C.Ə. Feyziyev, F. N.İbrahimov, S. R. Bədiyev d I dakt I k a bakı – Mütərcim – 2011 Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialı amea-nın Şəki Regional Elmi Mərkəzi



Yüklə 3,21 Mb.
səhifə40/43
tarix10.04.2017
ölçüsü3,21 Mb.
#13756
1   ...   35   36   37   38   39   40   41   42   43

a) Gündəliklər

Gündəliklər şagirdlərə öyrəndikləri barədə fikirlərini ifadə et­məyə imkan yaradır. Şagirdlərin mövzu ilə əlaqədar göstərdikləri ide­yalar müəllimlərdə dəyərli təəssürat yaratmaqla anlayışların, el­mi ideyaların qruplar tərəfindən anlanılması səviyyəsi haqqında mə­lu­mat verir. Gündəliklər müəllim-şagird, şagird-şagird arasında ün­siy­yət yaratmaqla anlayışların, elmi nəticələrin dəqiqləşdirilməsinə, ba­­­carıq və vərdişlərin inkişaf etdirilməsinə şərait yaradır.

Gündəliklərin əhəmiyyəti haqqında göstərmək olar ki:


  • Gündəliklərdən istifadə ayrı-ayrı mövzularla iş zamanı fay­dalı ola bilər (məsələn, fakt, arqumet və s. istinad etmək lazım ol­du­ğu anlarda).

  • Gündəliklər şagirdlərin etdiklərini, başa düşdüklərini, başa düş­mədiklərini, hansı istiqamətdə inkişaf etdiklərini, nailiyyətlərə necə nail olduqlarını, nəyə ehtiyacı olduqlarını öz sözləri ilə ifadə et­məyə imkan yaradır.

Gündəliklə əlaqədar müəllimin funksiyaları:

  • Müəllim gündəlikləri oxumalı, qiymətləndirməli, “sağ ol” de­məklə kifayətlənməlidir,

  • Şagirdlərin yanlış anladığı mövzularla, qarşılaşdığı prob­lem­lər­lə əlaqədar gündəlikdə məqsədə uyğun qeydlərin aparılması va­cib­dir,

  • Şagirdlərə istiqamətlər verilməlidir. Bunlar “Nə etdiniz?”, “Nə başa düşdünüz?”, “Nə başa düşmədiniz?”, “Hansı bacarıqları in­kişaf etdirdiniz?”, “Nə xoşunuza gəldi?” və s. kimi suallarla hə­ya­ta keçirilməlidir.

Belə suallar şagirdlərin tədris fəaliyyətini qiymətləndirən za­man faydalı ola bilər.
b) Məktublar.

Məktublar şagirdlərin dərsə hazırlaşması prosesinə kömək edir. Onlarda anlayış və elmi ideyaların, eləcə də əldə edəcəyi bi­lik­lərin mənimsənilməsinə, möhkəmləndirilməsinə kömək edir. Mək­tub­lar müəllimlərə istiqamətverici rol oynayır, belə ki, şagirdlərin nə­yi başa düşmədiklərini müəyyənləşdirməyə imkan verir. Məktub yaz­­mağın həyati əhəmiyyəti böyükdür, şagirdləri düzgün yazı üs­lu­bu ilə tanış etməklə onları bu istiqamətdə formalaşdırır.

Müəyyən bir lahiyənin, mövzunun dərsin sonunda məktub yaz­maqla şagirdlərin öyrəndiklərini müəllimə, valideyinə çatdırmaq funk­siyası daşıyır. Yuxarı siniflərdə elektron poçtdan istifadə etmək olar. Şagirdlərin məktublarına müəllimlər münasibət göstərərkən rea­list olmalıdırlar. Məktublarda şagirdlərin öz fikirlərini sərbəst ifa­də etmələri demokratiyanın əlamətlərindən biridir. Məktublar şa­gird­lərin etik-mənəvi cəhətdən də inkişafını təmin edən vasitədir.

Şəki şəhər 19 saylı məktəbin beşinci sinfində müəllim N.Tusinin “Əxlaqi-Nasiri” əsərindən götürülmüş aşağıdakı parça üzə­rində işləməyi tapşırır.

“İnsan çox danışmamalı, başqasının sözünü yarımçıq kəs­mə­mə­li, başqasının nağıl etdiyi hekayət və ya rəvayəti bilirsə, bunu üzə vur­mamalı və onun danışıb qurtarmasına imkan yaratmalıdır. Baş­qa­sından soruşulana cavab verməməli, ümumidən edilən sualda ca­ma­atı qabaqlayıb irəli düşməməlidir. Biri cavab verirsə, daha qabil ca­vab verməyə qadir olsa da, səbr etməli, o, sözünü qurtardıqdan son­ra öz cavabını verməlidir, lakin əvvəlkinə tənə etməməlidir. Onun yanında iki adam söhbət edirsə, qarışmamalı, ondan gizlə­di­lir­sə, gizlin qulaq asmamalıdır, özləri müraciət etməsələr, söhbətə qo­şulmamalıdır”.

Tapşırıq yekunlaşdırıldıqdan sonra həmən sinif şagirdi Aqil İs­mayılovun dostuna yazdığı məktuba diqqət yetirək. “Cabir, bu gün biz Azərbaycan dili dərsində Nəsrəddin Tusinin “Əxlaqi-Na­si­ri” əsərindən bir parçanı öyrəndik və onu təhlil etdik. Öyrəndiyimiz par­çanın tərbiyəvi əhəmiyyəti böyükdür. Bu parçadan çıxan nəti­cə­lər­dən biri də belə idi: dostlarından biri danışarkən sən tez-tez mü­da­xilə etsən sən danışarkən o müdaxilə edər. Ona görə də söhbət edəni səbrlə, axıra qədər dinləməli, ondan sonra öz fikrini de­mə­lisən. Bunu mədəni davranış qaydaları tələb edir”.


c) Qəzet məqalələri.

Düzgün yazı vərdişlərinin formalaşdırılmasında, şagirdlərin ya­ra­dıcı şəkildə inkişaf etdirilməsində, yeniliklərin dərslərdə tədris edi­lən mövzularla əlaqələndirilməsində qəzet məqalələrinin əhə­miy­yə­ti böyükdür. Müəllim yuxarı siniflərdə şagirdlərə yeni kəşflər, xəs­təliklər və tibb, ətraf mühit, kosmos, təbii fəlakətlər və s. möv­zu­lar­da qəzet məqalələri hazırlamağı tapşıra bilər. Sinif divar qəzeti üçün nəzərdə tutulan belə məqalələr üçün materialları şagirdlər küt­lə­vi mətbuatdan, elmi kitablardan əldə edə bilər. Prosesin başlan­ğı­cın­da müəllim şagirdlərə istiqamət verməlidir. Müəllim məq­sə­də­uy­ğun məqalələri nümayiş etdirməli, yazı üslubu və formaları ilə şa­gird­ləri tanış etməlidir. Həmçinin yazı çərçivələri verməli, məqalədə əha­tə olunmalı məsələlərə aydınlıq gətirməlidir. Şagirdlər divar qə­zeti üçün məqalələri qrup şagirdləri ilə birlikdə hazırlamalıdırlar.

Qəzet məqalələrinin üstün cəhətləri:


  • Qəzet məqalələri şagirdləri həvəsləndirmək xüsusiyyətinə ma­likdir;

  • Qəzet məqalələri qrup işini canlandırır, şagirdləri yaradıcı iş­lə­məyə təhrik edir;

  • Qrup daxili ünsiyyət bacarıqlarını formalaşdırır;

  • Real həyatı, təlim-tərbiyə prosesini əks etdirir.

İbtidai sinif şagirdlərini, ilkin olaraq, sinif divar qəzeti üçün mə­qalələr hazırlamağa istiqamətləndirmək lazımdır. Sinif şagirdləri ilə birlikdə qəzet üçün rublikalar müəyyənləşdirilməlidir. Rublika ola­raq “Sinfimizin qabaqcılları”, “Bizim idmançılar”, “Yaşıllığın dost­­la­rı”, “Şənlik bizə yaraşır”, “Maraqlı hadisələr” və s. seçilə bi­lə­r.
ç) Mütəhərrik dairələr metodu.

Bu metod şagirdlərin təfəkkürünün, təxəyyülünün, fantaziya­sı­­nın, başlıcası isə onların yaradıcılıq qabiliyyətinin inkişaf etmə­si­nə, şəxsiyyət kimi formalaşmalarına şərait yaradan təlim metod­la­rın­dan biridir. Metodu tətbiq edən müəllim proqram əsasında şa­gird­lərə mövzunu təklif edir. Şagirdlər (və ya qruplar) mövzu ilə müs­təqil şəkildə tanış olduqdan sonra müəllim tapşırıq verir:



    1. öyrənmək üçün verilən mövzunun məzmununu, mənti­qi ar­dı­cıllığı saxlamaqla, həcm etibarı ilə bir yarım və ya iki dəfə ge­niş­lən­dirin,

    2. verilmiş mövzunun məzmununu, məntiqi ardıcıllığı saxla­maq­la, həcm etibarı ilə bir yarim və ya iki dəfə kiçildin.

Variantların seçimi şagirdlərin inkişaf səviyyəsinə uyğun mü­əy­yənləşdirilməlidir. Şagirdlər müxtəlif təsvir vasitələrindən istifadə edə­rək onlara tapşırılan mövzunu yaradıcı şəkildə yenidən işləyirlər.

Göstərilən metodun tətbiqi zamanı sinif şagirdləri fərdi, cüt­lərlə, qrup şəklində işləyə bilərlər. Qrupların bir neçəsi a) digərləri isə b) variantlar üzrə işləməlidirlər. Dərsin sonunda müəllim qrup­lar­dan iş vərəqlərini toplayır, siniflə birlikdə müzakirə edir, qiymət­lən­dirmə aparır.

“Bakı” mövzusuna diqqət yetirək.
Bakı

Bakı Azərbaycanın paytaxtıdır. O, Xəzər dənizinin sahilində yer­ləşir. Bu şəhər keçmişdə çox kiçik və çirkli idi. İndi isə Bakı gün­dən-günə böyüyür və gözəlləşir. Cürbəcür maşınlarla dolu pros­pekt­lər, böyük və yaşıl parklar, yaraşıqlı binalar Bakıya gözəllik ve­rir. Dənizin sahilində gözəl park salınmışdır. Bu, Milli Park adlanır. Adam­lar hər gün işdən sonra orada dincəlirlər. Dənizin sərin və tə­miz havası adama ləzzət verir.

Bakıda tikinti işləri gündən-günə genişlənir. Evlər çox sürətlə ti­ki­lir. Bakıda uşaqlar və gənclər məktəblərdə, texnikumlarda, ins­ti­tut və universitetlərdə oxuyurlar.

Adamlar istirahət günlərində muzeyə, sərgiyə, heyvanat par­kı­na, teatra, kinoya və sirkə gedirlər. Vaxtlarını məzmunlu və şən ke­çi­rirlər.



    1. Mövzunun genişləndirilmiş variantı

Bakı Azərbaycanın paytaxtıdır. Şərqin ən böyük və gözəl şə­hər­lərindən biridir. Qədim İpək yolu bu şəhərdən keçir. Bakı keç­miş­də çox kiçik və çirkli idi. O zaman Bakı iki hissədən: İçəri şəhər və onun ətrafından ibarət idi. Qız qalası içəri şəhərdə yerləşir. İndi Ba­kı gündən-günə böyüyür və gözəlləşir. Cürbəcür maşınlarla dolu pros­pektlər, böyük və yaşıl parklar, yaraşıqlı binalar Bakıya gö­zəl­lik verir. Bakıda tikilən binalar çox mərtəbəli olmaqla milli və qərb sti­lində tikilir. Xəzər dənizinin sahilində gözəl park salınmışdır. Bu, Mil­­li Park adlanır. Adamlar hər gün işdən sonra orada dincəlirlər. Park­da uşaqlar üçün atraksionlar qurulmuşdur. Musiqili fəvvarələr par­ka gözəllik verir. Dənizin sərin və təmiz havası adamlara ləzzət ve­rir.

Bakıda tikinti işləri gündən-günə genişlənir. Evlər çox sürətlə ti­kilir. Bakı indi “göydələnlər şəhəri” kimi də adlandırılır. Bakıda mü­asir məktəblər tikilir. Uşaqlar belə məktəblərdə oxuyurlar. Ba­kı­da çoxlu universitet, institut və texnikumlar vardır.

Adamlar istirahət günlərində muzeylərə, sərgilərə, heyvanat par­kına, teatra, kino və sirkə gedirlər. Onlar vaxtlarını çox məz­mun­lu və şən keçirirlər. Bakıda çoxlu idman qurğuları tikilmişdir. Bu­ra­da məşğul olan gənclərin adı dünya arenalarından gəlir.

b) Mövzunun qısaldılmış variantı:

Bakı Azərbaycanın paytaxtıdır. Xəzər sahilində yerləşən Bakı ye­ni-yeni tikililəri, parkları, küçə və prospektləri ilə gözəlləşir. Də­niz sahilində salınmış Milli park insanların istirahət yerinə çevril­miş­dir. Bakıda yeni məktəblər tikilir. Burada çoxlu institut və uni­ver­sitetlər vardır. Bakıdakı kino-teatrlar, muzeylər, heyvanat parkı, sirk insanların istirahət yerləridir. Bakı dünyanın ən gözəl şəhərlə­rin­dən biridir.
d) Tədqiqat hesabatları.

Qruplara verilmiş mövzu ətrafında şagirdlərin topladığı ədə­biy­yatlardan istifadə edərək yeni məlumatların necə əldə edilməsini nü­mayiş etdirən üsuldur. Tədqiqat hasabatlarında əqli hücum əsas va­si­tədir. Bu zaman nəzəri məlumatlar (kitablardakı) həyat təcrü­bə­si ilə əlaqələndirilmiş olur. Tədqiqat hesabatlarında əlaqə formaları və alınmış nəticə öz əksini tapmalıdır.

Məsələn, “Qış aylarında aranjeriyada iş” mövzusu qruplara təd­qiqat obyekti kimi tapşırıla bilər. Mövzunun əsas ma­hiyyət­lə­rin­dən biri aranjeriyadakı bitgilərə qış aylarında necə su verməkdir. 8-10S-dən aşağı temperaturlu su bitgilərin inkişafını ləngidir, çox aşa­ğı temperaturlu su isə bəzi otaq bitgilərinin tələf olmasına səbəb ola bilər. Bu zaman şagirdlər qarşısında belə bir problemin həll edil­mə­si qoyulur. Soyuq və isti sulardan otaq temperaturunda (18-20S) olan suyu necə almaq olar?

Qruplar 1 kq 20S-də, 1 kq 50S-də olan su götürür, qarış­dı­rır­lar. Qarışığın temperaturunu termometrlə ölçürlər, təqribən 27S su alın­dığını müşahidə edirlər. 50S-də olan suyun kütləsini iki dəfə azalt­maq və çoxaltmaqla təcrübəni təkrar edərkən məlum olur ki, isti suyun kütləsi azaldıqca qarışığın temperaturu azalır. Bu azalma isti və soyuq suyun kütlələri nisbətindən və ilk temperaturlarından ası­l­ıdır. Tədqiqat hesabatları yuxarıdakı kimi nəticə ilə yekunlaş­ma­lı­dır. Tədqiqat hesabatları şagirdlərin yaradıcılıq qabiliyyətini for­ma­­laş­dıran vasitələrdən biridir.


e) Təqdimatlar.

Təqdimat dedikdə, adətən, qrupun problemlə əlaqədar mü­əl­li­mə təqdim edəcəkləri yazı başa düşülür. Qrupun təqdimatının hazır­lan­­masında bütün qrup şagirdləri yaxından iştirak etməli, səy gö­s­tər­məlidirlər. Bunun üçün qruplara tapşırılmış problemlə əlaqədar hər bir qrup üzvü öz təqdimatını hazırlayaraq liderlərə təqdim et­mə­li­dir. Qrup lideri təqdimatları öyrənir, təhlil edir, nəticəni sinfə təq­dim edəcəyi təqdimatda əks etdirir. Təqdimatlar elmi dildə, məntiqi ar­dıcıllıqla yazılmalıdır. Göstərilən qaydada təqdimat hazırlamağa qrup­ları hazırlamaq və formalaşdırmaq lazımdır.

Başqa xarakterli təqdimatlar da ola bilər. Müəllimin ev tap­şı­rı­ğı, şagirdlərin müstəqil müşahidəsi və s. bağlı təqdimatlar da ha­zır­lamaq olar.

6. Təlim prosesində informasiya, kommunikasiya texnolo­gi­­ya­la­rından (İKT) istifadə

Bəzi pedaqoji ədəbiyyatda informasiya, kommunikasiya tex­no­logiyalarına, əgər onlardan tədrisdə istifadə edilirsə, təlim va­si­tə­lə­ri kimi yanaşılır. Əgər kitab bilik mənbəyidirsə, kitab üzərində məq­sədə uyğun şəkildə şagird işləyib özü üçün bilik əldə edirsə, on­da kitab üzərində işin bir təlim metodu (üsulu) kimi qəbul edil­mə­si­ni məqbul saymaq lazımdır, bir çox ədəbiyyatda da şagirdin kitab üzə­rində işinə bu aspektdən yanaşılmışdır. İKT-dən bazis rolunda çı­xış edən dən də şagird müəyyən (bəlkə də çox) bilik əl­də edə bilirsə və bu biliklər rasionallığı etibarı ilə bəzi hallarda ki­tab­dan çox geniş sferada və praktika ilə əlaqələndirilmiş olursa nə üçün i, İKT-nin digər formalarını təlim üsulu adlan­dır­mayaq? Artıq müəllimi müvəffəqiyyətlə əvəz et­mək­də­dir.

İndiki halda şagirdlərin maraq dünyasıdır. Belə olan halda şagirdlərin maraq sahəsini təlim prosesi ilə əlaqə­lən­dir­mək olar. Kitabdan bilik əldə etmənin özünəməxsus texnolo­gi­ya­sı olduğu kimi İKT-dən istifadə edərək bilik əldə etmənin də özü­nə­məx­sus texnologiyası vardır.

İKT ilə bağlı bir çox problemlərə diqqət yetirək.

Şəxsiyyətyönümlü təlim şagirdlərin müstəqil fəaliyyəti ilə ya­na­şı əməkdaşlıq şəraitində biliklərin əldə edilməsini dəstəkləyir. Be­lə halda şagirdlər əvvəl öyrəndiklərini cari təcrübə və biliklərlə əla­qə­ləndirə bilirlər. Həm də şagirdlər seçdikləri vasitə və resurslardan is­tifadə etmək imkanı əldə edirlər. Belə halda şagirdlərə kömək­lik edə bilər.

lər şagirdlərin öz şəxsi anlayışlarını for­malaş­dır­maq üçün istifadə etdikləri üsulları daha da inkişaf etdirə bilər. İn­ter­netdən məlumat toplayan şagirdlər fəaliyyətlərini istiqamətlən­dir­mək­də müstəqil olurlar, yəni bilikləri özləri əldə edirlər. Şagirdlər mən­bələr seçərək onlar arasında əlaqə yaratmaqla sanki öz yaradıcı­lıq­­larını inkişaf etdirirlər. Onlar müəllimlərin verdiyi parametrləri nə­zərə alaraq mövzuların məzmununa uyğun araşdırmalarına tam nə­zarət edə bilirlər. Şagirdlər fəaliyyətlərini istiqamət­lən­dir­məkdə müstəqil olurlar, yəni bilikləri özləri əldə edirlər. Şa­gird­lər fəaliyyətlərini adi iş qaydasında həyata keçirə bi­lir­lər. Ənənəvi siniflərdə, məsələn 25 nəfərlik, bir tapşırıq üzərində bü­tün şagirdlərin işlədiyi halda lə hər bir şagird müstəqil şə­kildə fəaliyyət göstərir. Müəllim geridə qalan şagirdlərə kömək edər­kən digər şagirdlər daha mürəkkəb problemlərlə məşğul ola bi­lir­lər. proqramları öyrənənlər üçün çeşidli seçimlər tə­min etmək məqsədilə mətnləri, təsvirləri, səsləri və hərəkətləri bir­ləş­dirmək imkanına malikdir. Multimedia proqramları da sinifdə is­ti­fadə olunan resurs rolunu oynamalı, şagirdlərin işini zənginləş­dir­məli, müxtəlifliyinə imkan yaratmalıdır.

Şagirdlər lərdən təlim vasitəsi kimi, fərdi şəkildə bi­lik əldə etmə mənbəyi kimi, öz fikirlərini digər öyrənənlərlə pay­laş­maq vasitəsi kimi istifadə edə bilərlər. Şagirdlər öyrəndikləri bi­liklə­rin və təcrübələrin məzmununun Milli Kurikulumla uzlaşma­sı­na diqqət verməlidirlər. Şagirdlərin in köməyi ilə fərdi şə­kildə əldə etdiklərini müəlllim onların təlim fəaliyyətinə necə təsir et­d­iyini müəyyənləşdirməli və gələcək inkişaf perspektivlərini mü­əy­yən etməlidir.

lərdən aşağıdakı kimi təlimlə bağlı fəaliyyət sa­hə­lə­rində də istifadə etmək olar: 1) əyani vasitələrin öyrənilməsində, 2) həmyaşıdları ilə söhbətlərində, 3) çətin məsələlərin həllində, 4) mü­hakimələrin təhlilində. Məsələn, e-poçt vasitəsilə onlarla söhbət et­mək fəal əməliyyat hesab edilir. Belə söhbətlər sürətli mühakimə yü­rüt­məyi tələb edir, şagirdlərə ideyaları haqqında düşünmək və öz an­layışlarını yoxlamaq imkanı verir.

Texnologiyaların təlim prosesində tətbiq edilməsi müştərək öy­rənmə prosesini və əməkdaşlığı inkişaf etdirir. dən tə­lim prosesində istifadə edilməsi şagirdlərə o dərəcədə təsir edir ki, on­lar boş vaxtlarında belə öz işləri haqqında danışır, stra­te­giyaları haqqında bir-birinə məlumat verirlər. İstər ­lə, istərsə də siz işçi qrupların təşkili üçün fəaliyyətin plan­laş­dırılması və məqsədli müdaxilələrin edilməsi zəruridir, lakin dən istifadə edən qruplar müştərək fəaliyyətə əlverişli şə­kil­də başlayır.

şəbəkəsi şagirdlərə dünyanın müxtəlif yerlərində olan mütəxəssislərlə, şagirdlərlə əlaqə saxlamaq, əməkdaşlıq etmək im­­­kanı verir. E-poçt, listservis- lər, bülletenlər, çat qrupları müəl­lim­lərə öz dərs planlarını, tədris strategiyalarını mübadilə etməyə, pe­şəkar birliklər yaratmağa imkan verir.

Canlı həyatdan, müvafiq təcrübələrdən, məlumatlardan isti­fa­də sinif-şagird fəaliyyətinin əsasında durur. Təhsil müəssisələrinin və­zifələrindən biri peşəkar vətəndaş yetişdirməkdir. Belə və­tən­daş­lar (məzunlar) istehsal prosesində, məişətdə işlədilən cihaz və alət­lər­dən, xam materialdan istifadə etmək bacarıqlarına malik olma­lı­dır­lar. Texnologiya ilə tanışlıq, ondan istifadə göstərilən problem­lə­rin həllində şagirdlərə kömək edə bilər.

Texnologiyalar fiziki cəhətdən qüsurlu olan insanlara daha çox kömək edə bilər. Səs tanıma sistemləri, dinamik Breye ek­ran­ları, nitq sintezatorları və danışan kitablar kimi yardımcı texno­lo­gi­ya vasitələri onların karına çata bilər. Göstərilənlər onlar üçün öy­rən­mə və ünsiyyət vasitələrinə çevrilir. Tədqiqatlar göstərir ki, in yardımı ilə həyata keçirilən ünsiyyət fiziki qüsurları olan­ların üzləşdiyi sosial tədricolunmanın qarşısını qismən ala bilər. lərin motivasiyanı artıran, yetirməyən şagirdlərdə təlimə ma­raq yaradan vasitə olduğu sübut olunmuşdur.

Tədrisin texnologiyalarla aparıldığı siniflərdə şagird və müəl­li­min özlərinə məxsus funksiyaları vardır.

Texnologiyalardan istifadə olunan siniflərdə şagirdlərin məlu­ma­tı toplamaq, həmkarları ilə məsləhətləşmək, əldə etdikləri nəticə­lə­ri təqdim etmək üçün daha yaxşı imkanları vardır. Şagirdlərin mü­əl­limlərdən asılılığı azaldıqca, təşəbbüskarlığı artdıqca onların müs­tə­qilliyi və özünə inam hissi artır. Texnologiya şagirdlərə məlumat­lar­­dan istifadə etmək imkanı verir ki, bu da onların anlama qabiliy­yə­tini yaxşılaşdırır, mühakimə bacarıqlarını inkişaf etdirir. Şagirdlər can­lı həyatda məlumatları əldə edib bunları sinifdə əldə edəcəkləri bi­liklərlə əlaqəli şəkildə öyrəndikcə inkişaf etmələri bir o qədər yax­şı təşkil olunmuş olur. Texnologiyalar müəllimlərin öz şagirdlərinə tək­lif edə biləcəyi resurslarla zənginləşdirilməsinə imkan yaradır, təd­ris prosesinin ancaq dərsliklərlə deyil orijinal təlim vasitələri ilə tə­min edilməsinə səbəb olur. CD-lərdə təklif olunan istinad mate­ri­al­­ları və kurikulum üzrə yüksək keyfiyyətli proqramlar bir çox dərs­lik­lərin və ya məktəb kitabxanalarının verə biləcəyi resurslardan da­ha çox vəsaitlər təklif edir.

Məlumatların bu qədər əhatəli olması özü problemlərsiz ötüş­mür. İnternetin məzmunu dərslikdə verilmiş materialdan daha sadə və konkretdir. Ona görə də şagirdlər internetdən tapdıqları məlu­mat­lara tənqidi yanaşmalı, onu dəyərləndirməlidirlər. Bir çox internet sə­hifələrində işlənilməmiş (elmi cəhətdən) məlumatlar verilir: kos­mos­dan çəkilmiş şəkillər, siyahıyaalma ilə bağlı rəqəmlər, məhkəmə işi­nin nəticəsi və s. Belə materiallardan istifadə edilməsi üçün onlar kon­tekstə uyğun olmalı, biliklərin əldə edilməsi zamanı şagirdlərin mə­lu­matlardan ağıllı, səmərəli şəkildə istifadə etməsi tələb olunur.

Bir çox müəllimlər dən istifadə etməkdə çətinlik çə­kir­lər. Bu çətinliklər ayrı-ayrı fənlərə aid biliklərin in kö­məyi ilə verilməsində daha çox özünü göstərir. Bu çətinlikləri ara­dan qaldırmaq üçün nə etməli?

1.Qarşınıza orta səviyyəli məqsədlər qoyun. Böyük im­kan­la­rına baxmayaraq sinifdəki bütün problemləri həll edə bi­lə­cək universal vasitə deyildir. Sinifdə i tətbiq etməyə baş­layarkən öncə kiçik həcmli tapşırıqdan başlamaq lazımdır: Mə­sə­lən, şagirdlərə hər hansı hesabatı Word proqramından istifadə et­mək­lə yazmaq tapşırığını verməklə işə başlamaq olar. Bu işdə rahat­lıq hiss etdikcə dən istifadə edən sinfin fəaliyyət çeşidini ar­tırmaq olar.

Müəllimlik sənətinə lərdən geniş istifadə edildiyi in­diki zamandan əvvəl gəlmiş müəllimlər texnologiyalardan istifadə et­məkdə çətinlik çəkirlər. Bu belə müəllimləri ruhdan salmamalıdır. Onun ətrafında i bilən çox təcrübəli təhsil işçiləri vardır. On­lar­dan istifadə etmək lazımdır. Hazırda dərs dediyimiz şagirdlər­dən də yararlanmaq olar. Texnologiya əsrində yaşayan bu şagirdlər lə əlaqədar kifayət qədər məlumata malikdirlər. Bundan çə­kin­mək lazım deyil, şagirdlərdən nə isə öyrənməyi səmimi qəbul et­mək lazımdır.

2. Texnologiyalardan bütün dərslərdə istifadə etməyə ehtiyac yox­dur. Dərsin məqsədindən asılı olaraq texnologiyadan istifadə et­mək olar. Əgər öyrənmə prosesini zənginləşdirəcəksə, ge­nişləndirəcəksə, asanlaşdıracaqsa onda texnologiyadan istifadə et­mək olar.

Sinif lərində aşağıdakı proqramlardan istifadə edə­rək bilik və bacarıqların zənginləşdirilməsinə nail olmaq olar: Word, məlumat bazası, Excel, prezentasiya və simulyasiya proq­ra­mı, internet, e-poçt, multimedia CD-lərı.

Mətn proqramları şagirdlərə fikirlərini və mövqelərini müs­tə­qil şəkildə dərc etməyə imkan verir. Başqa proqramlar da əlavə olun­duqda Word proqramı güclü öyrənmə vasitəsinə çevrilir. Qra­fik­lərdən istifadə müəlliflərə öz hekayələrini təsvir etmək imkanı ve­rir. E-poçt isə “həmkarların təhlili” və qrup şəkildə redaktə işi ilə məş­ğul olmaq üçün imkan yaradır. İnternet isə şagirdlərə öz yara­dı­cı materiallarını dərc etmək və araşdırmalarının nəticələrini baş­qa­la­rı ilə paylaşmaq imkanı verir.

dən istifadə edərək məlumatların toplanaraq ümu­mi­ləşdirilməsinə aid bir neçə nümunəyə diqqət yetirək.

1. Esse yazmaq.

Müəllim beşinci sinif şagirdlərinə adı qeyd edilən tapşırıq ve­rir. Şagirdlər dərsdən kənar vaxtlarda toplaşaraq (həftədə iki dəfə) in­ter­net vasitəsilə dünyanın müxtəlif dövlətlərində yaşayan xalqlar tərəfindən yaradılmış na­ğıllar toplayırlar, hər dəfə bir nağıl tapdıqda dünya xəritəsində o döv­lətin mənsub olduğu yer rəngli nişanla qeyd edilir. Əldə et­dik­lə­ri məlumatlar əsasında şagirdlər Apple Works vasitəsilə özlə­ri­nin şəxsi Esse-lərini yazırlar. Esseyə əl ilə çəkilmiş təsvirlər əlavə edi­lir. Sonra sinif şagidləri e-poçt vasitəsilə özləri yazdıqları Esseni di­gər məktəblərdəki həmkarlarına göndərirlər. Onlar Esse ilə tanış ol­duqdan sonra rəylərini bildirir, öz əlavələrini edirlər.

2. Regionun faunası haqqında məlumatın əldə edilməsi.

Müəllim coğrafiya və ya təbiətşünaslıq dərsində şagirdlərə mək­təbin ətrafında və regionda yaşayan quşlar və heyvanlar haq­qında məlumat toplamağı tapşırır. Şagirdlər mətbuat, təbiətdən bəhs edən kitablardan, internetdən istifadə edərək regionda yaşayan quş və heyvanların növlərini, adını, yaşayış tərzini, bəzi xüsusiyyətlərini öy­rənirlər, onların şəkillərini əldə edirlər. Sonda şagirdlər regionun fau­nası haqqında izahlı-illustrativ material hazırlayır, hazırladıqları ma­terialı internet saytında yerləşdirirlər.

3. İndiki orta ümumtəhsil məktəblərində tədris edilən tarix, coğ­rafiya, biologiya, Azərbaycan dili və ədəbiyyat, mədəniyyət və incə­sə­nət və s. kimi fənlərə aid materiallarla internet zəngindir. Fənlərin təd­risi prosesində dən, internetdə verilən materiallardan is­ti­fadə etmək olar. Bu da təlimin səmərəliliyini artırmaqla şa­gird­lərin məntiqi, tənqidi, yaradıcı təfəkkürlərinin inkişaf etməsinə sə­bəb olar. X sinifdə ABŞ və Kanada dövlətlərinin ərazisi, iqtisadiy­ya­tı haqqında şagirdlərə dən istifadə edərək informasiya top­lamaq tapşırmaq olar. Tapşırıq alan sinif şagirdləri internet vasi­tə­silə ABŞ və Kanada dövlətlərinin müvafiq Departamentləri ilə əla­qə­yə girir və ya onların internetdəki məlumatlarından istifadə edə­rək informasiya toplayırlar.

Sinif şagirdləri ABŞ dövlətinin ərazisi, iqtisadiyyatı ilə əla­qə­dar aşağıdakı kimi məlumat toplayırlar: Ərazisi 9,3 milyon km, əha­lisi 255 milyon (təxminidir) nəfər, əhalisinin etnik tərkibi: in­gi­lis­lər, emeqrantlar, yerli (alorogenlər), ərazisinin tərkibi: əsas hissə - 7,8 milyon km, Alyaska – 1,5 milyon km, Havay adaları – 16,7 min km. İki okeanla – Sakit, Atlantik əhatələnib; dövlət quruluşu – 50 ştat, federal respublika, dövlət başçısı prezidentdir, qanunverici or­qan konqresdir; dövlət dili ingilis dilidir; əhalinin sıxlığı 27 kvad­rat kilometrə bir nəfər; inkişaf etmiş ölkədir. İqtisadiyyatında sə­naye, fermer təsərrüfatı üstünlük təşkil edir; təbii sərvətlərlə zən­gin­dir (daş kömür, neft, qaz, dəmir filizi, sink, uran və s.); aparıcı yeri tu­tan sənaye sahələri - emaledici sənaye, energetika, maşınqayırma, hər­bi, elektronika, kimya və s. ; kənd təsərrüfatında üstünlük təşkil edən sahələr – buğda, qarğıdalı, çəltik, pambıq, şəkər qamışı, tütün, lu­mu, portağal; nəqliyyatı – su, dəmiryolu, hava, avtomobil.

Kanada dövləti ilə bağlı aşağıdakı məlumatları əldə edirlər:

Sahəsi – 9976 min km, əhalisi 27 milyon, əhalisinin etnik tər­kibi – ingilislər, fransızlar; ərazisi – 10 əyalətdən, 2 ərazidən iba­rət­dir; ərazi üç okeanla əhatə olunub; federal dövlətdir; dövlətə baş na­zir rəhbərlik edir; dövlət dili ingilis və fransız dilləridir; əhalinin sıx­lığı çox azdır; inkişaf etməkdə olan ölkədir; hasilatda üstün döv­lət­dir (kənd təsərrüfatı üzrə); təbii resurslarla zəngindir (əlvan, na­dir metallar, dəmir filizi, uran, neft, qaz, daş kömür); sənaye xam­malı və arzaq tədarükünə görə öndə durur, hidroenerji, metallurgiya, ma­ş­ın­qayırma inkişaf etmişdir; heyvandarlıq və taxıl istehsalına görə ön­də gedir; boru və su nəqliyyatı yüksək səviyyədə inkişaf etmişdir.

İnternetdən göstərilən məlumatları əldə etdikdən sonra sinif şa­girdləri Venn diaqramından istifadə edərək bu ölkələri müqayisə edir, oxşar və fərqli cəhətlərini müəyyən edirlər. Aldıqları nəticəni in­ter­net saytında yerləşdirməklə digər məktəb şagirdlərinin rəylərini ö­y­rənirlər.


Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin