Maddə 129. Qəflətən baş vermiş güclü ruhi həyacan
vəziyyətində qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma
129.1.Zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və
ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər (hərəkətsizlik) nəticəsində,
habelə zərərçəkmiş şəxsi mütəmadi qanunsuz və ya əxlaqsız
davranışı ilə əlaqədar yaranmış uzun sürən dözülməz psixi şərait
nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt)
vəziyyətində qəsdən sağlamlığa ağır zərər vurma
iki ilədək müddətə azadlığın məşdudlaşdırılması və ya eyni
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
129.2.Zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və
ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər (hərəkətsizlik) nəticəsində,
habelə zərəçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız
davranışı ilə əlaqədar yaranmış uzunsürən dözülməz psixi şərait
nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt)
vəziyyətində qəsdən sağlamlığa az ağır zərər vurma
iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
|