www.vivo-book.com
335
Temmi zərfi avtomatın dəliyindən içəri salmaq
cəhdlərinə davam edirdi. Zərf isə heç cür dəlikdən keçmək
istəmirdi.
Temmi orada dayanmıĢdı və zərfi avtomatın dəliyindən
içəri soxuĢdurmaq niyyətindən heç cür əl çəkmirdi. Ġndi zərf
tamamilə ikiyə qatlanmıĢdı. Onun bütün kənarları əzik-əzik
olmuĢdu.
– Belə getsə, ağlımı itirəcəm, – ona dedim. – Bütün
bunlara tab gətirmək iqtidarında deyiləm.
O bir necə dəfə də zərfi dəlikdən içəri soxmağa cəhd
elədi. Zərf isə tərsliyindən əl çəkmir, heç cür dəlikdən
keçmirdi. O dönüb mənə baxdı.
– YaxĢı, gəl gedək.
Biz onun donları və kağız torbaları ilə birlikdə
eskalatorla yuxarı qalxdıq.
Təyyarəyə minik çıxıĢın tapdıq. Sonra təyyarənin
salonunun arxa hissəsində yerləĢən iki oturacaqda özümüzə
yer elədik. Təhlükəsizlik kəmərlərini bağladıq.
– Görürsənmi, – o dedi, – sənə demiĢdim axı bizim
hələ çox vaxtımız var.
|