CƏZAÇƏKMƏ MÜƏSSİSƏLƏRİNDƏ CƏza çƏKƏn məhkumlar arasinda narkomaniyanin profilaktikasinin



Yüklə 269.06 Kb.
Pdf просмотр
səhifə1/2
tarix11.05.2017
ölçüsü269.06 Kb.
  1   2

 

 

 



QABİL ƏLİYEV 

 

 



 

 

 



 

 

 



 

 

 



 

CƏZAÇƏKMƏ MÜƏSSİSƏLƏRİNDƏ CƏZA 

ÇƏKƏN MƏHKUMLAR ARASINDA 

NARKOMANİYANIN PROFİLAKTİKASININ 

TƏŞKİLATİ VƏ METODİKİ ASPEKTLƏRİ  

 

(METOD

İ

K  VƏSAİT) 

 

 

 

 



 

 

 



 

 

 



 

 

 



BAKI – 2008

  

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


 

 

 



AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL 

PROBLEMLƏRİ İNSTİTUTU 

AZƏRBAYCAN RESPUBLİKASININ ƏDLİYYƏ 

NAZİRLİYİ 

PENİTENSİAR XİDMƏTİN TƏLİM MƏRKƏZİ 

 

 

 



 

CƏZAÇƏKMƏ MÜƏSSİSƏLƏRİNDƏ CƏZA ÇƏKƏN 

MƏHKUMLAR ARASINDA NARKOMANİYANIN 

PROFİLAKTİKASININ TƏŞKİLATİ VƏ METODİKİ 

ASPEKTLƏRİ  

 

(M E T O D 



İ

 

K   V Ə S A İ T) 



 

 

 

 

 

Azərbaycan Respublikası 

                                            

Təhsil Nazirliyi Elmi-Metodik                      

                                            

Şurasının “Dövlət və Hüquq”   

                                            

bölməsinin 21.07.2008-ci il   

                                            

tarixli iclasının qərarı ilə   

                                            

(protokol № 22) təsdiq  

                                           

edilmişdir 



 

 

 

 



 

 


 

 

 



BAKI – 2008 

Elmi məsləhətçi:   hüquq elmləri doktoru, professor 

                                           Firudin 

Səməndərov 

 

Rəyçilər:        



   

hüquq elmləri doktoru, professor 

                                        M

əhəmməd İmanlı 



 

                                    

hüquq elmləri doktoru 

                                          Kamil S

əlimov 

  

                               



psixologiya elmləri doktoru, 

                               professor, AMEA-

nın müxbir üzvü 

                                          



Bəxtiyar Əliyev 

 

 

                        

                                     

 redaktor:                 

fəlsəfə elmləri namizədi 



                                         Elçin Hüseynov 

 

     

Müəllif:   hüquq elmləri namizədi Qabil Həmzə oğlu Əliyev. «EL» 

Nəşriyyatı və Poliqrafiya Şirkəti, Bakı, 2008, səh. 40 

 

Metodik  vəsaitdə  narkomaniyanın  sosial-hüquqi, tibbi-



psixoloji  və  siyasi-iqtisadi  problem  olması,  Azərbaycan 

Respublikasının cəzaçəkmə müəssisələrində cəzaların icrasının və 

islahın  effektivliyinin  artırılması  məqsədilə  narkoman  məhkumlar 

üçün  xüsusi  ixtisaslaşdırılmış  müalicə-reabilitasiya  müəssisəsinin 

yaradılmasının təşkilati, tərbiyəvi-profilaktik tədbirləri və metodiki 

aspektləri müəyyənləşdirilmişdir. 

Metodik  vəsait  narkomanların  müalicə-reabilitasiyası 

sahəsində  işləyən  mütəxəssislər,  cəzaçəkmə  müəssisələrinin 

əməkdaşları,  narkomaniya  və  narkotizmlə  mübarizə  probleminin 

elmi və praktiki araşdırılması ilə məşğul olan alimlər üçün nəzərdə 

tutulmuşdur.   

 

«EL» Nəşriyyatı və Poliqrafiya Şirkəti 



 

 

 



 

Narkomaniya

1

 

və  narkotizm



2

 

bütün  bəşəriyyət  üçün  çox 



ciddi sosial-hüquqi, tibbi-

psixoloji  və  siyasi-iqtisadi bir problem 

olmaqla təhlükəli neqativ fenomendir. Qeyd etmək lazımdır ki, XX 

əsrin  sonlarında,  daha  dəqiqi,  1997-ci  ildə  Bakı  şəhərində  təşkil 

olunmuş  BMT-nin  Yaxın  və  Orta  Şərqdə  narkotik  vasitələrin 

qanunsuz  dövriyyəsinə  nəzarət  və  bununla  bağlı  problemlər  üzrə 

Yardımçı  Komissiyasının  32-ci  sessiyasında  söylədiyi  nitqində 

Ümummilli Liderim

iz  Heydər  Əliyev  tamamilə  düzgün  olaraq 

göstərmişdir ki, «narkotiklərə nəzarət, narkomaniya və narkobiznes 

ilə  mübarizə  əsrimizin  son  illərində  dünyada  ümumbəşəri  bir 

problem  olmuşdur.  Bu  mübarizə  hər  bir  ölkənin,  xalqın,  millətin 

fiziki və şüuri sağlamlığı uğrunda aparılan mübarizədir». 

Bu gün getdikcə daha neqativ və təhlükəli meyllər almaqda 

olan  narkotizm,  narkotik  istehlakçılarının  sayının  artmasında, 

yeniyetmə  və  gənclərin  cinayətkar  fəaliyyətə  cəlb  olunması 

prosesinin  intensivləşməsində,  onlar  tərəfindən  törədilən 

                                                           

1

 

«Narko sözü qədim yunan dilində «narke» 



yuxugətirici, məstedici, 

bihuşedici,  uyuşdurucu  mənasını  verir.  «Narko»  sözü  isə  kimyəvi 

maddələrin,  yaxud  fiziki  amillərin  köməyi  ilə  yaradılan  süni,  dərin 

yuxuya  deyilir.  Bəzi  müəlliflərin  fikrincə,  «narkozis»,  «narke»  sözləri 

digər  yunan  sözləri  olan  «nekros» 

«ölmüş,  meyid»,  «nekrop



ol»  - 

«qəbirstanlıq» sözləri ilə qohumluq təşkil edir. «Narkotik» sözü qədim 

yunan  dilində    «narkotikos»  yəni  bihuşedici,  məstedici,  uyuşdurucu 

mənasını  verir.  «Narko»  sözü  isə  çox  vaxt  bir  yerdə  işlədilən 

«maniya»  sözü  isə,  qədim  yunan  dilində  meyllilik,  hərislik,  aludəçilik 

mənasını  verir».  Bax:  Zahidov  B.S.  Azərbaycanda  narkotizmlə  və 

narkobizneslə mübarizənin aktual problemiləri. Bakı, 2007, s.15

-16.  


2

 

E.H.Həsənov  narkotizm  anlayışına  belə  tərif  verir:  «Narkotizm 



– 

sosial, hüquqi, kriminoloji, iqtisadi 

və  ekoloji  aspektləri  əhatə  edən, 

narkomaniya  xəstəliyinə  tutulma  və  narkotik  vasitələrlə,  psixotrop 

maddələrlə  və  prekursorlarla  bağlı,  sonradan  narkotik  almaq 

məqsədilə  vəsait  əldə  etmək  üçün  və  ya  narkotik  sərxoşluq 

vəziyyətində  törədilmiş  hüquqa  zidd  əməllər  məcmusunda  ifadə 

olunan  neqativ  sosial  hadisədir».  Bax:  Həsənov  E.H.  Narkotik 

vasitələrin,  psixotrop  maddələrin  və  prekursorların  qanunsuz 

dövriyyəsi  haqqında»  Azərbaycan  Respublikası  Qanununun 

öyrənilməsi üzrə metodik vəsait. Bakı, 2000, s.49.  

 


 

 

 



cinayətlərin  sayının  və  ictimai  təhlükəliliyin  artmasında  ifadə 

olunur.  Narkomanlıq

3

 

ilə  cinayətkarlıq,  xüsusən  də  tamah  və 



tamah-

zorakı  cinayətkarlıq  arasında  birbaşa  asılılığın  mövcud 

olduğunu bir çox ekspertlər qeyd edirlər.  

 

Narkomanlar 



tərəfindən  törədilən  oğurluq,  soyğunçuluq  və 

quldurluq kimi cinayətkar əməllər, narkotiklərin və ya narkotiklər 

üçün vəsaitin əldə olunmasına istiqamətlənən kriminal biznes kimi 

baxıla bilər. 2004-cü ildə respublikamızın paytaxtı Bakı şəhərində 

keçirilən  «Böyük  İpək  yolu  dövlətlərində  narkotik  vasitələrin 

qanunsuz  dövriyyəsinə  qarşı  mübarizə»  problemlərinə  həsr 

olunmuş  beynəlxalq  konfransda  Azərbaycan  Respublikasının 

Prezidenti  cənab  İlham  Əliyev  qeyd  etmişdir:  «Coğrafi 

mövqeyindən, mədəni və tarixi əlaqələrindən asılı olmayaraq, elə 

bir  ölkə yoxdur  ki,  dövrümüzün  qlobal  problemlərindən  biri olan 

narkotiklərin qanunsuz dövriyyəsi ilə qarşılaşmasın. Məlumdur ki, 

narkomaniya və narkobiznes insan cəmiyyətinin mənəvi və əxlaqi 

dəyərlərinə böyük zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir 

göstərən,  insanların  həyat  və  sağlamlığına  ciddi  təhlükə  yaradan, 

cinayətkarlığın artmasına səbəb olan amildir». 

 

Beləliklə,  bəşəriyyətin  ən  böyük  bəlalarından  olan 



narkotiklərin  qanunsuz  dövriyyəsi  və  narkomanlıq  bu  gün 

d

ünyamızı  narahat  edən  mürəkkəb  problemlərdən  biridir.  Bu 



təhlükəli təzahür insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə 

böyük  zərbə  vuran,  sosial-iqtisadi  inkişafa  mənfi  təsir  göstərən, 

insanların  həyat  və  sağlamlığına  ciddi  təhlükə  yaradan, 

cinayətkarlığın artmasına səbəb olan amildir. Məhz buna görə də, 

dünyanın  bir  çox  demokratik,  hüquqi  dövlətləri  narkotiklərin 

                                                           

3

«Narkoloji xidmət və nəzarət haqqında» 17 sentyabr 2001



-ciil tarixli 

Azərbaycan  Respublikası  Qanununa  görə,    «narkomanlıq 

–  xroniki 

intoksikasiya  doğuran,  narkotik  vasitələrin  və  psixotrop  maddələrin 

süi-

istifadəsi nəticəsində yaranmış, narkotik vasitələrdən və psixotrop 



maddələrdən  psixi  və  (və  ya)  fiziki  asılılıqla  ifadə  olunan  xəstəlik 

vəziyyətidir».

 

 


 

 

 



qanunsuz  dövriyyəsi  ilə  səmərəli  mübarizə  üsullarını  və 

narkomanlığın  müalicə  metodlarını  təkmilləşdirmək  və  yenilərini 

kəşf  etməkdə  səylərini  artırırlar.  Azərbaycan  da  bu  baxımdan 

istisna təşkil etmir. 

 

Ölkəmizdə  narkotiklərin  qanunsuz  dövriyyəsi  və  narko-



manlıqla  mübarizə  sahəsində  dövlət  siyasətinin  strateji  isti-

qamətləri müəyyən olunmuş, bir sıra təşkilati və hüquqi təd-birlər 

görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 26 

avqust  tarixli  Fərmanı  ilə  narkomanlığa  və  nar-kotik  vasitələrin 

qanunsuz  dövriyyəsinə  qarşı  mübarizə  sahə-sində  dövlət 

siyasətinin  həyata  keçirilməsi,  dövlət  orqan-larının  və  qeyri-

hökumət təşkilatlarının fəaliyyətinin əlaqələn-dirilməsi məqsədi ilə 

Narkomanlığa  və  Narkotik  Vasitələrin  Qanunsuz  Dövriyyəsinə 

Qarşı  Mübarizə  üzrə  Dövlət  Komissiyası  yaradılmışdır.  1996-

2007-


ci  illərdə  Azərbaycan-da  Narkotik  vasitələrin,  psixotrop 

maddələrin  və  onların  pre-kursorlarının  qanunsuz  dövriyyəsi  və 

narkomanlığın  yayıl-ması  ilə  mübarizə  sahəsini  tənzimləyən 

normativ hüquqi ba-

za  təkmilləşdirilmiş,  beynəlxalq  standartlara 

uyğunlaşdı-rılması  istiqamətində  kompleks  və  sistemli  xarakter 

daşıyan işlər həyata keçirilmişdir. Bu illər ərzində ölkəmizdə «Nar-

kotik vasitələrin, psixotrop maddələrin və onların pre-kursorlarının 

dövriyyəsi  haqqında»,  «Narkoloji  xidmət  və  nə-zarət  haqqında» 

Azərbaycan  Respublikasının  Qanunları  qə-bul  edilmiş,  ölkəmiz 

narkotik vasitələr və psixotrop mad-dələrə nəzarət sahəsində BMT-

nin  Konvensiyalarına  qoşul-muşdur.  Azərbaycan  Respublikası 

Prezidentinin 2000-

ci  il  15  iyul  tarixli  Fərmanı  ilə  2000-2006-cı 

illər  üçün  «Narkotik  vasitələrin,  psixotrop  maddələrin  və 

prekursorların qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə 

mübarizə  üzrə  Proqram»  təsdiq  edilmiş  və  həyata  keçirilmişdir. 

2007-2012-

ci  illər  üçün  nəzərdə  tutulan  ikinci  Proqramın  əsas 

məqsədi  ölkədə  narkotik  vasitələrin,  psixotrop  maddələrin  və 

onların  prekursorlarının  qanunsuz  dövriyyəsi  və  narkomanlığın 

                                                                                                                             

  


 

 

 



yayılması  ilə  mübarizənin  gücləndirilməsi,  antinarkotik  təbliğat, 

maarifləndirmə  yolu  ilə  narkotiklərin  qanunsuz  dövriyyəsinin  və 

narkomanlığın  yayılmasının  qarşısının  alınması,  narkomanlığa 

düçar  olmuş  şəxslərin  müalicə  edilməklə  sağlam  həyata 

qaytarılması,  müalicə-bərpa  sahəsindəki  fəaliyyətin  daha  da 

təkmilləşdirilməsi,  bu  sahədə  qanunvericiliyin  təkmilləşdirilməsi, 

cəza tədbirlərinin səmərəliliyinin öyrənilməsi üçün elmi və praktik 

araşdırmaların  aparılması,  beynəlxalq  əməkdaşlığın  inkişaf 

etdirilməsindən ibarətdir.   

 

Müstəqil Azərbaycan Respublikasında ümumbəşəri dəyərlər 



və  əsrlər  boyu  xalqımızın  əldə  edərək  qoruyub  saxladığı  milli 

dəyərlər əsasında humanist, demokratik, hüquqi dövlət quruculuğu 

sahəsində geniş hüquqi islahatlar həyata keçirilmiş və bu islahatlar 

ardıcıl olaraq uğurla davam etdirilir. Əlbəttə bu mühüm və çətin iş 

bir çox məsələlərin həllini tələb edir. İnsan münasibətləri fonunda 

və bilavasitə onun təsiri altında baş verən dəyişikliklər fəaliyyət və 

davranışın,  onu  tənzim  edən  mexanizmlərin  sosial  və  psixoloji 

öyrənilməsini zəruri edir. Bu baxımdan narkomanın şəxsiyyəti və 

onu  xarakterizə  edən  sosial  və  psixoloji  xüsusiyyətlərin 

öyrənilməsi  aktual  və  elmi-təcrübi  əhəmiyyət  kəsb  edən 

məsələlərdən biri hesab edilməlidir. 

 

Yeni iqtisadi və sosial münasibətlər sisteminin formalaşdığı 



dövrdə  şəxsiyyətin  davranışını  tənzimləyən  sosial  norma  və 

dəyərlər, hüquqi normalar dəyişir. Bu isə bütövlükdə insanın həyat 

tərzinə,  onun  şəxsiyyətinin  təşəkkülünə  ciddi  təsir  göstərir.  Bu 

prosesin sosial-

psixoloji  cəhətdən  araşdırılması  hüquqazidd 

davranışın,  cinayətkarın  şəxsiyyətinin,  cinayətkar  davranışın 

mahiyyətini  və  mexanizmini  açmağa  imkan  verir.  Nəticədə,  bir 

tərəfdən, tərbiyə prosesini düzgün təşkil etmək, digər tərəfdən isə 

narko

tiklərlə  bağlı  cinayətkarlığın  qarşısını  almaq  və  profilaktik 



tədbirlər hazırlamaq mümkündür.  

 

Cəmiyyətimizin  demokratikləşməsi  şəraitində  şəxsiyyətin 



hərtərəfli  inkişafının,  müasir  reallıqlara  uyğun  şəxsiyyətin 

 

 

 



formalaşmasının  optimal  yolları  axtarılır.  Bu  baxımdan 

narkomanların

4

 

müalicə  və  islahı  probleminə  filosofların, 



kriminoloqların,  pedoqoqların,  həkimlərin,  psixoloqların  və 

hüquqşünasların  böyük  diqqət  və  maraq  göstərmələri  başa 

düşüləndir. Hesab edirik ki, bu «əbədi» problemin məhsuldar həll 

edilm


əsi  üçün  əvvəllər  qazanılmış  biliklər  kifayət  etmir.  Bu 

dayanaqlı  stereotip  vərdişinin  müəyyən  edilməsinin,  geniş  təkmil 

metodologiyasını,  yeni  düşüncəni  və  yeni  yanaşmanı  tələb  edir. 

Tərbiyə fəlsəfəsinin müxtəlif istiqamət  nümayəndələri arasındakı 

fikir 

və  təkliflər  mübadiləsi  prosesində  yeni  metodologiyaların 



yaranması  və  tətbiqi  effektiv  nəticələrin  əldə  olunması  üçün 

vacibdir.  Bu  əsas  məqamları  üzə  çıxartmağa  imkan  verir  ki, 

bunların da məcmusu ümumi işə xeyir gətirir.  

Qeyd etməliyik ki, hər bir şəxs özünün yaşaması və inkişaf 

etməsi üçün tələbat kimi təzahür edən ehtiyacları təmin etməlidir. 

«Tələbatlar insanın konkret həyat şəraitində aktivliyini şərtləndirir. 

İnsan  öz  tələbatlarını  təmin  etməlidir.  Əgər  belə  bir  imkan 

yoxdursa,  o,  müvafiq  tələbatı  yaxın  tələbatla  əvəz  etməli,  hətta 

lazım  gəldikdə  onu  boğmalıdır.  Özünün  bu  xüsusiyyətlərinə  görə 

tələbatlar konkret istiqamətə malik olur: insanı onları təmin etmək 

                                                           

4

 



Azərbaycan  Respublikasının  «Narkotik  vasitələrin,  psixotrop 

maddələrin  və  prekursorların  qanunsuz  dövriyüyəsi  ilə  mübarizə 

haqqında»  Qanunun  1

-

ci  maddəsində  qeyd  olunur:  Narkoman 



– 

narkotik  vasitələrin  və  psixotrop  maddələrin  süi

-

istifadəsi  nəticəsində 



narkotik  vasitələrdən  və  psixotrop  maddələrdən  psixi  və  fiziki  asılılıq 

vəziyyətinə  düşən,  barəsində  Azərbaycan  Respublikasının 

qanunvericiliyi ilə müəyyən edilmiş qaydada narkoloji

-

tibb müəssisəsi 



tərəfindən «narkoman» diaqnozu təyin edilmiş şəxsdir.

 

Eyni zamanda B.S.Zahidov düzgün olaraq göstərir ki, «əlbəttə 



bu, «narkoman»ın qanunvericiliklə müəyyən edilmiş anlayışı olsa da, 

təcrübədə  bir  çox  hallarda  ayrı

-

ayrı  şəxslərin  «narkoman» 



adlandırılması üçün tibb müəssisələrinin bu diaqnozu təsdiq etməsinə 

dair  rməsi  sənəd  tələb  edilmir  və  alınmır».  Bax:  Zahidov  B.S. 

Azərbaycanda  narkotizmlə  və  narkobizneslə  mübarizənin  aktual 

problemləri. Bakı, 2007, s.16. 

 


 

 

 



üçün müvafiq üsul və vasitələr axtarmağa təhrik edir»

5

.  



Əgər  insanın  narkotik  vasitələrə  olan meyli onun 

psixikasının  xüsusiyyətləri  ilə  əlaqədardırsa,  deməli  davranışın 

əsas səbəbi və hərəkətverici qüvvəsini onun ehtiyacları təşkil edir. 

İnsan  ehtiyaclarının  ən  mühüm  xüsusiyyəti  ondan  ibarətdir  ki, 

insan  orqanizminin  normal  funksiya  göstərməsi  üçün onun 

ehtiyacları  ödənilməlidir.  Bioloji  və  ya  mənəvi  ehtiyaclar  üçün 

müddət ödənilməmiş qala bilməz, belə ki, bu insan sağlamlığı və 

psixikası üçün çox acınacaqlı nəticələrə gətirib çıxara bilər. 

Narkotiklərə  olan  dəf  edilməsi  mümkün  olmayan  tələbat 

(bura  özünəməxsus  narkotik  abstinensiya

6

 

dövrünü  də  aid  etmək 



olar)  yarandıqda,  cinayətlərin  motivi  (xüsusi  halda,  zorakı),  bir 

qayda  olaraq  narkomanların  kobud  və  zorakı  hərəkətlərə, 

«əlverişli» şəraitin fəal axtarışına daxilən hazır olması ilə bağlıdır. 

Nəzərə  almaq  lazımdır  ki,  narkomaniya  müxtəlif  psixiki 

patalogiyalarla  sıx  surətdə  bağlıdır.  Narkomanların  əksəriyyəti 

üçün əsəb-psixiki pozulmalar xarakterikdir. 

 

Cinayətkarın  şəxsiyyətini  araşdırmaq  üçün  onun 



tipologiyasını vermək zəruridir. Xüsusi ədəbiyyatın təhlili göstərir 

ki, cinayətkar şəxsiyyətin tipologiyası verilərkən ya bioloji, ya da 

sosial  amillərə  üstünlük  verilir.  Hazırda  narkomaniyanın 

inkişafında  istər  sosial,  istərsə  də  bioloji  amillərin  təsiri  heç  bir 

şübhə doğurmur. Lakin bu amillərin təsiri o qədər qarşılıqlı surətdə 

bağlı  və  əlaqəlidir  ki,  hansıların  mühüm,  həlledici  rol  oynadığını 

müəyyən etmək heç də asan məsələ deyildir.  

                                                           

5

 B

ayramov Ə.S., Əlizadə Ə.Ə. Psixologiya. Bakı, 2002, 620s.



 

6

 



«Narkoloji xidmət və nəzarət haqqında» 17 sentyabr 2001

-ci il tarixli 

Azərbaycan Respublikası Qanununun 1.0.9.

-

cu maddəsində göstərilir 



ki, «abstinent sindromu – 

insan psixikasına təsir göstərən maddələrin 

istehlakının  qəflətən  dayandırılması  və  ya  onların  antaqonistlərinin 

təsiri  nəticəsində  yaranmış,  psixi,  somato

-

veqetativ  və  nevroloji 



pozuntularla  səciyyələndirilən,  klinik  təzahürləri  və  gedişatı  həmin 

maddələrin  xarakterindən  və  istehlakın  davamlılığından  asılı  olan 

vəziyyətdir». 

 

 



 

 

 



 

F.Y.Səməndərov,  cinayətkarın  şəxsiyyəti  ilə  bağlı 

problemlərin  kriminologiya  elminin  predmetinin  tərkib  hissəsi 

olduğunu  qeyd  edərək,  cinayətkarın  şəxsiyyəti  problemi  ilə  bağlı 

öyrənilməsi  nəzəri-praktiki  əhəmiyyət  kəsb  edən  məsələlər 

dairəsinə  «şəxsiyyətdə  sosial  və  bioloji  amillərin  nisbətini»  də 

daxil edir

7

.  



 

İ.V.Strelçuka  görə  narkomaniya  çoxməchullu  tənliyində 

ekzogen,  psixogen  və  endogen  məchulların  (dəyişənlərin) 

mürəkkəb  birləşməsi  və  əlaqəsi  vardır.  «Biz  narkomaniyanın 

konstitusion  proqnozunu  verə  bilməsək  də,  eyni  zamanda 

narkomanlar  və  narkoman  olmayanlar  kimi  antropoloji  tiplərin 

olduğunu söyləyə bilərik». 

Daha sonra o qeyd edir ki, 

«narkomanları müalicə edərkən aşkar etdik ki, narkotiklərə həddən 

artıq aludə olanlardan 84,1%-də müxtəlif psixiki kənarlaşmalar var 

idi:  psixopatiya  və  sosiopatiya  şəklində  şəxsiyyət  dəyişiklikləri 

olan  55%  kişilərdə  ensefalopatiya  və  xarakteropatiya  (12,6%), 

nevroza  oxşar  vəziyyətlər  (7,3%),  endogen  psixozlar  (2,6%) 

mövcuddur »

8



 



A.İ.Kondratenko  da  qeyd  edirdi  ki,  «tərəfimdən  müayinəsi 

aparılan  narkomanlardan  28,4%-də  bu  və  ya  digər  psixopatoloji 

təzahürlər qeydə alınmışdır»

9

.  



 

İ.V.Strelçuk  və  digərləri  göstərirlər  ki,  apardıqları 

tədqiqatlar nəticəsində narkomanların xeyli hissəsində narkotiklərə 

aludəçiliyə  qədər  şəxsiyyət  patologiyasının  əlamətləri  aşkar 

edilmişdir. 

 

Bir  sıra  alimlər  isə  insanın  şüurunun  formalaşmasına 



həlledici  təsiri  onun  sosial-psixoloji  özünəməxsusluğunun 

                                                           

7

 

Səməndərov F.Y. Kriminologiya. Ümumi hissə. Bakı, 2003, 162s.



 

8

 



Стрельчук И.В. Клиника и лечения наркоманией. М., 1956, 346с.  

8

 



Бориневич В.В. Наркомании. М., 1963, 275с. 

 

 



 

 

 



müəyyən  etdiyini  israr  edirlər.  Bu  zaman  insan  şəxsiyyətinin 

tamlığı  baxımından  bu  neqativ  təzahürün yayılmasında  bioloji  və 

psixoloji amillərin də böyük rolu qeyd edilir. 

 

Qeyd etməliyik ki, XX əsrin əvvəllərində müxtəlif bioloji və 



biopsixoloji  nəzəriyyələr  yenidən  yaranmağa  və  inkişaf  etməyə 

başladı  (E.Kreçmer,  U.Şeldon  və  b.).  Bu  dövrdə  cinayətkarlığa 

konstitusional,  nəsillilik  və  irqi  meyllilik  nəzəriyyələri  geniş 

yayılmağa  başladı.    Bu  nəzəriyyələr  o  əsasdan  çıxış  edirdi  ki, 

şəxsiyyətin  xüsusi  psixofiziki  strukturu  nəticəsində  cinayətlərin 

törədilməsinə  meylli  olan  adamlar  mövcuddur.  Bu  nəzəriyyələr, 

cinayətlərin  törədilməsinə  xarici  sosial  amillərin  təsirini  inkar 

etməsələr də, eyni zamanda belə hesab edirdilər ki, öz psixofiziki 

strukturuna  görə,  cinayətləri  törətməyə  meylli  olan  fərdlər  vardır 

və  məhz  bu  tip  şəxslər  bir  sıra  sosial  amillərin  təsiri  altında  ən 

müxtəlif  xarakterli  cinayətlər  törədirlər.  Bu  nəzəriyyələrdən 

hazırda ABŞ, İngiltərə və başqa ölkələrdə istifadə olunur. 

 

Hesab edirik ki, bu nəzəriyyələr narkomanların müalicəsi və 



reabilitasiyası prosesində çox böyük əhəmiyyət kəsb edir. 

 

ÜST-



nın  məruzəsində  narkomaniyanın  səbəbləri  haqqında 

deyilir  ki:  «Narkomaniyanın  əsas  etioloji  hipotezaları,  onu: 

narkomanın xarakterinin xüsusiyyətləri ilə, bu şəxsdə psixiki və ya 

fiziki pozuntular ilə və ya sosial-mədəni təsir və ya sosial fəlakət 

və iztirablar ilə əlaqəlidir»

10



 

Kriminologiyada  ümumqəbul  olunmuş  belə  bir  müddəa 

vardır  ki,  hər  bir  ayrıca  götürülmüş  şəxsiyyətin  davranışı  üç 

səviyyəli  hadisələrlə  determinə  olunur:  ictimai  mühitlə  - 

şəxsiyyətin  sosial  determinasiyasının  ümumi  səviyyəsi;  bilavasitə 

sosial  əhatə  (mikromühit);  şəxsiyyətin  formalaşmasına  təsir 

göstərən spesifik səbəblə  və insanın daxili aləmi ilə. 

                                                           

10

 

Доклад ВОЗ «Молодеж и наркотики». Женева, 1974, №516, с.50-51.  



 

 

 



 

Narkomaniya  probleminin  təkcə  onu  şərtləndirən  əsas 

səbəblər və amillər kompleksinin müəyyənləşdirilməsi baxımından 

deyil,  həm  də  bu  səbəblərin  təsir  göstərdiyi  şərait  və  hallar 

baxımından da vacibdir

11



 

Hesab edirik ki; narkot

iklərin  potensial  istehlakçılarına 

dolayı  təsir  metodlarına  üstünlük  verilməli,  sosial-mədəni 

stereotiplərin  tədricən  dəyişməsinə  nail  olunmalı;  millətin  psixi 

sağlamlığının  qorunması və psixi-sosial stresslərin profilaktikasına 

yönəlmiş  tədbirlər  mühüm  yer  tutmalı;  əhali  arasında  «risk 

qrupu»nun müəyyən edilməsinə istiqamətlənmiş lazımi tədqiqat və 

analiz  aparılmalı,  bu  barədə  təklif  və  tövsiyələr  hazırlanaraq 

müvafiq idarələrə verilməli; tibbi-hüquqi cəhətdən əsaslandırmanın 

verilməsi və narkotiklərin qeyri-qanuni istehlakçılarının erkən üzə 

çıxarılması  üzrə  kompleks  tədbirlər  həyata  keçirilməli;  yüksək 

«risk qrupu» ilə profilaktik işin aparılması üçün müəllimlər, tibb, 

sosial  və  hüquq-mühafizə  xidmətlərinin  əməkdaşları  arasında 

mütəxəssislərin  hazırlanmasının  təşkili  və  maddi  maraq  nəzərə 

alınmaqla  bu fəaliyyətə onların cəlb olunmasının adekvat təşkilatı 

formalarını işləyib hazırlamalı; istər respublika, istərsə də regional 

miqyasda  kütləvi  informasiya  vasitələri  üçün  narkoloji  təbliğat 

xarakterli proqra

mların  tərtibi  məqsədilə  elmi  cəhətdən 

əsaslandırılmış  tövsiyələr  hazırlanmalı,  antinarkotik  təbliğat 

məsələləri  üzrə  kütləvi  informasiya  vasitələri  ilə  əməkdaşlığın 

strategiyası  formalaşdırılmalı  və  uyğun  proqramların,  çıxışların 

effektivliyinin mütəmadi olaraq analizi təşkil edilməlidir.  

 

Ölkəmizdə  əhali  arasında  psixoprofilaktik  işə  maliyyə  və 



inzibati yardım üzrə tədbirlər regional və respublika səviyyəsində 

işlənib hazırlanmalı və mərhələlərlə həyata keçirilməlidir. Sağlam 

həyat  tərzini  təbliğ  edən  qeyri-hökumət  təşkilatlarına  dövlət 

tərəfindən ən müxtəlif xarakterli kömək göstərilməlidir. 

                                                           

11

 



Əliyev  Q.H.  Narkomaniya  və  narkotizmlə  mübarizə  problemləri. 

Bakı, 1999, 122s.

 


 

 

 



 

Son illər ölkəmizdə gedən sürətli iqtisadi inkişaf və uğurlu 

islahatlar  narkomaniya  xəstəliyinə  düçar  olanlara  tibbi  köməyin 

təşkili prinsiplərinə yenidən baxılmasına imkan verir. Onu da qeyd 

etmək lazımdır ki, narkomanlığın qarşısının alınması probleminin 

tez  bir  zamanda  həllinin  böyük  əhəmiyyət  kəsb  etməsinə 

baxmayaraq  respublikamızda  son  zamanlara  qədər  narkoloji 

xidmət  köhnəlmiş yanaşma tərzləri ilə işləməkdə davam edirdi. 

Qeyd  etmək  lazımdır  ki,  1  sentyabr  2000-ci  il  tarixdə 

qüvvəyə  minmiş  Azərbaycan  Respublikasının  Cəzaların  İcrası 

Məcəlləsinə  məhkumların  tibbi-sanitariya  təminatı  məsələlərini 

tənzimləyən  xüsusi  maddə  daxil  edilmişdir.  CİM-nin 93.2-ci 

maddəsində  göstərilir:  «Cəzaçəkmə  müəssisələrində  məhkumlara 

tibbi  xidmət  göstərmək  üçün  tibb-sanitariya  hissələri,  həmçinin 

yoluxucu xəstələrin, alkoqolizm və narkomaniyaya düçar olanların, 

insan  immunçatışmazlığı  virusu  (NİV)  ilə  yoluxmuş  xəstələrin 

ambulator müa

licəsi  və  saxlanılması  üçün  müalicə  müəssisələri 

təşkil  edilir.  Azadlıqdan  məhrum  etmə  növündə  cəza  çəkən 

narkoloji  xəstələrin  narkoloji  yardım  almaq  hüququnun  hər  hansı 

şəkildə  məhdudlaşdırılmasına  yol  verilmir.  Azadlıqdan  məhrum 

etmə növündə cəza çəkən və abstinent sindromu vəziyyətində olan 

narkoloji xəstələr digər xəstələrdən ayrı saxlanılır».  

Hesab edirik ki, narkoloji tibb müəssisələrinin strukturunun 

təkmilləşdirilməsi,  maddi-texniki  bazasının  və  kadr  təminatının 

yaxşılaşdırılması zəruridir.  

Ona gö

rə də cəzaçəkmə müəssisələrində narkoloji xidmətin 



təşkilinə  yenidən  baxılmalı  və  narkoman-məhkumların  müalicəsi 

və reabilitasiyası üçün xüsusi ixtisaslaşdırılmış (narkoloji xidmət) 

cəzaçəkmə müəssisəsinin yaradılması vacibdir. 

Bu  baxımdan,  17  sentyabr  2001-ci  il  tarixdə  narkoloji 

xəstəliklərin və onların doğurduğu mənfi tibbi və sosial nəticələrin, 

habelə  bu  xəstəliklərə  düçar  olmuş  və  onların  ətrafında  olan 

şəxslərə  ziyanın  vurulması  hallarının  qarşısını  almaq  məqsədilə 

narkoloji  xidmət  və  nəzarət  sahəsində  həyata  keçirilən  tədbirləri 



 

 

 



müəyyən  edən  və  tənzimləyən  «Narkoloji  xidmət  və  nəzarət 

haqqında»  Azərbaycan  Respublikası  Qanununun  qəbulu  müsbət 

qiymətləndirilməlidir. 

«Narkoloji  xidmət  və  nəzarət  haqqında»  Qanunun  4-cü 

maddəsində  narkoloji  xidmət  və  nəzarət  sahəsində  dövlət 

siyasətinin əsas prinsipləri olaraq aşağıdakılar göstərilir: 

narkoloji xidmətin və nəzarətin həyata keçirilməsi zamanı 



narkoloji xəstələrin narkoloji xəstəliklə əlaqədar təqib edilməsinin 

istisna edilməsi; 

narkoloji  xəstəliklərin  yayılmasının,  onların  doğurduğu 



mənfi tibbi və sosial nəticələrin qarşısının alınması; 

insan  psixikasına  təsir  göstərən  maddələrin  istifadə 



edilməsinin zərərli nəticələri barədə əhalinin məlumatlandırılması; 

narkoloji xəstəliklərin vaxtında aşkar və müalicə edilməsi 



yolu ilə onların qarşısının alınması; 

narkoloji  xəstələrin  maddi  vəziyyətindən  asılı  olmayaraq 



onların narkoloji yardım almaq hüququnun təmin edilməsi; 

narkoloji  xəstələr  və  insan  psixikasına  təsir  göstərən 



maddələrdən  sui-istifadə  edən  şəxslər  tərəfindən  hüquq 

pozuntularının  törədilməsi  hallarının  qarşısının  alınması  və 

profilaktikası; 

narkoloji xəstələrin və onların ailə üzvlərinin hüquqlarının 



təmin edilməsi; 

insan  psixikasına  təsir  göstərən  maddələrin  qanunsuz 



dövriyyəsi ilə mübarizə; 

narkoloji  xidmətin  və  nəzarətin  məqsədlərinin  təmin 



edilməsi üçün dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının 

fəaliyyətinin uzlaşdırılması. 

Azərbaycanda  «2007-2012-ci  illəri  əhatə  edən  dövrdə 

narkotik  vasitələrin,  psixotrop  maddələrin  və  onların 

prekursorlarının  qanunsuz  dövriyyəsi  və  narkomanlığın  yayılması 

ilə mübarizə üzrə dövlət Proqramı» çərçivəsində həyata keçiriləcək 

tədbirlər sırasında  narkotik vasitələrdən və psixotrop maddələrdən 

sui-


istifadə  edən  şəxslərin  tibbi  profilaktikası,  müalicəsi  və 

 

 

 



reabilitasiyası  üzrə  tədbirlər  də  qeyd  edilmişdir.  Bundan  əlavə, 

Proqramın 3.5-ci bəndində 2007-2009-cu illərdə Ədliyyə Nazirliyi 

Penitensiar  Xidmətinin  nəzdində  beynəlxalq  standartlara  uyğun 

ixtisaslaşdırılmış narkoloji tibb müəssisəsinin yaradılması, istintaq 

təcridxanalarının və cəzaçəkmə müəssisələrinin nəzdində fəaliyyət 

göstərən  tibbi-sanitar  hissələrinə  həkim-narkoloq  ştatların 

ayrılması kimi tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. 

 

Qeyd 



etməliyik 

ki, 


narkoman-məhkumlar 

üçün 


ix

tisaslaşdırılmış  (narkoloji  xidmət)  cəzaçəkmə  müəssisəsində 

islah  işi  xüsusi  qurulmalıdır.  Narkomaniyanın  profilaktikasında 

uğurlu  nəticəni  yalnız  mütəmadi  olaraq  məhkumlara  onların 

narkotik  vasitələrdən  istifadə  etməsinin  həm  müəyyən  olunmuş 

qaydaların  kobud  surətdə  pozulması  olduğunu,  həmçinin  inzibati 

heyət  tərəfindən  onların  islahı  və  tərbiyəsi  üçün  görülən 

tədbirlərdən  onların  şüurlu  qaydada  imtina  etdiklərini  və  belə 

davranışları  nəticə  etibarilə,  onları  şərti  olaraq  vaxtından  əvvəl 

azadlığa  buraxılması  imkanlarından  məhrum  etdiyini  və  bəzi 

hallarda cinayət məsuliyyətinə gətirib çıxartdığını izah etməklə də 

əldə etmək olar. 

 

Əlbəttə bütün bunların cəzaçəkmə müəssisəsində cəza çəkən 



məhkumlar  arasında  narkomanlığın  yayılmasının  qarşısının 

alınmasına  və  islah  prosesinin  təşkil  edilməsinə  birbaşa  aidiyyəti 

var.  

 

Hesab  edirik  ki,  cəzaçəkmə  müəssisələrində  narkomanlığın 



yayılmasına  bir  sıra  amillər  –  islahın  keyfiyyəti  və  fəaliyyətin 

müasir  dövrün  tələbləri  səviyyəsinə  uyğun  olmayan  vasitələrlə 

aparılması 

təcrübəsinə 

əsaslanması; 

təbliğat-təşviqat 

tədbirlərindəki çatışmazlıqların olması; tərbiyə və əməliyyat-rejim 

qurumlarının əməkdaşlarının hazırlıq səviyyəsinin aşağı olması və 

cinayətkarların  yenidən  islah  olunmasında  ictimai  təşkilatların 

iştirakının aşağı səviyyəsi ciddi təsir göstərir. Məhkumların islahı 

və yenidən tərbiyəsindəki ciddi çatışmazlıqlar öz növbəsində həm 

cəzaçəkmə  müəssisələrində  cəza  çəkən  məhkumlar  və  həmçinin 



 

 

 



digər  şəxslər  arasında  narkomaniya  və  narkotizmin  yayılmasına 

qarşı effektiv mübarizə aparılmasına mənfi təsir göstərir. 

 

Qeyd  etmək  lazımdır  ki,  cəzaçəkmə  müəssisələrində  cəza 



çəkən  istər    narkotiklərlə  bağlı  cinayətlərə  görə  məhkum 

edilmişlərin  və  istərsə  də  narkoman  məhkumlarla  bağlı 

statistikanın  geniş  təhlili  bu  sahədə  ciddi  və  əməli  addımların 

atılmasını  tələb  edir.  Belə  ki,  narkotiklərlə  bağlı  cinayətlərə  görə 

azadlıqdan  məhrum  edilmiş  və  cəzaçəkmə  müəssisələrində  cəza 

çəkən  məhkumlar  respublikanın  cəzaçəkmə  müəssisələrində  cəza 

çəkən  ümumi  məhkumların  2000-ci  ildə  19%-ni, 2006-cı  ildə  isə 

28,8%-


ni  təşkil  etmişdir.  Narkoman  diaqnozu  ilə  barələrində 

Azərbaycan  Respublikasının  Cinayət  Məcəlləsinin  93-cü 

maddəsinə  əsasən  məcburi  müalicə  təyin  edilmiş  və  cəzaçəkmə 

müəssisələrində  cəza  çəkən  narkoman-məhkumlar  cəzaçəkmə 

müəssisələrində  cəza  çəkən  ümumi  məhkumların  2000-ci  ildə 

9,5%-ni, 2006-

cı ildə isə 17,1%-ni təşkil etmişdir. B.S.Zahidovun 

düzgün  qeyd  etdiyi  kimi,  «cəzaçəkmə  müəssisəsində  olan 

cinayətkar  narkoman  –  narkomanların  ən  təhlükəli  tipidir. 

Azadlıqdan  məhrum  etmə  yerlərində  məhkum  olunanların  xeyli 

hissəsi  azadlıqda  edə  bilmədiklərini  məhz  həmin  müəssisədə 

həvəslə  etməyə  meyl  göstərirlər.  Məsələ  burasındadır  ki, 

cəzaçəkmə müəssisəsinin mühiti burada cəza çəkənlər üçün başqa 

bir aləmi xatırladır. Məhz burada bekarçılıq üzündən, yaxud maraq 

üçün azad həyatda tütünün nə olduğunu bilməyən məhkum siqaretə 

qurşana,  «çifir»dən,  yaxud  spirtli  içkilərdən  və  ya  narkotik 

vasitələrdən  istifadə  etməyə  başlayır.  Cəzaçəkmə  müəssisəsində 

narkoman olmuş məhkum azadlığa çıxdıqdan sonra da cinayətkar 

mühitdən  asılı  vəziyyətdə  qalır.  O,  narkotik  vasitələr  naminə  öz 

cinayətkar  himayədarlarının  bütün  tapşırıqlarını  sözsüz  yerinə 

yetirmək məcburiyyətində qalır və onları mütəmadi olaraq narkotik 


 

 

 



və  psixotrop  maddələrlə  təmin  edir.  Deməli,  azadlığa  buraxılan 

narkoman yenə də sanki məhbus olaraq qalmaqda davam edir».

12

  

 



Onu  da  qeyd  etmək  yerinə  düşər  ki,  2006-cı  ildə  

Azərbaycan Respublikası üzrə narkoloji tibb müəssisələrində rəsmi 

qeydiyyatda  olan  ümumi  narkomanların  13,9%-ni  cəzaçəkmə 

müəssisələrində  cəza  çəkən  narkoman-məhkumlar  təşkil  etmişdir. 

Bununla  yanaşı  narkotiklərlə  bağlı  cinayətlərin  resedivi  problemi 

də  böyük  maraq  doğurur.  Belə  ki,  ölkənin  «ciddi  rejimli» 

cəzaçəkmə  müəssisələrində  cəza  çəkən  ümumi  məhkumlar 

arasında  təkcə  2000-ci  ildə  narkotiklərlə  bağlı  cinayətlərə  görə 

məhkum edilmişlərin xüsusi çəkisi 28,1%, narkoman məhkumların 

xüsusi çəkisi isə 18,7% olmuşdur. Yuxarıda qeyd olunan statistik 

rəqəmləri analiz etsək görərik ki, göstəricilərdə gənc nəslin (18-35 

yaş)  xüsusi  çəkisi  üstünlük  təşkil  edir  ki,  bu  da  problemin 

ciddiliyinə  dəlalət  edir.  Belə  ki,  ciddi  rejimli  cəzaçəkmə 

müəssisələrində  cəza  çəkən  narkotiklərlə  bağlı  cinayətlərə  görə 

məhkum edilmişlərin 2000-ci ildə 59%-ni, 2002-ci ildə isə 60,9%-

ni; narkoman-

məhkumların 2000-ci ildə 68,7%-ni, 2002-ci ildə isə 

72,6%-ni 18-

35  yaşlarda  olanlar  təşkil  etmişdir.  Qeyd  etmək 

lazımdır  ki,  «məhkumluq  narkotik  vasitələrin  və  psixotrop 

maddələrin  qanunsuz  dövriyyəsi  ilə  əlaqədar  cinayət  törətmiş 

cinayətkarların  şəxsiyyətini  xarakterizə  edən  əlamətlərdən 

biridir….  Azadlıqdan  məhrum  etmə  yerlərində  cəza  çəkən 

yeniyetmə  və  gənclər  əksər  hallarda  nəinki  narkomanlıqdan  əl 

çəkmir, əksinə, özünün öldürücü vərdişi ilə cinayətkar təcrübə və 

«peşə  ustalığı»  toplayırlar.  Cəzaçəkmə  yerlərindən  azadlığa 

bu

raxılan  yetkinlik  yaşına  çatmayanların  əksəriyyəti  cəmiyyət 



əleyhinə baxışlar əldə edirlər»

13

.  



                                                           

12

Zahidov  B.S.  Azərbaycanda  narkotizmlə  və  narkobizneslə 



mübarizənin aktual problemləri. Bakı, 2007, s.313.

 

13



 

Zahidov  B.S.  Azərbaycanda  narkotizmlə  və

 

narkobizneslə 



mübarizənin aktual problemləri. Bakı, 2007, s.289

-290. 


 

 

 



 

Bundan  əlavə,  narkotiklərlə  bağlı  cinayətlərə  görə  2006-cı 

ildə cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumların 28,4 %-

ni təkrar cinayət törətmişlər təşkil etmişdir.  

 

Bununla  yanaşı,  cəzaçəkmə  müəssisələrində  narkotiklərlə 



bağlı  qeydə  alınmış  cinayətlərin  sayı  2000-ci  ildə  törədilmiş 

ümumi  cinayətlərin  14,6  %-ni, 2006-cı  ildə  isə  63,6  %-ni    təşkil 

etmişdir  (2000-ci  illə  müqayisədə  narkotiklərlə  bağlı  cinayətlər 

2006-


cı ildə 7,3 dəfə artmışdır). Aşkar olunmuş bu cinayət faktları 

üzrə  2000-ci  illə  müqayisədə  1,5  dəfə  çox  narkotik  vasitələr 

götürülmüşdür.  

 

Bu  statistik  məlumatlar  problemin  mürəkkəbliyini 



göstərməklə,  narkoman-məhkumların  müalicə  və  tərbiyə  işinin 

səmərəli  təşkil  olunması  istiqamətində  ciddi  tədbirlərin 

görülməsini tələb edir.  

Qeyd  etmək  yerinə  düşərdi  ki,  «Narkotik  vasitələrin, 

psixotrop  maddələrin  və  onların  prekursorlarının  dövriyyəsi 

haqqında»  Azərbaycan  Respublikası  Qanununun  tətbiq  edilməsi 

b

arədə» Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust 



tarixli  280  nömrəli  Fərmanının  1.19-cu  bəndinin  icrasını  təmin 

etmək  məqsədi  ilə  Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti 

tərəfindən  26  yanvar  2006-cı  ildə  «İxtisaslaşdırılmış  tibb 

müəssisəsində  məcburi  müalicənin  Şərtləri  və  Qaydaları»  təsdiq 

edilmişdir ki, bu Qaydalar da narkomanlıq xəstəliyinə düçar olmuş 

şəxslərin  ixtisaslaşdırılmış  tibb  müəssisələrində  məcburi 

müalicəsinin şərtləri və qaydalarını müəyyən edir. Qaydalara görə, 

məcburi  müalicədə  olan  xəstəyə  aşağıdakı  müalicə  planı  tətbiq 

olunur:  

ildə bir dəfə rentgen-müayinə;  



altı ayda bir dəfə ümumi və klinik labarotor müayinələri;  

ildə bir dəfə instrumental müayinələr;  



yoluxucu  xəstəliklərin  müayinəsi  (QİÇS,  hepatitlər,  vəba 

və s.);  


 

 

 



somatik  statusun  müayinəsi  və  hər-hansı  bir   xəstəlik  

aşkar edildikdə, onun müvafiq qaydada müalicəsini təmin etmək;  

ehtiyac  olduqda,  digər  mütəxəssislərin  müayinəsindən 



keçirilməsi;  

ilk iki ay ərzində xəstənin vəziyyəti haqqında gündəliklərin 



3  gündən  bir  yazılması.  Növbəti  bir  ay  ərzində  həftədə  bir  dəfə, 

qalan müalicə müddətində ayda bir dəfə yazıla bilər.  

Hesab edirik ki, xüsusi ixtisaslaşdırılmış (narkoloji xidmət) 

cəzaçəkmə  müəssisəsində  cəza  çəkən  narkoman-məhkumlarla 

tərbiyəvi  iş  onların  xəstəlik  müddətini  və  sağalma  mərhələsini 

nəzərə  almaqla  aparılmalıdır.  Burada  məcburi  müalicə  prosesi  - 

adaptasiya,  əsas  və  yekundan    ibarət  olmaqla  3  mərhələdə 

aparılmalıdır: 

birinci  (adaptasiya)  mərhələ  stasionarda  qalma  müddətini 

əhatə  edir.  Burada  narkotik  vasitələrdən  imtina  zamanı  yaranan 

əsas  nasazlıqların  aradan  qaldırılması  və  fəal  qaydada  terapevtik, 

həmçinin  əmək  prosesinə  və  cəzaçəkmə  müəssisəsində  saxlanma 

şəraitinə  uyğunlaşma  vərdişi  yaradılmalıdır.  Bu  prosesin 

davamlılığı 3-4 aya qədər olmalıdır; 

ikinci  (əsas)  mərhələdə  narkotik  vasitələrdən  tam  təcrid 

olunmuş  şəraitdə  əmək  vərdişlərinin  yaradılması  və 

möhkəmləndirilməsi,  eləcə  də  müsbət  sosial-əxlaqi  qaydalara 

riayət olunması kimi xüsusiyyətlər aşılanmalıdır. Bu mərhələ 8-12 

ay davam etməlidir; 

üçüncü (yekun) mərhələdə tərbiyəvi vasitələrin köməyi ilə 

narkotik  vasitələrdən  imtinanın,  həmçinin  bu  xəstəliyə  və  onun 

gətirib  çıxardığı  sosial  nəticələrə  tənqidi  münasibətin  möhkəm 

əsasları hazırlanmalıdır. Bu mərhələdə məhkumların gələcəkdə işə 

düzəlmə və digər sosial problemlərinin həlli perspektivlərinin real 

planları  qurulmalıdır.  Bu  mərhələnin  davam  etmə  müddəti  4-6 

aydan az olmamalıdır. 

Xüsusi  ixtisaslaşdırılmış  (narkoloji  xidmət)  cəzaçəkmə 

müəssisəsində narkomaniyanın profilaktikasını özündə ehtiva edən 

qabaqlayıcı tədbirlərin həyata keçirilməsi zamanı birinci mərhələdə 


 

 

 



tərbiyəvi  işlərin  aparılması  üçün  müəyyən  çətinliklərin  meydana 

çıxması  təbiidir.  Bu  mərhələdə  aparılan  tərbiyəvi-islah  işlərinin 

əsasını tibbi xarakterli tövsiyələr təşkil edir və tərbiyəvi işlərin adi 

formaları  az  effektlidir.  Belə  ki,  tərbiyəvi  işlərin  aparılması  ilk 

növbədə, narkomanların psixo-fiziki vəziyyətinin xüsusiyyətlərinə 

əsaslanmalıdır.  Narkomanların  psixo-fiziki  halı  dedikdə,  buraya 

təbliğat-təşviqat  tədbirlərinə  zəif  reaksiya  göstərmək,  pis  əhval, 

müxtəlif  somatik,  vegetativ  və  psixiki  pozğunluqlar,  həmçinin 

aşağı  əmək  qabiliyyətinə  malik  olma  daxildir.  İlk  vaxtlar  bu 

kateqoriyaya  aid  olan  şəxslərlə  münasibətdə  psixoterapiya  və 

rasional  əmək  terapiyası  metodlarından  istifadə  etmək  gərəkdir. 

Müəssisədə  narkomanların  adaptasiya  mərhələsində  xüsusi  əmək, 

istirahət  rejimi  yaratmaq,  həmçinin  xüsusi  tərbiyə  metodlarından 

istifadə  etmək  vacibdir.  Bununla  əlaqədar  olaraq,  (xüsusi 

müəssisədə)  xüsusi  «bölüşdürmə  dəstəsi»  (qruplar)  təşkil 

olunmalıdır.  Xəstələrin  bu  tip  dəstələrdə  qalması  onların  əmək-

müalicə  prosesinin  sonrakı  mərhələlərində  nəzərdə  tutulan 

vərdişləri qavramaq qabiliyyətini kifayət qədər artıra bilər. 

 

Qeyd  etmək  istəyirik  ki,  narkomanların  müalicə  prosesinin 



ikinci və üçüncü mərhələlərində cəzaçəkmə müəssisəsində ənənəvi 

qaydada  təşəkkül  tapmış  tərbiyəvi-islah  təsir  metodları  və 

vasitələrindən  istifadə  etmək  olar.  Lakin  biz  hesab  edirik  ki, 

xəstələrin  bu  qrupunun  ikinci  dərəcəli  (kateqoriyalı  və  ya 

mərhələli)  xüsusi  dəstəyə  daxil  etmək,  eləcə  də  əgər  müalicə 

olunan  məhkumların  sayı  imkan  verirsə,  onları  müalicə 

mərhələlərinə  müvafiq  qaydada  iki  dəstəyə  ayırmaq  daha 

məqsədəuyğun olardı. Müalicəyə təzəcə başlamış  məhkumları  isə 

ayrıca,    digər  məhkumlardan  təcrid  olunmuş  lokal  dəstədə 

yerləşdirmək daha yaxşı olardı. 

Narkomanların  birinci  dərəcəli  dəstədən  (qəbuledici-

bölüşdürücü dəstə) digər kateqoriyalı dəstəyə köçürülməsi müalicə 

edən  həkim-narkoloqun,  psixoloqun,  psixiatrın  və  müəssisənin 


 

 

 



rəisi  tərəfindən  müvafiq  qaydada  təyin  edilmiş  dəstə  rəislərinin 

birgə qərarına uyğun şəkildə həyata keçirilməsi məqsədəuyğundur. 

Narkomanın  müalicəsindən  sonrakı  mərhələ  keçmişlə 

qurtarmaq cəhdi kimi xarakterizə olunur, həyata baxışlar dəyişilir. 

Ancaq  bu  dövrdə  xəstəliyin  qayıtma  təhlükəsi  qalmaqdadır.  Ona 

görə  də  xəstəni  fəal  qaydada  kütləvi  mədəniyyət,  idman  və 

sağlamlaşdırma tədbirlərinə cəlb etmək vacibdir. 

Narkomanların  islah  olunma  və  müalicəsinin  növbəti 

mərhələsi  üçün  psixiki  pozğunluqlar  xarakterikdir.  Bu  mərhələ 

zamanı müalicə olunan xəstələrdə əsəbilik, həyata, əməyə marağın 

azalması kəskin formalarda özünü büruzə verir. Ona görə də vahid 

pedaqoji-

rejim  tələblərinin  təmin  olunmasına  xüsusi  diqqət 

yetirmək lazımdır. 

Bu  baxımdan  misal  kimi  qeyd  etmək  yerinə  düşər  ki, 

Rusiyanın  xüsusi  ixtisaslaşdırılmış  cəzaçəkmə  müəssisələrində 

narkomanların  saxlanması  üçün  vahid  pedaqoji-rejim prosesinin 

yaradılmasında  müalicəvi-tərbiyəvi  işlərin  cari  və  perspektiv 

planlaşdırılması  əsas  şərt  kimi  irəli  sürülür.  Bu  planlaşdırmada 

cəzaçəkmə müəssisəsinin hər bir hissəsi və ya xidmətin, idarə edən 

orqanların və ictimaiyyətin nümayəndələrinin fəaliyyəti təfsilatı ilə 

göstərilir, eləcə də müəssisənin hər bir əməkdaşının konkret rolunu 

müəyyən  edərək,  onların  səylərini  «hər  bir  əməkdaş  –  tərbiyəçi» 

prinsipinə əsaslanan ümumi sistemə yönəltmək məqsədi güdülür.  

Tərbiyə-profilaktik işlərin planlaşdırılması zamanı müxtəlif 

kateqoriyalı cinayətkarların islahı sahəsindəki bütü praktiki təcrübə 

istifadə edilməlidir. 

Bununla  əlaqədar  olaraq  cəzaçəkmə  müəssisələrində 

narkomaniyanın  qarşısını  almaq  məqsədilə  tərbiyəvi  işlərin  cari, 

perspektiv  və  xüsusi  planlaşdırmanın  təşkilati,  təbliğat-təşviqat, 

mədəni-maarifləndirmə  və  profilaktik  xarakterini  nəzərə  almaqla 

kompleks  tərbiyəvi  metodların  işlənib  hazırlanması  zəruridir. 

Düzgün planlaşdırma metodik və tibbi komissiyaların, tibb xidməti 

və pedaqoji kollektivlərin üzvlərinin kompleks planın işlənməsində 

fəal  iştirakını  nəzərdə  tutur.  Bu  zaman  planların  məzmunu  və 


 

 

 



strukturu,  onların  bütün  müəssisələrdə  tətbiqi  məsələsində  sərt 

məhdudiyyətlər olmamalıdır. Belə ki bütün bunlar bir sıra mühüm 

faktorlardan asılıdır: cəza çəkən şəxslər arasında əməliyyat şəraiti, 

saxlanma rejimi və nizam-intizamın vəziyyəti; dəstələrin müalicəvi 

və  istehsalat  fəaliyyətinin  səviyyəsi;  özfəaliyyət  təşkilatları,  klub 

və  kitabxanaların  işinin  səmərəliliyi;  dəstə  rəislərinin 

ixtisaslaşdırılması, tərbiyəçilərdən ibarət olan xüsusi komissiyalara 

cəlb edilmiş əməkdaşların öz xidməti vəzifələrini yerinə yetirmək 

qabiliyyəti;  dəstə  və  xidmət  əməkdaşlarının  tərbiyəvi  işlərə  və 

t

ərbiyəvi  metodların  tədrisinə  cəlb  olunması,  onların  arasında 



qarşılıqlı  əlaqələrin  inkişafı  və  möhkəmləndirilməsi  məqsədilə 

şəxsi  heyət  üçün  tədbirlərin  keçirilmə  və  təşkilində  tərbiyəvi 

məsələlərin rolu və yeri. 

 

Tərbiyəçilər tərəfindən planlaşdırılan ümumprofilaktik islah 



tədbirləri cəzaçəkmə müəssisəsində cəza çəkən bütün məhkumlara 

aid  olmalıdır.  Qeyd  etmək  lazımdır  ki,  məhkumlarda 

narkomaniyaya dözümlülük barədə ictimai fikrin yaradılmasına və 

nəzarətçi,  əməliyyat-rejim  xidməti  ilə  qarşılıqlı  əlaqənin 

təkmilləşdirilməsinə,  həmçinin  onlarda  yaxşı  əhval-ruhiyyənin 

saxlanılmasına  və  həyatlarının  çətin,  böhranlı  məqamlarında 

vaxtında kömək göstəriləcəyinə xüsusi diqqət yetirilməlidir. 

Sözsüz  ki,  narkomaniyanın  profilaktikası  və  narkomanların  

yenidən islah edilməsi üçün tərbiyə prosesinin planlaşdırılmasında 

vahid  müalicə  və  tərbiyəvi  tədbirlər  sistemi  təmin  olunmalıdır. 

Burada məhkumların xüsusi tərkibinin və müəssis əməkdaşlarının 

konkret  fəaliyyət  şəraitinin  müəyyənləşdirilməsi  məqsədəmüvafiq 

olardı. 

 

Na



rkoman  xəstələrlə  aparılacaq  effektli  metod  seminar 

məşğələsidir.  Bu  seminarlar  özündə  mühazirə  məlumatlarının 

tezislərini  cəmləməli  və  onlar  müstəqil  olaraq  ədəbiyyat 

məlumatlarını  oxumalı  və  əsas  məsələlər  barəsində  müzakirələr 

aparılmalıdır.  Əlbəttə  bu  metod  məşğələnin  aparılmasına  ciddi 

hazırlığı  tələb  edir.  Mühazirələrdə  əyaniliklə  səciyyələnən 

məlumatlar  dəqiq  olmalıdır.  Belə  ki,  dinləyici  məhkumlarda 


 

 

 



narkotik  istehlakından  çəkindirən  tibbi  dəlillərə  maraq  yaratmaq 

üçün  təşviqat,  texniki  vasitələrdən  (sənədli  və  xüsusi  filmlərdən, 

diaqramlardan, cədvəllərdən) istifadə etməklə onların diqqətini və 

fəallığını  artırmaq  lazımdır.  Belə  vəziyyətdə  hər  bir  narkoman 

xəstənin  fərdi  xüsusiyyətini  onun  əməyə,  təhsilə,  insanlara 

münasibəti  nəzərə  alınmalıdır.  Hesab edirik ki, qruplarda 

məhkumların  sayı  15-20  nəfər  olması  məqsədəmüvafiq  olar.  Çox 

vaxt narkomanlar tez-

tez  yaddaşın  olmamasını,  orqanizmin  zəif 

olması və müvafiq materialın çətin qavranıldığını söyləyirlər. Ona 

görə də yaxşı olar ki,  çətin fənlər üzrə məşğələnin müddəti 20-25 

dəqiqə arasında aparılmaqla fasilələrin vaxtı uzadılsın. Qeyd etmək 

istəyirik  ki,  narkotiklərin  istehlakının  zərəri  barədə  mühazirə  və 

söhbətlər  aparılarkən  bura  narkotik  istehlak  etməyən  məhkumları 

da  cəlb  etməyə  tələsməyək.  Çünki,  bu    neqativ  nəticə  verər  və 

həmin  məhkumlarda  da    narkotiklərin  istehlakına  meyl  yarana 

bilər. Mühazirələrin oxunmasına tibb müəssisə və təşkilatlarından 

təcrübəli  mütəxəssislər  cəlb  etmək  lazımdır.  Onlar  tərəfindən 

mühazirələr  oxunarkən  və  söhbətlər  aparılarkən  narkotiklərin 

öldürücü  təsiri  barədə  konkret  misalların  gətirilməsi 

məqsədəmüvafiq hesab edilməlidir. 

Cəzaçəkmə  müəssisələrində  narkomaniya  və  narkotizmin 

profilaktikası  məqsədilə  həyata  keçirilən  tərbiyəvi  proses  zamanı 

izahedici  mühazirələrin,  maarifləndirmə-sanitar  işlərin  aparılması 

mühüm əhəmiyyət kəsb edir. Lakin bugünədək bu məsələ ilə bağlı 

vahid  mövqe  yoxdur  və  fəal  məhkumların  bu  funksiyanın  yerinə 

yetirilməsində  iştirakı  normativ  qaydada  müəyyən  olunmamışdır. 

Narkotik vasitələrdən istifadənin zərəri ilə bağlı profilaktik tədbirə 

cəlb  olunmuş  fəal  məhkumlar  tərəfindən  aparılacaq 

maarifləndirmə-sanitar 

və 

tibbi 


təbliğat 

cəzaçəkmə 

müəssisələrindəki  tibbi  bölmələrin,  tibb  idarəsinin  və  həmçinin 

müəssisə  rəisinin,  dəstə  rəislərinin  və  əməliyyat-rejim 

əməkdaşlarının ciddi nəzarəti altında olmalıdır. 

Bundan əlavə, tədris proqramına tərbiyəvi işlərin kompleks 

planını  daxil  etmək  məqsədəuyğun  olardı.  Bu  proqram 


 

 

 



çərçivəsində tibbi və narkoloji xidmət orqanlarının nümayəndələri, 

psixoloq  və  psixiatrlar  mühazirələr  oxumalı  və  narkomaniya  ilə 

mübarizəyə həsr olunan seminarlar keçirməlidirlər. 

 

Son  illərdə  məhkumların  narkotiklərin  təsiri  haqqında 



məlumatlığı  artmışdır.  Çox  təəssüflə  qeyd  etmək  istəyirik  ki,  bir 

çox  hallarda  təbliğat  tədbirləri  arzu  olunmaz  nəticələrə  gətirib 

çıxarır.  Bu  halların  dərindən  öyrənilməsi  təbliğatın  təşkilinə 

yanaşmada ciddi çatışmazlıqların olduğunu göstərir. 

 

Antinarkotik təbliğatda abstrakt təhlükə obrazı məhkumların 



şüuruna daxil olmur və onlarda gözlənilən həyəcan yaratmır. Qeyd 

etmək  lazımdır  ki,  apardığımız  tədqiqatlar  göstərir  ki,  narkotik 

istehlakçılarına narkotiklərdən sui-istifadənin nəticələri məlumdur. 

Amma  alınan    həzzin  fonunda  bu  məlumat  yayındırıcı,  ikinci 

dərəcəli və s. kimi dərk olunur. Nakomaniyanın qaraciyər, mədə və 

digər  xəstəliklərin  yaratması  barədə  amillərə  narkomanlar  demək 

olar ki, əhəmiyyət vermirlər və onların düzgün olmayan məlumat 

verdikləri  fikrindədirlər.  Tərbiyəçilərin  apardığı  söhbətləri 

məhkumlar  qeyri-inandırıcı  qəbul  edirlər  və  hesab  edirlər  ki, 

narkotiklər  bir  sıra  xəstəliklərin  müalicəsi  üçün  vasitədir,  onun 

möcüzəli xüsusiyyətləri vardır.  

 

B.M.Əsədov  qeyd  edir  ki,  «Narkotik  maddələrin  uzun 



müddətli  və  mütəmadi  sui-istifədəsi  insanın  bioloji  varlığına 

öldürücü  təsir  göstərir,  daxili  üzvləri,  əsasən,  qaraciyəri  dağıdır, 

mərkəzi sinir sistemini ciddi şəkildə deformasiyaya uğradır»

14



 

Psixoloji  və  pedaqoji  mövqedən  narkomaniyanın 

profilaktikasına  istiqamətlənmiş  tərbiyəvi  təsir  prosesini  təşkil 

etmək  üçün  narkomanların  şəxsiyyətini  xarakterizə  edən  əsas 

səciyyəvi  cəhətləri  nəzərə  almaq  lazımdır.  Onların  əsas  aparıcı 

xarakteri qeyri-

daimilikdir  (iradəsizlik).  Narkomanların  edə 

biləcəkləri hərəkətləri əvvəlcədən görmək mümkün deyil. Onların 

davranışında borc, vəzifə anlayışları silinərək yox olur. Ona görə 


 

 

 



ki,  narkomanlar  bütün  arzularını,  maraqlarını  və  niyyətini  tək  bir 

yanğıya – narkotikə xəstəcəsinə aludəliyə dəyişiblər.   

 

Narkomanların  davranışında  yalançılığın  yaranması  və 



formalaşması  səbəbindən  onlarla  tərbiyəvi-qabaqlayıcı  işlərin 

aparılması  çox  çətin  və    mürəkkəbdir.  Narkomanlar  tərbiyəvi 

tədbirləri  demək  olar  ki,  həmişə  düzgün  dərk  etmirlər.  Onlar 

özlərini  əslində  olduğundan  yaxşı  göstərməyə  çalışırlar,  hansısa 

yaxşı bir hərəkətlərini xüsusi bacarıq kimi yüksək qiymətləndirir, 

özlərini çox savadlı amma yaddan çıxmış və düşmənlərinin marağı 

naminə tanınmamış qurban olduqlarını hesab edirlər. Davranışları, 

yersiz  kobud  zarafatları,  yüngül  fikirlilik  nəticəsində  hansısa 

əməlin  törədilməsi  və  s.  tərbiyəvi  işin  keyfiyyətinə  mənfi  təsir 

göstərir. 

 

Narkotiklər ən  güclü,  ağıllı,  iradəli  adamları  da  məhv  edir. 



Narkotiklərin məhvedici təsirinə heç kim tab gətirmək iqtidarında 

deyildir. 

Mütəxəssislər,  xüsusilə  həkimlər  və  hüquqşunaslar  üçün, 

«narkoman»  anlayışı  birmənalı  deyildir:  narkoloqlar  üçün,  bu 

müalicəsi vacib olan xəstədir və bu müalicə nə qədər tez aparılarsa 

xilas  edilmiş  adamların  sayı  da  bir  o  qədər  çox  olacaqdır; 

hüquqşünaslar üçün - o həm xəstədir, həm də eyni zamanda sosial-

təhlükəli şəxsiyyətdir

6



Narkotik  vasitələrin  istehlakının  erkən  mərhələsində 



narkomanın  şəxsiyyəti  onu  əhatə  edən  adamlardan  o  qədər  də 

fərqlənmir.  Lakin  narkotik  vasitələrə  aludəçiliyin  sonrakı 

mərhələlərində  narkomanın  şəxsiyyətini  fərqləndirən  və  onun 

deqradasiyasının  müəyyən  dərəcəsini  obyektiv  olaraq  göstərən 

x

arakterik əlamətlər daha parlaq təzahür edir. 



Narkomanın 

şəxsiyyətinin 

özünəməxsus 

psixoloji 

xüsusiyyətləri  vardır.  Narkoman,  yalnız  bu  kateqoriyalı  şəxslərə 

məxsus  olan  həyat  tərzi  keçirir.  Yenicə  narkotik  qəbul  etməyə 

                                                                                                                             

14

 



Əsədov V.M. Narkomaniyanın erkən aşkar olunması, diaqnostikası 

və  profilaktikasında  təxirəsalınmaz  tədbirlər//Antinarkotizm.  Bakı, 



 

 

 



başlayan  narkoman  öz  davranışını  sosial anomaliya hesab etmir. 

Onlar  öz  davranışı  və  hərəkətlərinə  bəraət  verərək,  həyatlarında 

qorxulu heç nə baş vermədiyini və cəmiyyət üçün heç bir təhlükə 

kəsb  etmədiklərini  hesab  edirlər.  Narkomanlarda  aktiv  həyat 

tərzindən  kənarlaşmaya  bəraət  vermək  arqumentləri  kifayət 

qədərdir.  Məsələn,  apardığımız  sorğuda  iştirak  edən  narkomanlar 

bildirirlər  ki,  özlərini  mənəvi-əxlaqi  cəhətdən  pozğun  adamlar 

hesab  etmirlər,  çünki  hay-küy  salmırlar,  şəhərdə  avaralanmırlar, 

cinayət törətmirlər.  

Psixikanın  əhəmiyyətli  elementi  kimi  iradə,  narkomanlarda 

zəifdir  və  ciddi  dəyişmələrə  məruz  qalıbdır.  Qətiyyətlik, 

inadkarlıq, mətinlik və başqa bu kimi iradəvi keyfiyyətlər öz şəkil 

və görkəmini dəyişir və digər məzmun və məna daşımağa başlayır. 

Belə  ki,  qətiyyətlik  müəyyən  istiqamətlikdə  təzahür  edir  -  təki 

(nəyin  bahasına  olursa  olsun)  narkotik  dozasını  qəbul  etmək. 

Narkotiklərdən  imtina  kimi  qəti  qərara  onların  bir  çoxunda  nə 

cəsarət,  nə  də  iradə  gücü  vardır.  Hərəkət  və  əməllərinə  görə 

məsuliyyət, qorxu hissi, xəstəlik – yalnız azlarının dəf edə bildiyi 

narkomaniya  qarşısında  çıxılmazlıq,  çarəsizlik,  qətiyyətsizlik, 

iradəsizlik  və  psixikanın  pozulmasını  doğurur.  Mətinlik  əvəzinə 

ekspansivlik  elementləri  yaranır.  Eyforiya  zamanı  narkomanlar 

əksər  hallarda  özlərini  ətrafda  baş  verənlərə  etinasız,  biganə 

aparırlar.  Lakin  narkotik  vasitələrin  təsiri  kəsilən  kimi  və  onları 

əldə  etmək  imkanı  olmayan  zaman,  onlar  tamamilə  dəyişir, 

narahat, əsəbi və təcavüzkar olurlar.  

Narkotik  vasitələrdən  orqanizmin  sabit  asılılığı  yaranan 

zaman nar

komanın  müəyyən  antisosial  istiqamətliyi,  yalnız  ona 

xas  olan  xarakterin  səciyyəvi  cizgiləri  formalaşır.  Narkotik 

vasitələrlə bağlı qeyri-qanuni əməllərə və hərəkətlərə görə cinayət 

məsuliyyəti  ilə  bağlı  narkomanlar  obyektiv  olaraq  özlərini 

cəmiyyətdən  kənara  çəkir  ki,  bu  da  onlarda  öz  həyat  tərzlərində 

müəyyən  dəyişikliklər  etməyə  vadar  edir.  Narkomanlar  kənar 

                                                                                                                             

1999, №2

-3, s.27. 



 

 

 



şəxslərdən  gizli  hərəkət  etməyə  məcbur  olurlar,  çünki  

sağalmalarına  ümid  bəsləmirlər,  özlərini  çıxılmaz  vəziyyətə 

düşmüş hesab edirlər. Gizli fəaliyyət, özünü ətrafdakılardan təcrid 

etmələri nəticəsində onlar öz vəziyyətlərini daha da ağırlaşdırırlar 

və getdikcə sosial-faydalı əlaqə və maraqları itirərək cəmiyyətdən 

daha da kənarlaşırlar. İlk vaxt bu fərq o qədər də nəzərə çarpmır və 

onlara  yaxın  olan  adamlar  onların  davranışlarında  ciddi 

dəyişmələri  hiss  etmirlər  (narkotiklərin  istehlakı  stajından  asılı 

olaraq bu dəyişmələr daha parlaq təzahür etməyə başlayır).  

Eyni  zamanda  narkomanlar  cəmiyyətin  xidmətlərindən 

imtina  etməyə  və  onları  yaxın  adamlarla  bağlayan  sosial  telləri 

qırmağa  tələsmirlər.  Onlar  cəmiyyətlə  müəyyən  formal 

münasibətlərin saxlanılmasında maraqlıdırlar və narkotik vasitələrə 

özlərinin  aludəçiliyini  gizlətmək  üçün  tədbirlər  görürlər.  Lakin 

burada da onların davranışında bəzi xüsusiyyətlər özünü göstərir: 

gizlilik elementləri, yalan, fiziki sağlam adamlara qarşı qəzəblilik 

və paxıllıq hiss olunacaq dərəcədə üstünlük təşkil edir.  

Psixikadakı  dəyişmələr  istehlak  olunan  narkotik  vasitələrin 

növü ilə sıx qarşılıqlı əlaqədə baş verir. Məsələn, kannabis qrupuna 

daxil olan narkotiklər qəbul edənlərdə heroin və digər güclü təsir 

edən narkotiklərə aludə olanlara nisbətən şəxsiyyətin deqradasiyası 

yavaş templərlə gedir. 

Heroin, kokain və digər güclü təsir edən «ağır» narkotikləri 

qəbul  edənlər  cəmiyyət  üçün  iki  səbəbə  görə  daha  çox  təhlükəli 

hesab  edilirlər:  birincisi,  onların  şəxsiyyətinin  deqradasiyası  və 

cəmiyyətin  tam  hüquqlu  vətəndaşı  kimi  aktiv  həyat  tərzindən 

kənarlaşması  prosesi  çox  sürətlə  gedir;  ikincisi  onların  qəbul 

etdikləri  narkotiklər  qara  bazarda  kannabisdən  çox  bahadır  və  bu 

səbəbdən  onları  istehlak  edən  şəxslər  tamah  və  digər  ağır 

cinayətlərin törədilməsinə daha çox meyllidirlər.  

Narkotik  vasitələrə  vərdiş  (öyrəşmə)  müddətləri  də 

narkomanın  özünün  şəxsiyyətindən,  yaş  xüsusiyyətlərindən  və 

narkotik vasitələrin təsir gücündən asılı olaraq müxtəlifdir. 

Çox zaman narkomanlarla əlaqə və ünsiyyətdə olan adamlar 



 

 

 



da  narkotiklərin  pərəstişkarları  olurlar:  narkoticarətçilər, 

narkotikləri  hazırlayanlar  və  narkotik  vasitələrin  istehsalı  üçün 

tiryəkxanalar  saxlayanlar,  yaxınları  və  digərləri.  Onların  bir  çoxu 

əvvəllər  narkotikləri  qəbul  etməsələr  də,  lakin  sonradan 

narkomanlar  tərəfindən  psixoloji  təsirlərə  məruz  qalırlar.  Daxilən 

istehlaka  hazır  olaraq,  onlar  öz  həyatlarının  böhranlı  anında 

t

əəccüb  doğuran  asanlıqla  narkotiklərin  bihuşedici  təsirinə 



düşürlər. 

Qadınlar  arasında  narkotiklərin  «pərəstişkarları»,  bir  qayda 

olaraq,  narkomanların  həyat  yoldaşları  və  məşuqları  olur. 

Narkomaniya  və  narkotizmlə  mübarizə  təcrübəsinin  göstərdiyi 

kimi, be

lə qadınlar narkotik vasitələrin istehlakı üzrə tiryəkxanaları 

saxlayanlar olur, ya da öz mənzillərini bu məqsədlərlə verənlər və 

ya narkotik vasitələrin qanunsuz dövriyyəsi sahəsində ixtisaslaşan 

cinayətkar dəstələrin fəal üzvünə çevrilirlər. 

Bundan  başqa  yaddan  çıxartmaq  olmaz  ki,  qeydiyyata  və 

azadlıqdan  məhrumetmə  yerlərinə  narkotik  istehlakçılarının  az 

hissəsi  düşür.  Qeyd  etmək  lazımdır  ki,  qadın  cəzaçəkmə 

müəssisəsində cəza çəkən məhkumlar arasında narkotiklərlə bağlı 

cinayətlərə  görə  məhkum  edilmişlərin  xüsusi  çəkisi  2000-ci  ildə 

24,7%, 2002-

ci ildə isə 25,5% olmuşdur. Narkoman məhkumların 

xüsusi  çəkisi  isə  2000-ci  ildə  3,9%,  2002-ci  ildə  5,2%  olmuşdur. 

Müqayisədə  olduqca  az  görünən  bu  faizin  arxasında  aparılan 

tədqiqatların  məlumatlarının  göstərdiyi  kimi, respublika 

miqyasında  narkomaniyaya  aludə  olan  yüzlərlə  qadınlar  durur. 

«Tibbi  –  bioloji nöqteyi-

nəzərdən  qadın  orqanizmi  kişi 

orqanizminə nisbətən daha zərif və müdafiəsiz hesab olunur. Belə 

zərif orqanizm nəinki narkotik vasitələrin, hətta tünd içkilərin təsiri 

altında  sürətlə  dağılmağa  başlayır.  Qadın  xarakterinin  emosional 

xüsusiyyətləri sayəsində onların narkotik vasitələrdən və psixotrop 

maddələrdən  psixoloji  asılılığı  daha  güclü  olur  və  sonradan  onu 

aradan  qaldırmaq  mürəkkəbləşir,  bəzi  hallarda  isə,  ümumiyyətlə, 



 

 

 



mümkün olmur»

15



Qeyd  edildiyi  kimi  qadın  narkomanların  sayının  az  və  ya 

çox  olmasından  asılı  olmayaraq  qadın  və  kişilərin  biososial 

funksiyaların-da məlum fərqləri inkar etmək və nəzərə almamaq da 

olmaz.  Narkomaniya,  ümumiyyətlə  insanın,  onun  fiziki,  psixi  və 

sosial  mövcudluğunun  özü  üçün  böyük  təhlükədir,  qadın 

narkomaniyası  isə,  fikrimizcə,  izahı  və  şərhi  tələb  olunmayan 

səbəblərdən  –  daha  böyük,  müqayisə  edilməyəcək  dərəcədə 

təhlükə daşıyır. 

Bir sözlə, qadınlarımız üçün bizim sakit olmağımıza heç bir 

əsasımız yoxdur. Narkomaniyanın respublikada yayılması artdıqca, 

bu halın qadınlar arasında da qaçılmaz surətdə baş verəcəyini öncə 

görmək üçün böyük mütəxəssis olmaq gərək deyildir. 

Narkoman-

cinayətkarların  şəxsiyyətinin  analizi  göstərir  ki, 

xəstəliyin olması, mikromühit, submədəniyyət, doğma və yaxınlara 

münasibət, yəni onun həyat şəraiti özü də yüksək kriminogen fon 

daşıyır  və  cəza  çəkmiş  şəxslərin  sosial  adaptasiyasında  ciddi 

çətinliklərə  gətirib  çıxarır.  Bu,  öz  növbəsində,  narkoman-

cina

yətkarların 



cəmiyyətə 

qaytarılmasının 

yeni, 

təsirli 


formalarının,  üsul  və  metodlarının  işlənib  hazırlanması  tələbatını 

şərtləndirir, onların davranışı üzərində xüsusi nəzarətin zəruriliyini 

doğurur. 

Məlumdur  ki,  məhkumların  narkotik  vasitələrdən  istifadə 

e

tməsinə gətirib çıxaran əsas səbəb azadlıqdan məhrum olunma və 



cinayətkarların  cəza  çəkdiyi  cəzaçəkmə  müəssisələrinə  düşməklə 

onlarda  küskünlük,  gələcəyə  inamsızlıq,  hər  şeyin  bitməsi, 

həyatının  bundan  ibarət  olması  və  s.  qarşılaşdıqları  həyat 

çətinliklərindən  bu  vasitələrin  köməyi  ilə  uzaqlaşa  biləcəyinə 

bəslənən ümiddir. Məhz bu cür çətinliklər insanı təbii əlaqələrdən 

məhrum  edən  qeyri-adi,  güclü  və  xoşagəlməz  hiss  olan  daxili 

psixiki  gərginliyin  yaranmasına  gətirib  çıxarır.  Bu  gərginlik 

                                                           

15

Zahidov  B.S.  Azərbaycanda  narkotizmlə  və  narkobizneslə 



mübarizənin aktual problemləri. Bakı, 2007, s.314.

 


 

 

 



məcburi  qaydada  aradan  qaldırılmalıdır.  Bu  qrupla  münasibətdə 

aparılan  tərbiyəvi  iş  adaptasiya  mərhələsi  zamanı  meydana  çıxa 

biləcək 

çətinlikləri 

aradan 

qaldırmaq 



qabiliyyətinin 

formalaşdırılmasına  yönəlməlidir.  Əks  təqdirdə  narkomanlarda 

narkotik  vasitələrin  onların  bütün  çətinliklərini  aradan  qaldıra 

biləcək  fikri  yarana  bilər,  bu  isə  öz  növbəsində  şəxsiyyətin 

narkotik vasitələrdən tam asılılığının başlanğıcı deməkdir. 




Поделитесь с Вашими друзьями:
  1   2


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə