C.Ə. Feyziyev, F. N.İbrahimov, S. R. Bədiyev d I dakt I k a bakı – Mütərcim – 2011 Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialı amea-nın Şəki Regional Elmi Mərkəzi



Yüklə 3,21 Mb.
səhifə38/43
tarix10.04.2017
ölçüsü3,21 Mb.
#13756
1   ...   35   36   37   38   39   40   41   42   43

Şərtlər:

  1. İş forması-böyük qrupla;

  2. Auditoriyanın bilik səviyyəsi –cisim və ya hadisə haqqında mə­lu­matlıdır;

  3. Vaxt - 5-7 dəqiqə;

  4. Dərs tipi - ümumiləşdirici, yeni bilik verən;

  5. Dərs mərhələsi - motivasiya, nəticələrin çıxarılması;

Vasitələr: qonq, hədiyyə (müvafiqdirsə, əşyanın özü);

Yarana biləcək problemlər:

  1. Səs-küy,

  2. Mövzudan yayınmaq və yayındırmaq,

  3. Vaxtın uzanması,

  4. Təkrarlanma.



MÜZAKİRƏ XƏRİTƏLƏRİ
Məqsəd:

Bu metoddan daha çox humanitar fənlərdə istifadə edilir. Mü­za­kirə xəritəsi debat üçün hazırlıq rolunu oynaya bilər. Arqumentin təh­lili şagirdlərə müzakirə olunan məsələ barəsindəki mövqeləri haq­qında düşünmək imkanı verir.



Alqoritm:

  1. Mövzunu müəyyənləşdirmək; Mövzu ziddiyyətli yanaşma­lar­dan istifadə etməyə imkan verməlidir.

  2. Mövzuya dair problemin üzə çıxarılması, ziddiyyətli sua­lın qoyulması;

  3. Mövqelərin müəyyənləşdirilməsi (fərdi);

  4. Mövqelərin təsdiqi (mənbələrlə iş, arqumentlərin, fakt və sü­butların tapılması);

  5. Şagirdlər arqumentləri müəyyənləşdirirlər. Lehinə və əley­hi­nə arqumentlərin siyahılaşdırırlar;

  6. Uyğun mövqelərin cütlükdə birləşdirilməsi, arqumentlərin təh­lili, oxşar və fərqlərin üzə çıxarılması. Şagirdlər cüt-cüt işləyərək iki ən uzun lehinə və əlehinə siyahısı tərtib edir.

  7. Hər bir cüt başqa cütlə birləşərək siyahıdakı bəndləri bir-bi­rinə əlavə edirlər.

  8. Sinif bu arqumentlər barəsində düşünür və lehinə, yaxud da əlehinə qərar qəbul edir.

  9. Bir mövqelərin (cütlərin) qruplarda birləşməsi, arqu­ment­lə­rin dəqiqləşdirilməsi.

  10. Problemə dair mövqelərin dinlənilməsi (siniflər);

  11. Müzakirənin aparılması (siniflə). Arqumentlərin təhlili;

  12. Qərarın qəbul edilməsi;

  13. Ümumiləşdirmə;

Şərtlər:

  1. İş forması: cütlərlə və bütün siniflə;

  2. Auditoriyanın səviyyəsi:

  • Bilik dairəsi;

  • Mənbələrlə işləmək bacarığı;

  • Müzakirə, dinləmə bacarığı;

  • Tədqiqat aparmaq bacarığı;

  1. Problemin düzgün qoyulması;

  2. Problemin aktuallığı;

  3. Şagirdlərin cəlb olunması;

  4. Problemin həll oluna bilən olması;

  5. Şagirdlərin mövqeləri qısa, konkret, məntiqi çatdıra bil­mə­s­i­.


Vasitələr: kağız, marker, məlumat mənbəyi.

Yarana biləcək problemlər:

  • Ünsiyyət ilə bağlı problemlər (bir-birini dinləməmək, şəxsi rəqabətin işə təsiri və s.)

  • Müzakirənin uzanması,

  • Artıq səs-küy, aqressivlik,

  • Tolerantlılığın olmaması,

  • Şagirdlərdə mövzu ilə bağlı məlumatın azlığı,

  • Düzgün nəticənin çıxarılması çətinliyi.



Digər variant:

DEBATLA MÜŞAYİƏT OLUNAN MÜZA­Kİ­­RƏ XƏRİTƏSİ
Məqsəd: Güman edilən aspektlər barəsində mübahisə etməklə möv­­zuya daha dərindən yanaşma.

Alqoritm:

  1. Müzakirə mövzusu barəsində qərarın qəbul edilməsi. Mü­əl­lim-təlimatçı arqument dəstəyi tələb edən “bəli” və ya “xeyr” sualı ve­rir.

  2. İştirakçılar arqumenti müəyyənləşdirirlər:

    1. Hər bir şagird( iştirakçı) lehinə və əlehinə arqumentlər si­ya­hısı tərtib edir,

    2. Şagirdlər cüt-cüt işləyərək iki ən uzun lehinə və əlehinə si­ya­hı tərtib edir.

  3. Şagirdlər lehinə və ya əlehinə cavab seçirlər.

  4. Təlimatçı sinfi iki əks qrupa bölür:

    1. Bir qrupdakı şagirdlər arqumentləri nəzərdən keçirir və nəticəyə gətirib çıxaracaq qərar verir.

    2. Qərarsız şagirdlər digər qrupu təşkil edir.

  5. Şagirdlər müzakirə olunan mövzu barəsində mübahisə edir­lə­r:

  • Bir qrup dəstəkləyici arqument verərək öz mövqeyini bil­di­rir. Digər qrup əks-arqumenti irəli sürür;

  • Digər qrup da bunu etməyə dəvət olunur;

  • Mübahisə aşağıdakı təlimatlara əsasən arqument və əks-ar­qu­mentləri dəyişərək davam edə bilər:

  • Hər qrup oponentlərin fikrinə diqqətlə yanaşmalıdır;

  • İştirakçı əks tərəfin arqumenti ilə inandırılırsa, o, istənilən vaxt qrupu dəyişə bilər;

  • Qrup üzvləri ən çox inandırıcı arqumentləri qeyd etmə­li­dir­lə­r.

Şərtlər:

  1. İş forması: cütlərdə və ya qruplarda.

  2. Şagirdlərin optimal sayı 20

  3. Fəaliyyət zamanı iştirakçılar öz rollarına uyğun olaraq on­la­rın aşağıdakı vəzifələrini bilməlidirlər:

    1. APARICI:

    • Mövzunu təklif edir və ya mövzunun seçilməsinə nəzarət edir.

    • Qrupların təşkil olunmasına nəzarət edir.

    • İştirakçılarla birgə mübahisənin qaydalarını mü­əy­yən­ləş­di­rir və ya sadəcə olaraq şagirdləri mövcud qaydalardan xəbərdar ed­i­r­.

    • Mübahisələrəd iştirak edir və lazım gəldikdə müdaxilə edir.

    • Şagirdlərin əldə etdiyi nəticə və ya həlli yollarını birləşdirir.

    1. ŞAGİRD:

  • Lehinə və əleyhinə arqumentləri müəyyənləşdirir.

  • Qruplardan birinə qoşulur.

  • Müzakirənin hər bir səviyyəsində fəal iştirak edir.

  • Əməkdaşlıq edir və ünsiyyət saxlayır.

Vəsaitlər: kağız, marker, məlumat mənbəyi.

Yrana biləcək problemlər: bax müzakirə xəritələrinə.

DEBATLAR (ÇARPAZ MÜZAKİRƏ)
Debatlar (çarpaz müzakirə) hər bir kəsin müzakirədə iş­ti­ra­kı­nı təmin edilməsi ilə nəticələnən xüsusi sxemdən istifadə edən stra­tegiya formalarından biridir.

Məqsəd:

Diskussiyanın yalnız bir-birlərinə opponentlik (etiraz) edən tə­rəflərin arasında keçdiyi mübahisə, müzakirə, rəy mübadiləsi kimi mə­lum formalarından fərqli olaraq, debatlar opponentini deyil, üçün­cü tərəfi inandırma prosesini nəzərdə tutur. Üçüncü tərəfin və­zi­fəsi hər bir tərəfin mövqeyini dinləyib, öz seçimini etməkdir. Bu se­çim yalnız bir şeyə- “bu tərəf məni inandırdı!”- təsdiqinə əsasl­a­nır. Beləliklə, debatlarda iştirak edən tərəflərin əsas məqsədi öz də­lil və sübutlarının köməyi ilə üçüncü tərəfi öz mövqeyinin düz­gün­lüyünə inandırmaqdır. Bu prosesin yekunları əsasında ona həm­çinin ,qərarların qəbulu kimi baxmaq olar.



Debat prosesində şagirdlər aşağıdakı bacarıq və key­fiy­yə­t­lə­rə nail ola bilərlər:

    • mövzunun araşdırılması;

    • əsas anlayışlarla iş;

    • dəlillərlə iş;

    • “çarpaz sualların” hazırlanması;

    • natiqlik məharəti;

    • hamilik və ya qərarları necə qəbul etməli.

Aiqoritm:

  1. Mövzunun müəyyənləşdirilməsi. Çarpaz müzakirə mətn­də qaldırılan məsələni açıqlayan, birmənalı cavab tələb edən sual (yə­ni elə bir sual ki, ona müsbət və ya mənfi cavab verilə bilər) ha­zır­­lanmasını tələb edir. “Debatlarda” mövzu sual yox təsdiq for­­ma­sında ifadə edilir.

  2. Rolların müəyyənləşdirilməsi (“A” və “B” spiker ko­man­daları, hakim, “taym-kipper”). Debat iştirakçıları və ya de­bat­çılar çıxış zamanı spiker adlanırlar. Debatlar üçüncü tərəfi təmsil edən hakimlər qarşısında spiker komandaları (“A” mövqeyi və “B” möv­qeyi) arasında keçirilir.

    1. Təsdiqedici “A” mövqeyinin spikerləri debatların mövzu­su­nu onun ifadə edildiyi kimi təsdiq edirlər

    2. Təkzibedici “B” mövqeyinin spikerləri “A” mövqeyini tək­zib etməyə borcludurlar-bu onların başlıca vəzifəsidir. Həm də onlar tək­zibetmədən sonra öz meyar və dəlillərini təklif edirlər.

    3. Hakimin vəzifəsi bu mövqelərdən hansının daha inandırıcı ol­duğunu öz şəxsi mövqeyindən asılı olmayaraq müəyyən etməkdir.

    4. Debatlar prosesində çixişların vaxt rejimini təmin edən “taym-kipperlər” iştirak edirlər.

  3. Dəlillərin hazırlanması. Arqument (dəlil)- faktlar əsa­sın­da çıxarılan nəticədir; mövzunun tədqiqinin nəticəsidir. İştirakçılar-spi­kerlər (cütlər və ya kiçik qruplar) sualın müzakirəsinə başlayır və əv­vəlcə müsbət, sonra mənfi cavabları əsaslandıran 4-5 dəlil göstə­rir­lər. Tərəflər öz mövqelərinin müdafıəsi üçün ən güclü arqument­lə­ri toplamalıdırlar. Hər qrupa özlərinin ən yaxşı arqumentlərini mü­əyyən etmək üçün 7-8 dəqiqə vaxt ayrılır.

Arqument üzərində iş prosesi aşağıdakı hərəkətlərdən iba­rət­di­r:

  • arqument irəli sürülür;

  • arqument izah edilir;

  • arqument sübut edilir;

  • nəticə çıxarılır.

Hər iki cavaba dair dəlillərin siyahıları tamamlandıqdan dər­hal sonra qrupların hər biri digər qrupla öz siyahılarını tutuşdurur və hər iki qəbildən olan dəlilləri nəzərdən keçirirlər.

  1. Debat və çarpaz suallar. Sonra iştirakçılardan öz mövqe­lə­rini müəyyən etmək və iki böyük qrupa bölünmək xahiş edilir. Hər 2 tərəf arasında polemika (müzakirə) aparılır. Debatlar zamanı bir mövqeyin spikerlərinin suallarından və digər mövqeyin spi­ker­lə­ri­nin cavablarından ibarət olan və xüsusi fərqləndirən raunddur. De­bat­ların spikerləri arqumentləri irəli sürərkən, sübut-dəlilləri-onların möv­qeyini təsdiq edən faktları, statistik göstəriciləri, mütəxəssislə­rin ekspert rəylərini də təqdim etməlidirlər.

  2. Nəticə çıxarma və qiymətləndirmə. Hakim daha inan­dırıcı mövqelərdən çıxış edən komandanı seçir. O yalnız eşit­dikləri əsasında nəticə çıxarır və öz seçimini edir. Çox vacibdir ki, o öz seçimini etdikdən sonra onu əsaslandıra bilsin. Verilən sualların və alınan cavabların keyfiyyəti iştirakçıların debatların mövzusunu nə dərəcədə dərindən və hərtərəfli mənimsədiklərini göstərir. Bu za­man həm də spikerin alınmış cavabları nə dərəcədə ustalıqla op­po­nen­tin mövqeyini zəiflətmək və öz mövqeyini gücləndirmək üçün is­tifadə edə bilməsi qiymətləndirilir.

Şərtlər:

  1. Qrupda şagirdlərin sayı 20 nəfərdən çox olmamalıdır.

  2. Mövzu qısaca ifadə edilən zaman aşağıdakı prinsiplərə ria­yət olunmalıdır.

    • mövzu aktual olmalıdır;

  • mövzu maraqlı olmalıdır;

  • mövzu “münaqişəli” olmalıdır, məsələn, əgər A mövqeyi möv­­cuddursa, bu o deməkdir ki, əks fikir də (B mövqeyi) möv­cud­d­u­r;

  • mövzu elə ifadə edilməlidir ki, heç kəs bir mövqeyin üstün­lü­yünü hiss etməsin;

  • mövzu nə çox dar, nə də çox geniş olmalıdır. Məsələn, “Ev­ta­­nasiya xərçəng xəstəliyinə tutulmuş insanlar üçün leqallaşdırıl­ma­lı­­­dır”-dar, “Təhsil rəsmi dövlət dilində olmalıdır” isə geniş möv­zu­d­u­r.

  1. Hazırlıq prosesində debatçılar idrak prosesinin mühüm ün­sür­lərindən olan sualların ifadə texnikası və məharətinə yiyə­lən­mə­li­dirlər.

  2. Şagirdlərin mənbələrlə işləyə bilməsi, dəstək və sübutların mən­tiqi, mövzuya, problemə uyğun seçilməsi vacibdir.

Vasitələr: Müzakirə üçün əvvəlcədən hazırlanmış suallar, müx­təlif məlumat mənbələri.

Yarana biləcək problemlər:

  • Ünsiyyət ilə bağlı problemlər (bir –birini dinləmək, şəxsi rə­qa­bətin işə təsiri və s.)

  • Müzakirənin uzanması,

  • Artıq səs-küy, aqressivlik,

  • Tolerantlığın olması,

  • Mövzudan yayınmaq və yayındırmaq,

  • Şagirdlərdə mövzu ilə bağlı məlumatın azlığı,

  • Kimin qərar çıxarma bacarığının zəifliyi.



İNSERT METODU
İnsert səmərəli mütaliə və təfəkkürün inkişafı üçün interaktiv qeyd­etmə sistemidir. İşarələr sistemindən istifadə edib mətni başa düş­mək üçün biliyini yoxlamaqla düzgün cavab axtarmaq üsulu.

Yeni dərsi oxumamışdan əvvəl müəllim şagirdləri cütlərə ay­ı­rır. Beş dəqiqə ərzində onlardan xahiş edir ki, Hindistan haqqında nə bilirlərsə, təsəvvürlərinə gələnləri qısa şəkildə yazsınlar. Müəllim bil­dirir ki, ola bilsin, sizin yazdıqlarınız dəqiq olmasın, buna bir o qə­dər fikir verməyin, dərsin gedişi zamanı düzəliş aparacağıq. Hin­dis­tan haqqında bildiklərinizi siyahı şəklində, alt-alta yazın. Cüt­lər­də iş qurtardıqdan sonra bütün sinif müzakirəyə başlayır. Hindistan haq­qında məlumatlar lövhədə qeyd edilir və ümumiləşdirilir. Bun­dan sonra mətn paylanılır və oxutdurulur, şagirdlərə müraciət edə­rək müəllim deyir: “oxuduqca səhifələrin kənarında işarələr qoya­caq­­sınız, işarələr aşağıdakı kimi olmalıdır”:



  1. Əvvəl bildiyin məlumatı təsdiq edən informasiya varsa, qar­şısında (V) işarəsini qoy.

  2. Oxuduğun bir informasiya əvvəllər bildiyini inkar edirsə (-) işa­rəsi qoy.

  3. Rast gəldiyin informasiya sənin üçün təzədirsə (+) işarəsi ilə göstər.

  4. Haqqında əlavə məlumat almaq istədiyin məsələ varsa, qa­ba­ğında (?) işarəsi qoy.

Sonra qruplar işarələr qoyulmuş informasiyaları cədvəldə ka­te­qoriyalara aşağıdakı kimi ayırırlar (Cədvəl 1.4).

Cədvəl 1.4


V

+

_

?

1.Hindistan İn­gil­­­tərənin müstəm-lə­kə­si olmuşdur.

2.Hindistan şah­ma­tın vətənidir.



1.Elmə “O” işa­rəsini hind­lilər gətirib.

2.Tac mahalı Təb­rizli me­mar inşa edib.



1. Avro­pa­da işlətdiyi­­miz rə­qəm­­lərə ərəb rə­qəm­­ləri de­yir­lər, am­ma onları hindlilər kəşf ediblər.

1.Hindistanda olan dinlər haq­qında.

2. Yoqa haq­qın­da.


Bu cədvəli müəllim lövhədə çəkir və hər qrup öz yazdıqlarını ora­da qeyd edir.

Bundan sonra sinif müzakirəyə başlayır. İlk məlumatla, yəni Hin­distan haqqında bildikləri ilə mətni oxuduqdan sonra bildiklərini mü­zakirə edirlər. Bu metod çox vaxt tələb etdiyindən 2 dərsi bu stra­tegiyaya həsr etmək olar.

BİBÖ CƏDVƏLİ
Müəllim dərsə “beyin həmləsi” strategiyası ilə başlayır. Şa­gird­ləri cütlərə ayırandan sonra sinfə sual verilir.

Delfinlər haqqında nə bilirsiniz?

Cütlər bu sual ətrafında işləyirlər. Bildiklərini kağıza qeyd edir­lər. Həmin vaxt ərzində müəllim aşağıda verilmiş cədvəli yazı tax­tasında çəkir. Cütlər verilən sualla əlaqədar müəllimlə öz fikir­lə­ri­ni bölüşürlər. Ümumi razılığa gələrək fikirlər yazı taxtasındakı cəd­vəldə “Biz nəyi bilirik?” sualı altında yazılır. Sonra müəllim ye­ni sualla şagirdlərə müraciət edir. Delfinlər haqqında daha nələri bil­mək istərdiniz?

Şagirdlər yenə də öz aralarında fikir mübadiləsi edir və hər qrup öz fikrini söyləyərək yazı lövhəsindəki cədvəldə qeyd edirlər (Cəd­­vəl 1.5).



Cədvəl 1.5


Bildiklərimiz

İstəyirik bilək

Öyrəndiklərimiz

1.Təlim olunmağa meyllidirlər.

2.Məməlilər sinfinə aiddir.

3.Xəzər dənizində yaşamır.


1.Çoxalması haqqında
2.Daha hansı dənizlərdə yaşayırlar?



Müəllim mətni şagirdlərə paylayır. Mətni oxuduqca şagirdlər Öyrəndiklərimiz? sualına cavab axtarırlar və öz cədvəllərində qeyd edirlər.

Mətni oxuduqdan sonra qruplar yeni öyrəndiklərini yazı tax­ta­sın­dakı cədvəldə qeyd edirlər (Cədvəl 1.6).
Cədvəl 1.6


Bildiklərimiz

İstəyirik bilək

Öyrəndiklərimiz

1.Təlim olunmağa meyil-lidirlər.

2.Məməlilər sinfinə aiddir.

3.Xəzər dənizində yaşa-mır.


1.Çoxalması haqqında
2.Daha hansı dənizlərdə yaşayırlar?

1. Nisbətən şüurlu­d­u­r.

Sonra müəllim şagirdlərdən soruşur. Əvvəlcə sual ver­mə­dikləri daha hansı informasiyaya rast gəldilər?. Cavabsız qalmış su­al­­ların cavablarını haradan tapmaq, bunu necə etmək lazımdır və s. mü­zakirə edilir. Müəllim öz fikrini söyləyir və dərsi yekunlaşdırır.



İSTİQAMƏTLƏNDİRİLMİŞ MÜHAZİRƏ
Dərsin əvvəlində müəllim mövzunu elan edir. Məsələn, möv­zu “Avstraliyanın kəşfi” adlanır. Sonra müəllim sinfi qruplara ayırır və şagirdlərə təklif edir ki, mövzu üzrə bildiklərini yada salsınlar və siyahı hazırlasınlar. Bunun üçün ağ vərəqdə cədvəl çəkilir, vərəqin bir tərəfində “Avropa Avstraliyaya nə verib”, o biri tərəfində “Avst­ra­liya Avropaya nə verib?” suallarını yazmaq lazımdır. Verilən vaxt ər­zində qruplar bu suallarla əlaqədar fikir mübadiləsi edir və öz və­rəq­lərində qeydiyyat aparırlar (Cədvəl 1.7).
Cədvəl 1.7


Avropa Avstraliyaya nə verib, hansı yeni biliklər əldə ediləcək?

Avstraliya Avropaya nə verib?

1.

2.


1.

2.

Qruplarda iş bitdikdən sonra müəllim bütün siniflə müzakirə apa­rır, şagirdlərin fikirlərini ümumiləşdirir və lövhədəki cədvəldə qeyd edir. Şagirdlərə bildirir ki, mühazirənin məzmunu ilə siyahını mü­zakirə edəcəklər, diqqətli olsunlar.

Müəllim mətnin I hissəsini 10-15 dəqiqə ərzində mühazirə edir (mühazirə 15 dəqiqədən çox olduqda şagirdlərin fikri yayınır, mü­əllimi dinləmirlər). Mühazirənin I hissəsi bitdikdən sonra mü­əl­lim şagirdlərdən xahiş edir ki, mövzu haqda öz fikirlərini indicə mü­hazirədə eşitdikləri informasiya ilə müqayisə edib qeydlərində dü­zəliş etsinlər və lövhədəki cədvəldə qruplar qeyd edir, fikirlərini söy­lə­yirlər. Yazdıqlarından hansı düz çıxdı, hansı səhvdir. Müəllim şa­­­girdlərə çatdırmalıdır ki, mühazirənin II hissəsində onları maraq­lan­dıran, lakin I hissədə cavab tapmadıqları suallara rast gələcəklər.

Müəllim mühazirənin II hissəsini oxuyur. Mühazirə bitdikdən son­ra o şagirdlərə müraciət edir ki, yeni öyrəndiklərinizi cədvəldə qeyd edin. Dərsin sonunda şagirdlərə 5 dəqiqəlik esse (sərbəst yazı) yaz­maq tapşırılır. Yəni şagirdlər Avropaya Avstraliyanın təsiri haq­qında öz fikirlərini qısa şəkildə vərəqə qeyd edirlər. Əgər vaxt va­r­sa, sinifdə yazırlar, vaxt yoxdursa, evdə yazıb gətirirlər, müəllim ya­zı­ları yığır və onlarla tanış olur. Müəllim mütləq bu esselər haq­qında öz fikrini bildirməlidir.

KLASTER (ŞAXƏLƏNDİRMƏ)
Klaster hər hansı bir mövzu və ya fikrin mümkün qədər açıl­ma­sına, şagirdlərin bu ətrafda geniş, sərbəst düşünməsinə şərait ya­ra­dan metoddur. Şaxələndirmə strategiyasından həm düşünməyə yö­nəltmə, həm də düşünmə mərhələsində istifadə etmək olar. Dər­sin əvvəlində, mövzu ətraflı öyrənilməmişdən qabaq şagirdlərin fik­ri­ni cəmləşdirmək və əvvəlki biliklərini yada salmaq üçün istifadə olu­na bilər. Bu metodun tətbiqi zamanı fikirdən fikir, mövzudan möv­zu doğur, yeni assosiasiyaların yaranması imkanı genişlənir. Klas­ter metodu həm fərdi, cütlərdə, həm də qrupla həyata keçirilə bilər. Onun tətbiqi çox sadə və yadda qalandır. Şaxələndirməni hə­ya­ta keçirmək üçün:

1.İri ağ kağız götürülür.

2.Kağızın mərkəzində söz, hər hansı fənnə aid termin, cümlə və s. yazılır.

3.Həmin sözdən şaxələr ayrılır və yeni fikirlər yazılır.

Düşünməyə yönəltmə zamanı şagirdlər mövzusu ilə əlaqədar bil­diklərini yadlarına salırlar. Yəni onlar klasteri işlədilər və hər qrup öz işini sinfə təqdim etdi. Sonra isə konkret mövzu verilir, şa­gird­lər həmin mövzu ilə tanış olurlar.

Ola bilsin ki, müəllim tətbiq etmədə, yəni düşünmə mər­hə­lə­sin­də də klaster metodundan istifadə etsin. Mətndən aldığı yeni bi­lik­ləri klasterdə qeyd etsinlər. Bu zaman onlar qeydlərini yaxşı olar­dı ki, başqa rəngli qələmlə etsinlər (Əvvəlki bilikləri yeni aldığı bi­lik­dən ayırmaq məqsədi ilə). Bu metoddan istənilən fənnin tədrisi za­manı istifadə etmək əlverişlidir.




ZİQZAQ METODU
Əvvəlcə şagirdləri dörd nəfərlik qruplara bölün. Qruplar mü­əy­yənləşdirildikdən sonra hər bir qrupdakı şagirdlərə təklif edin ki, hə­rəsi bir rəqəm söyləməklə 1-dən 4-ə qədər saysınlar. Beləliklə, hər bir kəsin söylədiyi rəqəm onun nömrəsi olacaqdır.

Sonra şagirdlərə mətn verilir. İzah edilir ki, mətni araşdırmaq, məz­munu dərk etmək və məğzinə varmaq lazımdır.

Şagirdlərin diqqətinə çatdırmaq lazımdır ki, mətn 4 hissəyə bö­lün­müşdür. Hər bir qrupdakı 1 nömrəli iştirakçı birinci hissə, 2 nöm­rəli iştirakçı ikinci hissə, 3 nömrəli iştirakçı üçüncü, 4 nömrəli iş­tirakçı dördüncü hissə üçün cavabdeh olacaqlar. Bu qaydanı izah et­dikdən sonra şagirdlərdən xahiş edin ki, eyni nömrəli iştirakçılar bir yerə toplansınlar. Eyni nömrəli iştirakçılardan təşkil olunmuş qrup­lar indi ekspert qrupları adlanır, onların vəzifəsi, mətnin öh­də­lə­rinə düşən hissəsinin materialını diqqətlə öyrənməkdən ibarətdir. On­lar həmin hissəni oxumalı, məzmununu müzakirə etməli və ma­te­rialı lazımınca qavramalıdırlar. Ekspert qrupunun hər bir üzvü öy­rən­diyi hissənin materialını dərsin əvvəlində yaranmış qrupun üzv­lə­rinə izah etməlidir. Şagirdlərə çatdırmaq lazımdır ki, sonradan on­ların bəzilərinə öyrəndikləri hissəni bütün sinfə izah etmək təkilf olu­nacaq. Ekspert qruplarının işi başa çatdıqdan sonra, onlar öz əv­vəlki qruplarına qayıdıb materialın məzmununu həmkarlarına izah edir­lər. Şagirdlər bilməlidirlər ki, yekunda bütün qrup üzvlərinin ma­terialın məzmununu tam mənimsəmələri zəruridir.

Bu metoddan istifadə zamanı müəllim əvvəlcədən mövzunu 4 his­səyə (hissəyə ayırmaq qrupların sayından asılıdır) ayırır. Mə­sə­lən, mövzu: Azərbaycan. Bu zaman onun coğrafi mövqeyi və təbii şə­­raiti – birinci; relyefi - ikinci; iqlimi və daxili suları - üçüncü; əha­li­si və nəqliyyatı - dördüncü ekspert qrupuna tapşırılır. Hər ekspert qru­pu ona düşən hissəni öyrənir, müzakirə edir, sonra əvvəlki qrup­la­ra qayıdır, orada öyrəndikləri hissəni qrup üzvlərinə izah edirlər. Be­ləliklə, mövzunun hər bir hissəsi haqqında qrupun hər bir üzvü bi­lik alır və o barədə qrup üzvlərinə məlumat verir.

İlkin qrup üzvləri qeydlər etməli, meydana çıxan sualları yaz­malı, sonra bu suallar hər bir hissə üçün məsul olan ekspertlərə ün­van­lanmalıdır.

Müəllim informasiyanın dəqiq verildiyinə və qarşıya çıxan su­al­ların düzgün cavablandırıldığına əmin olmalı və nəzarət etməlidir.



DƏYİRMİ MASA
Müəllim sinfi qruplara bölür. Hər qrupa bir vatman kağızı və qru­pun şagirdlərinin sayı qədər rəngli flamaster verir. Hər şagird ona verilən rəngli flamaster ilə yazmalıdır.

Yazılı “Dəyirmi masa” elə metoddur ki, bu zaman vərəq qru­pun daxilində dairə üzrə daim bir nəfərdən digərinə ötürülür. Mə­sə­lən, müəllim mövzuya aid hansısa bir fikri yazır, sonra şagird öz fi­kirlərini əlavə edərək vərəqi sol tərəfdəki “qonşusuna” verir. O da öz növbəsində bu fikrə yeni mülahizələr əlavə edir və vərəqi baş­qa­sına ötürür. Şagirdlərin hər biri öz fikirlərini ayrı rəngli qələmlə və ya flamasterlə yazırlar. Bu zahirən bütün şagirdlərin yoldaşlarından ge­ri qalmamaq hissini gücləndirir və müəllimə imkan verir ki, möv­zu­nun hər bir şagird tərəfindən mənimsənilməsini və hər bir kəsin nə dərəcədə iştirak etdiyini müəyyənləşdirsin.

Məsələn, ədəbiyyat dərsində Nizami Gəncəvinin yaradıcılığı möv­zusunun tədrisi zamanı müəllim vatmanda bir söz yazır: “Xəm­sə”. Qrupun üzvlərinin hər biri sıra ilə öz əlavələrini edirlər. Şa­gir­din biri yazır “Beşlik”, digəri “Sirlər xəzinəsi”, o biri “Leyli və məc­nun” və s. beləliklə, bütün üzvlər xəmsə ilə əlaqədar bildiklərini sıra ilə qeyd edirlər. Qruplar işlərini bitirdikdən sonra hər qrup öz işi­ni təqdim edir. Hansı qrupun mövzunu nə dərəcədə mənimsəməsi ay­dın olur. Sonda müəllim ümumi nəticə çıxarır.

Bu metoddan bütün fənlərin tədrisində istifadə etmək olar.


Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin