Şakir Musayev


Cinayət mühakimə icraatının



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə113/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   109   110   111   112   113   114   115   116   ...   516
Cinayət mühakimə icraatının  

məhkəmə-tibbi təminatı  

 

109



5.4. Məhkəmə-ekspert idarəsinin 

məsləhətverici fəaliyyəti. 

 

Məsləhətverici fəaliyyət - şifahi anlatma və ya mütəxəssislər 



tərəfindən hüquq-mühafizə orqanlarının, fiziki və hüquqi şəxslərin 

sorğuları  əsasında məhkəmə-təbabətinə aid ümumi suallar və ya 

məhkəmə-tibb təcrübəsinə aid xüsusi suallar üzrə yazılı materialların 

(arayışların, məsləhətverici rəylərin, icmalların və s.) tərtib 

edilməsidir. Məlumatvermədən fərqli olaraq, məsləhətverici iş, bəzi 

hallarda xidməti vəzifələrin çərçivəsindən kənarda həyata keçirilir. 

Fəaliyyətin təşkilinin qayda və formaları təşkilatdaxili normativlərlə 

tənzimlənmir.  

Göstərilən məhkəmə-tibbi fəaliyyət növlərinin qeyri-prosessual 

növlərə aid edilməsi  şərtidir. Məsləhətverici fəaliyyətin nəticələri - 

arayış, məktub, hesabat, analitik və digər materiallar - 

qanunvericiliyə müvafiq olaraq, bəzi hallarda qanunda sənədlər 

(«digər sənədlər») adlandırılan sübut statusunu əldə edə bilər. 

Sənədlər müəssisə  və  təşkilatlar, vəzifəli  şəxs və  vətəndaşlar 

tərəfindən şərh olunduqda və yaxud təsdiq edilmiş fakt və hallar, iş 

üzrə sübut olunması lazım olan halların müəyyən edilməsi üçün 

əhəmiyyət kəsb etdikdə, sübut kimi qəbul olunur. Onlar, əsasən, ilkin 

dindirilmə və istintaq yoxlanışı mərhələsində istifadə olunur, cinayət 

faktının aşkar edilməsi məqsədinə xidmət edir. Cinayət işi qaldırmaq 

və ya cinayət işinin qaldırılmasından imtina etmək üçün əsas kimi 

baxılır. 

Göstərilən arayışlar istintaq və  məhkəmə-tibbi ekspertizanın 

keçirilməsi prosesində də (məsələn, ekspert sənədlərinin yoxlanması 

zamanı ekspert idarəsinin vəzifəli  şəxsləri tərəfindən  əhəmiyyətli 

nöqsanlar aşkar edildikdə) tərtib oluna bilər.  İşdə belə  sənədlərin, 

məsələn, məhkəmə-tibbi müayinə (canlı şəxsin müayinəsi) aktlarının 

və ya arayışlarının olması istintaq zamanı xüsusi məhkəmə-tibbi 

biliklərdən prosessual formada istifadə olunmanı əvəz etmir. 

Arayış-məlumat və ya məsləhətverici fəaliyyətin nəticələri iş üzrə 

sübut kimi yalnız bir şərtlə - arayışlarda  şərh və ya təsdiq olunan 

faktlar xüsusi ekspert müayinələrinin keçirilməsini tələb etmədikdə, 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin