Cərrahi xəstəliklər fənnindən muhazirələr MÖvzu təQVİm plani tibb bacısı işi. Mualicə işi. III kurs


Said  sümüklərinin  zədələnmələrində  immobilizasiya



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə45/51
tarix02.01.2022
ölçüsü1,82 Mb.
#37367
1   ...   41   42   43   44   45   46   47   48   ...   51
Cerrahi Xestelikler (1) 1

Said  sümüklərinin  zədələnmələrində  immobilizasiya.  Saidin 
immobilizasiyası  zamanı  ən  azı  iki  oynaq  –  dirsək  və  mil-bilək  oynaq 
hərəkətsizləşdirilməlidir.  Bu  məqsədlə  pilləkənli  (Kramer,  Tomas-
Vinoqradov) və torlu şinalardan istifadə edilir: şina saidin xarici səthinə 
bazunun  ortasından  olmaqla  daraq-falanqa  oynaqlarına  qədər  qoyulur. 
Sonra  said  fizioloji  vəziyyətdə  -  dirsək  oynağında  düz  bucaq  altında 
bükülərək, barmaqlar yarımbükülü, saidin özü isə pronasiya və supinasiya 
arasındakı orta vəziyyətdə olur – qarının ön divarına doğru yaxınlaşdırılır 
və üzərinə qoyulmuş şina bintlə sarınır, ətraf ləçəklə boyundan asılır. 
Əlaltı  materiallardan  istifadə  etdikdə  götürülmüş  iki  əşyadan 
(məs.taxta parçası) biri dirsək oynağından bükülmüş saidin ön, digəri isə 
xarici xəthinə elə qoyulur ki, onların yuxarı ucları dirsəkdən yuxarıda, alt 
ucları  isə  barmaqlara  qədər  olsun.  Sonra  bu  vəziyyətdə  həmən  əşyalar 
saidə sarınır və ətraf bə vəziyyətdə də ləçəklə (bintlə) boyundan asılır. 
Mil-bilək  oynağı  nahiyəsində,  eləcə  də  daraq  sümüklərində  və  əl 
barmaqlarında olan sınıqlar zamanı torlu,pilləkənli, yaxud novlu və zolaq 
şəkilli faner şinalardan istifadə edilir. Belə hallarda ovuca bərk yastıqca 
qoymaqla  barmaqlara  orta  fizioloji  vəziyyət  verilir.  Sonra  pambıq 
sarınmış  şina  ovuc  səthindən  zədələnmiş  barmağın  üzərinə  qoyulur 
(lazımi hallara şina xarici səthə də qoyulur) və bintlə sarınır. Bu zaman 
barmaqların  ucu  açıq  qoyulur  ki,  onların  qanla  təchizatının  pozulub-
pozulmamasına nəzarət edilsin. 
 



Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin