Çarlz bukovskġ



Yüklə 2,81 Mb.
Pdf görüntüsü
səhifə33/733
tarix30.12.2021
ölçüsü2,81 Mb.
#24925
1   ...   29   30   31   32   33   34   35   36   ...   733
www.vivo-book.com 

 

35 



– Pis deyil. Mən əməlli-baĢlı acmıĢdım. 

–  Onlar  buterbrodları  çox  əla  hazırlayırlar.  Yenə  nəsə 

bir Ģey istəyirsənmi?  

– Hə, Ģokolad pis olmazdı.  

– Hansından istəyirsən? 

– Eh nə fərqi var. Nə olur-olsun, bircə yaxĢısı olsun. 

Mən  öz  buterbrodumdan  bir  diĢlək  aldım,  Koka-

Kolamdan içdim, sonra onları yerə qoydum və dükana tərəf 

addımladım.  Ona  seçim  imkanı  vermək  üçün  iki  fərqli 

Ģokolad  plitkası  aldım.  Dükandan  çıxıb  geri  qayıdanda, 

hündür  boylu  bir  zənci  oğlanın  bizim  təpəciyimizə  tərəf 

hərəkət etdiyini gördüm. Həmin gün hava əməlli-baĢlı soyuq 

olsa  da,  zənci  oğlan  köynəyini  soyunmuĢdu  və  onun  oynaq 

əzələli  bədəni  vardı.  Xarici  görünüĢünə  baxıb  onun  iyirmi 

yaĢlarında  olduğunu  təxmin  etmək  olardı.  Çox  asta  və 

qamətini dik tutaraq hərəkət edirdi. Onun nazik uzun boynu 

vardı,  sol  qulağında  da  qızıl  sırğa  asılmıĢdı.  O,  təpəciyin 

okeana  baxan  tərəfi  ilə  qumluqla  Lidiyanın  önündən  keçib 

getdi. Mən təpəciyə gəldim və Lidiyanın yanında oturdum.  

– O oğlanı gördünmü? – Lidiya məndən soruĢdu. 





Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   733




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin