38
Sinklənmiş polad qablar da bir sıra tələblərə cavab verməlidir. Bunlara su
keçirməzlik, qabın tikişləri, qalaylanmış qablarda olduğu kimi olmalı, sink örtük
barəabər, hamar olmalıdır. Sink örtük sıx, parlaq, qalılığı 12 mm-dən çox olmamalı,
səthlə möhkəm birləşməldir[18].
Şirəli polad qablarda keyfiyyətə tələblər şirə qatının hər yerə bərabər paylanması və
möhkən birləşməlidir. Səth parlaq, qabarıqsız olmalıdır. Şirə qatının tərkibində mis,
qurğuşun, sürmə və b. qarışıqların olması yolverilməzdir. Şirələnmənin davamlılığına
tələblər çuqun qablardaki kimidir. Şirə qatının davamlılığın yoxlayan zaman 232
0
C-yə
qədər qızdırıb, adi otaq temperaturuna qədər şok soyutduqda şirə qatında heç bir çat
əmələ gəlməmlidir. Zərbə ilə təsir etdikdə (50-60 kq ilə 300-400 mm hündürlükdə)
şirə qatı qopmamalıdır.
Metal qabların keyfiyyətinə əsas tələblər dövlət standartları ilə müəyyən olunur.
Əsas onların parametr ölçüsü, səthinin keyfiyyətı, məhsulun dizaynı ilə müəyyənləşir.
Standartda tənzimlənir:qabların və qapaqların ıstehsalında istehsal olunan ərintilərin
səthi;əsas metal örtüyünün qalınlığı və s. Həmçinin standartda qabların qəbul
qaydaları və sınaq test üsulları göstərilir.
Metal məmulatların keyfiyyəti metal istehsalının keyfiyyətindən və həmçinin onun
kimyəvi tərkibindən, aşqarların miqdarından, qeyri-metal birləşməlırindən asılıdır.
Keyfiyyətli məhsul istehsalında ərintinin keyfiyyəti vacib əhəmiyyət kəsb edir.
Qoyulan tələblərə yüksək komplex xassələri, tərkibindəki birləşmələr, qazlar, zərərli
qatışıqların miqdarı, istismar zamanı xassələrini qoruyub sxlaması və s. göstəricilər
aidddir. Metal istehsalında istifadə olunan üsulların bir çoxu müasir tələblərə cavab
verən yüksək keyfiyyətli məhsul vermir. Buna görə son illərdə yeni texnoloji
üsullardan istifadə olunur. Bu proses, metalın sintetik emalı, elektrik sobada yenidən
əridilmə, vakkumlaşması, vakkum sobada, elektik-şüada yenidən əriməni göstərmək
olar. Bu üsullarla əridilmə getdikcə artır.
Dostları ilə paylaş: