www.vivo-book.com
688
Bu dəfə Sara haray salmadı. O, sadəcə, supun qalığını
çanağın içinə boĢaltdı və zibil doğrayan qurğunu iĢ saldı.
Onun səsini boğmağa çalıĢaraq necə hıçqırdığını eĢidə
bilirdim. Zavallı orqanik hind toyuğu çox çətin bir Milad
bayramı keçirmiĢdi.
100
Yeni il gecəsi yaĢamalı olduğum daha bir axmaq gecə
oldu. Yadımdadır, valideynlərim həmiĢə bu gecəni böyük
sevinclə qarĢılayardılar: radioya qulaq asaraq yeni ilin
ĢəhərbəĢəhər bizə yaxınlaĢmasını, ta Los-Ancelesə
çatanadək izləyərdilər. Havaya fiĢənglər atılardı, fit və
Ģeypurlar çalınardı. Həvəskar əyyaĢlar içdiklərini qaytarar,
ərlər baĢqa kiĢilərin arvadları ilə oynaĢar, arvadlar isə
önlərinə gələn hər kəs ilə mazaqlaĢardılar. Tualetlərdə, ya da
hamamxanalarda hamı bir-biri ilə öpüĢər və bir-birinin
götünü çimdikləyərdi, bəzən isə bütün bunları açıq-aĢkar
hamının gözü qarĢısında edərdilər, xüsusilə də gecə yarısı
yetiĢəndə. Ertəsi gün isə dəhĢətli ailə münaqiĢələri
|