ekspertizası.
İstehlak mallarının ekspertizası texniki şərtlərə və hər bir mal nümunəsinə uyğun
aparılır. Yoxlama qaydası malların kəmiyyət və keyfiyyət göstəricilərinə uyğun
keçirilir. Yoxlamalar bəzən etalon nümunəyə əsasən, bəzən də müqaisə etməklə
aparılır. Keyiyyətin yoxlanması ilk öncə məmulatın xarici görünüşünə baxmaqla
aparılır. Formanın simmetrikliyi, bütövlüyü, səmərəliliyi, detalların birləşmə
keyfiyyəti və mütənasibliyi müəyyən edilir. Məmulatın xarıci görünüşünə baxmqla
onun nöqsanların, həmçinin sanitar-gigyenik göstəricilərini tədqiq etmək mümkün
olmursa laboratoriyada tədqiqat aparılır. Nünunələr 3 formada ekspertlər tərəfindən
seçilir və lazimi ünvanlara göndərilir. 1-ci seçilmiş nümunələr laboratoriyaya;2-ci
seçilmiş nümunələr ekspertiza üçün göndərilir;3-cü nümunələr isə arbitaj təhlil üçün
saxlanılır. Laboratoriya sınaqları üçün ayrılmış nümunələr damğalanır və göndərilmə
tarixi qeyd edilir. Nümunə haqqında məlumatlar ekspertiza aktında qeyd edilir.
İctimai iaşə müəssələrində nikkel-gümüşdən və eləcədə paslanmayan poladdan
geniş tətbiq olunur. Yaxşı istilikkeçirici, gigyeniklik və estetik xassələr məhz bu
sadalanan metal qablara aiddir [27].
Melixor-mis (80% mis) və nikkel (18-20%) ibarət metallar yüksək keyfiyyətə
malikdirlər. Metallik parıltısını itirməməyi üçün mütəmadi təmizlənməlidir.
Hər birmal qrupunun həmçinin yeməkxana təyinatlı malların ekspertizasını
apararkən əsas vacib göstəricilərdən biri də onların sanitar-gigyenik tələblərə cavab
verməsidir. Sanitar-gigyenik xassələr dedikdə, məhsulun insana, ətraf mühitə və s.
obyektlərə təsiri nəticəsində təhlükəsizliyi ilə xarakterizə olunan amildir. Azərbaycan
Respublikası Qanununa görə sanitar-gigyenik ekspertizani, Azərbaycan Respublikası
Səhiyyə Nazirliyinin sanitar-epidomoloji mərkəzi tərəfindən aparılır və qanunla
tənzimlənir. Qanunla tənzimlənən məsələlərə sanitar və gigyenik qaydalar, normalar,
insanların təhlükəsiz və sağlam yaşaması üçün göstəricilər aiddir.
61
Qida mallarının ekspertizasını isə Qida Təhlükəsizliyi Agentliyi tərəfindan
yoxlanılır. Hazırda tədqiqat işinin aparılmasında məqsəd qeyri-qida obyektləri olan və
həmçinin qida ilə birbaşa təsirdə olan metal yeməkxana qablarının sanitar-gigyenik
xassələrə və həmçinin ümumi keyfiyyət göstəricilərinə malik olması, eyni zamanda
onlarda saxlanılan, daşınılan, qablaşdırılan ərzaq məhsullarına da təsir edir.
Metal qabların sanitar-gigyenik ekspertizasını apararkən standarta əsasən
Paslanmayan poladdan, boz çuqundan, sinklənmiş təbəqə ilə örtülür və s. metallardan
istifadə olunur(ГОСТ54154-2010). Qapaqlar minalanmış poladdan, alüminiumdan və
istiliyə davamlı şüşədən hazırlanmalıdır(ГОСТ-27002, ГОСТ-17151)[27].
Metal qablarda qidanın saxlanması, bişirilməsi zamanı ümumi sanitar-gigyenik
tələblər:
Orqanoleptiki göstericilər;Qidanın saxlanması zamanı kənar iyin, dadın
olmaması, qidada bulanıqlıq, çöküntü və s. olmasi yol verilməzdir.
Metal qabın yaxşı minalanması əks təqdirdə zərərli birləşmələrin qidanın
tərkibinə keçməsi nəticəsində sağlamlğa təsiri danılmazdır. Bəzən istismar zamanı
örtük təbəqəsinin qopması nəticəsində də baş verə bilər. Bu yolverilməzdir.
Qoyucu örtüyün, məmulatın təyinatına uyğun olaraq normativ-texniki
sənədlərdə göstərilən qalınlıqda olmalıdır.
Sanitar-gigyenik xassələrinin qiymətləndirilməsi üçün məmulartı sanitar-gigyenik
ekspertizadan keçirdərək, onun təhlükəsizliyini müəyyən edirlər. Tədqiqatın obyekti
kimi mis qablar,polad qablar,alüminium və s. aiddir. Həmçinin xammal, onun
istehsalı prosesi, saxlanması, daşınması, texnoloji avadanlıqlar və s. realizsiya
prosesləri.
Bildiyimiz kimi, metal ərintilərindən alüminium, düralüminium paslanmayan
polad, nikkel-xrom ərintilərindən qablar hazırlanır. Hər bir metal ərintisinin sanitar
cəhətdən müsbət və mənfi cəhətləri və qidani saxlamaq qaydası vardır. Onları
nəzərdən keçirək:
62
Paslanmayan polad və nikkel-xrom ərintilərindən qablar daha gigyenik sayılır. Bu
metal ərintiləri korroziyaya davamlılğı və kimyəvi cəhətdən sabitliyi ilə seçilirlər.
Qidada hər hansı bir zərəli birləşmə yaratmırlar. Xrom-nikkel ərintilərinin tərkibinə
əlavə olaraq 3, 4%-dən çox olmamaq şərti ilə mis, 0, 015% arsen və s. ərintilərdə
istifadə edilir. Bu əlavələr metal qabların sanitar-gigyenik, fiiziki-mexaniki
xassələrinə təsir edir.
Texnoloji proses zamanı aşağıdakı sanitar normalara əməl edilməlidir:
Havanın temperaturunun yol verilən ölçüsü 13-31
0
C ГОСТ 12. 1. 005-88 üzrə;
Havanın icazə verilən rütubəti 75%-dən çox olmamalı ГОСТ 12. 1. 005-88
üzrə;
Havannın hərəkət sürəti ГОСТ 12. 1. 005-88 üzrə 0, 1-0, 6 m/san;
Işıqlandırma həddi CH və ППА9-71 üzrə 150-200 Lk.
Aşağıda sadalanan metal qabların sanitar qaydalara uyğun və tez istismar
müddətini başa vurmğın qarşısını almaq üçün istifadə və qulluq qaydaları
göstərilmişdir.
Bıçaq, çəngəl, qaşıq mallarına qulluq:
Bıçaq, çəngəl və qaşıqları təmiz yuyub, yaxşı qurulamaq lazımdır. Yaxşı
qurulamadıqda metal təbəqə üzərində tez bir zamanda ləkələr əmələ gəlir. Bu da yaxşı
görünmür. Bıçaq məmulatlarını digər metal mallarla bir saxladıqda zaman zaman
metala dəyərək kütləşir. Bıçaqları isti suda yumaq da kütləşməyə səbəb olur[27].
Çəngəlləri daha yaxşı yumaq lazımdır. Çünki, metal kəsiklərin arasında qida
qalıqları yığılır və metalla reaksiyaya girib, məmulatı korlayır.
Alüminium mallarına qulluq:
Alüminium qablar qulluğa ehtiyacı olan həssas materialdır. Üzvi turşularla və
qələvilərlə asan reaksiyaya girərək dağılır. Bu da orqanizim üçün faydalı olmayan
kimyəvi birləşmələr xaric edir. Belə qablarda turşulu qidaların hazırlanması;meyvə
suları, süd məhsularının bişirilməsi üçün istifadə edilməsin.
63
Alüminium qabların qulluq qaydası isə xüsusi qayda tələb edir. Yaxşı olar ki, qida
qalıqlarını sürtmək üsulu ilə təmizlənməsin. Bu zaman metal təbəqə cızılır və
qoruyucu təbəqə dağılır.
Gümüş qablara qulluq:
Gümüş qablara xüsusimetallik parıltısı ilə seçilirlər. Bunu qorumaq üçün
məmulatları ilıq suda yuyub, yun parça ilə qurulamaq lazımdır.
Emallı qablara qulluq:
Bu qabları təmizləmək digərlərinə nisbətən çox da əmək sərf etmir. Yuyucu vasitə
ilə yuyub, təmizlənir. Əgər dərin qida yanıqları olarsa, içərisinə su töküb, səhərə qədər
saxlamaq kifayətdir ki, yanıq yumuşalıb, asan təmizlənsin.
Çuqun qablara qullluq:
Çuqun qablarda qida qalıqlarını təmizləmək üçün qazana duz töküb, qızdırılmalı və
sonra yuyucu vasitə ilə yuyulmalı.
Dostları ilə paylaş: |