Riskin qiymətləndirilməsi - risk ehtimalının və onun dərəcəsinin hansı şərtlərdən asılı olduğunu müəyyən edən meyarlara deyilir. Risk və onun dərəcəsi bu amillərdən asılı olur: obyektin müəyyən təhlükəli təsirlərə məruz qalmağa meylliyi; obyektin bu təsirlərə həssaslığı, yaxud təsirə qarşı müqavimətdə zəif cəhətləri; obyektin həmin təsirlərdən mühafizə dərəcəsi; riskin ümumən, sosial-psixoloji cəhətdən dərk edilməsi.
Riskin idarə edilməsi – riski qabaqcadan müəyyən edib onun zəiflədilməsi üçün tədbirlərin (mühəndis-texniki, təşkilati, xəbərdarlıq işləri və s.) görülməsi prosesinə deyilir. Risk onun müvafiq amillər üzrə /bax/ qiymətləndirilməsi əsasında idarə edilir.