Ci illərdəki loqotipi 2001-2006-cı illərdəki loqotipi



Yüklə 0,63 Mb.
səhifə2/3
tarix02.01.2022
ölçüsü0,63 Mb.
#40223
1   2   3
referat 2387

İş masası və simgələr

Pəncərə”lər

WINDOWS XP

Windows XP – Microsoft-un fərdi kompyuterlər və server sistemləri üçün nəzərdə tutulmuş 32-bit və 64 bitlik əməliyat sistemləri ailəsindəndir. Windows XP Amerika korporasiyasının ən uğurlu müasir əməliyyat sistemidir. Microsoftun məhsulları arasında yalnız o, zirvədə uzun müddət qalıb. 25 oktyabr 2001-ci ildə satışa təqdim edilmişdir. 2006-cı ilin yanvarınadək 600 milyon nüsxə satılmışdır.

Windows müasir kompüterlərin istifadəsində yeni imkanlar açan bir sistem olub, proqramın yerinə yetirilməsi üçün rahat şərait yaradır. XP adı "eXPerience" sözündən götürülmüşdür, mənası "təcrübəli", "məlumatlı" deməkdir. Windows XP Windows 2000 və Windows ME əməliyyat sistemlərinin varisi və Microsoft-un Windows NT əsasında qurulmuş ilk istehlakçı yönümlü əməliyat sistemidir.

Windows XP əməliyyat sisteminin kompyuter qurğularına minimal tələbləri var. Məsələn, yaddaş 256mb-dan, prosessorun tezliyi 600MHS-dən aşağı olmamalıdır. Bu əməliyyat sistemi zəif kompüterlərə yüklənir. Bu zaman virtul yaddaşdan geniş stifadə olunur, yəni operativ yaddaş kiçik olduğu üçün informasiya HDD-yə yazılır. Minimal operativ yaddaş (RAM) 64 Mb-dan, disk yaddaşındakı boş yer 1qb az olmamalıdır. Windows XP-nin optimal işləməsi üçün RAM-ın 128 Mb və daha çox olması məsləhətdir.

2007-ci ilin yanvar ayında Windows Vista ilə əvəz edilmişdir. Windows XP pərakəndə satış 30 iyun 2008-ci il dayandırılıb.

Windows XP bir neçə variantda buraxılmışdır:


Windows XP əməliyyat sisteminin rəsmi çıxarılmasından təxminən 11 il ötməsinə baxmayaraq, bu əməliyyat sisteminə korporativ və istehlak dairələrdə əvvəlki kimi tələbat var. Lakin Microsoft şirkəti 8 aprel 2014-cü ildə Windows XP əməliyyat sisteminin dəstəklənməsini dayandıracağını bildirib.

WINDOWS VISTA

W indows Vista peşəkar kompüterlər, notbuklar və s. üçün Microsoft şirkətinin təqdim etdiyi əməliyyat sistemidir.

22 iyul 2005-ə - Vista adı bildirilməyənədək Longhorn kod adı ilə tanınırdı. 30 Yanvar 2007-ci ildə bazara təqdim edilmişdir. Windows Vista köhnə versiya ilə müqayisədə bir çox yeni xüsusiyyət və dəyişikliyə sahibdir.Bu dəyişmə inkişaf etdirilmiş qrafiki istifadəçi interfeysi, vizual stil, yenidən hazırlanmış axtarış funksiyaları, multimedia vasitələri, yenidən hazırlanmış şəbəkə ünsiyyəti, görünüş və yazıçı kimi müxtəlif funksiyaları əhatə edir. Microsoftun Vista üçün təyin etdiyi əsas hədəf, Windows əməliyyat sisteminin təhlükəsizlik vəziyyətini inkişaf etdirmək olmuşdur. Vistanın işləyə bilməsi üçün ən azı 800 MHz tezlikli prosessor, RAM-ın 512 MB RAM-dan az olmaması lazımdır.

Windows Vista əməliyyat sistemi Microsoft şirkətinin istehtal etdiyi əməliyyat sistemləri arasında ən çox narazılıqlara, müzakirələ səbəb olan əməliyyat sistemi idi. Çoxları bunu Microsoftun “uğursuz”u kimi də adlandırırdılar. Beləliklə, "Microsoft" korporasiyasının 5 il əvvəl satışa çıxardığı Vista artıq satışdan çıxarılır. Vista 2017-cin ilin sentyabrın 11-dək "qismən dəstək" sistemində olacaq. "Tam dəstək" sisteminin dayandırılması o deməkdir ki, bu gündən etibarən istifadəçilər pulsuz texniki dəstək, təminat və yenilənmələrdən məhrum olacaqlar. Vista-nın təhlükəsizlik problemlərinin onlayn həll edilməsi və yenilənməsi də dayandırılıb.

W INDOWS 7

Windows 7 windows ailəsinin növbəti bir üzvü olub Windows Vistadan sonra çıxmışdır. Bu sistem 22 oktyabr 2009-cu ildə Windows Vistanin satışa çıxmasıdnan 3 il sonra alıcılara təqdim olunmuşdur. Windows 7-nin tərkibinə Vistadan tanıdığımız interfeys və quraşdırılmış proqramlar daxildir. Fərqli olaraq Game bölməsinə inkball, Ultimate extras; əlavələr bölməsinə Windows live, Microsoft Agent, Windows Meeting Space əlavə olunmuş; Start düyməsindən isə klassik menyuya keçid ləğv edilmişdir.



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin