www.vivo-book.com
407
– Bu sikilmiĢ makinanı nə üçün Filbertin almasını
istəmirsən?
– Bura bax, əgər onu mənə almaq istəmirsənsə, sadəcə,
maĢını saxla və imkan ver mən düĢüm!
Mən maĢını saxladım və qapını açdım.
– Qulaq as, səni qancıq balası, sən mənə söz verdin ki,
o yazı makinasını mənə alacaqsan! Əgər almasan, mən
qıĢqır-bağır salacam və sənin ĢüĢələrini qırmağa
baĢlayacam!
– YaxĢı. Yazı makinası sənindir.
Biz həmin yerə getdik. Yazı makinası hələ də orada
dururdu.
– Bu günə qədər bu yazı makinası özünün bütün
həyatını dəlixanada keçirib, – oradakı bir xanım bizə dedi.
– O makina layiq olduğu bir sahibə məxsus olacaq, –
deyə mən cavab verdim.
Mən həmin qadına bir iyirmilik ödədim və biz geri
qayıtdıq. Filbert artıq oralarda gözə dəymirdi.
– Bir az oturmaq üçün içəri gəlmək istəmirsənmi? –
Temmi soruĢdu.
|