www.vivo-book.com
388
– Zinakar qadın nə deməkdir? Davakar qadının nə
olduğunu bilirəm, bəs zinakar qadın nə deməkdir?
– Zinakar qadın, mənim əzizim, fahiĢə anlamına gəlir.
– Ah, onun anasını, pozğun qancıq balası.
Temmi mənim mənzilimdən çıxdı və baĢqa qonĢuların
qapılarını döyəcləməyə davam etdi. Ya onlardan heç kim
evdə yox idi, ya da qapını Temmiyə açmaq istəmirdilər.
Temmi geri qayıtdı.
– Bu adil deyil! Onlar nə üçün məni mənzilimdən
küçəyə atmaq istəyirlər axı? Mən onlara nə pislik eləmiĢəm
axı?
– Mən bilmirəm. Yadına sal, xatırlamağa çalıĢ. Bəlkə
də nəsə eləmisən.
– Heç nə xatırlaya bilmirəm.
– Ġstiyirsən, mənim mənzilimə köç.
– Sən uĢağa səbr edə bilməzsən.
– Hə, düz deyirsən.
Günlər keçirdi. Ev sahibi gözümüzə dəymirdi, onun,
ümumiyyətlə, kirayəniĢinlər ilə iĢ görməkdən zəhləsi
gedirdi. Mənzildən çıxarılma haqqında bildiriĢin arxasında
|