www.vivo-book.com
197
– Qucaqla məni, – o dedi.
Mən onu qucaqladım. O yenə ağlamağa baĢladı.
– Sən məni heç vaxt unutmayacaqsan... heç vaxt!
Mən evimə piyada gedir və öz-özümə düĢünürdüm:
maraqlıdır, görəsən Bobbi Mindini doğrudanmı qayırıb?
Bobbi ilə Valeri bir çox yeni və qəribə iĢlərlə məĢğul
olurdular. Onlarda adi hisslərin olmaması mənim heç
vecimə də deyildi. Mənə maraqlı gələn Ģey onların bu iĢləri
heç bir emosiya göstərmədən edə bilmələri idi. BaĢqa birisi
eynilə əsnəyə və ya kartof qaynada bilərdi.
30
Lidiyanı bir qədər sakitləĢdirmək üçün Mulzhedə –
Yuta Ģtatına getməyə razılıq verdim. Onun bacısı dağlıq
ərazidə gəzintiyə çıxaraq orada düĢərgə salmıĢdı. Əslində, o
ərazinin böyük bir hissəsi bu bacıların mülkiyyətindəydi.
Onlar bu torpaqları öz atalarından miras almıĢdılar.
Bacılardan birisi, Qlendolina, meĢəlikdə çadır qurdurmuĢdu.
O, “Dağların VəhĢi Qadını” adlı bir roman yazırdı. O biri
bacıların isə yaxın günlərdə gəlmələri gözlənilirdi. Ġlk gələn
Lidiya ilə mən olduq. Bizim balaca bir səhra çadırımız
|