Suvarma əkinçiliyinin bioloji və aqrotexniki əsasları
3.1. Suvarma şəraitində əkinçilik qanunlarının təsiri
Əkinçilik qanunları dedikdə - əkinçilik proseslərində özünü əks etdirən təbiət qanunlarının qismən ifadəsi kimi anlaşılır.Onlar xa- rici mühitlə əlaqədar şəraitdə, inkişaf etməkdə olan bitkinin qanu- nauyğunluq bağlılığını aşkar edirlər.Eyni zamanda onlar tərəfindən əkinçilik qanunlarının tələblərinə ciddi surətdə riayət etməklə mühüm bir sahə olan, kənd təsərrüfatı istehsalının inkişafı üçün yeni müasir yollar müəyyən edilir.
Amillərin qarşılıqlı təsir qanunu – bunlar arasında ən əhəmiy- yətli yerlərdən birini kəsb edir. O, bütün təbiəti əhatə edən qarışılıqlı əlaqə və onun yaranması üçün qarışılıqlı şərait kimi geniş qanu- nauyğunluqları özündə əks etdirir.Bu qanun qüvvəsi ilə hər hansı bir bitkinin effektiv məhsuldarlığı bitkinin özünün digər həyat şəraitləri ilə təmin olunmasından da asılıdır. Buna görə də bitkinin xarici mühitdən öz həyatı üçün lazım olan təlabatı tam ödənilərsə, bir o qədər də hər bir faktorun effektivliyidə yüksək olur.Məhz faktorların qarşılıqlı təsir qanununun məzmunu ifadəsi də bundan ibarətdir.
Bitkilərin həyat amillərinin qarşılıqlı təsir qanunu haqqında Y.Libix yazmışdır: tam iştirak etməyən və lazımı miqdarda olma- yan elementlər başqa qida maddələri birləşmələrinin effektivliyinə mane olur və onların qidalılıq təsirini azaldır.
Suvarma əkinçiliyin nəzəri və praktikasında suvarma ilə gübrə- ləmənin bir-birinə qarşılıqlı təsiri əsas yerlərdən birini tutur. Bitkilərin məhsuldarlığının artımına qida maddələrinə nisbətən suvarma daha yaxşı təsir göstərir.
Bunu Nikolayevski təcrübə stansiyasında 3 il ərzində aparılmış təcrübələrin nəticələrindən (1 saylı cədvəl) daha aydın görmək olar.
Göründüyü kimi gübrələnməyən sahə fonuna nisbətən, suvarma hesabına hər hektardan əlavə olaraq 23,9 sentner məhsul, ancaq yüksək normada gübrə tətbiq olunduqda isə 61,9 s/ha əlavə məhsul götürməyə nail olunmuşdur. Buradan da məlum olur ki, gübrə suvarmanın effektliyini 3 dəfəyə kimi artıra bilmişdir.
Cədvəl 1
Suvarma və gübrənin qarğıdalının dən məhsuldarlığına təsiri
(V.P.Kriçenkonun məlumatına görə)
Gübrə
|
Suvarıl- mayan sahədən
|
Torpağın TTS tu- tumunun 80%-i
nəmliyində suvarma
|
Suvarma hesabına
göürülmüş əlavə məhsul
|
I.Gübrəsiz
|
23, 8
|
47, 7
|
23, 9
|
II.Peyin 20 t/ha+N80P80
|
28, 2
|
71, 6
|
43, 4
|
III.Peyin 40 t/ha+N160P160
|
28, 8
|
90, 7
|
61, 9
|
Gübrə normasının artırılması
hesabına götürülmüş əlavə məhsul
|
5, 0
|
43, 0
|
-
|
Gübrə norması ikiqat artırılmış sahədə suvarılmayan variantda hər hektarda məhsuldarlıq yalnız 5 sentner, ancaq suvarılan sahədə isə məhsuldarlıq 43,0 s/ha-ya bərabər olmuşdur. Gübrəyə nisbətən su- varmanın məhsuldarlıq effektliyinə təsiri 8 dəfədən çox olmuşdur.
İki əsas amil - suvarma və gübrə məhsuldarlığı artıraraq bitkiyə eyni istiqamətdə təsir göstərirlər.Hər bir amil digər amillərin təsirini qüvvətləndirir. Onların qarşılıqlı effektliyi əlavə məhsuldarlıqla ifadə olunur. Suvarma ilə gübrənin qarşılıqlı əlaqəsi nəticəsində alınan tam effektliyi aşağıdakı hesablama yolu ilə müəyyən etmək olar.Gübrə hesabına əlavə məhsuldarlıq (suvarılmayan sahədən) 5,0 s/ha; Suvarma hesabına əlavə məhsuldarlıq (gübrəsiz sahədən) 23,9 s/ha; amillərin ayrı-ayrılıqda təsiri nəticəsində həmin əlavə məhsuldarlığın cəmi 5,0s/ha+23.9 s/ha=28,9s/ha-ya bərabər olacaqdır. Suvarma ilə gübrənin birlikdə təsiri nəticəsində alınan əlavə məhsuldarlıq isə hər hektardan 90,7-23,8=66,9 sentnerə bərabər olacaqdır. Yüksək gübrə fonunda suvarma hesabına alınan əlavə məhsuldarlıqdan (61,9 s/ha) gübrə verilməmiş variantın məhsuldarlığını çıxdıqdan sonra (23,9 s/ha-ya bərabər) yenə həmin nəticəyə nail oluruq.
Göründüyü kimi amilləri qarşılıqlı təsir qanunundan düzgün is- tifadə edərək, suvarma hesabına xeyli əlavə məhsul götürmək mümkündür.
Amillərin qarşılıqlı təsirinə tabe olan qanunları. Əkinçilik elminə hələ keçmişdən məlum olan məşhur qanunları arasında elə amillər vardır ki, o, yalnız qarşılıqlı təsir amillərinin meydana
gəlməsinə şərait yaradır. Qarşılıqlı təsir prosesinin baş verə bil- məsi, yalnız bütün amillərə nail olduqdan sonra mümkündür.
Bitki üçün çox mühüm əhəmiyyətə malik olan hər hansı amil- lərdən birinin itirilməsi , qarşılıqlı təsir kompleksinin cansız olması ilə, yəni ən nəhayət bitki həyatının məhv olması ilə nəticələnir.Bu cəhətdən qarşılıqlı təsir amillərinin əksəriyyəti eyni əhəmiyyətli olmaqla bərabər həmçinin əvəzedilməzdirlər.Qanunla onları fizio- loji cəhətdən eyni əhəmiyyətli və əvəzedilməz kimi qəbul edirlər. Təbii şəraitdə bitkilərin həyatı üçün əvəzedilməz amillərə tələbi, onların fəaliyyəti dövründə bir bərabərdə təmin edilmirlər. Məsə- lən quraqlıq yerlərdə bitki xeyli dərəcədə su çatışmamazlığından korluq çəkir. Bu vəziyyətə minimum amil deyilir.
Qarşılıqlı təsiretmə qanununa görə minimum halda olan amil, bitkilərin digər həyat amillərinin səmərəliliyinin tam təzahür et- məsinə əks təsir göstərən başlıca səbəb olur.Bu mahiyyətcə mini- mum qanunu olub amillərin qarşılıqlı təsir qanununun xüsusi ifa- dəsi kimi ifadə oluna bilər. Minimum qanununa görə məhsul çatış- mayan həyat amillərindən daha çox asılı olur.Buna səbəb yalnız bilavasitə bitkilər üçün minimum amilin çatışmamazlığı deyil, həm də yuxarıda qeyd edildiyi kimi, çatışmayan digər amillərdən-qida maddələrindən, istilikdən, işıqdan, bitkinin havanın oksigenindən istifadə edə bilməsinin məhdudlaşdırılmasından və digər amil- lərdən asılıdır. Təbii şəraitlərdə bitkilər kifayət qədər rütubətlə təmin olunmadığından minimum qanunun tələblərinə görə su- varma tətbiq olunur. Bu şəraitlərdə kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını yüksəltmək üçün başqa əsaslı yol yoxdur.
Ukraynanın cənubunda aparılmış çox saylı təcrübələrin məlu- matlarının reqressiv təhlil nəticələrinə görə kənd təsərrüfatı bitki- lərinin məhsuldarlığının artırılmasının 70-80%-i yalnız suvarma hesabınadır.Lakin su necə bir məhsul amili kimi suvarma yolu ilə minimum vəziyyətdən çıxarılan kimi ikinci bir minimum- qida maddələrinin çatışmamazlığı əmələ gəlir və məhsulun artırılma- sında gübrələrin həlledici təsiri olur. Bu şəraitdə məhsulun dəyiş- dirilməsində onların iştirak etmə payı 70-80% olur. Buradan da bitkilərin su və qida maddələri ilə təmin olunma səviyyəsinin opti- mal uyğunlaşdırılması zəruriyyətinin axtarılması meydana gəlir.
Amillərin müsbət qarşılıqlı təsiri optimumdan artıq olmayan normaların hüdudunda, daha doğrusu optimum qanununun tələb- ləri pozulmayana qədər hiss olunur. Suvarma əkinçiliyi şəraitində bu qanunun xüsusiyyəti ondan ibarətdir ki, suvarma zəminində gübrələrin optimal norması xeyli artırılır.
S.D.Lısaqorovun məlumatlarına görə 1977-78-ci illərdə Tavriya hibrid qarğıdalısına verilən mineral gübrələrin norması optimal miqdarda idi:suvarılmayan sahəyə N60P60, ancaq güclü surətdə suvarılan sahəyə isə N90P90 nisbətində gübrə tətbiq edilmişdir.
Suvarma ilə optimal gübrə normalarının və bir sıra başqa amillərin müsbət qarşılıqlı təsir qüvvəsi hesabına məhsuldarlıq da xeyli artmışdır.
Məhsul amillərinin təsir və qarşılıqlı təsir tentesiyaları. Su- varma əkinçiliyinin nəzəri və təcrübi işlərində nəzərə almaq lazımdır ki, təsir və qarşılıqlı təsir tendesiyaları biri – birinə əksdir. Faktorun təsiri dozanın artımı ilə əlaqədar məhsul artımına qeyd olunur. Bu zaman sözsüz ki, digər amillərin təsiri təcrübədə öz əksini tapmasın.
Məlumdur ki, amillərin təsiri onun optimal dozalarında daha zəifdir. Suyun məhsul amili kimi təsiri Gelyegeryanın vegetasiya təcrübəsində gübrələrinki isə Mitçerlexa və digər tədqiqatçıların təcrübələrində öz əksini tapmışdır. Qərbi Avropa ədəbiyyatlarında bu hadisə Mitçerlexa qanunu adı altında məlumdur.
Təsir və qarşılıqlı təsir amilləri 2 saylı cədvəldə verilmişdir.
Cədvəl 2
Otlaq şəraitində gübrə normalarının suvarma ilə qarşılıqlı təsirinin səmərəsi (N.Q.Andreyevaya görə)
Suvarmadan əvvəl (TTS) tam tarla sututumunun nəmlik
fonu (%-lə)
|
Müxtəlif nəmlik və qidalanma fonunda gübrə fonunda yaşıl kütlə məhsuldarlığına təsiri
|
Gübrəsiz
|
N120P90K90
|
N240P120K120
|
Suvarmasız
|
93
|
58
|
23
|
55
|
113
|
73
|
24
|
70
|
124
|
120
|
67
|
85
|
160
|
131
|
74
|
100
|
129
|
100
|
50
|
Cədvəl 2-nin hər bir sətri gübrələrin təsir effektini göstərir. Hər bir sütun isə suvarma ilə qarşılıqlı təsir tendesiyasını göstərir. Qarşılıqlı təsir effekti optimal səviyyəsini keçdikdə öz təsirini azaldır.
Mitçerlexa görə təsir effekti aşağıdakı düsturla göstərilir.
dy = C(A − y), dx
Burada: y – həqiqi məhsul
x – optimumu keçməyən inkişaf amillərinin miqdar göstəricisi A – təcrübələrdə əldə olunmu ən yüksək məhsul
C – amilin istifadə əmsalı
Yuxarıda göstərilənlərdən istifadə etməklə x1 amillərinin x2 amiliylə qarşılıqlı əlaqə effekti aşağıdakı tənliklə göstərilə bilər.(S.D.Lısoqorov 1978)
B(X1 X2) = C y.
A
y=A olduğu halda təsir effekti 0 qarşılıqlı təsir isə ən yüksək qiymətə bərabərdir.
Tam amilinin cavab əyrisinin əhatə etdiyi hissədə optimum keçdiyi zaman onun təsiri yox olur və onunla qarşılıqlı təsir özünün ən yüksək qiymətinə çatır.
Beləliklə suvarmanın təsir effektini tam əldə etmək üçün qida maddələrinin məhdudladırıcı təsirini azaltmaq lazımdır.
Gübrələrlə təcrübələrdə isə su məsarifini tamamilə yox etmək lazımdır.
Şəkil 1-də göründüyü kimi torpağın nəmliyinin 80%- də suya tələbat ödənildiyi üçün qarğıdalının məhsuldarlıq göstəriciləri gübrələrdən asılıdır.
Torpağın nəmliyinin və becərmələrin müxtəlif gübrə fonlarında VİR 156 qarğıdalı sortunun dən məhsulunun artım əyriləri. (V.P.Kriçenkonun göstəricilərinə görə)
Şəkil 1. Torpaqbecərmənin və torpaq nəmliyi fonunda gübrələrin qarğıdalının məhsuldarlığının artım əyrisi
1-dəmyə; 2-torpağın suvarma qabağı nəmliyi 70% olduqda (TSQN); 3-
torpağın suvarma qabağı nəmliyi 80% olduqda; gübrə norması 1 ha-a 20 t peyin+N80P80
Dostları ilə paylaş: |