833) Osteoma ilə oxşar rentgenoloji əlamətləri olan xəstəliklər hansıdır?
A) Osteoblastoklastoma,eozinofil qranuloma
B) Osteogensarkoma,osteoxondroma
C) Paraossalsarkoma, osteoid osteoma, ekzostoz
D) Xandrosarkoma
E) Ekzostoz xondrodispaziya, axondrodisplaziya
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
834) «Osteoid - osteoma» nə deməkdir?
A) Osteogen mənşəli sümüyün bədxassəli şişi
B) Xroniki inkişaf edən iltihabi prosesin ağırlaşması
C) Osteogen mənşəli sümüyün xoşxassəli şişi
D) Sümüyün ossifikassiya prosesinin pozulması
E) Atipik osteomielit forması
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
835) Osteoid – osteoma daha çox xarakter simptomlarına hansı aiddir?
A) Gecə ağrıları, xəstəliyin gedişi ilə əlaqədar ağrıların artması, xəstəliyin ocaq nahiyəsində şişkinlik
B) Simptomsuz inkişaf edir, təsadüfi rentgenoloji müayinə zamanı aşkar edilir
C) Kəskin pulsasiyaedici ağrılar, xəstə ətrafın şişkinliyi
D) Zədələnmiş oynağa yığılan, kontraktura hərəkət zamanı ağrıların olması
E) Ətrafın qısalması uzunmüddətli fiziki işlərdə, sonra ağrıların olması
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
836) Osteoid – osteoma əlamətləri özündə rentgenoloji olaraq hansını birləşdirir?
A) Sümüyün metafizar hissəsini dəqiq sklerotik həşiyə və kortikal hissənin deffekti qeyd edilir
B) Yuvada xırda «sekvestrlər», ətraf sahə sklerozlaşır, sümükdə patoloji ocaqlar qeyd edilir
C) Metatizn qədəhə bənzər qalınlaşması, osteoporoz
D) Yumru ocaq və ətraf sahənin ştampsız sklelozmış soğanaq periostiti
E) Sümük konturlarını əhatə edən ocaqlı osteoporoz
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
837) Osteoid – osteomanın əsas müalicə metodu hansıdır?
A) Şüa terapiyası
B) Rentgenoterapiya
C) Kimya terapiya və operativ müalicə
D) Müşahidə, cinsi yetişkənlik zamanı özü sağalma
E) Cərrahi
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
838) Osteoid – osteomanın ən çox rast gəlmə lakoliziyası hansıdır?
A) Çanaq,incik sümükləri
B) Onurğa və pəncə sümükləri
C) Kürək və əl sümükləri
D) Bud, bazu,qamış
E) Kəllə sümükləri
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
839) Osteogen sarkomanın tipik lokalizasiyası hansıdır?
A) Budun yuxarı 1/3-i və baldırın aşağı 1/3
B) Said sümükləri
C) Budun aşağı 3/1-i və baldırın yuxarı 1/3-i
D) Pəncə və kəllə sümükləri
E) Çanaq sümüyü
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
840) Osteogen sarkomaların başlanğıc mərhələsində klinik olaraq hansı əlamətlər meydana çıxır?
A) Sakit vəziyyətdə ağrı,şişkinlik,ağrılı kontraktura
B) Hərəkət zamanı ağrı,axsama
C) Zədələnmə nahiyyəsində patoloji hərəkətlik
D) Ağrı yoxdur, şişkinlik,hiperemiya
E) Yüksək bədən hərarəti, regionar limfa düyünlərin böyüməsi
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
841) Osteogen sarkoma zamanı rentgenoloji şəkilin xarakteri hansıdır?
A) Yumşaq toxumaya inkişafının dəqiq sərhəddinin olmaması
B) Sümüyün osteoporozu
C) Sümük üstlüyünün soyulmasının olmaması
D) Metafizin qədəhəbənzər genişlənməsi, ətrafların oxunun əyilməsi
E) Metafizin daxili konturlarını bərkiməsi, ləkəli yumuşalmış ocaqlar,”dimdik”simptomu
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
842) Osteogen sarkomanın müalicəsi hansıdır?
A) Ətrafın yuxarı amputasiyası
B) Şüa terapiya
C) Şüa terapiya və operativ müalicə
D) Kimya terapiya
E) Şişin rezeksiyası
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
843) Xondromaların tipik lokalizasiyası hansıdır?
A) Pəncə və əl sümükləri, qabırğa və döş sümüyü
B) Bazu və çanaq sümükləri
C) Kəllə sümükləri
D) Bud, qamış sümükləri
E) Said sümüklər
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
844) Xondromaların klinik əlamətləri hansıdır?
A) Patologiya nahiyyəsində şişkinliyin olmaması, patoloji sınıq
B) Ağrı, sümükdə narahatlıq
C) Deformasiyanın olması
D) Patologiya nahiyyəsində şişkinlik,hiperemiya
E) Şikayəti yoxdur
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
845) Sümüyün hemangioması harada daha çox rast gəlinir ?
A) Kürək sümüyü
B) Said sümüyü
C) Qamış sümüyü
D) Kəllə və onurğa sütunu
E) Bud sümüyü
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
846) Mielom xəstəliyi zamanı daha çox kliniki simptomlara hansı aiddir?
A) Ətraf nahiyyəsində kəskin gecə ağrıları
B) Ümumi halsızlıq sindromu ilə kəskin pulsasiya edən ağrılar
C) Çoxsaylı sınıqlar ətraf seqmentlərdə və mavi ckleralar
D) Patoloji sınıqdır, revmoid ağrı
E) Ətrafın kəskin böyüməsi, trofiki pozğunluq
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
847) Yuinq xəstəliyinin lokalizasiyası hansıdır?
A) Diafiz
B) Pəncə sümükləri
C) Metafiz
D) Əl sümükləri
E) Epifiz
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
848) Yuinq şişinin tam kliniki şəkli hansıdır?
A) Şiş gec inkişaf edir, ağrı yoxdur
B) Baldırın qövsvari deformasiyası
C) Düz cavab yoxdur
D) Ağrılar daimi şəkil daşımır, şişkinlik nahiyyəsindəki hipertemiya
E) Sakit vəziyyətdə kəskin daimi ağrılar
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
849) Yuinq xəstəliyinin rentgenoloji şəklinə nə xarakterdir?
A) Metafizar sahədə yerləşmiş 2 sm-ə qədər ocaq
B) Oval ocaqlı işıqlanma ilə ştamplı kənar
C) Sümük cisminin ləkəvari osteoporozu
D) Seluloz sahəsinin osteoporozu
E) Saçaqlı periosfil sümüküstlüyünün aralanması spikula
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
26.11.12-ci il tarixində əlavə olunmuşdur.
Uşaq cərrahiyyəsinə aid 193 yeni sual.
850) Venaseksiya nədir?
A) Venanın açıq üsulla kateterizasiyası
B) Venanin trombozu
C) Venanın kəsilməsi
D) Venaya tikiş qoymaq
E) Venoz qanaxma
Ədəbiyyat: Оперативная хирургия с топографической анатомией детского возраста. Под ред. Ю.Ф. Исакова, М.Ю,ЛОПУХИНА - 1989,с- 14
851) Venaseksiya nə zaman aparılır?
A) Kollaps zamanı
B) Xəstəyə ilk yardım zamanı
C) Periferik venalar təyin edilmədikdə
D) Yenidoğulmuşlarda aparılan əməliyyatlarda
E) Yanıq xəstəliyi zamanı
Ədəbiyyat: Оперативная хирургия с топографической анатомией детского возраста. Под ред. Ю.Ф. Исакова, М.Ю,ЛОПУХИНА - 1989,с- 13.
852) Venaseksiya əsasən hansı nahiyələrdən aparılır?
A) Baldır və bud nahiyyəsindən
B) Ənsə nahiyyəsindən
C) Daxili topuğun ön kənarı və dirsək büküşü nahiyyəsindən
D) Kürək nahiyyəsindən
E) Qarin nahiyyəsindən
Ədəbiyyat: Оперативная хирургия с топографической анатомией детского возраста. Под ред. Ю.Ф. Исакова, М.Ю,ЛОПУХИНА - 1989,с- 13
853) Mərkəzi venaların Seldinher üsulu ilə punksiya və kateterizasiyasının üstünlüyü hansıdır?
A) Böyük həcmdə mayenin və qatı məhlulların köcürülməsinin mümkünlüyü
B) Venapunksiya və venaseksiya mümkün olmadiqda aparılmasi
C) Sadalananlardan hamısı
D) Mərkəzi venoz təzyiqi təyin etməyin mümkünlüyü
E) Infuzion terapiyanın bir neçə gün aparılmasının mümkünlüyü
Ədəbiyyat: Оперативная хирургия с топографической анатомией детского возраста. Под ред. Ю.Ф. Исакова, М.Ю,ЛОПУХИНА - 1989,с- 13.
854) Mərkəzi venaların punksiyası zamanı müxtəlif ağırlaşmalar neçə faiz ola bilər?
A) 20-30%
B) Ağırlaşma olmur
C) 3-5%
D) 12-18%
E) 5-10%
Ədəbiyyat: Оперативная хирургия с топографической анатомией детского возраста. Под ред. Ю.Ф. Исакова, М.Ю,ЛОПУХИНА - 1989,с- 14.
855) Körpücükalti vena hansı nahiyələrdən punksiya və kateterizasiya oluna bilər?
1. Döş sümüyünün sol tərəfindən
2. Döş sümüyünün üst tərəfindən
3. Körpücükaltı nahiyə
4. Körpücüküstü nahiyə
A) 1,4
B) 3,4
C) 2,4
D) 1,2
E) 2,3
Ədəbiyyat: Оперативная хирургия с топографической анатомией детского возраста. Под ред. Ю.Ф. Исакова, М.Ю,ЛОПУХИНА - 1989,с- 14
856) Körpücükaltı venanın Seldinger üsulu ilə körpücüküstü nahiyədə punksiyası zamanı iynə haradan və dəriyə hansı bucaq altında yeridilməlidir?
A) Iynə döş-körpücük məməyəbənzər əzələnin lateral ayaqciği ilə körpücük sümüyünün yuxari kənarı arasindan,15-20 dərəcə bucaq altinda yeridilir.
B) Körpücük sümüyünün orta hissəsindən 15-20 dərəcə bucaq altında yeridilir.
C) Döş sümüyünün yuxari kənarindan 10-15 dərəcə bucaq altinda yeridilir.
D) Körpücük sümüyünün icəri kənarından 25-30 dərəcə bucaq altinda yeridilir
E) Döş-körpücük məməyəbənzər əzələnin ayaqciqlari arasindan 10-20 dərəcə bucaq altinda yeridilir.
Ədəbiyyat: Оперативная хирургия с топографической анатомией детского возраста. Под ред. Ю.Ф. Исакова, М.Ю,ЛОПУХИНА - 1989,с- 14
857) Daxili vidaci venanın punksiyasi zamanı iynə haradan yeridilir?
A) Döş körpücük məməyəbənzər əzələnin medial ayaqcığı kənarından
B) Körpücük sümüyünün aşagı kənarından
C) Döş sümüyünün üst kənarından
D) Döş körpücük birləşməsindən 1,5-2 sm yuxarı,döş körpücük məməyəbənzər əzələnin ayaqcıqları arasından
E) Körpücük sümüyünün bayır üçdə birindən
Ədəbiyyat: Оперативная хирургия с топографической анатомией детского возраста. Под ред. Ю.Ф. Исакова, М.Ю,ЛОПУХИНА - 1989,с- 16.
858) Ürəyin açıq masajı hansı halda aparılır?
1. Qapalı masaj effekt vermədikdə
2. Döş qəfəsində aparılan əməliyyat zamanı ürək dayandıqda
3. Ürəyin blokada nəticəsində dayanmasına şübhə olduqda
4. Arterial təzyiq kəskin aşağı düşdükdə
5. Epilepsiya tutması zamanı
A) 4,5
B) 2,4
C) 1,3,5
D) 1,5
E) 1,2,3
Ədəbiyyat: Оперативная хирургия с топографической анатомией детского возраста. Под ред. Ю.Ф. Исакова, М.Ю,ЛОПУХИНА - 1989,с- 16.
859) Transdiafraqmal yolla ürəyin açıq masajı nə zaman aparılır?
A) Suda bogulma zamani ürəyin dayanmasi baş verərsə
B) Qarın boşluğunda aparılan əməliyyat zamanı ürəyin dayanması baş verərsə
C) Yuxarı ətraflarda əməliyyat zamani ürəyin dayanması baş verərsə
D) Aşagı ətrafda əməliyyat zamani ürəyin dayanmasi baş verersə
E) Divararalığında aparılan əməliyyat zamanı ürəyin dayanması baş verərsə
Ədəbiyyat: Оперативная хирургия с топографической анатомией детского возраста. Под ред. Ю.Ф. Исакова, М.Ю,ЛОПУХИНА - 1989,с- 17
860) Ürəyin açıq masajı zamanı sol mədəciyə hansı dərmanlar yeridilir?
A) Adrenalin , Kalsium -xlorid,Natrium bikarbonat
B) Heparin,Riboksin
C) Atropin, Heparin ,Kordiamin
D) Strofantin, Panangin, Riboksin
E) Dimedrol, Kalsium-xlorid, Analgin
Ədəbiyyat: Оперативная хирургия с топографической анатомией детского возраста. Под ред. Ю.Ф. Исакова, М.Ю,ЛОПУХИНА - 1989,с- 17
861) Kiçik yaşlı uşaqlarda ürəyin açıq masajı zamanı ürəyi bir dəqiqədə neçə dəfə sıxmaq lazımdır?
A) 50-60
B) 60-80
C) 130-140
D) 80-90
E) 100-120
Ədəbiyyat: Оперативная хирургия с топографической анатомией детского возраста. Под ред. Ю.Ф. Исакова, М.Ю,ЛОПУХИНА - 1989,с- 17
862) Böyük yaşlı uşaqlarda ürəyin açıq masajı zamanı ürəyi bir dəqiqədə neçə dəfə sıxmaq lazımdır?
A) 100-120
B) 30-40
C) 130-140
D) 60-80
E) 80-90
Ədəbiyyat: Оперативная хирургия с топографической анатомией детского возраста. Под ред. Ю.Ф. Исакова, М.Ю,ЛОПУХИНА - 1989,с- 17
863) Ürəyin masajı zamanı fibrillayasiya baş verərsə nə etməli?
A) V/dax Calcii chlor inyeksiya
B) Adrenalin d/a inyeksiya
C) V/dax-heparin inyeksiya
D) Intubasiya etməli
E) Defibrillyasiya aparmalı
Ədəbiyyat: Оперативная хирургия с топографической анатомией детского возраста. Под ред. Ю.Ф. Исакова, М.Ю,ЛОПУХИНА - 1989,с- 17
864) Dilin qısa yüyəninin kəsilməsinə göştəriş hansıdır?
A) Yenidoğulmuşlarda hipertenzion sindrom
B) Yenidogulmuşlarda sorma aktının pozulması
C) Yenidoğulmuşlarda hipertermiya
D) Kiçik yaşlı uşaqlarda qusma sindromu
E) Uşağın ağlaması
Ədəbiyyat: Оперативная хирургия с топографической анатомией детского возраста. Под ред. Ю.Ф. Исакова, М.Ю,ЛОПУХИНА - 1989,с- 67
865) Dilin qısa yüyəninin kəsilməsi üçün optimal yaş hansıdır?
A) Anadan olan kimi
B) 3 yaşdan sonra
C) 3 həftə-2 ay arası
D) İstənilən yaş
E) 5 yaşdan sonra
Ədəbiyyat: Оперативная хирургия с топографической анатомией детского возраста. Под ред. Ю.Ф. Исакова, М.Ю,ЛОПУХИНА - 1989,с- 7
866) Varikosele nədir?
A) Xayanın Burulması
B) Toxum ciyəsi venalarının varikoz genəlməsi
C) Venaların iltihabi xəstəliyi
D) Aşağı ətraf venalarının genəlməsi
E) Venaların trombemboliyası
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 390
867) Varikosele hansı yaşda daha çox rast gəlinir?
A) 0-1 yaş
B) 7-9 yaş
C) 1-3 yaş
D) 5-8 yaş
E) 10-17 yaş
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургия 1983 c 536
868) Varikoselenin hansı formaları var?
A) Birincili, ikincili
B) Xroniki
C) Kəskin
D) Yarımkəskin
E) İnfeksiyalaşmış
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 390-391
869) Birincili sol tərəfli varikoselenin əsas səbəbi nədir?
1. Böyrək venasının damar “pinseti” vasitəsi ilə sıxılması
2. Tənəyəbənzər venoz kələfin anadangəlmə zəifliyi
3. Sol xayanın nisbətən aşağıda yerləşməsi
4. Sol xayanın travması
5. Sol xayanın burulması
A) 3,5
B) 1,3
C) 2,3
D) 1,2
E) 3,4
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 390
870) Varikoselenin klinik olaraq neçə dərəcəsi var?
A) 1
B) 4
C) 5
D) 2
E) 3
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 390
871) Varikoselleyə görə aparılmış əməliyyatdan sonra ən çox rast gəlinən fəsadlar hansidir?
A) Xayanın atrofiyası
B) Xayanın burulması
C) Xayanın iltihabı
D) Qasıq yırtığı
E) Xaya hidropsu ,residiv
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 391
872) Hemangioma nədir?
A) Damar mənşəli anadangəlmə xoşxassəli törəmə
B) Nevus
C) Trombemboliya
D) Damar ləkəsi
E) Piy toxumasının şişi
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 600
873) Hemangiomanın hansı növləri var?
A) Kavernoz və ya mağaralı
B) Kombinəolunmuş
C) Qarışıq hemangioma
D) Sadalananların hamısı
E) Sadə və ya kapilyar
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 601
874) Hemangioma ən çox lokalizasiya olunur?
A) Sifətdə və başın tüklü hissəsində
B) Bud nahiyyəsində
C) Pəncə və baldır nahiyyəsində
D) Qarın boşluğunda
E) Kürək nahiyyəsində
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 600
875) Hemogiomanın mualicəsində hansı üsuldan istifadə olunmur?
A) Cərrahi mualicə
B) Hormonal terapiya
C) Skleroterapiya
D) Kimyəvi müalicə
E) Yuksək və ya aşağı tempuraturun təsiri ilə müalicə
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 601
876) Dilin qısa yüyəni zamanı nitq qüsuru necə olur?
A) Xəstə ‘’p’’ tələffüz edə bilmir
B) Xəstə “k’’ tələffüz edə bilmir
C) Xəstə “ş’’səsini tələffüz edə bilmir.
D) Xəstə “r” səsini deyə bilmir,”s” səsini “ş” kimi tələffuz edir.
E) Xəstə” d” tələffüz edə bilmir
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 602
877) Limfangioma nədir?
A) Limfa damarlarının iltihabı
B) Limfatik toxumanın bədxassəli şişi
C) Limfa vəzinin iltihabı
D) Limfatik damar mənşəli xoşxassəli şiş
E) Yumşaq toxumalar şişi
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 603
878) Limfangiomanın hansı formaları var?
A) Kombinəolunmuş
B) Mağaralı
C) Kistoz
D) Sadə
E) Sadalananların hamısı
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 603
879) Limfangiomanın əsas mualicə üsulu hansıdir?
A) Ağrıkəsici müalicə
B) Hormonal müalicə
C) Antibakterial müalicə
D) Cərrahi müdaxilə:sağlam toxuma sərhədindən kəsib götürmək
E) Punksion üsul
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 605
880) Dermoid sist nədir?
A) Piy toxuması şişi
B) Birləşdirici toxuma şişi
C) Tər vəzinin iltihabı
D) Tərkibi müxtəlif toxumalardan ibarət anadangəlmə xoşxassəli şiş
E) Əzələ şişi
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 607
881) Dermoid sistin ən çox rast gəlinən lokalizasiyası hansıdır?
A) Pəncə ,baldır nahiyyəsi
B) Qarın nahiyyəsi
C) Göz yuvasını daxili və xarici kənarı,baş nahiyyəsi
D) Kürək nahiyyəsi
E) Bud nahiyyəsi
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 607
882) Dermoid sistlərin müalicə üsulları hansılardır?
A) Hormonal
B) Kirodestiruksiya
C) Yalnız cərrahi
D) Antibakterial
E) Sklerotik
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 607
883) Teratoma nədir?
A) Sümük toxumasının şişi
B) Ağciyərin şişi
C) Tərkibi müxtəlif toxumalardan ibarət (embrional) anadangəlmə şiş
D) Piy toxuması şişi
E) Əzələ toxumasının şişi
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 607
884) Teratomanın müalicəsi hansı yaşda və hansı üsulla aparılır?
A) Cərrahi(ilk 6 ay ərzində)
B) Hormonal
C) Yalnız konservativ
D) Şüa mualicəsi
E) 5 yaşından sonra cərrahi
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 610
885) Aşağıdakı xoşxassəli şişlərdən hansı bədxassəli şişə çevrilə bilər?
A) Hemangioma
B) Limfangioma
C) Dermoid kista
D) Teratoma
E) Ateroma
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 600-610
886) Ateroma nədir?
A) Damar şişi
B) Piy toxumasının şişi
C) Əzələ şişi
D) Limfa vəzinin ilıtihabı
E) Piy vəzinin xoşxassəli şişi
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургия 1983
887) Kəskin appendisit nədir?
A) Kor bağırsağın kəskin iltihabi xəstəliyidir
B) Soxulcanabənzər çıxıntının kəskin iltihabi xəstəliyidir
C) Soxulcanabənzər çıxıntının şişi
D) Mekkel divertikulunun iltihabı
E) Nazik bağırsağın iltihabi xəstəliyidir
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 473
888) Ən çox rast gəlinən təcili(kəskin) cərrahi xəstəlik hansıdır?
A) Kəskin appendisit
B) Mekkel diverkulunun iltihabı
C) Kəskin pankreatit
D) Qaraciyərin absesi
E) Kəskin xolesistit
Ədəbiyyat: Ədəbiyyat: Kəskin appendisitin diaqnostika və mualicəsi üzrə kliniki pratokol.
889) Kəskin appendisit diaqnozunun qoyulması üçün hansı müayinələr həlledici əhəmiyyətə malikdir?
A) Kliniki müayinə
B) USM
C) Rentgenoloji müayinə
D) KT
E) Laborator müayinə
Ədəbiyyat: Ədəbiyyat: Kəskin appendisitin diaqnostika və mualicəsi üzrə kliniki pratokol.
890) Kəskin appendisitin differensial diaqnostikasi hansı xəstəliklərlə aparılır?
A) Uroloji xəsəliklərlə
B) Sadalananların hamısı ilə
C) Cərrahi xəstəliklərlə
D) Ginekoloji xəstəliklərlə
E) Terapevtiv xəstəliklərlə
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 485-490
891) Kəskin appendisitdə istifadə olunmayan anesteziya üsulu hansıdır?
A) Xloretillə yerli anesteziya
B) Endotraxeal narkoz
C) Venadaxili narkoz
D) Epidural anesteziya
E) Yerli infiltrasiyon anesteziya
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 492-493
892) Kəskin appendisitdə perforasiya baş vermədiyi halda appendektomiyadan sonra ölüm göstəricisi necədir?
A) Hər 1000 nəfərə 4
B) Hər 1000 nəfərə 0,8
C) Hər 1000 nəfərə 3
D) Hər 1000 nəfərə 5
E) Hər 1000 nəfərə 2
Ədəbiyyat: Ədəbiyyat: Kəskin appendisitin diaqnostika və mualicəsi üzrə kliniki protokol
893) Kəskin appendisitdə perforasiya baş verdiyi halda appendektomiyadan sonra ölüm göstəricisi necədir?
A) Hər 1000 nəfərə 0,8
B) Hər 1000 nəfərə 2
C) Hər 1000 nəfərə 4
D) Hər 1000 nəfərə 3
E) Hər 1000 nəfərə 20
Ədəbiyyat: Ədəbiyyat: Kəskin appendisitin diaqnostika və mualicəsi üzrə kliniki protokol
894) Bağırsaq invaginasiyası nədir?
A) Bağırsağ polipi
B) Bağırsağın deşilməsi
C) Bağırsağın nekrozu
D) Bağırsağın burulması
E) Bağırsağın bir hissəsinin digər hissəsinin içinə girib pərçim olması
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 408
895) Bağırsaq invaginasiyası hansı yaş qrupunda daha çox müşahidə olunur?
A) 1-2 aylıq
B) 6-10 aylıq
C) 1-5 aylıq
D) 10-17 aylıq
E) 4-9 aylıq
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 408
896) Bağırsaq invagınasiyasının oğlanlar və qızlar arasında rast gəlmə nisbəti necədir?
A) Oğlanlarda qızlardan 4 dəfə cox rast gəlinir
B) Qızlarda oğlanlardan 3 dəfə cox rast gəlinir
C) Oğlanlarda qızlardan 2 dəfə çox rast gəlinir
D) Bərabər sayda rast gəlinir
E) Qızlarda oğlanlardan 2 dəfə cox rast gəlinir
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 408
897) İnvaginasiya mexaniki bağırsaq keçməməzliyinin hansı növünə aiddir?
A) Obturasion forma
B) Qarışıq forma(obturasion stranqulyasion)
C) Paralitik forma
D) Stranqulyasion forma
E) Spastik forma
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 408
898) İnvaginasiyanın hansı formaları var?
A) Nadir forma invaginasiya
B) Sadalananlardan hamısı
C) İleosekal invaginasiya
D) Nazikbağirsaq invaginasiyası
E) Yoğunbağırsaq invaginasiyası
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 603
899) İnvaginasiyada əsas diaqnostik müayinə metodları hansılardır?
A) Usm
B) Pnevmoirriqoskopiya
C) Diaqnostik laparoskopiya
D) Qarın boşluğunun rentgenoqrafiyası
E) Sadalananların hamısı
Ədəbiyyat: Ədəbiyyat: Ağayev G.X; Poladov G.A. Uşaqlarda bağirsaq invaginasiyasının diaqnostika və müalicəsi.Bakı 2003.
900) Kliniki gedişinə görə invaginasiyanın hansı forması yoxdur?
A) yarımkəskin
B) Kəskin
C) Residivləşən
D) Xroniki
E) Kəskin,xroniki
Ədəbiyyat: Ədəbiyyat: Ağayev G.X; Poladov G.A. Uşaqlarda bağırsaq invaginasiyasının diaqnostika və müalicəsi.Bakı 2003.
901) Bağırsaq invaginasiyasının hazırda hansı müalicə üsulları mövcuddur?
1.Cərrahi
Dostları ilə paylaş: |