C.Ə. Feyziyev, F. N.İbrahimov, S. R. Bədiyev d I dakt I k a bakı – Mütərcim – 2011 Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialı amea-nın Şəki Regional Elmi Mərkəzi



Yüklə 3,21 Mb.
səhifə35/43
tarix10.04.2017
ölçüsü3,21 Mb.
#13756
1   ...   31   32   33   34   35   36   37   38   ...   43

Qiymətləndirmə. Qiymətləndirmə diaqnostik, formativ (pro­ses­daxili), summativ (yekun və ənənəvi qiymətləndirmələr) ele­ment­lərdən ibarət ola bilər. Qiymətləndirmə fasiləsiz olaraq tədris bo­yu davam edir. Qiymətləndirmə müəllimə şagirdlərin mövzunu qav­rama səviyyəsini və tədris fəaliyyətinin istiqamətini müəyyən­ləş­dirməyə imkan verir.

Portfolio – şagirdlərin təlim müvəffəqiyyətini və inkişafını öy­­rənməkdə üçün portfoliosuna diqqət yetirmək vacibdir. Portfolio mü­əy­yən vaxt ərzində şagirdlərin öyrənmə müvəffəqiyyətlərini sə­nəd­lərlə sübut etmək və nümayiş etdirmək üçün onun işlərinin toplu­su­dur. Digər peşə sahibləri portfolio hazırladıqları kimi şagirdlərdən də öz bilik və vərdişlərinin müxtəlif aspektlərini nümayiş etdirən port­folio hazırlamaq tələb olunur. Bəzi müəllimlər şagirdlərin seç­mə­li olduğu məsələləri təfsilatı ilə göstərir, digərləri isə şagirdlərin müs­təqil qərar qəbul etməsinə icazə verirlər. Portfolioları düzgün yox­lamaq və qiymətləndirmək müəllimlər üçün çətindir, lakin ide­ya­nın tərəfdarlarının əqidəsinə görə onlar şagirdləri düşünməyə sövq edir. Bu test qiymətlərinə nisbətən daha əyani və dəqiqdir.

Ənənə və müasirlik.

Ənənəvi təlim metodları müxtəlif pedaqoqlar tərəfindən müx­tə­lif cür təsnif edilmişdir.Aşağıdakı nümunələrə diqqət yetirək:

I. Q.Şukinaya görə: a) Məlumatverici - inkişafetdirici təlim me­tod­ları: şifahi şərh (nəql, izah, məktəb mühazirəsi); müsahibə, ki­tab üzərində iş.

b) Evristik (axtarış xarakterli) təlim üsulları: Evristik müsa­hi­bə, disput, müsahibə, problemli təlim, tədqiqatçılıq.

c) reproduktiv təlim üsulları (təkrar, nümunə üzrə iş, və s.)

II. Ü.Lerner və M.N.Skatninə görə:

1. izahlı-illüstrativ.

2. reproduktiv,

3. problemli şərh,

4. qismən axtarış (evristik)

5. tədqiqatçılıq.

Yeni təlim texnologiyalarının təxminən, aşağıdakı növləri var­dır: Blok fənlər, müzakirə xəritələri, kub, əqli hücum, klaster, Venn diaqramı, karusel strategiyası, dəyirmi masa, ziqzaq, insert metodu, t-sxem, sementik əlamətlərin təhlili, BİBÖ və s.

Pedaqoji ədəbiyyatda mövcud olan təlim metodları ilə yeni tə­lim texnologiyalarının müqayisəsi, müqayisə nəticəsində aparılmış ana­liz deməyə imkan verir ki, ənənəvi təlim metodları ilə interaktiv tə­lim metodları arasında fərqli və oxşar cəhətlər vardır. Oxşar və fərq­li cəhətləri yeni təlim texnologiyası olan Venn diaqramı ilə aşa­ğı­dakı kimi vermək olar (Cədvəl 1.1):
Cədvəl 1.1. Ənənəvi təlim metodları ilə yeni təlim texnologiyaları arasındakı oxşar və fərqli cəhətlər:


Fərqli

Ənənəvi təlim metodları

oxşar

Fərqli

Yeni təlim texnologiyaları

1. Biliklər şagirdlərə hazır şəkildə verilir.

2. Bu metodlar əsasın­da təşkil edilən dərs­lər­də müəllim aktiv, şa­­girdlər passiv olur.

3. Şa­girdlərin təlim fə­a­­li­yyəti müəllim tərə­findən qiymətləndirilir.

4. Müəllim-şagird, şa­gird-şagird arasında ünsiyyət yüksək səviyyədə olmur.

5.Şagird şəxsiyyətinin formalaşdırılmasına diqqət yetirilmir.

6.Müəllim avtoritar funk­­siya daşıyır.

7.Şagirdlərin yaradıcı in­kişafı təmin edilmir.


1.Hər iki metodla ke­çilən dərslərdə şa­gird­lərin tərkibi dəyişmir

2.Mövzuların təd­ri­si eyni proqram tə­ləblərinə istina­dən həyata keçiril­i­­r­.

3.Şagirdlərin təlim fəaliyyəti qiymətləndirilir.

4.Dərsin davam etmə müddəti eynidir (əsasən)



1. Biliklər şagirdlər tərəfindən müstəqil əldə edilir.

2. Belə dərslərdə şagirdlərin müstəqil bilik əldə etmələri üçün şərait yaradılır.

3. Yeni təlim texnologiyaları əsasında keçilən dərslərdə şagirdlər aktiv (fəal), müəllim passiv olur.

4. Şagirdlərin təlim fəaliyyəti onların özləri tərəfindən qiymətləndirilir.

5. Belə dərslərdə humanizm və demokratiya bərpa olunur.

6. Şagirdlər təlim-tərbiyənin subyektinə çevrilirlər.

7. Şagirdlərin vətəndaş kimi formalaşdırılmasına şərait yaranır.

8. Şagirdlərin yaradıcılıq qabiliyyətini formalaşdırmaq mümkün olur.



Yeni təlim texnologiyaları ənənəvi texnologiyalardan fərqli məz­muna malik olduğu kimi fərqli təşkili formalarına da malikdir. Ye­ni təlim texnologiyaları qrup (müxtəlif tərkibli), cütlərlə iş, də­yir­mi masa və s. kimi təşkil etmə formalarına malikdir. Hər bir dərs üçün seçilən forma veriləcək biliyin məzmunu ilə müəyyən edilir.

Yeni təlim texnologiyalarına əsasən təşkil edilən dərslər etap­la­rına (və ya mərhələlərinə) görə də ənənəvi dərslərdən fərqlənir (Cədvəl 1.2).



  1. Motivasiya

  2. Tədqiqetmə (öyrənmə)

  3. İzahetmə.

  4. Nəticənin çıxarılması.

  5. Təkmilləşdirmə (və ya tətbiqetmə).

  6. Qiymətləndirmə.

Motivasiya. Bu mərhələnin məqsədi şagirdləri mövzunu öy­rən­məyə cəlb etməkdir. Motivasiya mərhələsi bir və ya bir neçə su­al­dan, nəyinsə nümayişindən, digər yanaşmalardan ibarət ola bilər. Mü­əllim qoyulacaq problemlə əlaqədar şagirdlərin fikri (ideyanı) tut­malarına çalışmalıdır.

Tədqiqetmə(öyrənmə). Bu mərhələdə şagirdlər mövzunun və ya fikrin tədqiq edilməsinə cəlb edilirlər. Şagirdlər problemlə əla­qə­dar birlikdə müzakirə aparıb fikirlər irəli sürürlər. Müəllim bu za­man fasilitator (köməkçi) və müşahidəçi rolunda çıxış edir. Zəruri hal­larda, anlayışlara aydınlıq gətirmək üçün suallar verir, şagirdləri prob­lemin mahiyyətinə doğru istiqamətləndirir.

İzahetmə. Bu mərhələdə anlayışlar, onların məzmunu ortaya çı­xarılır, bunlara uyğun söz bazası formalaşır.

İzahetmə zamanı:



  • Mövcud olan biliklərdən öyrənilməli biliklərə keçid for­ma­la­şır.

  • Konkretdən abstrakta və ya ümumi nəticə çıxarmağa səy edi­lir. Bu mərhələdə müəllim müşahidəçi olur.

Nəticənin çıxarılması. Bu mərhələdə ümumiləşdirmə nəti­cə­sin­də meydana çıxan qanunauyğunluqlar, teoremlər, düsturlar, anla­yış­lar irəli sürülür.

Təkmilləşdirmə ( və ya tətbiqetmə). Bu mərhələdə şagirdlər təd­qiq etdikləri mövzunun tətbiq edilməsi istiqamətində fəaliyyət gös­tə­rirlər. Yekunda müəllimin rəhbərliyi ilə şagirdlərin fəaliyyəti­nin öyrədilməsi bilik və ya anlayışlar ilə bağlılığı müzakirə edilir.

Qiymətləndirmə. Qiymətləndirmə təsviri, formativ (pro­ses­da­xi­li), summativ (yekun və ənənəvi qiymətləndirmələr) element­lər­dən ibarət ola bilər. Qiymətləndirmə fasiləsiz olaraq tədris boyu da­vam edir.
Cədvəl 1.2. Ənənəvi təlim metodları və yeni təlim texnologiyaları əsasında tədris edilən dərslərin analogiyası, fərqli cəhətləri:


Fəqli

Ənənəvi dərsin mərhələləri

Oxşar


Fərqli

Yeni təlim tex­no­lo­giyaları əsasında tədris edilən dərsin mərhələləri

1.Sinfin təşkili.

2.Evə verilmiş tapşı­rıq­­la­rın soruşulması.

3. Keçilmiş mövzu ilə ye­­ni keçilməli mövzu ara­­sında əla­qə­nin ya­ra­­dıl­ması.

4. Yeni mövzunun şər­h­i.

5.Yeni mövzunun möh­­­­kəm­ləndirilməsi.

6. Şagird biliyinin qiy­­mət­ləndirilməsi və ev tap­­şırıqlarının veril­mə­s­i­.



1. Hər ikisi şagirdlərə bi­lik, bacarıq və vərdiş­lər verməyə xidmət edir.

2. Şagirdlərin tərkibi də­yiş­­mir.

3. Dərslər üçün ayrılmış vaxt eynidir ( əsasən).

4. Şagirdlərin təlim fəa­liy­­yəti qiymətləndirilir.



1. Motivasiya

2. Tədqiqatın təşkili.

3. Tədqiqatın mübadi­lə­­si.

4. Nəticənin çıxa­rıl­ma­sı.

5. Nəticənin tətbiqi.

6.Refleksiya və ya qiymətləndirmə



3. Yeni təlim texnologiyalarının prinsipləri


Təlim prosesi mürəkkəb prosesdir. Onun məqsədəuyğun şə­kil­də təşkili vacibdir. Təlimin məqsədəuyğun təşkilində prinsiplər mü­­hüm rol oynayır.

Didaktika təlim nəzəriyyəsi olmaqla təlimin obyektiv qa­nun­la­rını, qanunauyğunluqlarını aşkara çıxarır, onlardan istifadə yol­la­rını müəyyənləşdirir. Təlim prinsipləri təlim qanunlarından irəli gə­li­r.

Prinsip didaktikanın qanunlarına uyğun təlim fəaliyyətini təş­kil etmək üçün qəbul edilmiş ideyalar toplusudur. Prinsip dedikdə həm­çinin didaktikada mövcud olan qanunlardan istifadə etmək, fəa­liy­yəti həmin qanunların tələblərinə uyğun şəkildə təşkil etməkdir.

Təlim prinsipləri didaktikanın mühüm vəzifələrinin həyata ke­çi­rilməsinə xidmət edir. Prinsiplər müəllimin qarşısına elə vəzifələr qo­yur ki, o bunlara əməl etməklə şagirdlərin yüksək tədris uğuruna na­il olur.

Təlim zamanı müəllimin fəaliyyətinin ümumi istiqamətini mü­əyyən edən prinsiplər pedaqoji ədəbiyyatda müxtəlif cür təsnif edi­lir.

V.A.Slasteninin digər müəlliflərlə birgə yazdığı “Pedaqogika” dərs­liyində təlim prinsiplərinin aşağıdakı kimi təsnifi verilmişdir: el­milik; tərbiyəedici təlim; təlimin tətbiqi; təlimin ardıcıllığı və sis­tem­liyi; təlimdə fərdi yanaşma; təlimdə yaşauyğunluq; təlimdə yara­dı­cı inkişafın təmin edilməsi; təlimin çətinlik dərəcəsinin nəzərə alın­ması; əyanilik; mürəkkəblik dərəcəsindən asılı olaraq mövzunun im­kana uyğunlaşdırılması (36,səh 169).

Y.K.Babanski təlim prinsiplərinin aşağıdakı kimi təsnifini ver­mişdir: elmilik; təlimin həyatla əlaqələndirilməsi; sistematiklik və ardıcıllıq; əyanilik; təlim prosesində müxtəlif metodlardan isti­fa­də etmə, təlimin asan (anlaşılıqlı) mənimsədilməsi prinsipi (35,səh 21­5).

B.Əhmədova görə təlimin aşağıdakı prinsipləri vardır: təlim ma­terialının onun məqsədi zəminində seçilməsi; təlim vasitələrinin onun məzmunu zəminində seçilməsi; təlim metodlarının onun vasi­tə­­ləri zəminində seçilməsi; təlimdə şagirdin imkanının nəzərə alın­ma­sı; elmilik; şüurluluq; fəallıq və müstəqillik; sistematiklik və ar­dı­cıllıq; fənnin daxili məntiqinin gözlənilməsi; biliyin möhkəm mə­nim­sədilməsi; reproduktiv və produktiv təfəkkürün vəhdəti; biliklə fəa­liyyətin birliyi və s.

Prinsiplərin təsnifatı ilə əlaqədar göstərdiyimiz nümunələr əsa­sında onu demək olar ki, istər ənənəvi, istərsə də müasir pedaqoji ədə­biyyatda təlim prinsipləri öz həllini tam tapmışdır. Ona görə ki, pe­daqoqlar prinsiplərə müxtəlif aspektlərdən yanaşırlar. Mütləq ola­nı odur ki, təlim prosesində müəyyən mexanizm vardır, onu bil­mə­sək bu prosesdə məqsədə nail ola bilmərik, bilsək də keyfiyyətli tə­lim ola bilməz. Təlimdə müvəffəqiyyət qazanmağa imkan verən me­xa­nizm təlim prinsipləridir. Təlim metodları və ya texno­lo­gi­ya­ları dəyişsə də bunlara uyğun prinsiplər həmişə olacaqdır.

Yeni təlim texnologiyaları əsasında həyata keçirilən təlim pro­se­sinin də özünə məxsus prinsipləri vardır. Bu prinsipləri iki yerə qrup­laşdırmaq olar:



  1. Şagirdi rəqabətəqabil , sosial, hərtərəfli inkişaf etdirməyə xid­­mət edən təlim-tərbiyə prinsiplərinə;

  2. İnteraktiv təlim zamanı rəhbər ideyalar kimi qəbul edilməli prin­siplərə.

Şagirdi rəqabətəqabil, sosial, hərtərəfli inkişaf etdirməyə xid­mət edən təlim-tərbiyə prinsipləri “Azərbaycan Respublikasında Təh­sil İslahatı Proqramı”nda öz əksini tapmışdır. Bunlar aşağıda­kı­lar­dır.

  1. Demokratikləşdirmə - təhsil prosesinin demokratikləşdiril­mə­sində maraqlı olan bütün tərəfləri, dövlət strukturları və icti­ma­iy­yət nümayəndələrini (müəllimləri, şagirdləri, valideynləri) təhsil pro­sesinə fəal iştirak etməyə cəlb etmə deməkdir; tədris mü­əssis­ə­si­nin “şəffaflığı” prinsipinin həyata keçirilməsidir.

  2. Humanistləşdirmə - təhsilin humanistləşdirilməsi şagirdə mü­na­sibətin dəyişilməsini nəzərdə tutur, o cümlədən yaradıcı inki­şaf qabiliyyətli və humanist yönümlü şəxsiyyətin formalaşdırılması; əq­li və fiziki imkanlarından, öyrənmə qabiliyyətindən asılı olma­ya­raq şagirdin şəxsiyyətinə hörmətlə yanaşma; şagirdin qabiliyyət və tə­mayüllərinin aşkar edilməsi və onların inkişafı üçün şəraitlərin ya­ra­dılması.

  3. Diferensiallaşdırma – təlimin diferensiallaşdırılması şagird­lə­rin imkanlarının nəzərə alınması ilə qurulur.

  4. Fərdiləşdirmə - təhsilin fərdiləşdirilməsi şagirdlərin fərdi ma­raq və tələbatlarının nəzərə alınmasıdır.

  5. İnteqrasiya – təhsilin inteqrasiyası fənlərin öyrənilməsi za­ma­nı fənlərarası əlaqələrin aşkar edilməsi əsasında qlobal təfək­kü­rün formalaşdırılmasının vəcibliyini nəzərdə tutur.

  6. Humanitarlaşdırma – təhsilin humanitarlaşdırılması şəxsiy­yə­tin yaradıcı inkişaf prosesinin şərti kimi çıxış edir və təhsilin məz­mu­nunun formalaşmasına yeni yanaşmanı nəzərdə tutur. Bu ümum­bəşəri dəyərlərin yaradılması ilə bağlı fənlərin rolunun artm­a­sı­nı, öz xalqının mədəniyyətinə birləşmə və dünya mədəniyyətinin də­yərləri ilə tanışlığı ifadə edir(31,səh.141).

İnteraktiv təlim üsullarının tətbiqi zamanı istiqamətverici ide­ya­lar kimi qəbul edilərək praktikada tətbiq edilməli prinsiplər isə aşa­ğıdakılardır:

  1. Şagirdə yönəlmiş təlim prinsipi: şagird təlim prosesinin mər­kəzi obyekti kimi çıxış etməlidir; təlim uşağın imkan və qabi­liy­yət­lərinə, onun biliyinə, maraq və tələbatlarına yönəlməlidir;

  2. Fəal təlim prinsipi: tədris prosesi elə təşkil olunmalıdır ki, id­rak fəallığını, təbii öyrənmə fəaliyyətini doğursun, şagirdə “ilk kəşf” sevinci keçirməyə imkan versin, onda yeni biliklərə yiyələn­mək həvəsini yaratsın;

  3. İnkişafetdirici təlim prinsipi: təlim inkişafı qabaqlamalı (L.S.Vı­qotskiy), uşağın “qarşıdakı (yaxın) inkişaf zonasına” yö­nəl­mə­lidir. Yəni təlim uşağın özünün müstəqil fəaliyyəti və ya böyük­lə­rin köməyi sayəsində aşkarlanan bilik və bacarıqları əldə etmək po­ten­sial imkanlarına tuşlanmalıdır;

  4. Qabaqlayıcı təlim” pinsipi: təlim cəmiyyətin inkişaf tə­ma­yüllərini əks etdirməli və yeni nəsillərə yaxın gələcəkdə təşəkkül ta­pacaq dünyada fəaliyyətə hazırlamalıdır;

  5. Təlim-tərbiyə sisteminin çevikliyi prinsipi: İctimai mü­hi­tin və şagirdlərin dəyişən tələbləri nəzərə alınmaqla, təlim proq­ram­la­rının məzmununun, tədris planlarının qurulmasının, təlim-tərbiyə pro­sesinin təşkilinin, pedaqoji texnologiyaların seçilməsinin siste­ma­tik təzələnməsi baş verməlidir;

  6. Əməkdaşlıq prinsipi: “müəllim-şagird-valideyn ” qarşı­lıq­lı münasibətləri sistemində onların hər biri təlim prosesi gedişində tə­rəf-müqabili kimi iştirak etməlidirlər;

  7. Dialoji təlim prinsipi: məsələlərin birgə həlli gedişində özü­nün və qrup üzvlərinin fikirlərini, imkanlarını və təcrübələrini mü­əyyən edə bilməsi və faydalanması məqsədi ilə hər bir şagirdin mü­zakirələrdə və qrupun işində iştirakı təmin edilməlidir(32,səh.9).

Bildiyimiz kimi yeni təlim texnologiyaları və ya interaktiv təlim metodları yaddaşa yox təfəkkürə əsaslanır. Yeni təlim texno­lo­­giyaları ilə müstəqil şəkildə bilik əldə edən şagirdlərin nəyinki tə­fək­kürü inkişaf edir, formalaşır həm də yaradıcılıq qabiliyyəti də in­ki­şaf edir. Şagirdlərin göstərilən istiqamətdə formalaşmalarına nail ol­maq üçün təlim prosesində bir çox tələblərə əməl etmək lazımdır.

Problemlilik: təlim modelində problemli inkişaf şəraitinin mo­­delləşdirilməsi; ətraf mühitin cisim və hadisələrində mövcud olan real ziddiyyətlərin həll edilməsi cəhdinə əsaslanmış təlim;

Bilik və təfəkkürün ayrılmazlığı: biliklər hazır vəziyyətdə qav­ranılmamalıdır; onlar təfəkkürün inkişaf etdirilməsi vasitəsi ol­ma­lıdır;

Məzmunun məlumatlılığı və elmi tutuma malik olması: tə­lim proqramları əsas elmi nailiyyətləri və məlumatı əks etdirməlidir;

Yaradıcılığın stimullaşdırılması: təlim prosesində bütün növ ya­ra­dıcı fikrə və fəaliyyətə dayaq vermək;

Biliklərin və həyat tələbatlarının qarşılıqlı əlaqəsi: təlimin məz­munu şagirdi onun öyrəndiklərinin həyat ilə necə əlaqəli olma­sı­nın dərk edilməsinə yönəltməlidir;

Şəxsi yönəlişlik: təlim proqramları şagirdlərə şəxsi təcrü­bə­lə­ri­nin istifadə edilməsinə imkan yaratmalıdır;

Diferensiallaşdırma: məzmunun şagirdlərin maraq və meyl­lə­rinə, qabiliyyətlərinə, şagirdlərin inkişaf səviyyələrinə yönəliş­li­y­i;

Müstəqil öyrənmə vərdişlərinin əldə edilməsinə yönəlişlik: bi­liklərə sərbəst yiyələnməyi, onları yaradıcı olaraq işləyib tətbiq et­mə­yi öyrədən tapşırıqlar olmalıdır;

İnteqrasiya: fənlərarası əlaqələrin məzmunda əks olunması müx­təlif fənlərdən olan mövzuları əlaqəli surətdə yüksək səmərə ilə öy­rənməyə, çoxsaylı tədris fənlərini bir-biri ilə əlaqələndirməyə və be­lə­liklə, təlimin məzmununun tamlığını və şagirdlərin təsəv­vü­rün­də dünyanın vahid mənzərəsinin inkişafını təmin etməyə imkan ve­ri­r.

Təlim proqramlarının məzmununun tərtibində çeviklik: proq­­ramların məzmununun variativliyi və sistematik olaraq təzələn­mə­si;

Biliklərin ümumiləşdirilmiş şəkildə mənimsənilməsi: təlim proq­ramları ancaq ayrıca biliklərin mənimsənilməsinə deyil, eyni za­manda biliklərin özəyini təşkil edən fundamental elmi biliklərin öy­rə­nilməsinə yönəlməlidir;

Gələcəyə istiqamətlənmə: təlimin məzmununda proqnoz və gə­ləcək üçün əhəmiyyətli ola bilməsi məsələlərinin həlli elementləri ol­malıdır;

Təlimin nəticələrinin əks etdirilməsi: təlim proqramları tə­li­min sonunda şagirdin nələri bilmələrini və praktiki olaraq nəyə qa­bil olmalarını əks etdirməlidir.

4. Yeni təlim texnologiyaları ilə keçiriləcək dərslərin təşkili. Şagird biliyinin qiymətləndirilməsi
Ənənəvi təlim metodları ilə keçirilən dərslərdən fərqli olaraq ye­ni təlim texnologiyaları ilə keçiriləcək dərslər tamamilə yeni for­ma­da təşkil edilir.

Dərslər biliklərə yiyələnməyə, həmçinin demokratik cə­miy­yə­tin vətəndaşları üçün zəruri sosial və intellektual vərdiş və ba­ca­rıq­la­rın inkişafına kömək edən demokratik üsullarla aparılır.

Məşğələlərin təşkilinin əsas prinsipini müəllimin şagirdlərlə, şa­girdlərin isə bir-biriləri ilə kommunikasiyaları təşkil edir. Müasir tə­lim üsullarının əsasında məhz bu prinsip dayanır. Yeni üsullar dərs­də şagirdlərin fəal iştirakını, qarşılıqlı əlaqəsini nəzərdə tutur ki, bu da onların tam şəkildə dərketmə prosesinə cəlb edilməsinə səbəb olur. Uşaqlar müəllimin təcrübəsini passiv qəbul etmir, onunla bir­likdə ətraf aləmin fəal tədqiqatçısına çevrilirlər.

Müəllimin də rolu dəyişir. O öz şərtlərini diqtə etmir, fikrini “sı­rımağa” çalışmır, əksinə, məsləhət verən, yardımçı və ist­i­qa­mət verən tərəf-müqabilə, yoldaşa çevrilir.

Ona görə də interaktiv dərslərdə müəllimin “biz sizinlə”, “mən sizinlə”, “siz “ kimi adət etdiyimiz ifadələrdən qaçması ol­duq­ca vacibdir. Şagirdlərə müraciət edərkən “biz” ifadəsindən fayda­lan­maq daha məqsədəuyğun olardı. Müəllim “biz” deyərkən şa­girdlər onunla birlikdə olduqlarını hiss edir, özlərini yad saymırlar: şa­girdlər və müəllim təlim prosesinin bərabərhüquqlu iştirakçısına çev­rilmiş olurlar.

İlk baxışdan elə görünə bilər ki, müəllim sinifdə fəal rol oyna­mır. Əslində isə müəllim şagirdi ruhlandıran, ona özünü tapmaqda kö­mək edən “yaradıcıya” çevrilir.

Demokratik üsullar müəllimin təkcə başqalarını öyrətməsinə de­yil, onun özünün də öyrənməsinə, daha yaradıcı və enerjili peda­qoq olmasına imkan verir.

İnteraktiv təlim üsulları həmçinin sinif otağının həmişəki tərti­ba­tından, məşğələlərin təşkilinin adət etdiyimiz qaydasından imtina olun­masını tələb edir. Şagird masalarının sinif otağında yerləşdiril­mə­sinin dörd əsas forması vardır:



  1. “Sinif” forması - ənənəvi qayda (şəkil 1.)

  2. “Kafe” forması (“diskussiya klubu”) (şəkil 2.)

  3. “Ü” hərfi forması (şəkil 3.)

  4. “Dairə” forması (şəkil 4.)

“Kafe” forması qruplarda iş üçün əlverişlidir.

“Ü” hərfi forması:



  • rollu oyunlar zamanı;

  • tanışlıq vaxtı;

  • diskussiyaların gedişində daha səmərəlidir.

“Dairə” forması müxtəlif diskussiyaların, dairəvi masaların ke­çirilməsi üçün daha rahatdır.

İstifadə olunan bütün üsullar aşağıda verilmiş kompo­nent­lər­dən ibarət olan təlim prosesinin qanunauyğunluqlarından irəli gəlir:



  1. təlimin məqsədi,

  2. təlimin məzmunu,

  3. şagirdlərin dərketmə imkanları,

ç) müəllimin öyrətmə fəaliyyəti və şagirdlərin öyrənmə işi, tə­li­min təşkilati forması və s.

d) təlimin nəticəsi.

Bütün bu komponentlər qarşılıqlı surətdə əlaqəlidir və təlim pro­sesində vəhdətdə çıxış edirlər. Onlar sabit və təkrarlanandırlar. Bu­radan belə bir vacib tələb ortaya çıxır-hər hansı təlim üsulları, va­si­tələri və formalarının müəyyənləşdirilməsi və tətbiqi zamanı bu kom­ponentlərin qarşılıqlı əlaqəsini nəzərə almaq zəruridir. Müəllim bu əlaqələrin bütün dərs prosesi boyu mövcud olduğunu yaddan çı­xar­­­mamalıdır. Bunu nəzərə almadan istənilən nəticəni əldə etmək qey­­ri – mümkündür.

Kiçik qruplarda iş.

Kiçik qruplarda iş təlim əməkdaşlığı kimi mühüm bir prinsipə əsas­lanır.

Kiçik qruplarda iş üsulu üzrə keçirilən dərs ənənəvi qaydada apa­rılan dərsdən nə ilə fərqlənir?

Bu cür dərsdə şagirdlər fəal iştirak edir, birlikdə çalışırlar; qru­pun üzvü kimi onlarda bir-birinin müddəa və rəylərini müzakirə et­məyə motiv yaranır. Qruplarda iş tolerantlığa (dözümlülüyə) və nə­­za­kətliliyə alışdırır.

Qruplarda işin şagirdlər üçün faydası aşağıdakılardır:


  • istedadlı şagirdlər bütün sinfin diqqətini cəlb etmədən öz qa­bi­liyyətlərini göstərə bilərlər (yeniyetmələr çox vaxt öz qa­biliy­yət­lə­ri­ni nümayiş etdirməyə çəkinirlər, yaşıdlarının onları “müəllimin gül­məşəkəri” adlandıracaqlarından ehtiyatlanırlar);

  • passiv şagirdlər öz bacarıqlarını açıqlamağa məcbur olurlar (qrup­da iş onlarda məsuliyyət hissi doğurur);

  • şagirdlər az vaxt ərzində müəyyən ideyalar söyləməyi, bu və ya başqa mücərrəd ideyaya öz şəxsi təcrübəsi baxımından yanaş­ma­ğı öyrənirlər.

Qruplara necə bölməli?

  • Hər birində 4-6 nəfərdən çox olmamaqla 4-6 qrup yaradıla bi­lər. Qrupların çoxluğu işin nəticələrinin təqdimatı üçün zəruri olan vax­tı uzadır, qrupda şagirdlərin sayının çoxluğu isə onlardan hər bi­ri­nin qrupun işində fəal idrakını məhdudlaşdırır.

  • Qrupun tərkibi çox vaxt müəllim tərəfindən müəyyən­ləş­di­ri­lir. Şagirdlərin bölgüsünü əvvəlcədən planlaşdırmaq lazımdır.

  • Qrupun tərkibi hər cəhətdən müxtəlif ola bilər. Dostları ayır­maq yaxşı olar. “Yaxşı” və “pis” qrupların yaranmasına yol vermək ol­maz.

  • Qrupun tərkibi tez-tez dəyişir. Şagirdlərin daim eyni tər­kib­də işləməsi arzuolunmazdır.

  • Qruplara bölgü üsulları maraqlı və cəlbedici olmalıdır.

Kiçik qruplarda iş üsulu üzrə dərsi necə planlaşdırmalı?

Dərsə hazırlaşarkən aşağıdakı sual-məsələlər üzərində fikir­ləş­mək lazımdır:



  • Məqsədlər nədən ibarətdir? Şagirdlər hansı biliklərə, bacarıq və dəyərlərə yiyələnməlidirlər?

  • Uşaqların bunu öyrənməsi nə üçün vacibdir?

  • Planlaşdırma.

  • Paylama materialının hazırlanması.

  • Sinif otağının əvvəlcədən lazımi vəziyyətə gətirilməsi.

  • Dəqiq tapşırığın (təlimatın) verilməsi.

  • Diqqətin, işləmək üçün ayrılmış vaxtın cəlb edilməsi.

  • Qrupun gördüyü işə dair hasabat formasının (təqdimatın) şərt­ləşdirilməsi.

Bir qayda olaraq, görülmüş iş qrupun iştirakçılarından biri tə­rə­findən təqdim edilir (ya şagirdlərdən birinin istəyi, ya da qrupun se­çimi üzrə).

İşin davam etdiyi müddətdə müəllim hər bir qrupun necə ça­lış­masını müşahidə edir: bütün qruplara bərabər diqqət yetirir; əgər qrup özü xahiş edərsə, müzakirə prosesinə müdaxilə edir. İş başa çat­dıqdan sonra müəllim qrupların hər birinin əldə olunmuş nəti­cə­lə­ri təqdim etməsini xahiş edir. Təqdimetmələr bitdikdən sonra mü­əl­lim görülmüş işlərə yekun vurur.


Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin