Cərrahi xəstəliklər fənnindən muhazirələr MÖvzu təQVİm plani tibb bacısı işi. Mualicə işi. III kurs



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə29/51
tarix02.01.2022
ölçüsü1,82 Mb.
#37367
1   ...   25   26   27   28   29   30   31   32   ...   51
Cerrahi Xestelikler (1) 1

Budun çıxıqları. Ön və arxa tərəfə olmaqla iki yerə bölünür. Arxa çıxıq 
qalça yaxud oturaq, ön çıxıq isə oturaq yaxud qasıq formalarında ola 
bilir. Bud çıxıqlarını yerinə salmaq üçün qısa müddətli miorelaksantlarla 
birgə narkozdan da istifadə edilir. Budun arxa çıxıqlarında Koxer və ön 
çıxıqlarında isə Canilidze üsullarından istifadə edilir. 
  Koxer üsulu. Xəstə döşəməyə arxası üstə uzadılır sonra köməkçi onun 
çanağından tutub döşəməyə sıxır. Həkim iki əllə çıxmış ətrafın bud və 


baldır nahiyyəsindən tutaraq ətrafı diz oynağında düz bucaq altında 
bükür, güclü surətdə bu vəziyyətdə ətrafı-budu yuxarı dartır və eyni 
zamanda onu içəriyə doğru fırladır.Çıxiq yerinə düşdükdə şaqqıltı səsi 
eşidilir, oynaqda aktiv və passiv hərəkətlərin aparılması mümkün olur. 
 Canelidze üsulu: xəstə üzü üstə stolda elə uzadılır ki, çıxmış ətraf 
stolun kənarından aşağı sərbəst sallansın, lakin barmaqlar yerə 
toxunmasın. 15-20 dəq.-dən sonra əzələlər yorulur və boşalır. Köməkçi 
xəstənin çanağından tutmaqla onu stola çıxarır, cərrah isə xəstənin arxa 
tərəfindən durmaqla,onun ayağını diz oynağında bükür, ətrafı bir qədər 
geri dartmaqla tışa fırladır. Sonra cərrah sağ ayağını bükür, dizini 
xəstənin çıxmış ətrafındakı dizaltı çuxura qoymaqla onu aşağıya doğru 
basır və xarakterik  şaqqıltı səsilə çıxmış oynaq başı öz yerinə düşür. 
   Rentgenoloji nəzarətdən sonra, xəstəyə arxa gips longeti qoyulur və 3-
4 həftəlik yataq regimi təyin edilir. B undan sonra gips longeti açılır, 
xəstəyə 4 həftə çəliklə gəzməyə icazə verilir və funksional müalicə alır.   
  Baldır çıxığının yerinə salınması: narkoz altında ətraf bud-çanaq 
oynağında bükülür, sonra köməkçi baldırın oxu boyu traksiya aparılır. 
Cərrah isə bu zaman bud və qamış sümüyünün qabarlarından basmaqla 
onların yerini ətrafın oxuna doğru dəyişir. Rentgen şəkli çəkilir və budun 
1/3-nə qədər olmaqla ətrafa arxa gips longeti qoyulur. 3-4 həftədən sonra 
gips longeti açılır, çəliklə gəzən xəstəyə funksional müalicə təyin edilir.    
   Neoartrozlar. Oynaq başı oynaq çuxurundan çıxaraq öz yerində deyil 
başqa bir yerdə durduqda əmələ gəlir. Xəstə həmin ətrafı ilə daim 
hərəkət etdikdə oynaq başının ətraf  yumşaq toxumalara təzyiqi 
nəticəsində çuxur əmələ gəlir ki, bu da oynaq çuxuru rolunu oynayır 
oynaq başı ətrafında kapsul formalaşır və sanki yeni oynaq əmələ gəlir. 
Neoartrozlar ən çox bud və bazu çıxıqlarında təsadüf edilir.   

Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin