1944-1945 ci illerde Almaniya bloku ölkələri zəiflədi, Mərkəzi və Cənub-Şərqi Avropa ölkələrini antifaşist hərəkatı bürüdü. Almaniyanın hərbi-stratefi və iqtisadi vəziyyəti pisləşdikcə onun müttəfiqi olan ölkələrdə müharibədən çıxmaq və Almaniya ilə əlaqələri kəsmək barədə çağırışlar eşidilməyə başladı. Bu mərhələdə Almaniya və onun müttəfiqləri məğlub edildi. 1944-cü il iyunun 4-də müttəfiqlər Romaya daxil oldular. İtaliyanı üsyan və antifaşist hərəkat bürüdü. 1944-cü ilde İkinci cəbhənin açılması Almaniyanın beynəlxalq mövqelərini sarsıdaraq antihitlerçi koalisiyanı gücləndirdi və alman bloku ölkələrində çaşqınlıq yaratdı. 1944-cü il sentyabrın 7-də Bolqarıstan Almaniya ilə münasibətləri rəsmi şəkildə kəsdiyini bildirərək və sentyabrın 8-də ona müharibə elan etdi. 1944-cü il sentyabrın 12-də Moskvada sazisine gore Rumıniya Almaniyaya müharibə elan etdi Almaniyanın gələcək taleyi məsələsi 1944-cü il oktyabrın 9-da muzakire edildi1944-cü il oktyabrın 11-də imzalanan ilkin barışıq sazişinin şərtlərinə görə Macarıstan müharibədən çıxaraq Almaniyaya müharibə elan etdi. Macarıstanla yekun barışıq sənədi 1945-ci il yanvarın 20-də imzalandı.1944-cü il oktyabrın əvvəllərində Almaniya ordusu Yunanıstanı və Albaniyanı tərk etdi. Norveç də azad edildi. Beləliklə, Almaniya Avropadakı bütün müttəfiqlərindən məhrum oldu,keçmiş müttəfiqləri isə bir-birininardınca ona müharibə elan etdilər.Müttəfiq ordularının hücumlarının gücləndirilməsi Almaniyanı daha ağır vəziyyətə saldı. 1945-ci iln əvvəllərində Almaniya tamamilə təcrid olunmuş vəziyyətə düşdü. Onun yeganə müttəfiqi kimi yalnız Yaponiya qalirdi, Antihitlerçi koalisiyanın üzvü olan dövlətlər Avropada müharibə sona çatdıqdan sonra başlıca diqqətlərini Yaponiyanın məğlub edilməsinə yönəltdilər. .