www.vivo-book.com
497
Kuryer 8 dəqiqədən sonra gəldi. Bu həmiĢə tərləyən
kök avstraliyalı idi. Ġki karobkanı ondan aldım və stulun
üstünə qoydum.
– Salam, xanımlar, – tosqun avstraliyalı dedi.
Onlar avstraliyalının salamını almadılar.
– Borcum nə qədərdi, Arbakl?
– Hə, cəmisi 17.94 dollar edir.
Bir iyirmilik verdim. O cibini eĢələyərək xırda pul
axtarmağa baĢladı.
– Deyəsən, sənin baĢqa iĢin-gücün yoxdu. Gedib özünə
yeni bir ev alarsan.
– Sağ olun ser!
Sonra o mənə tərəf əyilərək az qala pıçıltı ilə soruĢdu:
– Aman Tanrım, siz bunu necə edirsiniz?
– Makinada yazmaqla, – deyə cavab verdim.
– Makinada yazmaqla?
– Hə, dəqiqədə təxminən 18 söz.
Mən onu bayıra itələdim və qapını bağladım.
Həmin gecə onlarla birlikdə yatağa girdim və onların
arasında özümə yer elədim. Hamımız sərxoĢ idik. Əvvəlcə
|