Şakir Musayev
16
şəxslər» qismində hər hansı xidmətlə uzun müddət məşğul olan,
xüsusi təcrübə qazanmış, zəruri məlumatlara, elmdə, incəsənətdə və
hər hansı məşğuliyyətdə təcrübəyə malik şəxslərin dəvət olunması
göstərilirdi. Bilikli şəxslərin üzrsüz səbəbdən gəlməməsi onların
cərimə olunması məsuliyyətini nəzərdə tuturdu.
Azərbaycanda bəzi tibbi xarakterli məsələlərin qiymətləndiril-
məsinə xüsusi biliyi olan şəxsin cəlb olunması 19-cu əsrin əvvəllərinə
təsadüf edir.
Azərbaycanda ilk dəfə olaraq meyit, 19-cu əsrin əvvəllərində
Mirzə Məhəmməd İbn Əbdül-s-Əbur Təbrizi Qoballı tərəfindən
müayinə olunaraq sənədləşdirilmişdir. Mirzə Məhəmməd Təbrizi
“Müfəssəl təşrih” adlı kitabının giriş hissəsində göstərir ki, o, bu
kitabı yazarkən şəriət qanunlarına əsaslanaraq bir neçə meyit
yarmışdır.
Sovetlər birliyinin cinayət prosessual məcəlləsində ekspert rəyi
müstəqil sübut kimi qəbul edilirdi. Bununla bərabər mühakimə
icraatında xüsusi biliklərin müxtəlif formada tətbiqinə prosessual fərq
qoyulmurdu. Yeni CPM-nə görə «ekspert» və «mütəxəssis»
anlayışları bir-birindən fərqlənir. Ekspertizanın keçirilməsindən
əlavə, bəzi istintaq hərəkətlərində mütəxəssislərin iştirakı nəzərdə
tutulur. Sonrakı illər ərzində qanunvericilikdə cinayət mühakimə
icraatında xüsusi biliklərdən istifadənin tətbiqi daha da inkişaf etdi.
Müasir cinayət hüququnda, şəxsiyyət əleyhinə cinayətlərin
istintaqı zamanı istintaq və məhkəmə qarşısında duran məsələlərin
həlli üçün mütəxəssis və ekspertin iştirakı təkcə mürəkkəb kazuistik
hallarda yox, ümumi cinayət mühakimə icraatının mübahisəsiz
mütləq prinsipi kimi nəzərdə tutulur.
Cinayətin istintaqı və açılmasında «xüsusi biliklərdən» geniş
istifadə edilməsinə baxmayaraq 2000-ci ilə qədər qüvvədə olan
qanunvericilikdə və digər hüquqi normativ aktlarda «xüsusi», «xüsusi
bilik» və «mütəxəssis» kimi anlayışların dəqiq tərifi
göstərilməmişdir. «Bilik» təcrübədə yoxlanılmış və insan şüurunda
həkk olunmuş gerçəkliyin dərk edilməsinin nəticəsi olmaqla, onun
əsasında müəyyən mülahizə və nəticəyə gələ bilinəcək anlama və
təcrübədir. Çox çalarlı mənası olan «xüsusi» termini (latın dilində -
|