www.vivo-book.com
141
– Bəsdi mənimlə məzələndin, Di Di, bilirəm ki,
yatmamısan.
O tərpənmirdi. Mən dönüb ətrafa baxdım, onun yuxu
dərmanı olan qabın boĢ olduğunu gördüm. O qabın dolu
olduğunu xatırlayırdım. O dərmanlardan mən də içmiĢdim.
Onlardan birini qəbul etmək sizin dərin yuxuya dalmanız
üçün kifayət edərdi. Lakin o dərmanı içəndə adama elə
gəlirdi ki, baĢına ağır bir Ģeylə vurublar və sizi diri-diri
basdırıblar.
– Sən həblərin hamısını udmusan...
– Mənim... heç... vecimə də deyil... sən onun yanına
qayıdacaqsan... Mənim vecimə... deyil...
Mən cəld mətbəxə qaçdım və bir ləyən götürdüm, geri
qayıtdım və onu döĢəməyə, düz çarpayımın yanına qoydum.
Sonra Di Dinin baĢını və çiyinlərini çarpayının kənarına
tərəf dartdım və barmaqlarımı onun boğazına soxdum. O
qusmağa baĢladı. Onun baĢını bir qədər qaldırdım və nəfəs
dərməsinə yardım etdim. Sonra bu prosesi bir də təkrar
etdim. Sonra bunu dəfələrlə təkrarladım. Di Di isə
qusmağına davam edirdi. Nəfəsini dərməsinə kömək eləmək
|