www.vivo-book.com
24
görünmürdü. Çox güman ki, o ya həbsxanaya düĢmüĢ, ya da
hansısa bir iĢə iliĢmiĢdi.
Camaat yavaĢ-yavaĢ toplaĢırdı. Mən onlardan çox azını
tanıyırdım. Arxa həyətə, öz ev sahibəmin yanına getdim. O
gəlib qapını açdı.
– Missis O'Kif, mən böyük bir qonaqlıq verirəm.
Ġstəyirəm ki, siz ərinizlə birlikdə bu qonaqlıqda iĢtirak
edəsiniz. Çoxlu pivəmiz, kredellərimiz və yaxĢıca qızarmıĢ
kartof yonqarımız var.
– Ah, aman Allahım, yox!
– Nə olub, problem nədir?
– Mən ora necə insanların girdiyini gördüm! O
saqqallılar, bütün o saçlı-qıllılar və o dalı yırtıq paltarlılar!
Bilərziklər və muncuqlar... onlar kommunistlər bandasına
oxĢayırlar. Belə insanlara necə qatlaĢa bilirsən?
– O insanlardan mənim də xoĢum gəlmir, missis O'Kif.
Biz, sadəcə, pivə içib söhbət edirik. Bunun heç bir anlamı
yoxdur.
– Onlarla ehtiyatla davran. Belə insanlardan nə desən
gözləmək olar, onlar boruları da oğurlayarlar.
|