Şakir Musayev


Cinayət mühakimə icraatının



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə169/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   165   166   167   168   169   170   171   172   ...   516
Cinayət mühakimə icraatının  

məhkəmə-tibbi təminatı  

 

165



istintaqının digər iştirakçılarına izah etmək zərurəti yarandıqda tələb 

oluna bilər, məsələn, məhkəmə-tibbi məlumatlara əsaslanan sübutlar 

təqdim olunduqda, ekspert rəyi açıqlandıqda və s. Ekspert öz fikrini 

xüsusi tibbi terminlərlə ifadə etmədikdə belə, məhkəmə-tibbi 

ekspertizanın predmetinin spesifikliyi ilə  əlaqədar ekspert rəyinin 

nəticələrinin mahiyyəti hər vaxt proses iştirakçılarına aydın olmur. 

Belə hallarda təqsirləndirilən (şübhəli)  şəxs, zərərçəkmiş  və ya  

onların müdafiəçisi ekspertin dindirilmədə  iştirak etməsi barədə 

vəsatət qaldırır. 

Dindirilmə istintaq eksperimentinə, ifadələrin yoxlanılması-na və 

tanınma üçün təqdim olunmaya hazırlığın  əsas tərkib hissəsidir. Bu 

hərəkətlərdə ekspertin iştirak etməsi nəzərdə tutulubsa, keçiriləcək 

istintaq hərəkətinin iştirakçılarının dindirilməsində onun iştirak 

etməsi daha məqsədəuyğun olardı. 

 Ekspert üçün dindirilmənin gedişində, cinayətin  şahidləri ilə  və 

ya onun törədilmə  şəraiti haqqında məlumatlara malik olan digən 

şəxslərlə bilavasitə əlaqə zamanı, nəticələri təsdiq edən və ya əksinə, 

zidd olan məlumatlar əldə etmək imkanının yaranması az əhəmiyyət 

kəsb etmir. Burada, aparılmış  tədqiqatların nəticələrinin, subyektiv 

olsa da, retrospektiv yoxlanılmasının  əlavə  nəzarət elementi aşkar 

olunur.  

İstintaq nöqteyi-nəzərindən, məhkəmə-tibb ekspertin 

dindirilmənin icrasına cəlb olunması  məqsədəuyğunluğunun təyin 

edilməsinin aşağıdakı meyarları vardır: 

1. maksimum düzgün ifadələr əldə etməyə səy göstərmək; 

2. məlumat alma vasitəsinin adekvatlığı, yəni ekspertin 

(mütəxəssisin) iştirakı olmadan bunun qeyri-mümkünlüyü; 

3. istintaqın gedişi və onun sirlərinin qorunması üçün minimal risklə 

tələb olunan nəticənin alınma mümkünlüyünü; 

4. məhkəmə-tibbi ekspertizanın nəticələrinin obyektivliyinin təmin 

olunması. 

Məhkəmə-tibb eksperti tərəfindən həll edilən məsələlərin 

spesifikliyi və prosesual vəziyyəti ekspertin dindirilməyə hazırlığında 

və  iştirakında ekspertin iş metodikasının və taktikasının 

xüsusiyyətlərini müəyyən edir.     




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   165   166   167   168   169   170   171   172   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin