Cəsur SÜMƏRİNLİ “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi


“İnformasianın verilməsində ciddi problemlər və



Yüklə 0.55 Mb.

səhifə6/8
tarix20.06.2017
ölçüsü0.55 Mb.
1   2   3   4   5   6   7   8

“İnformasianın verilməsində ciddi problemlər və 

məhdudiyyətlər mövcuddur və bu dörd əsas səbəblə şərtlənir” 

 

Üzeyir Cəfərov, “Hərbi Jurnalistlər” İctimai birliyinin sədri 

 

Demokratik ölkələrdə güc strukturları  KİV-ə  həvəslə  məlumat 



verməyə razı olurlar, çünki onların məqsədləri var, hədəfdə ölkənin 

milli maraqlarıdır. Qeyri-demokratik ölkələrdə isə  hərbi məmurlar 

media ilə münasibətlərdən qaçır. Onlar hesab edirlər ki, KİV-ə 

məlumat verməklə ölkənin müdafiə qüdrətinə  zərər gətirə bilərlər. 

Amma onları qorxudan məsələ güc strukturlarında  şəfaflığın 

yaranması nəticəsində neqativ halların üzə çıxa biləcəyi təhlükəsidir. 

 

Hərbi sahədə informasiya əldə etmək mədəniyyətinin nə dərəcədə 



inkişaf etməsinə dair sual əslində bütün postsovet ölkələrinin 

_____________Milli Kitabxana_____________ 

 

54



əksəriyyəti üçün aktualdır. Mən Azərbaycanı  hərbi sahədə 

informasiyanın 

əldə edilməsi mədəniyyətinin mövcudluğu 

prizmasından postsovet ölkələri arasında orta mövqeyə qoyardım. 

Lakin sözsüz ki, informasianın verilməsində ciddi problemlər və 

məhdudiyyətlər mövcuddur və bu dörd əsas səbəblə  şərtlənir: 



birincisi, Azərbaycan Ermənistanla müharibə  şəraitindədir və 

torpaqlarımızın 20 faizi erməni işğalındadır. Dövlət rəsmilərinin 

fikrincə, bu vəziyyətdə ordu ilə bağlı  məlumatların tam olaraq 

cəmiyyətə açıqlanması mümkün deyil, ona görə ki, ölkənin müdafiə 

qüdrətinə xələl gətirilə bilər. Düzdür mən bununla tam razılaşmıram, 

eyni zamanda bu başqa bir söhbətin mövzusu ola bilər. İkinci səbəb 

isə Azərbaycan Silahlı Qüvvələrində  təmsil olunan və informasiya 

təbliğatına məsul bir sıra  şəxslərin peşəkarlığının aşağı olması ilə 

əlaqələndirilə bilər. Onların bir çoxu informasiyaların ötürülməsinin 

müasir qaydalarına bələd deyillər. Bu xüsusda onu da qeyd etmək 

lazımdır ki, Azərbaycanda güc strukturlarının ictimai 

məlumatlandırma mexanizmləri, mətbuat konfransıarının keçirilməsi 

prosedurları  təəssüf ki, hələ  də qeyri-müəyyəndir. Bir sıra güc 

strukturlarının – xüsusilə Müdafiə Nazirliyinin və Dövlət Sərhəd 

xidmətinin rəsmi saytlarının olmaması Azərbaycanda hərbi sahədə 

informasiya vermək mədəniyyətinin  vəziyyətinin göstəricsidir. 



Növbəti  səbəb hərbi sahədə  məlumat  əldə etmək istəyən KİV və 

QHT  əməkdaşlarının bir çoxunun peşəkarlığının aşağı olması ilə 

bağlıdır. Bəziləri məlumatsızlıqdan qeyri-ciddi suallarla güc 

strukturlarına müraciət edirlər və ya hansısa  şantaj xarakterli, 

reketcəsinə yanaşmalar da olur.  

 

Nəhayət növbəti -  sonuncu  səbəb isə, hərbi sahədə neqativ 



halların olnasında maraqlı olan, korrupsiyaya və rüşvətxorluğa 

bulaşmış bir sıra məmurların fəaliyyəti ilə  əlaqəlidir. Güc 

strukturlarının büdcəsinin necə  xərclənməsi, tenderlərin hansı 

şərtlərlə keçirilməsi və  nəticədə kimlərin hansı  cəhətinə görə qalib 

elan olunmasına dair məlumatların əksər hallarda qapalı saxlanılması 

sözsüz ki, şübhlərə səbəb olur. 

 


_____________Milli Kitabxana_____________ 

 

55



Azərbaycan mətbuatında hərbi sahədə yazan jurnalistlərin 

peşəkarlığının yüksək səviyyədə olmadığı  qənatindəyəm. Fikrimcə, 

burada jurnalistlərin özlərinin də günahı var, amma güc 

strukturlarının məsuliyyəti daha böyük hesab edilməlidir. Gürcüstan 

və Ukrayna nümunəsinə baxmaq kifayət edər. Məlumdur ki, bu 

ölkələrin Silahlı Qüvvələrinin NATO standartlarına keçidi 

çərçivəsində müdafiə  və  təhlükəsizlik məsələlərində ölkənin 

vətəndaş cəmiyyətinin fəalllaşdırılması istiqamətində ciddi addımlar 

atıldı. Gürcüstanda güc strukturları  tərəfindən hərbi sahədə yazan 

jurnalistlərin zəruri bilik və təcrübələrə malik olmaları üçün intensiv 

kursların, hərbi hissələrə  səfərlərin həyata keçirilməsinə başlanıldı. 

Təsadüfi deyil ki, bu ölkənin Avroatlantik İnteqrasiya Nazirliyi 

çərçivəsində yaradılmış ictimai şurada müstəqil, aparıcı  hərbi 

jurnalistlər də aparıcı mövqe tutrlar. Ukraynada isə güc 

strukturlarının qarşısına hərbi jurnalistlərin sorğularına qısa zaman 

kəsiyində cavab verilməsi öhdəliyi qoyulub. Ukraynda hərbi 

jurnalistlər maksumum şəkildə sərbəstdirlər və onların yazdıqları bir 

çox faktlara Azərbaycanda bəlkə də “hərbi sirr” damğası vurula bilər. 

 

“Mətbuatda hərbi sahədə yazan jurnalistlərin ixtisaslaşması 

işinə başlanılmalıdır” 

 

Elçin Eldəniz, “Ayna” qəzetinin əməkdaşı:  

 

Azərbaycanda hərbi jurnalıistlərin peşəkarlığının artırılması 



məsələsi diqqətdən kənarda qalıb. Ölkənin iki əsas hədəfi – 

torpaqların işğaldan azad olunması və hərbi islahatların uğurla həyata 

keçirilməsi sözsüz ki, həm də informasiya təbliğatının düzgün 

qurulmasından keçir. Bunun əsas dayağı isə müstəqil, vətənpərvər, 

hərbi sahədə bilikli və təcrübəli jurnalistlərdir. Buna nail olmaq üçün 

hökümət və onun ayrı-ayrı qurumlarının faaliyyətinin 

uzlaşdırılmasına ehtiyac yaranıb.  

 

İlk növbədə  mətbuatda hərbi sahədə yazan jurnalistlərin 



ixtisaslaşması  işinə başlanılmalıdır. Bu gün bir sıra KİV-də 

jurnalistlər həm mədəniyyətdən, həm siyasətdən, həm sosial sahədən, 



_____________Milli Kitabxana_____________ 

 

56



həm iqtisadiyyatdan, həm də ordudan yazır. Düzdür, qeyd edilən 

sahələrin hamısı ordu mövzusu ilə uzlaşdırıla bilər, amma etiraf 

olunmalıdır ki, ordu xüsusi bir sahədir və jurnalistlərin bu sahəyə 

hazırlaşdırılması, peşəkarlıqlarının təkmilləşdirilməsinə xüsusi 

yanaşılmalıdır. 

 

Fikrimcə, istər hərbi tədris, istərsə də mülki ali məktəblərdə hərbi 



informasiyanın verilməsi – hərbi jurnalistika fakültələrinin 

yaradılması  zəruridir. Bu fakültələrdə xidmətdə  və ehtiyatda olan 

hərbçilər, media ekspertləri, beynəlxalq mütəxəssislər dərs 

deməlidirlər. Eyni zaman güc strukturları  tərəfindən praktik 

fəaliyyətdə olan jurnalistlər üçün daimi qısamüddətli illik kursların 

keçirilməsi vacibdir. Bu, güc strukturlarının vəsaiti hesabına, ya da 

donor təşilatlar tərəfindən maliyyələşdirilə bilər. Məqsəd bir 

olmalıdır: hərbidən yazan jurnalistlərə orduda aparılan islahatlar 

barədə daim məlumatlar verilməsi və onların vasitəsi ilə cəmiyyətin 

informasiya aclığından çıxarılması. Bu, həm də dövlətin milli 

təhlükəsizliyi üçün vacib məsələdir.  

 

“Müdafiə Nazirliyindən yeganə istəyimiz minaya düşən 



şəxslərlə bağlı dəqiq məlumatlardır”  

 

Hafiz Səfixanov, Minalar Əleyhinə Azərbaycan Kampaniyası 



İctimai Birliyinin sədri  

 

Bu gün Azərbaycanda hərbi sahədə informasiya əldə etmək 



olduqca çətindir. Bunu məşğul olduğumuz sahənin hərbi sahə ilə 

bağliliği və uzun illər bu sahədə çalişaraq topladığımız təcrübəyə 

əsaslanaraq bildirirəm. Müdafiə Nazirliyinin müvafiq strukturlarına 

və  şəxsən müdafiə nazirinə ünvanladığımız heç bir məktuba cavab 

ala bilməmişık. Bunu nezere alaraq biz daha bu struktura məktub və 

ya sorğu göndərmirik. 

 

Azərbaycanda hərbi sahədə informasiya əldə etmək mədəniyyətini 



inkişaf etdirmək üçün yəqin ki, Müdafiə Nazirliyi rəhbərliyində 

_____________Milli Kitabxana_____________ 

 

57



köklü dəyişiklik aparılmalıdır. Və yaxud da Azərbaycan reallığını 

nəzərə alaraq daha yuksək instansiyadan onlara göstəriş verilməlidir. 

 

“Bizim təşkilat Azərbaycanda silahların qadağan olunması  işi ilə 



məşğul olan ilk qeyri-hökumət təşkilatıdır. 1998-ci ildən işləyirik. 

Sözün düzü, biz dəfələrlə Müdafiə Nazirliyi ilə kontaktda olmağa 

çalışmışıq, işimizin xüsusiyyəti bunu tələb edir. Amma təəssüflər 

olsun ki, lazımi, daha səhih, dəqiq məlumatların Müdafiə 

Nazirliyindən alınmasında biz həmişə problemlərlə rastlaşmışıq. 

Açığı son 4-5 ildir ki, biz artıq Müdafiə Nazirliyinə müraciət etmirik. 

Bunun da səbəbləri var. Ən  əsası onu deyim ki, bir neçə il 

öncəTiflisdə minalarla bağlı çox nüfuzlu bir beynəlxalq konfrans 

keçirilirdi. Konfransda 90-a yaxın ölkənin nümayəndəsi qatılmışdı. O 

cümlədən Azərbaycan həm rəsmi, həm də QHT təmsilşiləri üzrə 

nümayəndələrlə 

təmsil olunmuşdu. Müdafiə Nazirliyindən 

Beynəlxalq Əlaqələr İdarəsinin rəisi də daxil olmaqla 4 nəfər yüksəjk 

rütbəli hərbçi təmsil olunurdu. Konfransın gedişi zamanı bi 

anlaşılmazlıq yarandı. Bunun da baiskarı yenə ermənilər oldu. 

Erməni nümayəndəsi qalxıb dedi ki, Ermənistan tərəfinin guya 

Dağlıq Qarabağ hadisələri ilə bağlı 14 min nəfər minaya düşəni var 

və beynəlxalq birlik onlara heç nə kömək etmir və s. Erməni tərəfinin 

çıxışı  sənədlərə düşdü. Fasilə zamanı dedilər ki, Azərbaycan tərəfi 

çıxış etməlidir və qeyd edilən rəqəmin düzgün olmadığını 

bildirməlidir. Müdafiə Nazirliyindən gedən yoldaşların hamısı 

üzlərini mənə tutub dedilər ki, çıxış edim. Mən razılaşdım, bir şərtlə, 

Azərbaycanda minaya düşənlərin sayı  rəsmən deyilsin. Mən də 

həmin rəsmi məlumata istinadən çıxış edim, ölkənin mövqeyini 

səsləndirim. Siz bunu demirsiniz, müraciət edirik, görüşürük, rəsmi 

məktub göndəririk demirsiniz. 

 

Çıxış oldu. Ermənilərin 14 minaya düşmək məsələsinin yalan 



olduğu sübüt edildi, bir neçə ildən sonra beynəlxalq strukturlar 

Ermənistanda monitorinq keçirdilər və 398 nəfər minaya düşən 

tapdılar. Amma buna baxmayaraq onların çıxışı  rəsmi sənədlərə 

düşdü və 90 ölkənin nümayəndəsində  rəy formalaşdı. Birinci 

informasiya şuurlarda daha çox qalır. 


_____________Milli Kitabxana_____________ 

 

58



 

Həmin Müdafiə Nazirliyinin nümayəndələri ilə eyni qatarda 

getmişdik, eyni qatarda qayıtdıq gəldik. Yol boyu apardığımız 

müzakirə bu oldu ki, əməkdaşlıq etməliyik, işləməliyik, qarşılıqlı 

məlumatlar verilməlidir. Nəyisə  rəsmi strukturlar deyə bimirsə, 

QHT-lər, mətbuat deyə bilər. Yekdil qərarımız bu oldu ki, Bakıya 

çatan kimi nazirə məruzə olunacaq, ondan razılıq alınacaq və hansısa 

hərbi sirr daşımayan məlumatlar veriləcək, biz də  həmin 

məlumatlardan istifadə edib, öz təbliğatımızı quracağıq.  

 

10 il keçib, yenə “köhnə hamam, köhnə tas”dır. Səhf etmirəmsə, 



2005-ci ilə  qədər müraciət etmişik, ondan sonra müraciət etmirik. 

Əldə etdiyimiz məlumatlar digər dövlət orqanlarından, QHT-lərdən, 

mətbuatdan və yerlərdə olan koordinatorlarımızdan gəlir.  

 

Müdafiə Nazirliyindən yeganə istəyimiz minaya düşən  şəxslərlə 



bağlı  dəqiq məlumatlardır. Bizim üçün qaranlıqdır ki, aktiv döyüş 

əməliyyatlarının aparıldığı 1991-94-cü illərdə minaya düşmüş, həlak 

olmuş,  əlil olmuş  şəxslər haqqında məlumatların gizlədilməsində 

hansı hərbi sirr və yaxud dövlət sirri ola bilər.  

 

Bu gün kimsə minaya düşübsə, indi məlumat ala biməsək də 10 



gündən sonra alırıq. Artıq Azərbaycan cəmiyyətindən bunu 

gizlətmək mümkün deyil. 90-a yaxın beynəlxalq təşkilatla  əlaqəsi 

olan təşkilat adından məlumat göndərəndə bir var Müdafiə 

Nazirliyinə istinad edəsən, bir də var lokal koordinatora. Bunların 

səviyyəsi fərqlidir. 

 

QHT rəhbəri olaraq, bir vətəndaş kimi şəxsən mənə dövlətin hərbi 



və ya dövlət sirləri ilə bağlı heç bir məlumat lazım deyil. Bizə sadəcə 

mina qurbanları ilə bağlı  məlumatlar lazımdır ki, onları beynəlxalq 

tədbirlərdə səsləndirək”. 

 

“Bəzən jurnalistlər elə primitiv suallar, mövzular qoyurlar 

ki...”  

 


_____________Milli Kitabxana_____________ 

 

59



Teymur Abdullayev, Müdafiə Nazirliyinin mətbuat 

xidmətinin əməkdaşı  

 

KİV və Müdafiə Nazirliyi arasında münasibətlərin normallaşması 



zəruridir. Müdafiə Nazirliyi KİV üçün mətbuat konfransları keçirir 

və yaxın gələcəkdə bu tip tədbirləri intensivləşdirmək istəyindədir. 

Eyni zamanda Azərbaycanda hərbi jurnalistikanı inkişaf etdirməyin 

zəruriliyi ortadadır.  

 

Azərbaycanın müharibə  vəziyyətində olması, torpaqlarımızın 



ermənilər tərəfindən işğal altında olması faktı  həmişə jurnalistlərin 

diqqətində olmalıdır. Media anlamalıdır ki, yazdıqlarını düşmən tərəf 

də oxuyur və bu, müdafiə qüdrətimizə zərbə vura bilər. 

 

Avropa ölkələrinin mətbuatı kifayət qədər peşəkar orqanlardır. 



Amma bizdə jurnalistlər bəzən elə primitiv suallar, mövzular 

qoyurlar ki, təsəvvür edin ki, hərbdən xəbəri olmayan adama da 

desən, həmin adamlar gülünc vəziyyətdə qalarlar.  

 

Şəxsən Müdafiə Nazirliyi adından onu deyə bilərəm ki, biz hər 



ayın  əvvəlində bütün tədbirlər planı haqqında, bir sözlə Müdafiə 

Nazirliyinin həyata keçirməsi nəzərdə tutulan, gələn qonaqlar, 

səfərlər barədə ictimaiyyətə  məlumat veririk. Bundan başqa 

Azərbaycan müharibə  şəraitində yaşadığı üçün cəbhə  xəttində baş 

verən hadisələr, atəşkəs və s. barədə  hər gün məlumat veririk. 

Müdafiə Nazirliyinin mətbuat xidməti bayram günlərində də növbəli 

sistemlə işləyir və cəmiyyəti məlumatlandırmaqda davam edir. 

 

Müdafiə Nazirliyinin mətbuat xidməti rüblük və illik mətbuat 



konfransları keçirir. Günün müxtəlif saatlarında istənilən jurnalist 

mətbuat xidmətinə  zəng vuraraq istədiyi suallara cavab ala bilər. 

Müdafiə Nazirliyi mümkün olan bütün tədbirləri həyata keçirir.  

 

Ola bilər ki, baş verən hadisə ilə bağlı  hər hansı  məlumatın 



verilməsi gecikdirilsin. Çünki qeyri-dəqiq məlumatı vermək düzgün 

deyil. Heç olmasa hadisənin mahiyyətini bilib məlumat vermək daha 



_____________Milli Kitabxana_____________ 

 

60



yaxşıdır, nəinki tələm-tələsik məlumatı vermək. Çünki burada söhbət 

insan həyatından, dövlətin müdafiə qüdrətindən söhbət gedir. 

 

Çox  şadam ki, belə mövzular qoyulur, qarşılıqlı fikirlər deyilir. 



Ola bilər ki, hansısa fikir qəbul olunmur, hansısa  əksinə  qəbul 

olunur. Amma istənilən halda məsələnin çözümü üçün belə 

debatların təşkil olunması yaxşıdır. Biz bu tədbirlərdə  iştirak edirik 

və  iştirak etməkdə davam edəcəyik. Bu da Müdafiə Nazirliyinin 

QHT-lərə, mətbuata verdiyi diqqətdən irəli gəlir. 

 

“Beynəlxalq normalara görə jurnalisti sirri yaydığı üçün 



kimsə ittiham edə bilməz”  

 

İdrak Abbasov, Ekstremal Jurnalistika İnstitunun rəhbəri: 



 

Avro-atlantik məkana inteqrasiyanı özü üçün prioritet seçmiş bir 

ölkə üçün bu sahədə  vəziyyət ürəkaçan deyil. Duzdur, Daxili 

Qoşunlar və qismən də  Sərhəd Qoşunları kütləvi informasiya 

vasitələri ilə  işləməyə  cəhd edirlər. Amma bu qurumlar da 

mətbuatdan ehtiyat edirlər. Bu ya onların qərarları ilə bağlı kifayət 

qədər muxtar olmadıqlarından və ya kimsə, hansısa qurumun onların 

KİV-ə açıq olmasından narahat olmasından irəli gəlir.  

 

Müdafiə Nazirliyinin informasiya siyasətində isə problemlər var. 



Bu, ya bu sahəyə məsul olan şəxslərin “ordu adamı” olmadıqlarından 

irəli gəlir, ya da bu hörmətli nazir Səfər  Əbiyevin siyasətidir. 

Məsələn bu yaxınlarda Müdafiə Nazirliyinin mətbuat xidmətinin 

əməkdaşı ordumuzun itkiləri barədə  əslində açıq olan məlumatları 

gizlətməyə cəhd etdi...  

 

Azərbaycanda hərbi sahədə informasiya əldə etmək mədəniyyətini 



inkişaf etdirmək sahəsində görüləsi iş çoxdur. İlk öncə ordu ilə 

işləyən jurnalistlərin peşəkarlıq səviyyəsinin artırılması (söz yox ki, 

peşəkarlara azad meydan – qəzet-radio və televiziya da verilməlidir) 

lazımdır. Əslində hansısa hərbi hissədə bəzək-düzək verilmiş stolun, 

hansısa mügənni ətrafinda pərvaz edib oynayan əsgərlərin və ya ara-


_____________Milli Kitabxana_____________ 

 

61



bir poliqonlardan hansısa süjetlərin ekrana gətirilməsinin bizim 

mövzuya qətiyyən aidiyyatı yoxdur. Söhbət sırf peşəkar jurnalist 

işindən gedir. Əgər yuxarıda sadaladıqlarımda məlumat yükü 

yoxdursa, deməli bu jurnalist işi deyil – sovetlərin bizə zaman-zaman 

sırıdığının tərsı olaraq jurnalist yaradıcı, təbligatçı  və s. deyil - 

jurnalist xəbər verəndir. Bununla bərabər, hərb sahəsində  cəmiyyəti 

məlumatlandırmağa məsul olan bir idarə formalaşdırılmalı və ya bu 

idarə varsa onun əməkdaşları formalaşdırılmalıdır.  Ən azı  həmin 

əməkdaşlar “Dövlət sirri” haqqında Azərbaycan Respublikası 

Qanunu mükəmməl öyrənməli və dövlət sirrinə aid olmayan, açıq 

məlumatları gizlətməklə  əslində böyük xidmət göstərdiklərini 

düşünməsinlər.  

 

Bir reportyor kimi mənim Qərb mətbuatı ilə əməkdaşlıq təcrübəm 



var, bu istiqamətdə həm təhsil almışam, həm nəzəri, həm də praktik 

bilgilərim var. Beynəlxalq standartlara görə, jurnalist əldə etdiyi 

məlumatı, qərəzsiz, balanslı,  şəxsi mövqeyi və senzurası olmadan 

olduğu kimi ictimaiyyətin diqqətinə çatdırmalıdır. Sözsüz, bu 

dediklərimi Azərbaycan kimi nə hərb, nə də sülh şəraitində yaşayan 

və  mətbuatı o qədər də azad olmayan, demokratikləşmə sahəsində 

qüsurları olan ölkələrdə  həyata keçirmək mümkün deyil. Məsələn 

jurnalist bir əsgərin digəri tərəfindən döyülməsi, zabitin əsgəri onun 

üçün kontur yükləməməyə  təhrik etməsi və ya hansısa gizirin hərbi 

hissədən 1 kilo kartofu oğurlamağı barədə  məlumat yaysa bu halda 

jurnalist arzuolunmaz şəxs elan edilir və bəzi emisarlar hətta həmin 

jurnalisti Ermənistanın “şpionu” kimi təqdim edir. Əslində isə belə 

jurnalist həm peşə borcunu vicdanla yerinə yetirir və ordudakı 

naqisliklərin aradan qaldırılmasına yardımçı olur. Gox sadə bir misal 

gətirdim və bu gətirdiyim misal istənilən ölkənin ordusunda ola bilər 

və sözsüz ki, bu faktı ortaya çıxaran jurnalist böyük qonorar almaqla 

bərabər, normal ölkənin normal Müdafiə Nazirliyindən də  təşəkkür 

alır. Azərbaycanda isə “biz müharibə  şəraitində yaşayırıq” ifadəsini 

özünə deviz edib ordumuzun ancaq tərifləməsini, naqisliklər və 

problemləri ört basdır edənlər qəhrəman, vətənpərvər sayılır. Amma 

belə insanlar bəlkə özləri də bilmədən orduda problemlərin 

artmağına səbəbə olurlar. Obyektiv jurnalistin vicdanlı işinin nəticəsi 



_____________Milli Kitabxana_____________ 

 

62



olaraq problem aradan qaldırılır və sonda döyüş qabiliyyətli, nizam-

intizamlı ordu formalaşır.  

 

Bəli, beynəlxalq normalara uyğun olaraq yayılmağı yenə  də etik 



baxımdan məqbul sayılmayan məlumatlar da var. Bura regionçuluq, 

etnik, irqi ayrı seçkilik, dini dözümsüzlük və sairə ilə bağlı 

məlumatları daxil etmək olar. Məsələn bakılı  əsgər  şəkili  əsgəri 

“gözuo yiyim” ifadəsini işlətdiyi üçün döyüb və ya bu qəbildən 

başqa bir məlumatı yaymaqla jurnalist ciddi münaqişələrin 

başlamasına səbəb ola bilər. Sözsüz ki, bu qəbildən baş verən 

hadisələrin üstündən də keçmək olmaz, çünki gündüz saatlarında 

kimsənin gözünü yumması ilə gecə olmur. Gecənin olması üçün 

günün batması lazımdır. Bu kimi hallarda daha diplomatik ifadələr 

və kimsəni qıcıqlandırmayacaq yanaşma ilə  məlumatı ünvanına 

çatdırmaq lazımdır.  

 

Hərbi mövzuları işıqlandıran Azərbaycan jurnalistlərinin başqa bir 



problemi də  hərbi sirri yaymaqda ittiham olunmaları riskinin 

mövcudluğu ilə bağlıdır. Qanunla da jurnalistdən hərbi və dövlət 

sirlərinin yaymamaq tələb edilir. Amma beynəlxalq normalara görə 

jurnalisti hərbi və ya dövlət sirrini yaymağa görə kimsə ittiham edə 

və ya onu üstünə belə bir öhdəçilik qoya bilməz. Bəli, müvafiq ordu 

birləşmələrinin KİV-lərinin  əməkdaşları  həm hərbi, həm də dövlət 

sirrinin daşıyıcıları ola bilər, onlar bu məsələyə görə qanuni şəkildə 

üstlərinə öhdəçilik götürüblər. Jurnalistin isə heç bir öhdəçiliyi 

olmadığı üçün o qanuni yolla əldə etdiyi məlumatın hərbi və ya 

dövlət sirrinə aid olub-olmadığını aydınlaşdırmaq üçün baş 

sındırmamalı  və  məlumatı  dərhal yaymalıdır.  Əlbəttə ki yayılmış 

sirrə görə kimsə  cəzalandırıla bilər və sözsüz ki, bu həmin sirrin 

qorunmasına məsul olan şəxs və ya şəxslər olmalıdır. Sözsüz ki, əgər 

jurnalist qanunsuz şəkildə  hərbi və ya dövlət sirri təşkil edən 

məlumatı əldə edibsə və yayıbsa o da məsuliyyətdən kənar qalmır.  

 

Hərbi məlumatların yayılmasında senzura müharibə gedəndə 



qanunla tətbiq oluna bilər. Bu hal isə adətən müharibədə iştirak edən 

ölkələrin mətbuata aid olunur, əcnəbi jurnalistlər isə döyüş 



_____________Milli Kitabxana_____________ 

 

63



meydanından təmsil olunduqları əcnəbi KİV-lərə məlumat ötürürlər. 

Beynəlxalq normalara uyğun olaraq bu halda jurnalistlər döyüş 

taktikası, silah-sursatların dislokasiyası, döyüş texnikasının sayı, bir 

sözlə döyüş meydanında görüb, çəkdikləri hər  şey barədə  məlumat 

verə bilərlər. Amma burada da məhdudiyyətlər var. Məsələn mülki 

şəxslərin güllələnməsi, mərmidən və ya başqa fiziki təsirdən eybəcər 

hala düşmüş meyitlər, qan və s. göstərmək habelə  təsvir etmək etik 

baxımdan məqbul deyil. Döyüş zamanı jurnalistlər üçün qızıl 

qaydalar da var - jurnalist heç bir halda hansısa ölkənin, hətta 

müharibədə heç bir tərəf olmayan öz ölkəsinin də xüsusi xidmət 

orqanına bu məlumatları ötürə bilməz, jurnalist hərbi geyimdə və ya 

hərbi geyimə bənzər libasda ola bilməz, jurnalist heç bir halda əlinə 

silah götürə bilməz. Bunları etdiyi halda o avtomatik olaraq jurnalist 

statusunu itirir və müharibənin sərt qayda-qanunu ona qarşı  işə 

düşür.  

 

Bəli bu da sirr deyil ki, bu gün Azərbaycanda normal jurnalistika 



ilə  məşğul olar şəxslər ilk öncə azərbaycanlıdırlar, hər birimiz həm 

də Azərbaycanla-Ermənistan arasında davam edən informasiya 

müharibəsinin  əsgərləriyik. Biz Ermənistanın da KİV-lərini 

oxuyuruq və erməni jurnalistlərinin də bu savaşda necə 

döyüşdüklərinin  şahidi oluruq. Bütün bunlara baxmayaraq biz 

Azərbaycanda demokratik bir cəmiyyətin qurulması, döyüş 

qabiliyyətli, nizam-intizamlı ordumuzun olmağını istəyiriksə 

problemləri qabartmalı və müvafiq orqanlar enerjilərini jurnalistlərin 

üstünə hücum çəkməyə deyil, həmin problemləri həllinə  sərf 

etməlidirlər.  

 

Qeyd: bu məqalə "Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar 



Mərkəzinın Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun dəstəyi ilə 

keçirdiyi "Hərbi sahədə informasiya əldə etmək mədəniyyətinin 

inkişafı" layihəsi çərçivəsində keçirilən "Hərbi məlumatların 

yayılmasında məhdudiyyətlər olmalıdırmı?" adlı debat çərçivəsində 

dərc olunur.   

 

 



_____________Milli Kitabxana_____________ 

 

64



 



1   2   3   4   5   6   7   8


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə