www.vivo-book.com
176
– YaxĢı, nəyin vacib olduğunu indi mən sənə deyərəm!
– Lidiya qeyzlə dedi. – Uzun müddətdən bəri bir dənə də
olsun qonaqlıqda olmamıĢıq. Uzun müddətdən bəri bir insan
övladı görməmiĢəm! Mən insanları SEVĠRƏM! Mənim
bacılarım əyləncəli gecələri SEVĠRLƏR! Bir qonaqlıqda
iĢtirak etmək xatirinə onlar min mil məsafəni qət etməyə
hazırdırlar! Bax, Yutada bizi belə tərbiyə ediblər! Əyləncəli
gecələrdə qəbahətli heç nə yoxdur. Qonaqlıqda insanlar,
sadəcə, MƏNƏVĠ ĠSTĠRAHƏT EDĠRLƏR və vaxtlarını
gözəl keçirirlər! Bu axmaq fikir bircə sənin beynində özünə
yer eləyə bilib. Sənin düĢüncənə görə, əylənmək sonunda
birmənalı olaraq hökmən sikiĢməklə bitəcək! Aman
Allahım, axı insanlar namusludurlar! Sən, sadəcə, öz vaxtını
gözəl keçirməyi bacarmırsan!
– Mənim insanlardan xoĢum gəlmir, – dedim.
Lidiya çarpayıdan dik atıldı.
– Ġlahi, sənə baxanda ürəyim bulanır!
– YaxĢı, onda mən sənə bir az “boĢ məkan” verərəm.
Mən ayaqlarımı çarpayıdan aĢağı salladım və
ayaqqabılarımı geyinməyə baĢladım.
|