Şakir Musayev


Cinayət mühakimə icraatının



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə80/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   76   77   78   79   80   81   82   83   ...   516
Cinayət mühakimə icraatının  

məhkəmə-tibbi təminatı  

 

75



qoyulmuş suallar ibtidai istintaq zamanı  həll edilmiş olsa da belə

ilkin ekspertiza hesab olunur. 

Ekspertin dindirilməsinin aparılma və çağırılma ardıcıllığı, yeri 

haqqında cinayət-prosessual qanunvericiliyində ayrıca danışılmır. 

Ekspertin məhkəməyə çağırışı  tərəflərin ümumi çağırılma 

qaydalarına uyğun olaraq aparılır. Ekspertə bildiriş göndərilir və ya 

imza edilməklə özünə  təqdim olunur. Bildirişdə  və ya göndərişdə 

kimin və hansı prosessual qismində çağırılması, dindirilmə vaxtı, 

tarixi, ünvanı, həmçinin üzürsüz səbəbə görə  gəlməməyinin səbəbi 

qeyd olunur. Bildirişdə əlavə və ya dəqiqləşdirmə tələb olunan rəyin 

nömrəsi, zərərçəkmişin soyadının göstərilməsi məqsədəuyğundur. 

Son illər təcrübədə  məhkəmə-tibb ekspertlərinin Birliyin 

rəhbərliyinin vasitəsilə teleqram, telefonoqram və faksoqram vasitəsi 

ilə çağırılması hallarına daha çox rast gəlinir. 

İbtidai istintaq zamanı ekspertin iş yerində dindirilməsi də 

mümkündür. Belə qaydaya CPM-nin 227.2 maddəsinə uyğun yol 

verilir və müstəntiqin suallarına tam və obyektiv cavab verilməsi 

nöqteyi-nəzərindən bir sıra üstünlükləri var. Bu hal ilk növbədə 

imkan verir ki, ekspert lazımi sənədlərə müraciət etsin, aktlar və 

rəylərlə, qeydiyyat jurnalları  və digər materiallarla, xüsusi 

ədəbiyyatlar və metodik vəsaitlərlə işləsin. Eyni zamanda ekspertin iş 

vaxtına qənaət etməsi üçün şərait yaranır. 

Dindirilməyə çağırılmış ekspert təyin olunmuş vaxtda gəlməlidir 

ya da əvvəlcədən müstəntiq və ya hakimi gələ bilməməsinin səbəbləri 

barədə  məlumatlandırmalıdır. Ekspert üzürsüz səbəbdən gəlmədikdə 

CPM-nin 178-ci maddəsinə uyğun olaraq gətirilmə  və ya digər 

prosessual məcburiyyətlər tətbiq oluna bilər. Gətirilmə gecə vaxtı, 

saat 22.00-dan 07.00-a qədər olan müddətdə ola bilməz (CPM, 

maddə 7.0.35). 

Ekspert CPM-nin 272-ci maddəsində  nəzərdə tutulmuş qaydada 

dindirilir. Dindirilmədən qabaq müstəntiq və ya hakim ekspertə 

istintaq hərəkətinin aparılma qaydasını izah edir, ekspertin 

şəxsiyyətini təsdiq edir, onun hüququnu, məsuliyyətini izah edir. 

Qanunvericiliyə görə  məhkəmə ekspertizasının nəticəsi ilə 

ekspertin dindirilməsi  əhəmiyyətinə görə eynidir. Hər iki halda 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin