C.Ə. Feyziyev, F. N.İbrahimov, S. R. Bədiyev d I dakt I k a bakı – Mütərcim – 2011 Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialı amea-nın Şəki Regional Elmi Mərkəzi


Təhsilalanların və təhsilverənlərin sosial müdafiəsi



Yüklə 3,21 Mb.
səhifə6/43
tarix10.04.2017
ölçüsü3,21 Mb.
#13756
1   2   3   4   5   6   7   8   9   ...   43

9.6. Təhsilalanların və təhsilverənlərin sosial müdafiəsi

  • dövlət ümumtəhsil müəssisələrində təhsilalanlar dərsliklərlə mü­əyyən edilmiş qaydada dövlət hesabına təmin olunurlar;

  • dövlət ilk peşə-ixtisas, orta ixtisas və ali təhsil mü­əs­sisə­lə­rin­də təhsilalanların fəaliyyətini stimullaşdırmaq məqsədi ilə onlara qa­nunvericiliklə müəyyən edilmiş qaydada təqaüdlər, o cümlədən adlı təqaüdlər verir və yardımlar göstərir;

  • təhsilalanlar üçün qanunvericiliyə uyğun olaraq digər sosial mü­dafiə tədbirləri də tətbiq edilə bilər.

  • özəl təhsil müəssisələrində təhsilalanların sosial müdafiəsi mü­əssisənin nizamnaməsi ilə tənzimlənir.

  • dövlət təhsilverənlərin sosial müdafiəsinə təminat verir. Təh­sil işçilərinin əmək haqqı və vəzifə (tarif) maaşları işçilərin funk­sional öhdəlikləri, peşə xüsusiy-yətləri, ixtisas dərəcəsi və iş sta­jı nəzərə alınaraq təyin olunur.

  • dövlət və bələdiyyə təhsil müəssisəsi öz sərəncamında olan büd­cədənkənar vəsaitlər hesabına işçilərin əmək haqqına əlavələr və di­gər stimullaşdırıcı ödənişlər təyin edə bilər.

  • dövlət və bələdiyyə təhsil müəssisələrində işləyən elmi-pe­da­qoji kadrların vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara gö­rə əlavələrin həcmi müvafiq icra hakimiyyəti orqanı tərəfindən mü­əyyən edilir.

  • sağlamlıq imkanları məhdud, valideynlərini itirmiş və ya va­li­deyn himayəsindən məhrum, ciddi tərbiyə şəraitinə ehtiyacı olan uşaq­lar üçün xüsusi təhsil müəssisələrinin , istedadlı uşaqlar üçün təh­sil müəssisələrinin, eləcə də yüksək dağlıq və sərhədyanı ərazi­lər­də, ucqar yaşayış məntəqələrində çalışan təhsil işçilərinin əmək haq­larına və vəzifə maaşlarına qanunvericiliklə müəyyən edilmiş qay­dada əlavələr olunur.

  • ­pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili mü­əs­si­sələrini bitirmiş və ümumtəhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlər mü­vafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

  • təhsilverənlərə qanunvericilikdə müəyyən edilmiş qaydada təh­sil və yaradıcılıq məzuniyyətləri verilir.



Suallar və tapşırıqlar


  1. “Təhsil” anlayışına tərif verin və fikrinizi əsaslandırın.

  2. Azərbaycan respublikasında təhsilin əsas məqsədi nədir?

  3. Təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərini səciy­yə­ləndi­rin­.

  4. “Təhsil sistemi” dedikdə nə başa düşülür?

  5. Təhsilin məzmununa və təşkilinə hansı tələblər verilir.

  6. Təhsilin və təhsilalmanın hansı formaları vardır?

  7. Təhsil müəssisələrinin tipləri və növlərinin xüsusiyyət­lə­ri­ni açıqlayın.

  8. Ümumi təhsil və ixtisas təhsili arasındakı fərqləri göstərin.

  9. Ümumi orta təhsilin xüsusiyyətləri hansılardır?

  10. “Təhsil subyektləri” dedikdə kimlər nəzərdə tutulur, on­la­rın hü­quq və vəzifələrini göstərin.

  11. Təhsil sahəsində dövlətin vəzifələri barədə nə bilirsiniz?



Tövsiyə olunan ədəbiyyat


  1. Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu. Ba­kı, “Qa­­nun”, 2010.

  2. Abdullayev B.A., Zülfüqarova Ş.V. Didaktika. Bakı, ADPU-nun mət­bəəsi, 2005, səh.50-65.

  3. Əhmədov B.A., Rzayev A.Q.. Pedaqogikadan mühazirə kons­pekt­lə­ri. Bakı, “Maarif”, 1983, səh. 94-134.

  4. Xəlilov S.S.. Təhsil, təlim, tərbiyə. Bakı, “Azərbaycan Uni­versiteti” nəş­riyyatı, 2005, səh. 43-51.

  5. İbrahimov F.N.. Ümumi pedaqogikadan mühazirələr. Bakı, “Mü­tər­cim”, 2010, səh.374-381.

  6. Kazımov N.M., Həşimov Ə.Ş.. Pedaqogika Bakı, “Maa­rif”, 1996, səh.­78-102.

  7. Məktəb pedaqogikası (Q.İ.Şukinanın redaktəsi ilə). Bakı, “Maarif”, 1982, səh. 245-252.

  8. Paşayev Ə.X., Rüstəmov F.A.. Pedaqogika. Bakı, “Nur­lan”, 2007, səh. 122-130.

  9. Pedaqogika (M.Muradxanovun redaktəsi ilə) Bakı, Azər­təd­risnəşr, 1964, səh.6.

  10. Sadıqov F.B.. Pedaqogika. Bakı, “Adiloğlu” 2009. səh.94-108.

  11. Введение в педагогику. Москва. «Просвещение», 1975, стр.22.

  12. Леднев В.С.. Содержание образования. Москва. «Высшая шко­ла», 1989, стр.52.

  13. Педагогика. Москва .«Просвещение», 1956, стр.15.

  14. Куписевич Ч.. Основы обшей дидактики. Москва. «Высшая шко­ла», 1986, стр.25-27.


10. Sağlamlıq imkanları məhdud şəxslərin təhsili

(xüsusi təhsil)


1. Xüsusi təhsil haqqında anlayış.

Xüsusi şərait yaradılmadan təhsil almasında çətinliklər ya­ra­nan fiziki çatışmazlığı, əqli və (və ya) psixi ləngimələri olan şəxs sağ­lamlıq imkanları məhdud şəxs, xüsusi şərait yaratmaqla sağ­lam­lıq imkanları məhdud şəxslərin məktəbəqədər, ümumi və peşə-ix­tisas təhsili xüsusi təhsil adlanır. Xüsusi şərait dedikdə sağlamlıq im­kanları məhdud şəxslərin pedaqoji-psixoloji, tibbi, sosial və digər xid­mətləri alması üçün yaradılmış şərait başa düşülür. Xüsusi təh­silin məqsədi sağlamlıq imkanları məhdud şəxslərə zəruri bilik, ba­ca­rıq və vərdişlər aşılamaqla onların cəmiyyətə uyğunlaşmasını, o cüm­lədən özünəxidmət vərdişlərinin yaradılmasını, əmək fəa­liy­yə­ti­nə və ailə həyatına hazırlanmasını təmin etməkdən ibarətdir.



1.1. Xüsusi təhsil sahəsində dövlətin vəzifələrinə daxildir:

- sağlamlıq imkanları məhdud şəxslərin bacarıq və imkanları nə­zərə alınmaqla dövlət hesabına təhsil almalarına təminat veril­mə­s­i;

- xüsusi təhsil sahəsində məqsədli dövlət proqramlarının ha­zır­lanması və həyata keçirilməsi;

- xüsusi təhsilin dövlət standartlarının müəyyən olunması;

- xüsusi təhsilin dövlət vəsaiti hesabına maliyyələşdirilməsi;

- sağlamlıq imkanları məhdud şəxslərin bacarıq və imkan­la­rı­na uyğun peşələr üzrə hazırlıq almalarına şərait yaradılması;

- sağlamlıq imkanları məhdud şəxslərin peşə-ixtisas təhsili al­ma­larına təminat verilməsi;

- xüsusi təhsil sahəsində kadrların hazırlanması, yenidən ha­zır­lan­ması və ixtisaslarının artırılmasına təminat verilməsi;



- xüsusi təhsili həyata keçirən müəssisələrin maddi-texniki ba­za­­sının möhkəmləndirilməsi.

1.2. Sağlamlıq imkanları məhdud şəxslərin xüsusi təhsil sahəsində hüquqları aşağıdakılardır:

  • psixoloji-tibbi-pedaqoji komissiyada və tibbi-sosial komis­si­ya­da pulsuz müayinə olunmaq;

  • psixoloji-tibbi-pedaqoji komissiyanın rəyinə uyğun olaraq fi­ziki çatışmazlığı (insanın fiziki inkişafında və (və ya) bədən üz­vü­nün (üzvlərinin) fəaliyyətində çatışmazlıqlar, xroniki somatik və yol­xucu xəstəliklər nəticəsində yaranmış müvəqqəti, yaxud daimi ça­tış­mazlıq), əqli və (vəya) psixi ləngimələri (əqli çatışmazlıq mər­kə­zi sinir sisteminin zədələnməsi nəticəsində təfəkkürdə və yaddaş­da olan çatışmazlıqdır; psixi ləngimə psixi inkişafın ləngiməsi, o cüm­lədən nitq qüsurları, emosional-iradi mühitin pozuntuları və au­tizm başa düşülür) olanların pulsuz psixoloji- tibbi- pedaqoji kor­rek­­siyası;

  • psixoloji-tibbi-pedaqoji komissiyanın qərarına əsasən xü­su­si təhsilin müvafiq tədris proqramları üzrə məktəbəqədər və ümumi təh­sil almaq;

  • müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qay­da­da xüsusi təhsil almaq;

  • təhsil və peşə hazırlığı başa çatdıqda müvafiq işlə təmin olun­maq.

1.3. Sağlamlıq imkanları məhdud şəxslərin valideynlərinin və ya digər qanuni nümayəndələrinin xüsusi təhsil sahəsində hü­­quq və vəzifələri aşağıdakılardır:

    • psixoloji-tibbi-pedaqoji komissiya tərəfindən aparılan mü­a­yi­nədə, müayinə nəticələrinin müzakirəsində və xüsusi təhsil müəs­si­­sə­sinin tipinin müəyyənləşdirilməsində iştirak etmək;

    • psixoloji-tibbi-pedaqoji komissiyanın qərarından qa­nunve­ri­ci­liklə müəyyən olunmuş qaydada şikayət etmək;

    • fərdi tədris proqramları ilə tanış olmaq və onların həyata ke­çi­rilməsində iştirak etmək;

    • xüsusi təhsil müəssisələri ilə bağlı məsləhətlər almaq;

    • sağlamlıq imkanları məhdud şəxslərin valideynləri və ya di­gər qanuni nümayəndələri onların ümumi təyinatlı təhsil müəssisə­lə­rində təhsil almaları üçün qanunvericiliklə müəyyən olunmuş qay­da­da müvafiq icra hakimiyyəti orqanlarına və təhsil müəssisələrinə mü­raciət etməyə borcludurlar.


1.4. Sağlamlıq imkanları məhdud aşağıdakı şəxslər təhsil al­dıq­ları məktəbəqədər, xüsusi təhsil müəssisələrində, internat tipli xü­susi təhsil müəssisələrində, o cümlədən ümumi tipli internat mək­təb­lərin xüsusi təhsil bölmələrində tam dövlət təminatındadırlar; kar­lar və zəif eşidənlər; korlar və zəif görənlər; ağır nitq qüsurları olan­lar; dayaq hərəkət aparatının funksiyaları pozulanlar; əqli cə­hət­dən geri qalanlar (debillər, imbisillər); emosional-iradi sahədə və dav­ranışlarında nəzərə çarpan ağır pozuntuları olanlar; psixi in­ki­şa­fın ləngliyi ilə əlaqədar təlimdə çətinlik çəkənlər; mürəkkəb çatış­maz­lıqları (fiziki çatışmazlığın, əqli və (və ya) psixi ləngimələrin məc­musu) olanlar.

2. Xüsusi təhsilin təşkili.

Xüsusi təhsil xüsusi təhsil müəssisələrində, xüsusi təhsil böl­mə­lərində, xüsusi şərait yaradılan ümumi təyinatlı təhsil müəssi­sə­lə­rin­­də Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edil­­miş formalarda həyata keçirilir.



2.1. Sağlamlıq vəziyyətinə görə təhsil müəssisələrində təhsil al­maq imkanı olmayan şəxslərin təhsili müvafiq təhsil müəssisəsi va­sitəsilə evdə təşkil edilir. Evdə təhsil almaq hüququ verən xəs­tə­lik­lərin siyahısı və evdə təhsilin təşkili qaydaları müvafiq icra haki­miy­yəti orqanı tərəfindən müəyyən edilir.

2.2. Sağlamlıq imkanları məhdud şəxslər tibb müəssisələrində uzun­müddətli (21 gündən artıq) stasionar müalicədə olarsa, müvafiq ic­ra hakimiyyəti orqanı psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı əsa­sında onların müvafiq ümumi tədris proqramlarına uyğun təhsil al­malarını təşkil edir. Stasionar şəraitdə təhsilin təşkili qaydaları mü­vafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

2.3. Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq sağ­lamlıq imkanları məhdud şəxslərin psixoloji-tibbi-pedaqoji və ya tib­bi-sosial ekspert komissiyasının qərarına əsasən xüsusi şərait ya­ra­dılan ümumi təyinatlı təhsil müəssisələrində təhsil almaq hüququ var­dır. Təhsil müəssisələrinin rəhbərliyi sağlamlıq imkanları məh­dud şəxslərə tədris prosesində zəruri köməkçi xidmət təşkil etmə­li­di­r.

2.4. Təhsil müəssisəsində psixoloji-pedaqoji və tibbi göstəriş­lə­rə (əks göstərişlərə) uyğun təhsil almaq üçün lazımi xüsusi şərait var­sa, həmin müəssisədə sağlamlıq imkanları məhdud şəxslər üçün in­teq­rasiyalı təhsil təşkil edilir. İnteqrasiya təlimli təhsil mü­əs­si­səs­i­nin rəhbərliyi şəxslərdə fiziki çatışmazlıq, yaxud konkret bir peşə (ix­tisas) üzrə məhdudiyyət barədə əks göstəriş yoxdursa, onların qə­bu­luna etiraz edə bilməz. İnteqrasiya təlimli təhsil müəssisələrində təh­silin təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən mü­əyyən edilir.

2.5. Xüsusi təhsil müəssisələri sağlamlıq imkanları məhdud aşa­ğıdakı şəxslər üçün yaradıla bilər:

- nitq pozulmaları (ağır nitq qüsurları, nitqin fonetik-fone­ma­tik ləngliyi, kəkələmə və ya ayrı-ayrı səslərin tələffüz pozulmaları) olan­lar;

- eşitmə pozulmaları olanlar (karlar, zəif eşidənlər və son­ra­dan karlaşanlar);

- görmə pozulmaları olanlar (korlar, zəif görənlər, çəpgözlər və s.);

- əqli (psixi) pozuntuları (əqli cəhətdən geri qalanlar, psixi in­ki­şaf ləngliyi, ağır əqli geriliyi) olanlar;

- dayaq-hərəkət aparatının funksiyalarının pozuntuları və ska­li­oz xəstəliyi olanlar;

- ağır çatışmazlığı olanlar, o cümlədən kar-korlar;

- emosional-iradi sahədə və davranışında çatışmazlıq olanlar;

- xroniki somatik xəstəlikləri olanlar.

Tədris proqramlarının uğurla mənimsənilməsinə maneçilik ol­ma­dıqda müxtəlif fiziki çatışmazlıqları və (və ya) psixi ləngiməsi olan­lar üçün təhsil eyni xüsusi təhsil müəssisəsində həyata keçirilə bi­lər. Xüsusi təhsil müəssisələri haqqında əsasnamə müvafiq icra ha­ki­miyyəti orqanı tərəfindən təsdiq edilir.



2.6. Mürəkkəb və ağır çatışmazlıqları olan şəxslərin təlimi və (və ya) tərbiyəsi ilə əlaqədar müxtəlif profilli reabilitasiya mər­kəz­lə­ri yaradılır. Reabilitasiya mərkəzlərinin əsas vəzifəsi sağlamlıq im­kanları məhdud şəxslərdə ünsiyyət, özünəxidmət və sadə əmək və­rdişlərini formalaşdırmaq, çatışmazlıqların korreksiyasını və fərdi təh­sil proqramları üzrə məşğələləri təşkil etməkdir. Reabilitasiya mər­kəzlərində məşğələlər fərdi və qrup təlim proqramlarına əsasən, hər qrupda 10, mürəkkəb çatışmazlığı olanlar üçün isə 6 nəfərdən çox olmayaraq təşkil edilir. Reabilitasiya mərkəzləri haqqında əsas­na­mə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

2.7. Tərbiyəvi xarakterli tədbirlərə ehtiyacı olan 11 yaşdan 14 ya­şına qədər sağlamlıq imkanları məhdud şəxslər üçün müvafiq icra ha­kimiyyəti orqanı tərəfindən qapalı tipli xüsusi təhsil bölmələri ya­radılır. Həmin şəxslər bu təhsil müəssisələrinə psixoloji-tibbi-pe­da­qo­ji komissiyanın rəyi nəzərə alınmaqla qanunvericilikdə müəyyən olun­muş qaydada göndərilirlər. Azadlıqdan məhrum etmə yerlərin­də psixoloji-tibbi-pedaqoji komissiyanın rəyində müəyyən edilmiş şərt­lərə əməl etməklə ictimai təhlükəli əməllər törətmiş sağlamlıq im­kanları məhdud şəxslərin xüsusi təhsili qanunvericilikdə mü­əy­yən olunmuş qaydada təşkil edilir.

3. Xüsusi təhsilin dövlət standartları.

Fiziki çatışmazlığı, əqli və (və ya) psixi ləngimələri olanlar üçün xüsusi təhsilin dövlət standartları müvafiq icra hakimiyyəti or­qanı tərəfindən müəyyən edilir. Xüsusi təhsil dövlət standartları mül­kiyyət formasından asılı olmayaraq xüsusi təhsili həyata keçirən mü­əssisələr üçün məcburidir.



4.Xüsusi təhsil sisteminin idarə olunması.

Xüsusi təhsili həyata keçirilən dövlət müəssisələri müvafiq ic­ra hakimiyyəti orqanı tərəfindən idarə olunur. Müvafiq icra haki­miy­yəti orqanı xüsusi təhsil üzrə proqramlar, o cümlədən əlaqəli proq­ramlar hazırlayır və həyata keçirir, sağlamlıq imkanları məhdud şəxs­lərin sağlamlığının mühafizəsinə, onların çatışmazlıqlarının ko­rek­siyasına, sosial adaptasiyasına, tibbi-sosial reabilitasiyasına, əlil­liyin profilaktikasına yönəlmiş birgə tədbirlər görür.

Mülkiyyət formasından asılı olmayaraq xüsusi təhsil müəssi­sə­­sinin akkreditasiyası, xüsusi təhsil haqqında dövlət nümunəli sə­nəd almaq üçün təhsil alanların yekun attestasiyası və xüsusi təh­si­lin keyfiyyətinə nəzarət qanunvericiliklə müəyyən edilmiş qaydada mü­vafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

Xüsusi təhsil müəssisəsinin, xüsusi təhsil bölməsinin və in­teq­ra­siya təlimli təhsil müəssisəsinin maddi-texniki bazasına xüsusi təh­sil müəssisəsinin tipindən asılı olaraq binalar, qurğular, yemək­xa­­nalar, yardımçı binalar, tibb, korreksiya və reabilitasiya kabi­net­ləri, idman, qurğuları, təlimin texniki vasitələri, kitabxana fondu da­xi­ldir. Xüsusi təhsili həyata keçirən müəssisənin maddi-texniki ba­za­sı müvafiq olaraq dövlət, bələdiyyələr və təsisçi (təsisçilər) tərə­fin­dən formalaşdırılır. Xüsusi təhsil üçün dərslik, dərs vəsaitləri və el­mi-metodik vasitələrin hazırlanması müvafiq icra hakimiyyəti or­qa­nı, bələdiyyələr və təsisçi (təsisçilər) tərəfindən həyata keçirilir.

Xüsusi təhsil sahəsində pedaqoji və tibbi fəaliyyətə qanun­ve­ri­ciliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər buraxılır. Xü­susi təhsil üçün kadrların hazırlnması orta və ali-peşə-ixtisas təhsili mü­əssisələrində, pedaqoji işçilərin ixtisasartırma və yenidənhazır­lan­ma müəssisəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən­ləş­­dirdiyi qaydada həyata keçirilir. Xüsusi təhsil müəssisələrində ça­lışan işçilərin sosial müdafiəsi Azərbaycan Respublikasının qa­nun­vericiliyi ilə müəyyən edilir.

5. Psixoloji-tibbi-pedaqoji komissiya və tibbi-sosial eks­pert komissiyasının vəzifələri.

Uşaqlarda fiziki çatışmazlıqların, əqli və (və ya) psixi lən­gi­mə­lərin diaqnostikasını aparmaq, bunun əsasında onların xüsusi təh­si­lə cəlb olunması barədə qərar qəbul etmək, valideynlərinə və ya di­gər nümayəndələrinə müvafiq məsləhət vermək, mübahisəli mə­sə­lə­lərə baxmaq məqsədi ilə tərkibi müvafiq icra hakimiyyəti orqanı tə­rəfindən müəyyənləşdirilən və daimi fəaliyyət göstərən psixoloji-tib­bi-pedaqoji komissiyalar yaradılır. Psixoloji-tibbi-pedaqoji ko­mis­siyalara elmi-metodik xidmət göstərilməsi, habelə psixoloji-tib­bi-pedaqoji komissiyalarla sağlamlıq imkanları məhdud uşaqların va­lideynləri və ya digər qanuni nümayəndələri arasında münasibət­lər qanunvericilikdə müəyyən olunmuş qaydada həll edilir. Psixo­lo­ji-tibbi-pedaqoji komissiya aşağıdakı vəzifələri yerinə yetirir:

- uşaqların erkən, habelə sonrakı yaş hədlərində psixoloji-tib­bi-pedaqoji müayinəsini aparmaq, inkişaf xüsusiyyətlərini aşkar­la­maq­la diaqnozunu müəyyənləşdirmək;

- sağlamlıq imkanları məhdud uşaqların xüsusi təhsilə cəlb edil­məsi barədə qərar qəbul etmək;

- sağlamlıq imkanları məhdud uşaqların təhsil almaları üçün xü­susi təhsili həyata keçirən müəssisənin tipini müəyyənləşdirmək;

- fərdi təlim planına dair tövsiyələr vermək;

- təyin edilmiş diaqnozu dəqiqləşdirməklə təsdiq etmək və ya də­yiş­dirmək;

11. Dövlət uşaq müəssisələrindən uşaqların

ailələrə ve­ril­mə­si (de -institutlaşdırma)

və alternativ qayğı Dövlət Proqramı ba­­rədə
Son illərdə respublikamızda iqtisadiyyatın sürətli inkişafı, so­si­al sahələrə diqqətin artırılması, regionların inkişafı məqsədilə hə­yata keçirilən tədbirlər nəticəsində yeni iş yerlərinin açılması, adam­ba­şına düşən gəlirin ilbəil artması əhalinin, o cümlədən hər bir ailə­nin sosial vəziyyətinin yaxşılaşması Azərbaycanda de-institutlaş­dır­ma siyasətinin həyata keçirilməsinə əlverişli zəmin yaratmışdır.

Dünya təcrübəsi və uşaq hüquqları üzrə konvensiyaların tələb­lə­ri nəzərə alınaraq beynəlxalq təşkilatlarla birlikdə “Azərbaycan Res­publikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə ve­ril­m­əsi (de-institutlaşdırma) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər) hazırlanmış və 2006-cı ilin martın 29-da ölkə Pre­zidentinin Sərəncamı ilə təsdiq olunmuşdur. Proqramın əsas məq­sədi BMT-nin Uşaq Hüquqları Konvensiyasında təsbit olunmuş uş­a­ğın şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün ailə mühitində xoş­bəxtlik, məhəbbət və anlaşma şəraitində böyüməsinin zəruriliyi nə­zərə alınaraq, dövlət uşaq müəssisələrində olan uşaqların ailələrə ve­ril­məsi və alternativ qayğının təşkili mexanizmlərinin yaradılması və səmərəli işlənməsinin təmin edilməsidir.

Proqrama əsasən de-institutlaşdırma aşağıdakı dövlət uşaq mü­əssisələrini əhatə edir: 1) valideynlərini itirmiş və valideyn hima­yə­­sindən məhrum olmuş uşaqlar üçün uşaq evləri; 2) valideynlərini itir­miş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün inter­nat məktəbləri; 3) ümumtəhsil internat məktəbləri (ümumi təyinatlı in­ter­nat evləri); 4) sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi in­ternat məktəbləri; 5) sağlamlıq imkanları məhdud uşaqlar üçün xü­susi məktəblər; 6) atılmış uşaqlar üçün körpələr evi (Səhiyyə Na­zir­liyi sistemində).

Proqramda aşağıdakı vəzifələrin yerinə yetirilməsi nəzərdə tu­tul­muşdur:

- normativ-hüquqi bazanın təkmilləşdirilməsi;

- dövlət uşaq müəssisələrində uşaqların ailələrə verilməsinin əsas istiqamətlərinin müəyyənləşdirilməsi, uşaqların ailələrə veril­mə­si, onların hüquqlarının qorunması və sosial müdafiəsinin işlək me­xanizmlərinin tətbiq edilməsi;

- uşaq evləri və internat tipli dövlət uşaq müəssisələrinin təd­ri­cən uşaqlara ailə əsaslı sosial xidmətlər sistemi ilə əvəz olunması;

- uşaqlara ailə əsaslı sosial xidmətlərin maliyyələşdirilməsi və sti­mullaşdırıcı amillərdən geniş istifadə etmək məqsədilə uşaqlar yer­ləşdirilən ailələrə maliyyə yardımlarının göstərilməsi;

- dövlət uşaq müəssisələrinin kadr potensialı geniş istifadə olun­maqla uşaqlara ailə əsaslı sosial xidmətləri həyata keçirən so­si­al işçilərin hazırlanması;

- uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin ən sonuncu im­kan olması baxımından uşaqların belə müəssisələrə daxil olma­sı­na ciddi nəzarət mexanizminin hazırlanması, dövlət himayəsinə qə­bul olunma meyarlarının dəqiqləşdirilməsi və onlara riayət olun­ma­sı­na nəzarətin gücləndirilməsi;

- dövlət uşaq müəssisələrində olan uşaqların sayının art­ma­sı­nın qarşısını almaq məqsədilə risk qrupundan olan (uşaqların ailə­lə­rin­dən belə müəssisələrə verilməsi baxımından) uşaqlar və ailələr ara­sında sistemli preventiv tədbirlərin görülməsi;

- ailələrə verilmiş uşaqların təhsilə cəlb olunması, onlara sə­hiy­yə və reabitasiya xidmətlərinin göstərilməsinin təmin olunması;

- dövlət ilə qeyri-hökumət və beynəlxalq təşkilatlar arasında de-institutlaşdırma məsələlərinin həlli sahəsində səmərəli əmək­daş­lı­ğın təmin olunması.

Qeyd edilən vəzifələrin yerinə yetirilməsi üçün proqramda aşa­ğıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur:


I. Normativ-hüquqi bazanın təkmilləşdirilməsi ilə əlaqə­d­a­r:

1) De –institutlaşdırmanın müvafiq beynəlxalq tələblərə uy­ğun səmərəli və intensiv həyata keçirilməsi üçün mövcud qanun­ve­ri­cilik bazasının stimullaşdırıcı amillər nəzərə alınmaqla təkmilləş­di­ril­məsi məqsədi ilə təkliflərin hazırlanması;

2) De- institutlaşdırma ilə bağlı tədbirlərin yoxsulluğun azal­dıl­ması və davamlı inkişafla bağlı tədbirlə əlaqələndirilməsi;

3) Uşaq evlərində olan uşaqların ailələrə verilməsi, hüquqla­rı­nın qorunması və sosial müdafiəsi mexanizmlərinin hazırlanması və qə­bul edilməsi;

4) Dövlət uşaq müəssisələrində uşaqların sayının artmasının qar­şısını almaq məqsədilə uşaqların dövlət himayəsinə qəbul edilmə me­yarlarının dəqiqləşdirilməsi, uşaqların belə müəssisələrə daxil ol­masına ciddi nəzarət mexanizminin hazırlanması, bu məqsədlə möv­cud normativ-hüquqi aktlara müvafiq əlavə və dəyişikliklərlə bağ­lı təkliflərin verilməsi;

5) Uşaqlar verilən ailələrin stimullaşdırılması, onlara maliyyə dəs­tə­yinin verilməsi, ailədə belə uşaqlara ayrılmış müavinətin xərc­lən­məsinin monitorinqi mexanizmlərinin hazırlanması;

6) Sosial işçilərin statusunun müəyyənləşdirilməsi, onların mad­di təminatı ilə bağlı təkliflərin hazırlanması;

7) Uşaqlar üçün ailə əsaslı sosial xidmətlər mərkəzlərinin fəa­liy­yətini tənzimləyən müvafiq normativ hüquqi aktların hazırlan­ma­sı və təsdiqi;

8) De-institutlaşdırmanın həyata keçirilməsi ilə bağlı müvafiq nor­mativ-hüquqi aktların, metodiki vasitələrin, təlimatların və s. ha­zır­lanması;

II. Təşkilati tədbirlərlə əlaqədar:

9) Dövlət uşaq müəssisələrinə uşaqların düşməsi hallarının qar­şısının alınması üçün risk qruplarından olan uşaqlar arasında və on­ların ailələri ilə sistemli preventiv tədbirlərin görülməsi;

10) Uşaq evləri və internat tipli təlim-tərbiyə müəssisələri ba­zasında uşaqlar üçün ailə əsaslı sosial xidmət mərkəzlərinin və al­ter­nativ xidmətlər sisteminin (qəyyumluq, himayədarlıq, tərbiyə edil­mək üçün himayədar ailəyə verilməsi və s.) yaradılması;

11) Təhsil müəssisələrində müvafiq ixtisaslar üzrə sosial iş­çi­lə­rin, o cümlədən dövlət uşaq müəssisələri işçilərinin peşə yönümü də­­yişməklə uşaqlara ailə əsaslı xidmətləri həyata keçirən sosial iş­çi­lə­rin hazırlanması, onlarla müvafiq treninqlərin keçirilməsi;

12) Dövlət himayəsində olan uşaqlar saxlanılan dövlət təlim-tər­biyə müəssisələrinin şəbəkəsinə yenidən baxılması , onların sa­yı­nın azaldılması üçün müvafiq tədbirlərin görülməsi;

13) Ümumtəhsil internat məktəblərinin (ümumi tipli internat ev­lə­rinin) bazasında ümumi təyinatlı ümumtəhsil məktəblərinin , li­sey və gimnaziyaların yaradılması məqsədi ilə tədbirlərin görül­mə­si;

14) Sağlamlıq imkanları məhdud uşaqlar üçün internat tipli tə­lim-tərbiyə müəssisələrinin bir hissəsinin reabilitasiya mərkəzlərinə çev­rilməsi;

15) Ailələrə verilmiş sağlamlıq imkanları məhdud uşaqların mü­əyyən hissəsinin ümumtəhsil məktəblərinə inteqrasiyası və bu mək­təblərdə onların sağlam uşaqlarla birgə təhsilinin təşkili üçün təd­birlərin davam etdirilməsi;

16) De-institutlaşdırmanın həlli sahəsində qeyri-hökumət və bey­nəlxalq təşkilatlarla səmərəli əməkdaşlığın təmin olunması üçün təd­birlərin görülməsi;

17) Ailələrə verilmiş sağlamlıq imkanları məhdud uşaqların təh­silə cəlb olunması, onların səhiyyə və reabilitasiya xidmətləri ilə tə­min edilməsi;

18) Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının mü­dafiəsi üzrə komissiyaların de-institusionalizasiyanın həyata keçi­ril­məsində bilavasitə iştirakının təmin edilməsi və bu istiqamətdə fəa­liyyətinin genişləndirilməsi;

19) Proqramın həyata keçirilməsinin təmin edilməsi üçün Ko­or­dinasiya qrupunun yaradılması.



Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin