CəMİYYƏt və Dİn diNİ ŞÜUR: İCTİMAİ ŞÜurun formalarindan biRİ KİMİ



Yüklə 467,28 Kb.
Pdf görüntüsü
səhifə4/8
tarix20.08.2023
ölçüsü467,28 Kb.
#140002
1   2   3   4   5   6   7   8
CƏMİYYƏT VƏ DİN
Müəllif haqlı olaraq birincini – müqəddəslik duyğularını ali hiss adlandırır, onlara diqqət 
verilmənin zəruriliyini göstərir.
Dini şüurun fərqli xüsusiyyətləri ziddiyyətlilik, simvoliklik, əsatirlik, intensionallıqdır. 
Dini şüurun ziddiyyətliliyi ətraf aləmin dini və realist dərk olunmasının daim qarşılıqlı 
təmasda olmasında, simvolikliyi dini simvolikada ifadə olunmasında, müxtəlifliyi obrazlılığı, 
emosionallığında əks olunur ki, bu da dini təlimin sürətlə yayılmasına şərait yaradır. Dini şüurun 
maddi aləmlə bağlılığı onun intensionallığını təmin edir.
Dini şüur əsrlər boyu müxtəlif cəmiyyətlərdə fərqli formalarda təzahür etmişdir. 
“Bu 
müxtəliflik, ilk növbədə, cəmiyyətlərin ictimai-mədəni təməllərinin fərqliliyindən irəli gəlir. 
Ümumilikdə, dini şüur nəzəri, praktik və ictimai olmaqla üç ifadə formasında özünü göstərir. 
Dini şüurun nəzəri ifadəsi ilə dini inam və etiqadlar, praktik ifadəsi ilə ibadət və ayinlər, ictimai 
ifadəsi ilə dini birliklər nəzərdə tutulur. Dini şüurun təməli kimi çıxış edən nəzəri aspektin özü 
də müxtəlif səviyyələrdə təzahür edir. İbtidai dünyagörüşlərində miflər şəklində ifadə edilən 
etiqadlar mədəniyyətin daha mütərəqqi mərhələlərində “dini doktrinalar” və ya teologiyaya 
(ilahiyyat) çevrilmişdir. Dini şüurun nəzəri ifadəsi xüsusi əhəmiyyətə malik olan üç mövzunu 
əhatə edir: tanrı, kainat və insan. Başqa sözlə, teoloji, kosmoloji və antropoloji anlayışlar 
müxtəlif dinlərdə miflər, inamlar və doktrinalar formasında təzahür etmişdir. Teologiyada 
tanrının və ya tanrıların mahiyyəti, atributları, mənşəyi və bunların isbat edilməsi mövzularından 
bəhs edilir. Kosmologiyada kainatın mənşəyi, inkişafı, müxtəlif mərhələləri, onun aqibəti və ya 
sonu ilə əlaqəli konsepsiyalar yer tutur. Dini təcrübənin nəzəri ifadəsinin antropoloji bəhsi isə 
insanın yaranması, onun mahiyyəti, vəzifəsi və aqibəti ilə bağlı mövzulardan ibarətdir. Dini 
şüurun praktik təzahürünə müqəddəs hesab edilən varlıqla bağlı ayinlər, mərasimlər, ibadətlər, 
simvollar və müxtəlif qurban ritualları daxildir” [10, s.61]. Deməli, dini şüur nəzəri və təcrübi 
aspektlərin vəhdətindən ibarət olub, Allah, kainat və insanın qarşılıqlı münasibətlərini əhatə 
edir.
Dini şüur digər dəyər şüur formalarından fərqlənir. O bir tərəfdən, dindarların şüurudur, 
Allaha və fövqəltəbii qüvvələrə inanan insanların şüurudur. Digər tərəfdən isə sosial şüurdur. 
Dini şüur həm də insanın kosmik məsuliyyətini ifadə edir. Bu halda insan təkcə cəmiyyətə 
deyil, dini hisslər və görüşlər vasitəsilə kainata mənsubluğunu da ifadə edir.
Dini şüur sistemli tədqiqat paradiqmalarına ehtiyacı olan mürəkkəb, çoxtərəfli, çox 
səviyyəli fenomendir. Bu cür sistemli paradiqma bir tərəfdən fəlsəfi, tarixi, politoloji, sosioloji, 
psixoloji tədqiqat metodları özündə birləşdirirsə, digər tərəfdən spesifik məhdudiyyəti aradan 
qaldırır. Dini dərketmə metodunun əsas müddəası dini etiqaddır. Dini etiqad məntiqi-nəzəri və 
mistik-praktik əsasa malikdir. Dini idrak təcrübi hissi əsasa söykənir.
Dini şüurdakı mistik vəziyyəti ifadə etmək üçün qneseoloji modelin simvolikasından, 
dildən istifadə olunur. Bu halda dil dil-yaddaş, dil-simvol, dil-esxatologiya, dil-ehkam kimi 
çıxış edir.
Azərbaycanda XX əsrin sonlarında dini şüur probleminin, etiqad və zəka məsələlərinin 
həllində unikal yanaşma formalaşdı ki, bununla da, müstəqil ölkəmizdə fərdi şüurun qneseoloji 
imkanlarının təşəkkülünə şərait yarandı. Bu halda fərdi dini şüurda inam hissi gücləndirilir. 


32
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Jurnalı
Dövlət və Din - № 01 (68) 2021

Yüklə 467,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin