Şakir Musayev
318
sonrakı yoxlamanı dərinləşdirməyə və şəxsiyyətin identifikasiyası
ekspertizasını aparmağa imkan verir.
Mütəmadi olaraq məhkəmə tibbi ədəbiyyatlarda tanınmamış
meyitlərin göstəriciləri barəsində ekspert bankının təşkil olunması
haqqında məlumatlar öz əksini tapsa da, bunu məqsədə müvafiq
hesab etmək olmaz. Daha effektli yol DİN-də olan itkin düşmüş
şəxslərin axtarışı barəsində vahid dövlət hesabatı sisteminin
təkmilləşdirilməsidir. Məhkəmə tibb eksperti naməlum meyitlərin
axtarılıb şəxsiyyətinin müəyyən olunmasında iştirakının bir forması
da əməliyyat işçiləri tərəfindən meyiti müayinə etmiş şəxsə itkin
düşmüşün yaşına, cinsinə uyğun fotoşəkillər seriyasının
göstərilməsidir. Bu zaman mütəxəssis və əməliyyat işçisi meyitin
xarici əlamətləri ilə fotoşəkillərdə olan əlamətləri birlikdə müqayisə
edirlər. Bununla kəskin fərqləri olan bir çox şəxslər tez inkar edilir və
daha dəqiq yoxlanılması zəruri olan şəxslər qrupu ayrılır. Bu metod
effektiv olub, vaxta qənaət etməyə imkan verir.
Məhkəmə tibbi xidmətin və hüquq mühafizə orqanlarının
göstərilən qarşılıqlı əlaqə prinsiplərinə əməl olunması naməlum
meyitlərin şəxsiyyətlərinin və itkin düşmüş şəxslərin şəxsiyyətinin
təyin olunmasının təşkilində istintaq-axtarış və ekspert hərəkətlərinin
maksimal effektli olmasına şərait yaradır.
|