www.vivo-book.com
304
Mən Ģampan ĢüĢəsini gizlətdiyim yerdən çıxardım,
onun probkasını çıxardım və özüm üçün bir qədəh Ģərab
süzdüm. Artıq sevgi haqqında Ģeirlər yazmırdım. Əslində,
mən ümumiyyətlə daha heç nə yazmırdım. Daha yazmaq
istəyim qalmamıĢdı.
ġampan boğazımdan aĢağı yağ kimi getdi. Mən
qədəhləri bir-birinin ardınca içəri ötürürdüm.
Sonra ayaqqabılarımı soyundum və Bobbinin evinə
tərəf getdim. Pərdələrin arasından içəri baxdım. Onlar
divanda bir-birinə çox yaxın oturub nə haqqındasa söhbət
edirdilər.
Geri qayıtdım. ġampan ĢüĢəsinin dibini qurutdum və
sonra pivə içməyə baĢladım.
Telefonum yenə zəng çaldı. Yenə Bobbi idi.
– Qulaq as, – o dedi, – niyə bura gəlib Temmi və
mənimlə birlikdə pivə içmirsən, hə?
Dəstəyi yerinə asdım. Bir az da pivə içdim və bir neçə
ucuz siqar çəkdim. Getdikcə daha çox keflənirdim. Səbəbini
özüm də bilmədən evdən çıxıb yenə Bobbinin mənzilinə
tərəf getdim. Qapını döydüm. O, qapını açdı.
|