www.vivo-book.com
494
Mən mətbəxə keçib üç qədəh araq-7 süzdüm. Həm
onların, həm də özümün qədəhimi ağzınacan doldurdum.
– Biz Nyu-York Sitiyə gedirik. DüĢündük ki, yolüstü
sizə baĢ çəkə bilərik, – Gertruda dedi.
Sonra onlar söhbət əsnasında Mexikoda olduqlarını da
deməyi unutmadılar. Ġngilis dilində çox yaxĢı danıĢırdılar.
Gertruda ətli-canlı idi. Ona tosqun da demək olardı, baĢdan-
ayağa döĢlər və götdən ibarət idi. Hilda isə arıq idi. Sanki,
daim nəsə gərginlik içindəydi... elə bil qəbizlikdən əziyyət
çəkirdi, amma çox cazibədar görünürdü.
Qədəhimi dodaqlarıma yaxınlaĢdıranda, bir ayağımı o
birisinin üstünə aĢırdım. Xalatımın ətəyi aĢağı sürüĢərək
önümü açdı.
– Ooo, – Gertruda dedi, – sizin çox seksi qıçlarınız var!
– Hə, elədir, – deyə Hilda da onunla razılaĢdı.
– Blirəm, –dedim
Qızlar mənzilimdə qalaraq içki məclisində mənimlə
həmsöhbət oldular. Mən gedib üç qədəh də içki süzdüm. Bu
dəfə yerimə oturanda diqqətli davranaraq xalatımın
açılmamasına fikir verdim.
|