Bazunu gövdəyə sarımaqla hərəkətsizləşdirmə: Şina olmadıqda
bazunun çıxığında, bazu sümüyünün yuxarı 1/3-nin sınığında zədələnmiş
yuxarı ətraf dirsək oynağında iti bucaq altında elə bükülür ki, barmaqlar
əks tərəfdəki məmənin üzərinə düşsün. Sonra zədələnmiş tərəfdə
qoltuqaltı çuxura bint, yaxud pambıq yastıqca qoyaraq, əvvəlcə yastıqcanı,
sonra isə bazu nahiyəsini gövdəyə bintlə sarıyır, saidi isə yaylıqla
boyundan asırlar.
Dostları ilə paylaş: