Çarlz bukovskġ



Yüklə 2,81 Mb.
Pdf görüntüsü
səhifə122/733
tarix30.12.2021
ölçüsü2,81 Mb.
#24925
1   ...   118   119   120   121   122   123   124   125   ...   733
www.vivo-book.com 

 

124 



Birdən  yadıma  NitĢe  düĢdü.  Baxın  bu  da  biz:  alman  ayğırı 

və yəhudi madyanı. Ata yurdum mənimlə fəxr edərdi. 

Biz qayıdıb Mersedesə oturduq və Di Di maĢını böyük 

bloklardan birinin yanında saxladı. Burada qəbirlərin hamısı 

divarın  içində  idi.  Onlar  cərgə-cərgə  düzülmüĢdü. 

Bəzilərinin  önündəki  balaca  vazalarda  güllər  vardı,  amma 

onlar  da  solmuĢdu.  Divardakı  oyuqların  əksəriyyətində  isə, 

ümumiyyətlə,  gül  yox  idi.  Onların  bəzilərində  ərlə  arvadı 

yatırdı,  səliqəli  cərgə  ilə.  Bəzi  qoĢa  qəbirlərdə  oyuqlardan 

biri boĢ idi və öz sakinini gözləyirdi. Oyuqlarından birisinin 

boĢ olduğu qəbirlərin hamısında vəfat edənlər yalnız kiĢilər 

idi.  


Di  Di  mənim  əlimdən  tutub  tinin  arxasına  apardı.  Hə, 

budur  bu  da  o,  ən  aĢağıda,  Rudolf  Valentino.  Vəfat  edib: 

1926.  Çox  da  uzun  ömür  sürməyib.  Mən  80  yaĢına  qədər 

yaĢamaq qərarını vermiĢdim. Bir təsəvvür edin – 80 yaĢınız 

var və 18 yaĢlı bir qızı qayırırsınız. Əgər ölümlə oyunda onu 

aldatmağın bir yolu varsa o da bu olmalıdır.  

Di Di balaca gül vazalarından birini götürüb çantasına 

qoydu. Standart oyundur. BoĢ duran hər Ģeyi götürə bilərsən. 





Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   733




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin