O=S+V+E+W+V1
Burada: O- Atmosfer çöküntüləri S-səthdən axım
V- yerli yeraltı axım
E-cəmi buxarlanma (torpaq səthindən olan En və bitkilərin transpirasiyası Et )
W-torpağın üst bir metrlik qatında nəmlik ehtiyatının dəyiş- məsi.
V1-qrunt suları ehtiyatının dəyişməsi
Nəmliklə təmin olunan, yəni su balansı müsbət olan yerlərə qumid zona, su balansı mənfi olan yerlərə arid zona deyilir.
Dünyada arid və yarımarid zonalar qurunun 60%-ni əhatə edir.
Qumid zonaya ABŞ, Avropa və Kanadanın mərkəzi hissəsi və şimal zonası tropik qurşağının əksər hissəsi, Cənubi Amerka, Asiya və Afirkanın əksər dağ rayonları və s aid etmək olar.
Arid zonaya İsrail, Mekska, Pakistan, İran, Səudiyyə Ərəbis-
tanı, ABŞ-ın 10-dan çox ştatı və s daxil edilir.
Ümumiyyətlə belə hesab edilir ki, illik yağmur 300mm-dən az olan dəmyə yerlərində məhsuldarlıq qeyri-sabit olur.Ancaq şimal rayonlarında illik yağmur 200-250mm olduqda da əkinçilik müm- kündür. Çünki belə yerlərdə suyun torpaq və bitkilər tərəfindən məsarifi az olur.
Statistik məlumatlardan məlum olur ki, Qara dənizin Qafqaz hissəsində Batumi ərazisində 2000mm, Kubanda 800-1000mm, Estoniya, Latviyada 800mm, Ukrayina, Belarusiyada 600-700mm, Kazaxstanda 150-200mm ətrafında yağmur düşür.
Respublikamızda ən çox yağmur Talış dağlarının ətəklərində 1600-1700mm, ən az isə Abşeron yarımadasının cənubunda 150- 200mm düşür.Qeyd etmək lazımdır ki, illik yağmurun miqdarı 400mm-dən az olan yerlər suvarma tələb edir.
Professor V.P.Norsikov bitkilərin məhsuldarlığını hidrometero- loji əmsalla əlaqələndirir.Hidrometeroloji əmsal dedikdə bitkilərin vegetasiya dövründə istiliyi +10 C0-dən yuxarı olan günlərdə düşən cəmi yağmurda, həmin dövrdəki orta gündəlik temperatur cəminə (10 dəfə azaldılmış) nisbəti başa düşülür.O, hidrometero- loji əmsal 0,4-dən az olduqda quru, 0,4-0,7 çox quraqlıq, 0,7-1,0 quraqlıq, 1,0-1,3 zəif quraqlıq, 1,3-1,6 lazımı dərəcədə nəmlənmə və 1,6-dan artıq olduqda isə həddindən artıq nəmlənmə adlandırır.
Professor V.P.Norsikov hər ilin məhsuldarlığını həmin əmsalla əlaqələndirir və digər yerlərdə də bunu nəzərə almağı tövsiyyə edir.Buna uyğun olaraq hər zona üçün nəmliyi toplamaq, saxlamaq və ondan səmərəli istifadə etmək tədbirlərini işləyib hazırlamağı məsləhət görür.
Yağmurların ümumi illik miqdarından başqa onların düşmə vaxtlarıda böyük təsərrüfat əhəmiyyəti kəsb edir. Az strukturalı torpaqlarda payızın çox və yazin erkən çiskin yağmurları torpağa hoparaq nəmlik ehtiyatı yarada bilir.
Ümumiyyətlə torpaqda nəmlik ehtiyatı əsasən payız və qış yağ- murları hesabına yaranır. Əlbətdə yağmurların lazımı miqdarda və il boyu bərabər paylanması bikinin və torpağın normal su rejimini təmin edə bilərdi.Ancaq belə hala çox az yerlərdə təsadüf edilir.
Quraq rayonlarda yayda düşən yağmur torpaqda çox saxlanıl- masada bitkiyə müəyyən qədər kömək edir.Bəzən belə yağmurlar təsərrüfatçılar arasında müəyyən aldadıcı bir hala səbəb olur.Belə yay yağışından qabaq suvarma tələb olunduğu halda yağışdan sonra, arxayınçılığa qatılıb suvarmanı bir qədər gecikdirirlər. Hal- buki əkin qatının köklər yerləşən hissəsində nəmlik yoxdur, bitki bar orqanlarını tökür, bir sözlə susuzluqdan korluq çəkir.
Ədəbiyyat məlumatlarından aydın olur ki, torpağa hər bir mm yağmur düşərkən hektara 10m3 (10 ton) su düşür.Respublikanın aran bölgəlrində yayda bir dəfədə yağan yağmur adətən 10-15mm- dən artıq olmur.Bu da 100-150m3 su təşkil edir.Suvarma üçün isə 800-1200m3 su tələb olunur. Bundan başqa yayda düşən yağmurun əksər hissəsi tez bir anda, hətta düşən kimi atmosferə buxarlanır. Buna görədə mütəxəssislər belə məsələlərə diqqət yetirməlidir.
Qeyd etmək yerinə düşərdi ki, bitkilər təkcə suyun torpaqda çatışmamazlığından deyil, onun artıqlığından da ziyan çəkirlər. Belə ki, nəmlik artıq olan torpaqlarda hava çatışmır, bitki kökləri və xeyirli mikroorqanizmlər tənəffüzsüz qalır nəticədə fəaliyyətləri zəifləyir, bəzi hallarda isə tamamilə məhv olub sıradan çıxır, nitratların denitrifikasiyası baş verir.
Suyun torpaqla əlaqə formaları
Su torpaqda bir neçə formada olur. Bunlar müəyyən qüvvələr təsiri altında olub, müəyyən qanunauyğunluqlara tabedirlər.Su formalarıda bitkilərin məhsuldarlığına və məhsulun keyfiyyətinə əsaslı təsir göstərirlər.
Su torpaqda buxar halında, hiqroskopik, pərdə, kapilyar, qravi- tasiya və kimyəvi birləşmə formalarında olur.
Buxar halında olan su. Bu su torpaqda su buxarının torpaq hissəcikləri tərəfindən tutulub saxlanılan hissəsidir. Buna sorbsion su da deyilir. Torpaqda isti yerdən soyuq yerə tərəf hava hərəkət edərkən onun nisbi rütubəti artır və doymuş hala çatdıqda maye halına keçərək torpaq şehini əmələ gətirir ki, bundan da bitki istifadə edə bilir.
Sorbsion su bərk səthin təsiri altında olduğuna görə birləşmiş su da adlanır və torpaq hissəciklərinin səthində monomolekulyar su qatı şəklində və yüksək sıxlıqda tutulub saxlanılır.
P.İ.Andrianovun hesablamalarına görə bu monomolekulyar su qatının sıxlığı adi maye suya nisbətən bir yarım dəfə artıq olur.
Hiqroskopik su.Havada quru torpağın özündə saxlaya biləcəyi suyun miqdarına hiqroskopik su deyilir.Bu da sorbsion suyun bir formasıdır.Ən çox möhkəm birləşmiş su torpaqda su buxarlarının diametri 0,01mm-dən kiçik olan torpaq hissəcikləri tərəfindən udulmasından alınır. Bununda miqdarı təxminən havada quru tor- paqdakı hiqroskopik suyun miqdarına uyğun gəlir və torpaq sət- hində su 10000 atmosfer qüvvə ilə saxlanılır.Bundan bitkilər istifadə edə bilmirlər.
Belə möhkəm birləşmiş su molekuluna bir neçə qat su molekulu birləşir ki, bunlarda nisbətən az adsorbsiya edilmiş olur və molekul- yar su qatına nisbətən az istiqamətlənmiş olurlar.Belə su qatı sülb maddələrin xassəsini daşıyır və ona xaricdən nisbətən seyrək əlaqəli su molekulları qatıda birləşir.Bunlar birlikdə maksimal hiq- roskopikliyi təşkil edirlər ki, bundanda bitkilər istifadə edə bilmirlər. Deməli maksimal hiqroskopiklik müəyyən miqdar sıx və seyrək birləşmiş az miqdarda maye halda olan sudan ibarətdir.Qara torpaqlarda maksimal hiqroskopiklik soluxma əmsalına uyğun gə- lir. Bu nəmlikdə bitkilər torpaqdan suyu ala bilirlər, ancaq trans-
pirasiyaya olan sərfiyyatı ödəyə bilmirlər.
Belə də hesab edirlər ki, torpaqda ümumi su ehtiyatı hiqro- skopik nəmliyin iki mislinə bərabər olduqda bitkilər ondan istifadə edə bilirlər.
İ.V.Kosovskaya öyrənmişdir ki, torpaq nəmliyi maksimal ikiqat hiqroskopikliyə bərabər olan zaman taxıllarda ikinci dərəcəli kök- lərin inkişafı tamam dayanır və nəticədə məhsuldarlıq xeyli aşağı düşür.
Torpaq nəmliyinin aşağı düşməsinə yazlıq buğda və vələmir daha həssasdırlar. Darı bitkisi quraqlığa xeyli davamlıdır. Torpaq nəmliyi, hiqroskopik nəmliyə bərabər olan zaman darıda düzüm köklərinin boyu dayanmağa başlayır.
Sorqo bitkisində ikinci dərəcəli köklərin böyüməsi hətta torpağın maksimal hiqroskopiklikliyindən də aşağı nəmlikdə davam edir.
Suyun yarpaqlarda çatışmamazlığı bitkilərdə müvəqqəti və uzun müddətli soluxma əmələ gətirir. Ədəbiyyat məlumatlarından məlum olur ki, uzun müddətli soluxmanın zərərli təsirinin əsas səbəbi bitkilərdə hidroliz prosesinin artmasında və sintez etmə qabiliyyətinin pozulmasındadır.
Bitkilərin soluxma əmsalı əsasən onların növündən, sortundan və inkişaf fazalarından asılı olaraq dəyişir və 14-19% ətrafında tə- rəddüd edir.
Torpağın dispersliyi, onda olan üzvi maddələrin miqdarı və tor- paq məhlulunun osmotik təzyiqi nə qədər çox olarsa, bitkilərin soluxma nəmliyinin miqdarıda bir o qədər çox olur.
Osmotik buxarlanma mütləqdir.Çünki torpaq danələri arasında məsamələr həmin su buxarı ilə doymuş olur.Bundan başqa at- mosfer havası da həmişə nisbətən su buxarı ilə az doymuş olur ki, bu da osmotik buxarlanma əmələ gətirir.
Torpaq hissəciklərinin ümumi səthi nə qədər çox olarsa, onların su buxarlarını tutub saxlamalarıda bir o qədər artıq olur. Hissəcik- lərin ümumi səthi ağır gilli torpaqlarda qumsal torpaqlara nisbətən artıq olur. Odur ki, hiqroskopik nəmliyin miqdarı qumsal torpaq- larda 1,0, yüngül gilli torpaqlarda 3,1 və ağır gilli torpaqlarda isə 6,5 təşkil edir.
Pərdə suyu. Torpaq hissəcikləri tərəfindən nazik pərdə şəklində tutulub saxlanan suya pərdə suyu deyilir.Bu suya torpaq hissəcik- lərini əhatə edən su pərdələrinin ətrafında olan su molekulları aid- dir. Pərdə suyunun hərəkəti məhdud olur. Bu su torpaq hissəcikləri üzərində olan bir neçə qat molekulyar sudan ibarətdir. Bu su qalın pərdə olan yerdən nazik pərdə olan yerə doğru hərəkət edir.
Kapilyar və qravitasiya su formaları sorbsion qüvvələrin təsirin- dən azaddırlar və onlar sərbəst su formaları adlandırılır.
Kapilyar su. Kapilyar su torpağın bütün kapilyar məsamələrin- də yerləşən sudur və bitki tərəfindən istifadə olunan əsas su forma- sıdır. Torpağın qida, hava və istilik rejimləri ilə sıx əlaqəsi olan bu su forması bitkilərin məhsuldarlığında mühüm rol oynayır. Əlbət-
də bu şərtlə ki, torpağın struktur halı və quruluşu əlverişli olsun.
Qravitasiya suyu. Ağırlıq qüvvəsi təsiri ilə torpağın məsamə- ləri üzrə hərəkət edən suya qravitasiya suyu deyilir.(Qravitasiya yunanca cazibə deməkdir). Torpaqda qravitasiya suyuna yağıntı- dan və suvarmadan sonra təsadüf etmək olar.Qravitasiya suyu tor- paqdan keçərək torpağın su yığılan təbəqəsinə sızıb bütün məsa- mələri dolduraraq qrunt sularını əmələ gətirir.
Bu su forması dəyişkən keçid xarakterli olur və əsasən torpağın qeyri-kapilyar məsamələrində olan artıq su damlalarından ibarət- dir. Bu su həmişə qeyri-kapilyar məsamələrlə öz ağırlığı ilə aşa- ğıya doğru hərəkət edir. Öz hərəkəti zamanı onun bir hissəsi əlbətdə torpağın quru, yəni boş olan kapilyarlarına hopur, digər bir hissəsi bitki köklərinə toxunduğu zaman onlar tərəfindən istifadə olunur və bunlarla rastlaşmayan qalan başqa qismi isə aşağı qrunt sularına axır. Əgər eyni torpaqda həmişə kapilyar su forması olarsa bu zərərlidir, çünki havanı makrokapilyarlardan sıxışdıraraq onun yerinə keçir və bitki köklərinin tənəffüsünü, qida ilə təminatını pisləşdirir.Əgər qravitasiya suyu vaxtaşırı və az davamiyyətli (yağmurlar yaxud suvarmalar zamanı müvəqqəti) olursa, onda əksinə torpağın qaz mübadiləsini yaxşılaşdırır.
Kimyəvi birləşmiş su. Bu da torpaq hissəcikləri molekullarına daxil olur və bu su formalarından da bitkilər istifadə edə bilmirlər.
Beləliklə, bitkiləri su ilə təmin etmək nöqteyi-nəzərindən tor- paqda olan su formalarını bitki üçün əlverişli su və əlverişsiz su olmaqla ki qrupa bölmək olar. Yuxarıda göstərilən torpaq su for- malarından qravitasiya və kapilliyar su formaları bitki üçün əl- verişli su hesab edilir. Qrunt suyu, pərdə suyu, buxar halında olan su, hiqroskopik su və s su formaları isə bitki üçün əlverişsiz su hesab edilir.
Ancaq bəzi alimlər qeyd edirlər ki, pərdə suyu torpaq hissəcik- lərinin səthi üzərində çox yavaş hərəkət etdiyinə görə bitkilər ondan azda olsa istifadə edirlər.Pərdə suyu torpaq hissəcikləri tərəfindən adsorbsiya olunmuş suya nisbətən xeyli zəif saxlanılır.
Dostları ilə paylaş: |