C.Ə. Feyziyev, F. N.İbrahimov, S. R. Bədiyev d I dakt I k a bakı – Mütərcim – 2011 Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialı amea-nın Şəki Regional Elmi Mərkəzi



Yüklə 3,21 Mb.
səhifə34/43
tarix10.04.2017
ölçüsü3,21 Mb.
#13756
1   ...   30   31   32   33   34   35   36   37   ...   43

Bixeviorizm. İngilis sözü olub “davranış” deməkdir. XX əsrin əv­vəllərində Amerikada meydana gəlmiş cərəyandır. Cərəyanın mü­əl­liflərindən biri olan Edvard Torndayka görə psixologiya şüuru de­yil davranışı özü üçün tədqiqat predmeti seçməlidir. E.Torndayka gö­rə həm heyvanlarda, həm də insanlarda psixi proseslər assi­mil­ya­si­yanın qanunları zəminində baş verir. Hər iki halda xarici proseslər si­tu­asiya və cavab reaksiyası ilə bağlı olaraq təzahür edir.

E.Torndayk ideyalarını pedaqoji proseslərə tətbiq edərək “sti­mul-reaksiya” nəzəriyyəsini irəli sürür. Bu nəzəriyyəyə görə müəl­lim təlim prosesində elə stiuasiya yaratmalıdır ki, şagird məqsədə uy­ğun cavab reaksiyası ilə çıxış edə bilsin. Yeni təlim texno­lo­gi­ya­ları əsasında keçirilən dərslərdə motiv məhz buna xidmət edir. Mo­tiv şagirdi cavab reaksiyası üçün hazırlaşdırır, onu problem ətra­fı­n­da fikirləşməyə, tədqiqat aparmağa sövq edir.



Konstruktivizm. XX əsrin ikinci yarısında amerikalı peda­qoq­lar Kappan, Əbdəl-Həqq, Skarf-Siter, Makkenin və b. tərəfindən irə­li sürülmüşdür.

Konstruktivizm mahiyyətcə, əsas prinsipi yeni biliklərin, ide­ya­ların əvvəlcədən bildiyimiz ideyaların sintezi yolu ilə əldə edilməsi haq­qında nəzəriyyədir. Bu, o deməkdir ki, bilik passiv olaraq alın­­mır. Bu, insanların necə öyrənməsi haqqında tədqidata əsaslanan tə­li­mə bir yanaşmadır. Bir çox tədqiqatçılar deyirlər ki, hər bir fərd bi­li­yi başqalarından almaqdan daha çox onu özü “qurur, yaradır”. Kons­truktiv öyrənməyə necə nail olmaq haqqında bir sıra fikirlər var­dır, lakin əksər təhsil işçiləri inanırlar ki, şagirdlər mücərrəd an­la­yışları araşdırmalar, mühakimələr və müzakirələr vasitəsilə daha yax­şı dərk edirlər. Yəni, öyrənənlərin beyni müəllimin üzərində yaz­dığı daş, yazı taxtası deyildir. Hər bir öyrənən onların dünyagö­rü­şünə təsir edən həyat təcrübəsi ilə gəlir, bunlar müəllim tərəfindən diq­qətlə planlaşdırılmış və təşkil edilmiş təlimatla birgə uşağa məna ya­rat­maq, özlərinin dərketməsini qurmağa kömək edir. Göstəril­miş­dir ki, təlim uşaqların həyat təcrübələri ilə birləşdikdə konstrukti­vizm biliyin dərindən dərk edilməsi və daha uzun müddət yadda sax­lanmasına kömək etməkdə səmərəli nəticə verir.

Bəzi pedaqoji ədəbiyyatda konstruktivizmə biliyin təbiətinin və insanların necə öyrəndiklərinin izahını verən epistomologiya ki­mi yanaşılır (biliyin təbiəti, mənbələri və hüdudları haqqında nəzə­riy­yə). Başqa sözlə öyrənmə və ya məna yaratma nəzəriyyəsidir. Bu nə­zə­riyyə sübut edir ki, şagirdlər öz yeni düşüncə və ya biliklərini ar­tıq bildikləri və inandıqları ilə qarşılıqlı əlaqədə qururlar. Bu yolla şa­girdlər tədqiqatçı kimi çıxış edərək sanki nəyi isə “kəşf ” edirlər. Kons­truktiv mühiti şagirdlərin fəallığı, sorğu-sual, problemləri həlli, əmək­daşlıq müşaiyət edir. Müəllim öyrətməyə maraq yaradan, sual ve­rən, mübahisə aparan bələdçi, fasilitator, həm də axtarıcı rolunda çı­xış edir.

Konstruktivizmin növlərinə pedaqoji ədəbiyyatlarda yer veril­miş­dir:



  1. J.Pyajenin psixoloji konstruktivizmi;

  2. L.Viqotskinin sosial konstruktivizmi;

Pyajenin psixoloji konstruktivizminin mahiyyətində təlimin məq­sədinə uyğun şagirdin maraq və ehtiyaclarının dəstəklənməsi du­rur. Bu yolla tədqiqat obyektinə çevrilən şagirdin fərdi idraki in­ki­şafı təmin olunur. Elmi tədqiqat vasitəsilə idraki inkişafın təbii yo­­lunu müəyyənləşdirməyə cəhd edən, uşağa yönəlmiş yanaşmadır. Be­lə yanaşmada fərz olunur ki, şagirdlər sinfə müəllim tərəfindən də­yiş­dirilmiş, düzəlişlər edilmiş ideyalarla, rəylərlə daxil olurlar, mü­əllim şagirdlərə dilemma yaradan tapşırıqlar və suallar hazır-la­maq­la bu dəyişiklikləri istiqamətləndirir. Biliyin yaradıcı təhlili bu di­lem­maların arasından yol açmaq nəticəsində baş verir.

L.Viqotskinin sosial konstruktivizmi sosial transformasiya üçün təhsilə əsaslanır, sosial-mədəni kontekstdə fərdin yerləşdiyi mü­hitin onun inkişafındakı rolunu əks etdirir. Etibarlı inkişaf zonası ki­mi xarakterizə olunan mühit şagirdlərin formalaşmasının bazisi ki­mi göstərilir. Fərdi inkişaf mədəni qaydaların qrup tərəfindən pay­laş­dırıldığı və nəticədə fərd tərəfindən özününküləşdirilən sosial qar­şı­lıqlı əlaqələr nəticəsində yaranır. Şagirdlər bilikləri mühitlə qar­şılıqlı əlaqədə əldə edirlər. Bu zaman həm fərd, həm də mühit də­yi­şir. Tədqiqatın obyekti fərdlə sosial və mədəni mühit arasındakı dia­lektik münasibətdir.

II. Yeni təlim texnologiyalarının metodoloji əsasları kimi Azər­­baycan Respublikasının dövlət və digər normativ-hüquqi sə­nəd­ləri götürülə bilər.

Bizə elə gəlir ki, təhsilin metodoloji əsasında müqəddəs kita­bı­mız olan “Qurani- Kərim” və ondan irəli gələn ideyalar dur­ma­lı­dır. “Qurani–Kərim”də göstərilir: “Elm uzaq Çində olsa belə gedib öy­­rənmək la­zım­dır” və ya “Bələkdən qəbr evinədək öyrənmək”.

İstənilən fənnin, o cümlədən təlim nəzəriyyəsi olan Di­dak­ti­ka­nın metodoloji əsasları kimi aşağıdakı dövlət və normativ-hüquqi sə­nədləri göstərmək olar:


  1. Azərbaycan Respublikasının Konstitusiyasında göstərilir:

Maddə 18. Din və dövlət.

III. Dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır (1,səh. 8).

Maddə 42. Təhsil hüququ.

V. Dövlət minimum təhsil standartlarını müəyyən edir (1, səh.15).

Milli kurikulumda standartlara təlim strategiyaları da daxil edilmiş, təhsilin dünyəvi xarakteri inkişaf etmiş ölkələrdəki təhsilə təhsilimizin inteqrasiyası ilə mümkünlüyü göstərilmişdir.


  1. Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu. Burada göstərilir:

Maddə 5. Təhsil hüququna dövlət təminatı.

5.7. Dövlət milli təhsil ənənələrinin qorunmasına, inkişafına və innovasiyaların tətbiqinə təminat verir (30; 17).

6.2. Dövlət təhsil standartları təhsil sahəsində sınanılmış mü­tə­rəqqi beynəlxalq meyarlar, milli və ümumbəşəri dəyərlər nəzərə alın­maqla müəyyən edilir (30; 18).

Maddə 9. Təhsilin keyfiyyət səviyyəsi.

9.1. Təhsilin keyfiyyət səviyyəsi ölkədə qəbul olunan dövlət təh­sil standartları əsasında beynəlxalq və ümumavropa təhsil siste­mi­nin prinsiplərinə uyğunlaşdırılaraq təhsil pillələri üzrə müvafiq key­fiyyət göstəriciləri sisteminə (təhsil proqramları, abituriyentlərin ha­zırlıq səviyyəsi, maddi-texniki baza, infrastruktur, informasiya re­surs­ları, təhsilverənlərin peşəkarlığı və elmi-pedaqoji səviyyəsi, mü­tə­rəqqi tədris texnologiyaları və s.) uyğun olaraq müəyyən edilir (30; 21).

Maddə 3. Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri.

Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri haqqında ge­niş məlumata vəsaitin II fəslində yer verilmişdir. Odur ki burada hə­min prinsiplər barədə əlavə söz açmağa lüzum görmürük.

c) Azərbaycan Respublikasının Təhsil İslahatı Proqramı (15 İyun 1999-cu il). İslahat Proqramının məqsədi Azərbaycan Təh­si­linin səviyyəsini dünyanın qabaqcıl, inkişafetmiş ölkələrindəki təh­si­lin səviyyəsinə çatdırmaq, onlardakı standartlara uyğunlaşdırmaq, dün­ya təhsilinə inteqrasiya etməkdir.

Təhsillə bağlı standartlar Azərbaycan Respublikası Nazirlər Ka­bi­netinin 30 oktyabr 2006-cı il tarixli 233 nömrəli qərarı ilə təs­diq edilmiş “Azərbaycan Respublikasında Ümumi Təhsilin Kon­sep­si­yası (Milli Kurikulumu)” konseptual sənədilə müəyyən edilir

Ümummilli lider, mərhum prezident H. Əliyevin dediyi kimi Təh­sil İslahatı tədricən, təkamül yolu ilə olmalıdır. İnkişaf etmiş öl­kə­lərdə mövcud olan təhsil sistemi ölkəmizə mexaniki şəkildə kö­çü­rü­lə bilməz. Bu zaman milli mentalitet, yerli şərait və s. amillər nə­zə­rə alınmalıdır.

Ümumorta təhsillə bağlı dövlət standartlarına aşağıdakılar da­xil­dir:


  1. Orta təhsilin məzmununun minimumu.

  2. Dərs yükünün maksimum həcmi.

  3. Şagirdlərin hazırlıq səviyyəsinə verilən tələblər.

Göstərilən standartlar BMT-nin konvensiyasına, beynəlxalq nor­malara, Azərbaycan Respublikasının Qanunvericilik aktlarına əsas­la­nır. Standartların əsas məqsədi ümumi icbari təhsil həyata ke­çir­məkdir.

İslahat Proqramı giriş və dörd bölmədən ibarətdir.

I bölmə: Respublikada təhsilin real vəziyyəti.

II bölmə: İslahatın əsas istiqamətləri.

III bölmə: İslahatın gedişi zamanı həyata keçiriləcək əsas təd­bir­lər.

IV bölmə: Gözlənilən nəticələr.

İslahatın üç mərhələdə keçirilməsi nəzərdə tutulmuşdur: 1) 1999; 2) 2000-2003; 3)2004-...

İslahat Proqramının II bölməsi (əsas istiqamətlər) aşağıdakı sa­hələrə ayrılır: 1) Təhsil sistemində struktur islahatları. 2) Təlim-tər­biyənin məzmun islahatları. 3) Təhsil sistemində kadr hazırlığı. 4) Təhsil sisteminin informasiyalaşdırılması, tədris və metodiki tə­mi­nat. 5) Təhsil sisteminin idarə olunması. 6) Təhsil sisteminin mad­di texniki bazası. 7) Təhsilin iqtisadiyyatı.

İslahat Proqramının 3-cü bölməsində 7 istiqamətdə 128 təd­bi­rin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Proqramın IV bölməsi isə aşağıdakı nəticələrin əldə edilə­cə­yi­ni gözləyir (və ya gözlənilir):



  1. Təhsil sisteminin geniş, normativ-hüquqi-iqtisadi bazası­nın ya­ra­dılması.

  2. Müxtəlif yönümlü və səviyyəli təhsil müəssisələrinin in­teq­ra­siyasında, onların bazasında yeni tipli elmi-təhsil bazalarının ya­ra­dıl­ması.

  3. Ümumi və peşə təhsilinin bütün pillə və səviyyədə dövlət təh­­sil standartlarına müvafiq təhsil proqramlarının yenidən hazır­lan­ma­sı.

  4. Kadr hazırlığı təhsil işçilərinin çevikliyini, raqabətə qabiliy­yə­tini artırır.

  5. Təhsilin tədris, elmi-metodiki, informativliyi real tələblərə uy­ğunlaşdırılır.

  6. Təhsil sistemində dövlət-ictimai xarakterli idarəetmə mo­de­li yaradılır.

  7. Təhsil sistemində müəssisə-təsərrüfat sistemi yaradılır (mad­di-texniki)

  8. Təhsil sistemi maliyyələşdirilir, yeni mexanizmi əks etdirən iq­ti­sadi modellər yaradılır.

Haqqında bəhs edilən Azərbaycan Respublikası Təhsil İsla­ha­tı Proqramının II bölməsinin - “Təlim-tərbiyənin məzmun isla­hat­ları” başlıqlı hissəsində qabaqcıl ölkələrdə, o cümlədən respub­li­ka­mız­da olan innovasiyalardan təlim-tərbiyə prosesində istifadə et­mək­lə təhsilin səviyyəsinin yüksəldilməsi təhsil müəssisələri qar­şı­sın­da bir vəzifə kimi qoyulmuşdur.

ç) Müəllimlərin–pedaqoji işçilərin ixtisasının artırılması sis­te­mi unikal bir sistemdir. Bu sistem müəllimlə, təhsillə bağlı olan hər han­sı bir problemə müəyyən operativliklə reaksiya vermək qabiliy­yə­tinə malikdir.Onun vasitəsilə həm pedaqoji kadrların, həm onların si­ma­sında təhsilə cəlb edilən şagirdlərin bilik, bacarıq və vər­diş­lə­ri­nin səviyyə və keyfiyyətini yüksəltmək mümkündür.

Bu gün hər 5 ildən bir məcburi ixtisasartırma yaşadığımız döv­rün tələblərinə, demokratik prinsiplərə uyğun gəlmir: hamıya ey­ni mövzunu, eyni tədris proqramlarını öyrətmək müsbət nəticə ve­rə bilməz. Artıq müəllim öz tələbatını, ehtiyacına uyğun gələn təd­ris plan və proqramlarını seçmək istəyir. Təbii ki, məsələnin bu cür qoyuluşu ixtisasartırma təhsilində bir sıra strateji dəyişikliklər edil­məsini, tamamilə yeni mexanizmlərə keçməyi tələb edir.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin ardıcıl həyata ke­çirdiyi tədbirlər, qabaqcıl ölkələrdəki təhsil sisteminin öyrə­nil­mə­si respublikamızda ixtisasartırmanın yeni mexanizminin hazırlan­ma­sına gətirib çıxarır. Bu mexanizm məruzə şəklində Paris Versal Aka­demiyasına təqdim edildi. Sonralar bu mexanizm Versal və ya Fran­sa modeli kimi səsləndi.

İxtisasartırma və yenidən hazırlanmanın yeni mexanizminin Res­publikada üç mərhələdə həyata keçirilməsi qərara alındı:

I mərhələ - 1996-1998 - islahatlara hazırlıq mərhələsi,

II mərhələ - 1998-2000 - strategiyanın qəbulu və ilkin real ad­dım­lar mərhələsi,

III mərhələ - 2000-2003 - Yeni mexanizmə keçid, proseslərin tət­biqi mərhələsi.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin apardığı ardıcıl təd­birlərin həyata keçirilməsi Azərbaycan prezidenti H.Əliyevin “Azər­baycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haq­qında” 13 iyun 2000-ci il tarixli 349 nömrəli fərmanı və “Dövlət İs­la­hat Proqramının” qəbulu ilə təsbitləşdi. Proqramın 128 strateji təd­birindən 45-i ixtisasartırma və yenidən hazırlanmaya aiddir. İxti­sas­a­rtırma və təkmilləşdirmənin yeni mexanizminin əsas müd­dəa­la­rı aşağıdakılardır:


  • ixtisasartırma təhsilinə cəlb olunma könüllülük prinsipi əsa­sın­da qurulur, məcburiyyət prinsipindən, planlı ixtisasartırma təhsi­lin­dən imtina edilir, “Sifariş-təklif” modelinin tətbiqinə keçilir;

  • ixtisasartırmanın başlanğıc nöqtəsi məktəb hesab olunur, pe­d­a­q­oji kadrların bu təhsilə olan maraq və ehtiyacı burada öyrənilir;

  • ixtisasartırma müəssisələri yalnız sifarişçinin tələbatını ödə­mək məqsədilə fəaliyyət göstərir;

  • ixtisasartırma prosesi əvvəlcədən təklif olunan tədris plan-proq­ramlara və onlara yerlərdən gələn reaksiyalar əsasında qurulur, proq­ramlar daim yeniləşdirilir, tələbata uyğunlaşdırılır;

  • alternativ proqramların təklifi ixtisasartırma müəssisələri ara­sında sağlam rəqabət yaradır;

  • “ixtisasartırma-attestasiya-stimul” mexanizmi əsas şərt kimi qə­bul olunur;

  • pedaqoji yönlü təhsil mərkəzləri nəzdində dayaq məntəqələri ya­ra­dılır, fasiləsiz təkmilləşdirmə prosesinə geniş yer verilir; öyrə­dən­lər daim öyrədilir;

  • ixtisasartırma təhsilində distant təhsil, özünütəhsil me­xa­nizm­ləri tətbiq olunur, informasiya təminatı gücləndirilir;

  • yerli tədris, metodik və kadr xidmətlərinin, eləcə də ixti­sas­ar­tırma müəssisələrinin fəaliyyəti ixtisasartırma təhsilindən keçmiş kadr­ların əldə etdikləri nəticələrə uyğun qiymətləndirilir.

İxtisasartırma təhsilində həyata keçirilməsi nəzərdə tutulan bu prin­siplər məhz “Strateji addımlar” adlanır.

Bu problemin aktuallığını nəzərə alan hörmətli nazirimiz Mi­sir Mərdanov bu məsələyə bir daha qayıtmış “İxtisasartırma təhsi­lin­də yeni mexanizmə keçid və müəllimlərin təkmilləşdirilməsi işi­nin təşkili barədə” 21 fevral 2002-ci il tarixli 164 nömrəli əmr hazır­la­mışdır. Əmrdə ixtisasartırma təhsili üzrə yeni mexanizmə keçmək üçün reallaşması vacib sayılan fəaliyyət istiqamətləri göstərilmiş, pro­sesdə iştirak edəcək tərəflərin konkret vəzifələri müəyyən edil­miş­dir.

Bəzən müəllimlər ixtisasartırma və təkmilləşdirmə anlayışları ara­sındakı mühüm fərqi görmür, eyniləşdirirlər. Respublika Təhsil Na­zirliyinin 21.02.2002-ci il tarixli 164 saylı əmrində bu anlayışlar ara­sındakı fərq aydınlaşdırılır, orada göstərilir:

2.1.7. Nəzərə alınsın ki, hər bir müəllimin öz pedaqoji fəa­liy­yə­ti dövründə (və ya müəyyən müddət pedaqoji fəaliyyətdə olma­yan dövrdə) mütəmadi olaraq profesional və metodiki səviyyəsini yük­səltmək, peşə ustalığını elmi-nəzəri biliklərini artırmaq məqsədi ilə şəxsi tələbatlarına –ehtiyaclarına uyğun gələn tədris plan və proq­ramlarla bilavasitə ixtisasartırma tədris müəssisələrində təhsil al­ması ixtisasartırma təhsili kimi müəyyənləşdirilmişdir. İxtisasar­tır­ma təhsilinə cəlb olunma prosesində məcburiyyət halları yol­ve­ril­m­əz­dir.

2.2.1. Müəllimlərin təkmilləşdirilməsi prosesi Nazirliyin “Da­yaq məntəqələri mexanizminin tətbiqi barədə" 17.10.2000-ci il ta­rix­li əmri ilə təsdiq edilmiş mexanizmə uyğun olaraq dayaq mən­tə­qə­lərində təşkil edilir.

2.2.2. Müəllimlərin təkmilləşdirilməsi prosesi aşağıda mü­əyyənləşdirilmiş anlayışların vəhdəti kimi qəbul edilsin və gələcək prosedura məhz bunların reallaşdırılmasına yönəldilsin:



  • daimi özünütəhsil;

  • pedaqoji, psixoloji, metodoloji, elmi yeniliklər, dərs vəsaiti və dərsliklərdə, eləcə də tədris plan, proqramlarında, texniki tədris va­sitələrində olan yeniliklərlə operativ tanışlıq, bu sahədə öz həm­ka­rı ilə təcrübə mübadiləsi;

  • distant-məsafədən ötürmə vasitələri ilə yeni metodların əldə olun­ması, bu istiqamətdə fikir mübadiləsinin aparılması;

  • aktual mövzuların dinlənilməsi üçün sahə üzrə qabaqcıl mü­tə­xəssislərin dayaq məntəqələrinə dəvət olunması, problem mövz­u­lar ətrafında fikir mübadilələrinin, diskusiyaların təşkili;

  • dərslərdə kollektiv iştirak, konkret metodikanın aprobasiyası, nə­ticələrin təhlili;

  • kadr hazırlığı, ixtisasartırma və yenidənhazırlama təhsilində tət­biq olunan plan və proqramlara, eləcə də yeni dərslik, dərs vəsa­it­lə­rinə əsaslandırılmış təkliflərin verilməsi.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin respublika təhsil mü­əssisələrində təlim-tərbiyə fəaliyyətini yüksəltmək üçün bir çox for­ma, islahat, yollardan istifadə edir. Bunlardan biri də respub­li­ka­d­a təhsilə humanitar yardım göstərmək istəyən bir sıra xarici təşkilat, qu­rumlarla məqsədəuyğun müqavilələr bağlamaq, onların həyata ke­çirilməsi üçün şərait yaratmaqdır.

Təhsil Nazirliyinin Açıq Cəmiyyət İnstitutu - Yardım fondu ilə bağladığı müqaviləyə uyğun olaraq respublikada 9 treninq mər­kə­zi yaradılmış və fəaliyyət göstərmişdir. Açıq Cəmiyyət İnstitutu­nun tərəfindən təşkil edilmiş treninq mərkəzlərində ənənəvi proq­ram­lardan fərqli olan alternativ təlim texnologiyalarından istifadə edi­lərək müəllimlərin ixtisasartırma kurslarından keçirilməsi təşkil edil­m­işdir.

Təhsil Nazirliyinin 2003-cü il tarixli kollegiya materiallarında gös­tə­rilir:

“10. Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun xətti ilə ixti­sas­artırma təhsilində alternativ xidmətlər göstərən treninq-mər­kəz­lə­ri­nin fəaliyyəti dəstəklənsin, ixtisasartırma müəssisələri şəbəkəsində də Fondun “Addım-addım”, “Tənqidi təfəkkür ”proqramlarına uy­ğun olan yeni təlim texnologiyalarının tətbiqi məsələlərinə baxıl­sın”. (Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiya mate­ri­alları. Bakı, 2003, səh 14)

B
Yeni təlim texnologiyalarının metodoloji əsasları

Fəlsəfi

Dövlət, normativ-hüquqi sənədlər

Müstəqil biliyin əldə edilməsinin metodologiyası

Hüquqi baza (əsas)
eləliklə yeni təlim texnologiyalarının metodoloji əsaslarını klas­terləşdirsək aşağıdakı nəticəni çıxarmaq olar (Sxem 1.1):

2. Yeni təlim texnologiyalarının mahiyyəti.

Ənənə və müasirlik
İnkişaf etmiş Qərb dövlətlərinin təhsil sistemində istifadə edi­lən aktiv və ya interaktiv təlim metodlarından respublikamızın təhsil mü­əssisələrində yüksələn xətlə istifadə edilməkdədir.

Bu metodların şagird şəxsiyyətinin formalaşdırılmasında xü­susi yeri vardır. Təlimi humanistləşdirmədən, humanitarlaş­dır­ma­dan, demokratikləşdirmədən şagird şəxsiyyətini formalaşdırmaq ol­maz. Təlimin humanistləşdirilməsi prinsipi sosial, bəşəri və mədəni ide­yalara xidmət edir. “Məlum olduğu kimi islahatın əsas ma­hiy­yə­tini təhsilin humanistləşdirilməsi, humanitarlaşdırılması, demokra­tik­ləş­dirilməsi, diferensiallaşdırılması və inteqrasiya kimi prinsiplər təş­kil edir. Bu prinsiplər isə milli zəminə, bəşəri dəyərlərə əsaslanan dün­yəvi təhsil sisteminin yaradılmasının, təhsil alanın şəxsiyyət ki­mi formalaşdırılması üçün onun təlim-tərbiyə prosesinin bərabər hü­quqlu subyektinə çevrilməsini bir vəzifə kimi qarşıya qoyur”. Ye­ni təlim texnologiyalarında şagirdlərin intellektual, mənəvi cəhətdən in­kişaf etdirilməsi ön plana keçirilir. Yeni texnologiyaların təlimdə tət­biqi şagirdlərin öz fikirlərini aydın, məntiqi ardıcıllıqla ifadə et­mə­lərinə şərait yaradır. Bu metodlar şagirdlərin yaradıcılıq qabiliy­yə­­tinin inkişafını təmin etməklə, onlarda yüksək ünsiyyət mə­də­niy­yə­ti formalaşdırır.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiya icla­sı­nı­nın materiallarında göstərilir: “Fasiləsiz təhsil konteksində şəx­siy­yə­tin, kamil insanın hazırlığı üzrə dünya təcrübəsinə inteqrasiya prin­sipi zəruri faktor kimi qəbul edilməli, həmin istiqamətdə kon­kret fəaliyyət həyata keçirilməlidir“ (3,səh.4-52). Bu şagirdləri mü­əy­yən qədər fəallaşdıran, təlimdə müvəffəqiyyət qazanmağa imkan ve­rən ənənəvi təlim metodlarından bütövlükdə imtina etmək demək de­yildir. Ənənəvi metodların müsbət cəhətlərindən istifadə edərək ye­ni yanaşmanın, yeni təlim texnologiyalarının, innovasiyaların pe­daqoji, psixoloji əsaslarını işləmək və nəticəyönümlü, şagirdə isti­qa­mətlənmiş təlim-tərbiyə prosesinin elmi əsaslarının müasir tə­ləb­lə­rə uyğun araşdırmaların aparılması təhsil sisteminin qarşısında du­ran ən aktual problem kimi qiymətləndirilir.

Təlim metodlаrı təlimdə müəyyən məqsədə nail olmaq üçün mü­əllim və şagirdlərin fəaliyyətinin nizama salınması qaydasıdır. Tə­lim metodları dedikdə, məqsədə nail olmaq, təhsil vəzifələrini həll etmək yollarının məcmusu başa düşülür. Pedaqoji ədəbiyyatda me­tod anlayışı müəllimin və ya şagirdlərin fəaliyyətinə aid edilir. Mü­əl­limin fəaliyyəti ilə bağlı olan metodlar tədris metodları, şa­gird­lərin fəaliyyəti ilə bağlı olan metodlar isə öyrənmə metodları ad­la­nır. Müəllim və şagirdlərin birgə fəaliyyəti ilə bağlı olan metodları tə­lim metodları kimi işlətmək lazımdır. Təlim metodları struktu­run­da priyomları (tərzləri) da fərqləndirmək lazımdır. Priyom metodun ele­mentidir, onun tərkib hissəsidir, metodun tətbiqində ayrıca ad­dım­dır.

Təlim metodu mürəkkəb, çoxparametrli bir anlayış olmaqla tə­limin məqsədini, məzmununu, qanunauyğunluqlarını, prinsiplərini sə­mərəli həyata keçirmək üçün istifadə olunur. Təlimin məqsədinin, məz­mununun keyfiyyətlə icrası seçilmiş metodların praktik im­kan­larından asılıdır. Bu imkanları məhz metodlar təmin edir və didaktik sis­temin inkişaf sürətinə təkan verir. Təlimdə tətbiq edilən metodlar in­kişafa nə qədər çox şərait yaradarsa, təlimin səmərəsi də bir o qə­dər yüksək olаr.

Bu mənada interaktiv təlim metodları üstünlük təşkil edir.

İnkişafetdirici, nəticəyönümlü təlim əsas üç funksiyanı yerinə ye­tir­diyindən, bunlar təlim-tərbiyə prosesində nəzərə alınmalıdır:



  • pedoqoji - buraya şagirdin təlimlə bağlı inkişafına təsir gös­tə­rən amilləri: mikromühiti, kommunikasiyaları, şəxsi təcrübə və me­­todları;

  • psixoloji - buraya təlim nəticələrinin mənimsənilməsini tə­min edən şagirdlərin psiхoloji imkanları: səyi, marağı, xarakterik xü­su­siyyətləri;

  • sosial - buraya əxlaq, əmək, elm, incəsənət, din və s. ilə əla­qə­dar bilik və bacarıqların verilməsi daxildir.

Təlim prosesinin mahiyyəti, təlim metodlarının məzmunu ic­ti­mai şərait inkişaf etdikcə dəyişdiyindən, Azərbaycan Respublikası azad, müstəqil inkişaf yoluna keçdikdən sonra inkişafın xarakterinə uy­ğun olaraq təlim metodları da forma və məzmunca yeniləşməyə baş­lamışdır. Cəmiyyət müstəqil düşünən, kamil, rəqabətəqabil şəx­siy­yət, yaradıcı insan yetişdirməyi problem kimi təhsil müəsisə­lə­ri­nin qarşısında qoymuşdur. Bu vəzifələri həyata keçirmək, reallaş­dır­maq inkişaf etmiş qabaqcıl ölkələrdə mövcud olan fəal təlim me­tod­la­rından, milli-mənəvi dəyərləri nəzərə alaraq istifadəni zərurətə çe­vir­mişdir.

Azərbaycan Respublikasında təhsil sahəsində İslahat Proq­ra­mı yeni təlim metodlarından, təlim texnologiyalarından istifadənin el­mi, pedaqoji - psixoloji əsaslarının işlənilməsini əsas problem ki­mi qarşıya qoymuşdur. Təhsil sistemində yeni təlim texnolo­gi­ya­la­rı­nın tətbiqi təlim prosesinin səmərəliliyini, keyfiyyətini yüksəldən əsas amil olduğundan, belə nəticəyə gəlmək olar ki:

- tədris prosesi nəticəyönümlü proses olduğundan, məqsədi əv­vəlcədən müəyyənləşdirilmiş və şagirdə istiqamətlənmiş təlim hə­ya­ta keçirilməlidir;

- tədris və təlim bir-biri ilə sıx bağlı olduğundan daim qar­şı­lıq­lı əlaqədə götürülməlidir;

- tədris prosesi hər birinin öz rolu və statusu olan bir neçə fərd­lərin əməkdaşlığından irəli gələn sosial bir proses olub inkişaf re­ji­mində fəaliyyət göstərməlidir;

- tədris prosesi qarşılıqlı əlaqələrin xarakterindən, mühitin xü­su­siyyətlərindən, təhsil müəssisələrinin əhatəsindən asılı olub on­la­rın daxili quruluşundan irəli gələn verbal və sensor davranışların məc­musunu özündə birləşdirməlidir (22, səh.3-52).

Müəllimlər yeni texnologiyalardаn istifаdə еtməklə dərsləri daha maraqlı edən, şagirdləri, əsasən, sağlam mühakimələr irəli sür­mə­yə, sonradan real həyata tətbiq edəcəkləri məzmunu başa düş­mə­yə yardım edən mühüm vasitələrə çevirə bilərlər. Deməli, yeni təlim me­todları təhsilin məzmununu daha yaxşı mənimsəmək və şagird­lə­rin müstəqil cavab vermək məqsədi ilə tələb olunan təfəkkür pro­se­si­ni inkişaf etdirmək üçün çox faydalıdır.

Yeni təlim texnologiyalarının üstün cəhətlərini prof. Ə.Ağa­yev belə göstərir: “...dərs tam fəallıq şəraitində keçir, təkcə müəllim de­yil, şagirdlər də yaradıcılıq axtarışında olurlar, müstəqil düşüncə tər­zi formalaşır, təşəbbüskarlıq, yeniliyə meyllilik güclənir” (4, səh. 3­9-47).

Təlim prosesini aktivləşdirmək üçün düşünmə qabiliyyətini in­kişaf etdirmək, yaradıcılığa həvəsləndirmək və öyrənməyə maraq ya­ratmaq məqsədini güdən müəllim, şagirdi təlimə cəlb edəcək mü­əy­yən metod, texnika və proseduralardan istifadə etməlidir. Şagird tə­li­minin fəal iştirakçısı olmaq üçün hazırlanmalıdır. Müəllim şa­gir­də dünyanı başa düşməkdə və qazandığı bilikləri real həyat şəraitinə tət­biq etməkdə yardım göstərməlidir. Yeni texnologiyalar tədris stra­tegiyasının yerinə yetirilməsinə istiqamətləndirildiyindən, onlar nə­zərdə tutulmuş təlim məqsədlərinə nail olmaqda əsas alət rolu oy­na­yır.

Yeni texnologiyalar bir sıra xüsusiyyətləri ilə ənənəvi təlim me­tod­larından fərqlənir: şagirdlərin tədqiqat fəaliyyətinə cəlb edil­mə­ləri, müəllim tərəfindən problemli şəraitin yaradılması, biliklərin şa­girdlər tərəfindən müstəqil əldə edilməsi və s. Qeyd edilən xüs­u­siy­yətlər bəzi ənənəvi təlim metodlarında da olmuşdur, lakin yeni tə­lim metodları bütövlükdə göstərilən xüsusiyyətlərə əsaslanır.

Araşdırmalar göstərir ki, yeni təlim texnologiyaları aşağıdakı prin­siplərə əsaslandıqda şagirdlərin yaradıcılıq qabiliyyətini inkişaf et­di­rməyə imkan verir:


  • təfəkkürün inkişafına səbəb olacaq konstruktivizmə;

  • şagirdlərin sosial inkişafına səbəb olacaq kooperativ təlimə;

  • biliklərin müstəqil əldə edilməsi üçün şəraitin yaradılmasına;

  • bilik və bacarıqların müstəqil şəkildə əldə edilməsinə;

  • müəllimin təşkilatçı, koordinator, bəzi hallarda arbitr ro­lu­n­da çıxış etməsinə.

D.Kappana görə konstruktivizm- öyrənənlərin biliklərə öz­l­ə­rin­də əvvəllər mövcud olan və təcrübələrdən əldə etdikləri yeni ide­ya və ya nəzəriyyələrlə əlaqələndirməklə yiyələnməsi prosesidir (9,səh.2). Konstruktivizm bəzən yaradıcılıq kimi də səciyyələn­di­ri­lir. Konstruktivizm belə bir ideyaya əsaslanır ki, bilik qurulur, kəşf edi­lir, yaradılır. Bilik passiv şəkildə alına bilməz, bilik fəal öyrənmə pro­sesində əldə edilə bilər. Konstruktivizm nəzəriyyəsinin həyata ke­çirilməsi üç şeyi tələb edir: fəal şagird, sosial şagird və yaradıcı şa­gird (23, səh.24-27).

Yaradıcı (konstruktiv) mühitin təmin edilməsi üçün müəllim aşa­ğıdakılara əməl etməlidir:

- bilik vermək yox, biliyi əldə etməyə həvəs yaratmalı;

- hazır cavablı suallar yox, problemli suallar verməli;

- öyrənənin gələcək inkişafını təmin etməli ;

- informasiya verməkdənsə, öyrənəni biliklərin əldə edilməsi pro­sesinə cəlb etməli;

- öyrənmə prosesini düzgün planlaşdırmalı.

Kooperativ (əməkdaşlıq əsaslı) təlimdən fərqli olaraq ənənəvi di­daktikada təlim tapşırıqlarının üç formada verilməsi göstərilir: fron­tal, qrup, fərdi.

Yeni təlim texnologiyalarının tətbiq edildiyi dərslərdə qrup for­ması üstünlük təşkil edir. Burada mahiyyət də dəyişir, qrupu təş­kil edən şagirdlər qarşılıqlı ünsiyyət, mülahizə zəminində verilmiş tap­şırığı icra edirlər.

Kooperativ təlim zamanı şagirdlər yalnız birgə fəaliyyət gös­tər­dikləri digər şagirdlərlə eyni vaxtda öz məqsədlərinə çata bilərlər. Koo­perativ əsaslı öyrənmə təlim tapşırığının elə təşkilini tələb edir ki, şagirdlər dərsin məqsədinə özünün və kiçik qruplardakı yold­aş­la­rının səyləri nəticəsində nail olsunlar. Kooperativ təlimə aid öy­rən­mə modeli D.Conson və R.Conson tərəfindən yaradılmışdır. On­lar kooperativ öyrənməyə daxil edilməli beş komponent müəyyən et­mişlər:



  • müsbət qarşılıqlı asılılıq (şagirdlər səmərəli nəticələrə nail ol­maqla digər qrup üzvlərindən eyni dərəcədə, qarşılıqlı şəkildə asılı ol­duqlarını bilməli və buraya məqsəd, tapşırıq, ehtiyat (material, mə­lumat), rol, mükafat, qarşılıqlı asılılıqlar daxil edilməlidir);

  • şagirdlərin üz-üzə qarşılıqlı fəaliyyəti;

  • fərdi məsuliyyət (hər qrup üzvü məsuliyyət barədə aydın tə­səv­vürə malik olmalıdır);

  • şagirdlərin müvafiq şəxsiyyətlərarası və kiçik qrup baca­rıq­la­rı ilə təlimatlandırılması (qrupdaxili davranış qaydaları);

  • qrupun fəaliyyəti (şagirdlərin qrupun necə işləməsini qiy­mət­ləndirmək, üzvlərin işlərinin faydalı olub-olmamasını müzakirə et­mək üçün vaxtı olmalıdır).

Li.Eybrəhəmsn yeni təlim texnologiyalarının əhəmiyyətini ümu­miləşdirərək qeyd edir. « Əgər bizim beynimiz bunu (dərk­et­mə­ni) özü etmirsə, yeni informasiyanı qəbul etmirsə, əlaqələr axtarmır­sa, onu təhlil edib məna çıxarmırsa, heç bir kənar qüvvənin heç bir tə­siri olmayacaqdır » (20, səh.2).

Yeni təlim texnologiyaları əsasında tədris edilən dərslərdə mü­əl­limin rolu texnologiyaya aşağıdakı sxemdə göstərilən funk­si­ya­­ların yerinə yetirilməsi ilə bağlı daxil edilə bilər (sxem 1.2.):


Sxem 1.2.

Sxemdən görünür ki, müəllimin funksiyalarına dizayner an­la­yı­şı da daxil edilmişdir. Burada dizayner müəllimin təhsil prose­si­nin məzmunu ilə bağlı kurikulumlara uyğun mövzu və onun məz­mu­nunun müəyyənləşdirməsi, onu şagirdlərin imkanlarına uyğun­laş­­dırması mənasında başa düşülməlidir.

Müəllimin fasilitasiya bacarıqlarına aşağıdakılar daxildir:


  • müəllim və şagirdlərin birgə əməkdaşlığı,

  • onların qarşılıqlı hörmət və etibarı,

  • şagirdlərin olduqları kimi qəbul edilməsi və müəllim tə­rə­fin­dən onların daim dəstəklənməsi,

  • şagirdlərin qabiliyyətlərinə inam,

  • təfəkkürün stimullaşdırılması,

  • şagirdlərdə öyrənmə stimulunun və motivasiyasının yara­dıl­ma­­sı,

  • onların sinif mühitinə, müəllimin xüsusi həssas münasibə­ti­nə uyğunlaşması.


Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin