www.vivo-book.com
485
süzdü. Nahar vaxtı gəlib çatmıĢdı və Liza mətbəxə keçib
nəsə biĢirməyə baĢladı. Ara-sıra mənə Ģərab süzməyi də
unutmurdu. Qadınların evində qonaq olmaq, həmiĢə onları
öz evimdə qəbul etməkdən daha çox xoĢuma gəlib. Çünki
onların evində olanda, istədiyim vaxt oranı tərk edə
bilərdim.
Liza məni nahar yeməyinə çağırdı. Masanın üstündə
salat, buzlu çay və toyuq soyutması vardı. Dadı da əla idi.
Mən özüm çox pis aĢpaz idim. Bircə, mal ətinin qızartmasını
biĢirə bilirdim, baxmayaraq ki, mal ətinin buğlaması da
məndə pis alınmırdı, xüsusilə də sərxoĢ olan vaxtlarımda.
Mal ətinin buğlamasını biĢirərkən onunla qumar oynamağı
xoĢlayırdım. Bu yeməyin içinə əlimə keçən hər Ģeyi atırdım.
Bəzən heç pis də alınmırdı.
Nahardan sonra biz “Fisherman's Wharf”
8
adlanan bir
restorana getdik. Liza öz maĢınını çox diqqətlə sürürdü. Bu
da məni əsəbiləĢdirirdi. Yolayrıcına çatanda, o, maĢını
saxlayıb hər iki tərəfə baxaraq yolda baĢqa maĢınların
8
Balıqçı Limanı
|