www.vivo-book.com
182
birlikdəyik. Ġçkinizi bitirin. Biz bir-bir də içməliyik. Siz
yazdığınız məktublara bənzəyirsiniz.
Biz ikinci qədəhləri də boĢaldandan sonra baqajı almaq
üçün bardan çıxdıq. Mindi ilə yanaĢı yürüməkdən fəxarət
hissi keçirirdim. Onun gəziĢində də xüsusi bir tərz vardı.
Ağır yük vurulmuĢ canlılar kimi yöndəmsiz Ģəkildə hərəkət
edən o qədər gözəl qamətli qadınlar var ki. Mindinin yeriĢi
isə axına bənzəyirdi.
“Bu, həqiqət olmaq üçün həddən artıq yaxıĢdır”, – fikri
heç cür baĢımdan çıxmırdı. Real həyatda bu cür olmur.
Mənim evimə çatandan sonra Mindi vanna qəbul elədi
və əyin-baĢını dəyiĢdi. Hamamxanadan yüngül mavi
paltarda çıxdı. Saç düzümünü də dəyiĢdirmiĢdi, sadəcə, bir
az. Biz əlimizdə vodka və vodka kokteyli ilə divanda
oturmuĢduq.
– Hə, – mən dedim, – mən hələ də qorxuram. Ona görə
də, indi mən bir balaca sərxoĢ olmağa hazırlaĢıram.
– Sizin evinizi elə belə də təsəvvür edirdim, – deyə o
dilləndi.
|