Cərrahi xəstəliklər fənnindən muhazirələr MÖvzu təQVİm plani tibb bacısı işi. Mualicə işi. III kurs



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə40/51
tarix02.01.2022
ölçüsü1,82 Mb.
#37367
1   ...   36   37   38   39   40   41   42   43   ...   51
Cerrahi Xestelikler (1) 1

Nəqliyyat immobilizasiyası. 
Çıxıqlar,  sınıqlar,  travmatik  toksikoz  və  ətrafların  mürəkkəb 
yaralanmalarında nəqliyyat immobilizasiyasının vacib əhəmiyyəti vardır. 
Belə ki, xəstənin nəqli zamanı belə hərəkətsizləşdirmə heç aparılmadığı, 
yaxud düzgün aparılmadığı təqdirdə bir sıra təhlükəli hallar meydana çıxa 
bilir:  fraqmentlər  bir-birinə  toxunmaqla,  yaxud  magistral  siniri 
zədələməklə güclü ağrı şok törədə, yaxud şoku dərinləşdirə, sınmıç sümük 


ucları iri kalibrli damarları yaralamaqla profuz qanaxmalar verə bilərlər; 
uzunborulu sümüklərin zədələnmələrində piy emboliyası ola bilər. 
Məhz  bu  səbəblərdən  də,  travmanın  sonrakı  gedişi  və  nəticələri 
müəyyən 
mənada 
vaxtında  və  düzgün  aparılan  müvəqqəti 
immobilizasiyadan asılıdır. 
Nəqliyyat  şinaları  standart  və  əlaltında  olan  materiallardan 
hazırlanmış  (improvizəolunmuş)  -  əldəqayırma  olmaqla  iki  yerə 
bölünürlər.  Standart  şinaların  özləri  də  iki  cür  olurlar:  fiksəedici  və 
dartıcı-fiksəedici şinalar. 
Fiksəedici  (möhkəmləndirici,  bəndedici)  şinalar  faner,  məftil 
(pilləkənli),  taxta  və  karton  kimi  materiallardan  hazırlanır.  Karton  və 
fanerli şinalar nazik fanerdən, möhkəm kartondan hazırlanır və ətrafların 
müvəqqəti hərəkətsizləşdirilməsi üçün istifadə edilir. 
Kramer şinası müxtəlif ölçülərdə (110x10 sm və 60x10 sm) olub, 
asan  əyilə  bilən  məftildən  pilləkən  şəklində  hazırlandığından,  ətrafların 
immobilizasiyası zamanı ona istənilən formanı vermək olur. 
Torlu şinalar da yumşaq, nazik məftildən hazırlansalar da, kövrək 
olduqlarından geniş istifadə olunmur. 


 



Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin