www.vivo-book.com
503
zəng vurub gəlmək istəyib-istəmədiyini soruĢdum. O
gəlmək istədiyini bildirdi və beləliklə birinci gecəyə onunla
birlikdə getdim. Onlara Temmi üçün kredit açmalarının
vacib olduğunu söylədim. Biz barda oturub mənim çıxıĢımın
baĢlanmasını
gözləyirdik.
Temminin
davranıĢı
da
mənimkinə bənzəyirdi. O dərhal dəmləĢdi və barda ora-bura
gəzərək insanlarla söhbət eləməyə baĢladı.
Mənim çıxıĢımın vaxtı çatanda, Temmi artıq masaların
üstünə yıxılırdı. Onun qardaĢını tapıb dedim:
– Allah xatirinə, onu burdan apar. Mənə bu yaxĢılığı
edərsənmi?
O, Temmini bardan gecənin qaranlığına çıxardı. Mən
özüm də bərk sərxoĢ olmuĢdum. Bir müddət sonra
Temminin buradan aparılmasını özüm xahiĢ etdiyimi belə
unutdum.
Bədii qiraət elə də yaxĢı keçmədi. TamaĢaçıların bütün
fikri yalnız rok musiqi ilə məĢğul olduğundan onlar
misraları və misraların altındakı mənaları anlamaqda çətinlik
çəkirdilər. Lakin bunda mənim də günahım az deyildi. Bəzi
vaxtlarda mən rok musiqi həvəskarlarının arasına, sadəcə,