www.vivo-book.com
221
– Onda, de görüm, sən mənim nə poxuma lazımsan?
– Hmm, mən yumurta qaynada bilərəm, sonra cürbəcür
sehrli fokuslar göstərə bilərəm.
– Camaatı özünə güldürmə. Səndən soruĢuram, de
görüm, onda sən mənim nəyimə lazımsan?
– Ayağım, əlbəttə, bir gün sağalacaq. Əgər sağalmasa
onu kəsib atacaqlar. Bir az səbrli ol.
– Əgər sən sərxoĢ olmasaydın, iliĢib yıxılmazdın və
ayağını da yaralamazdın. Bütün bu zibillər hamısı o butulka
zəhrimara qalmıĢa görə sənin baĢına gəlir!
– HəmiĢə butulka günahkar deyil, Lidiya. Biz səninlə
həftədə təxminən 4 dəfə sikiĢirik. Mənim bu ahıl yaĢımda,
bu məncə, heç də pis nəticə deyil.
– Bəzən mənə elə gəlir ki, sən bundan heç həzz belə
almırsan.
– Lidiya, seks hər Ģey demək deyil axı! Sən seks
mübtəlasısan. Allah xatirinə, seksə bir balaca ara ver.
– Sənin ayağın sağalana qədər, deyirsən, ara verim?
Bəs o vaxta qədər mən nə edim, necə yaĢayım?
|