padolnıya  bənzər  tədqiqatçılar 

bizim  bic toxumlar üzərində bitib böyümüş tarixçilərimizi, 

- millət nümayəndələrini tanıyırdı, bu nümayəndələr doğ-

rudan  da  rus  işğalından  sonra  meydana  çıxmış  millət-

lərdən  idilər.  Belə  tədqiqatçılar  da  yaddaşını  incidən 

qüdrətli  keçmişi  dağıtmaq  üçün    “erməniyə  dayı”  deyən 

millətin nümayəndələrindən istifadə edirdilər. 

 

*** 


 

Dədələr sözü... 

 

Deyərlər, ocağı elə yerdə qala ki, nəfəs ala bilsin.  

Deyərlər,  ocaqda  kösövlər  səs  elədisə,  ardınca 

danışan var. 

Dədələr  deyər,  ocağın  yan-yörəsi  kirli  gəlinin  çörəyi 

qarın doyurmaz. 

www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Dədələr deyər, süd içib, üstündən su içməyənlər, dan 

sökülməmiş  şehə  çıxanlar  mat  qalmışam,  niyə  min 

yaşamırlar. 

Üzü üstə uzanıb su içənlərin gözləri yaxşı görməz. 

Yuxudan ayılan kimi su içənlər yaxşı eşitməzlər. 

Ələ  -  üzə  boz  düşəndə  qaratikanın  yağıyla  yağlayın. 

Qaratikanın  yağını  almaq  üçün  kolunu  yandırıb  alovunu 

şüşəyə tutarlar, yağı belə almaq olar. 

Qalyan çubuğunun hisi dəmrovun dərmanıdı. 

 

Bulaq üstü tamaşa... 



 

Payızın  ala-qurşaq  çağında,  yəni  toyların  çox  olan, 

bəzək-düzək  vaxtında    gözəl  bir  qız  səhəngini  götürür, 

gedir,  bulaq  başına.  El  arasında  deyərlər:  Günəbaxan 

günə baxar, ərgən (yeniyetmə) oğlan gözaltısına... Nə isə, 

ərgən  oğlanın  gözü  qızdaydı,  gizləndiyi  yerdən  baxırdı.  

Qız  o  yana  baxdı-  bu  yana  baxdı,  gördü  heç  kəs  yoxdu, 

başmağını  çıxartdı,  hörüklərini  gərdənindən  endərdi, 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

yuyunmağa  başladı.  Oğlan  gizləndiyi  yerdən  çıxıb  qızın 



başmaqlarını gizlətdi... 

Qız da yuyundu, yaxandı, saçlarını yığdı, təzədən atdı 

gərdəninə,  istədi  başmaqlarını  geyinsin,  başmaqları 

yoxdu.  Qız  ora  baxdı,  bura  baxdı,  tapa  bilmədi,  başını 

qaldıranda oğlanı gördü. Aşıqlar demiş, qız ürəyidi, oğlanı 

görəndə  başmaq  yadından  çıxdı,  özünə  təzədən  düzən 

verdi,  yalın  ayaqlarını  görəndə  başmaq  yadına  düşdü. 

Başqa  çarə  yox  idi,  yenə  aşıqlar  demiş,  “saçından  üç  tel 

ayırıb” görək oğlannan başmağı necə istədi... 

 

Bulaq üstə duran oğlan,  



Bığlarını buran oğlan 

 

Ox-yayını quran oğlan, 



Ver mənim güllü başmağımı, 

Dabanı xallı başmağımı. 

 

Oğlan da elə bunu gözləyirdi, cavabında dedi: 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

 

   



Bulaq üstə duran laçın, 

   


Zülfün kəmənd necə açım, 

   


Gəl, səni götürüm qaçım, 

   


Mən də yox, güllü başmağın, 

   


Dabanı xallı başmağın. 

 

Qız  işin  daha  da  dolaşdığını  görüb  qardaşının  adını 



dedi ki, bəlkə qardaşından çəkindi: 

Çıxdım bulaq başına , 

Qərq oldum göz yaşına, 

Xəbər verrəm, qardaşıma 

Qaytar  telli başmağımı 

Allı- güllü başmağımı.  

 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Oğlan aldı, görək nə dedi: 



 

Endim bulaq başına, 

Sevgi çıxdı, qarşıma, 

Qurban ollam qardaşına 

Götür, telli başmağını, 

Dabanı xallı başmağını. 

 

Qız  başmağını  alıb  geyindi,  dönüb  bir  də  oğlana 



baxdı, gördü ürəyincədi, dedi: 

 

Bulaq üstə söz olu, 



Qonum-qonşu göz olu, 

Elçi göndər, düz olu 

Geydim telli başmağımı, 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Allı-güllü, başmağımı... 



 

Beləcə,  payızın  yelənində  bir  toy  da  cücərməyə 

başladı... 

 

Darağacı... 



 

1940-cı  illərin  sonlarına  yaxın  qonşuluğumuzdakı 

erməni  kəndində  erməni  uşaqları  balaca,-daha  doğrusu 

oyuncaq  bir  darağacı  qurub  sazı  darağacından 

asmışdılar...Mən  uşaqdım,  beş-altı  yaşım  olardı,  yaxşı 

yadımdadı, bizim kəndin adamları bazara gedirdi, mən də 

anamla onların arasındaydım. Dara çəkilmiş sazı görəndə 

arvadlar  ağlaşıb  vay-şivən  qopartdılar,  kişilər  əvvəl 

başlarını  saldılar  aşağı,  sonra  darağacına  sarı  getdilər  ki, 

sazı  açıb  götürsünlər,  erməni  uşaqları  hamımızı  daşa 

basdı...  Döngələrdən,  pəncərələrdən,  qapı  diblərindən 

erməni böyükləri çıxıb gülə- gülə yaxınlaşdılar: 

 -Zarafat  eləyirlər,  ay  kirvə...  -deyə-deyə  uşaqları 

aralayıb apardılar. 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Bizim  böyüklərimiz  də  özlərini  daha  çox  başa 



düşməmiş kimi köstərib: 

-Belə zarafat olmaz, -dedilər, vəssalam... 

Beləcə, hər şey unuduldu getdi, amma darağacından 

asılmış  saz  unudulmadı,  hələ  də  mənim  yadımdan 

çıxmır...  Yaddaşımda  dar  ağacından  asılı  qalıb  ağrıdır 

məni. 


Sazı  niyə  asmışdılar?  Niyə  qorxurdular  sazdan?  Bir 

taxta  parçasının  darağacındakı  görünüşü  niyə  elə  ağır  idi 

ki,  ömrüm  boyu  unuda  bilmədim?  Anam  o  vaxt    ağlaya-

ağlaya  məni  darağacına  sarı  itələyib  niyə  dedi  ki,  bunu 

assaydılar heç belə yanmazdım? Niyə belə dedi, anam?  

Bütün bunların niyəsini çox sonralar öyrəndim, mən 

bu  yazımda  “təbiət  hadisəsi”  ifadəsini  çox  işlətmişəm, 

müəyyən  məqamlarda  da  yerinə  düşdüyünü  bilirəm, 

bizim  üçün  sazın  nə  demək  olduğunu  anlatmaqda  da 

həmin  ifadəni  işlətmək  istəyirəm:  saz  da  bizim  üçün 

təbiət hadisəsidir...                       

            



 

www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

 

 

Tut ağacı boyunca... 

(televiziya proqramları üçün) 

 

Saz 



bu 

xalqın 


yaratdığı 

ilk 


musiqi 

alətlərindəndir...Məncə 

“yaratmaq” 

sözü 


burda 

doğulmaq  kimi  anlaşılsa  daha  dəqiq  olar.  Saz 

yaradılmaqdan  daha  çox    anadan  olmağa,  doğulmağa 

bənzəyir. Adicə bir musiqi aləti olsa da onunla bağlı bildik-

lərimiz bunu deməyə əsas verir... 

Hər  ağacdan  saz  olmaz,  deyərlər.  Saz  ancaq  tut 

ağacından yaranır. Tut ağacının da yalnız güney üzündən, 

yəni  gün  düşən,  gün  döyən  üzündən.  Quzey  üzündən 

yaranan  sazın  səsi  olmaz,  ona  görə  də  lal  sazlar  var, 

neynirsən  elə,  lal  saz  istədiyin  səsi  verməz,  ona  görə  ki, 

ağacın gün düşməyən kölgəli tərəfindən düzəlib.  

...El-oba yaddaşında, -yaradıcılığında başqa ağaclarla 

yanaşı  Tut  ağacının da  çox  geniş  yeri  var...hardasa  bir  az 

da  qutlu-sayalı...yəni  müqəddəsliyi  var...  Deyərlər,  tut 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

ağacını  “kəsmə,  qarğışı  qalır...  kəssən  də  deynən,  səni 



kəsmirəm,  o  taya  aparıram...  inanacaq”...    Deyərlər, 

“Beşiyi tutdan as, özü yırğalanacaq...” “Ən dərin yuxu tut 

ağacıyla  söyüd  ağacının  altındadı...”  həm  də  “Bəsləsən 

atlas  olar,  tut  yarpağınnan...Səbr  ilə  halva  bişər,  ey  qora 

səndən.” Bir də deyərlər, odunu-közünü düz versən, yəni 

meyvəsini arayıb-darayıb ocaqda düz qaynatsan, bəkməzi 

can  dərmanıdı...  İğid  -  bahadır  oğlanlar  üçün  deyərlər, 

“...qolları  əyilməz,  elə  bil  gər  tutdandı...”  Gər  tut  meyvə 

verməz, onun meyvəsi əyilməzliyidi, ipək də onun yarpa-

ğından olur. Toxumu torpağa düşdüsə qayanı da yarıb ke-

çəcək...Yiyəsini  anlayandı;  sən  də  onu  anlasan,  nə  calaq 

etsən tutacaq... 

Bütün  bunlar  bir  yana,  sazın  anasıdı  tut...  sazın 

doğulduğu yerdi, sazın tellərində dil-dil ötəndi, tut ağacı... 

İndinin  özündə  də  düzəltdiyi  sazlarla  ad-san 

qazanmış 

sazbənd 

Kövrək 


Murad 

qaçqınlıqdan-

köçgünlükdən  sonra  günlərin  birində  Şamaxı  rayonunda 

yurd  saldığım  kənddəki  qapımda  günəqarşıda  bitib  boy 

vermiş tut ağacının güney üzünə  baxıb: 

-Tutun  boyunda  saz  var,  -dedi.  -İnan  ki,  bətninnən 

sazın  səsini  eşidirəm.  -Əlini  ağacın  gün  döyən  üzünə 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



Yüklə 6,83 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin