Şakir Musayev



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə292/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   288   289   290   291   292   293   294   295   ...   516
 

Şakir Musayev  

 

290



toxuması düşməməlidir. Belə hallar meyitlərdən kobud surətdə dırnaq 

nümunələri götürüldükdə baş verir və sonrakı tədqiqatı çətinləşdirir. 

Meyitlərdə ifrazat və digər bioloji obyektlərin götürülməsində 

ifraz etmə  dərəcəsinin təyin oluna bilmə  zərurəti yarana bilməsini 

nəzərə almaq lazımdır. Həmin məqsədlə meyitdən öd nümunəsi 

götürülür, otaq temperaturunda tənzifdə qurudulur. Bu zaman tənzifə 

qan düşməməlidir. Öd olmadığı hallarda sidik və ya 3-5 ml 

miqdarında perikardial maye götürülür. Onlar şüşə qaba yığılır. Canlı 

şəxslərdə ifraz etmə  dərəcəsi barədə dolayısı olaraq ağız suyunda 

antigenlərin titrinin müayinəsi nəticəsində fikir söyləmək olar. 

Odlu silah, çapıcı, kəsici, deşici, küt alət və digər əşya zədələri ilə 

müşayiət olunan qətl, bədbəxt, intihar hadisələrində tibbi 

kriminalistik müayinə üçün laboratoriyaya üzərində yara və yara 

kanalı olan dəri, qığırdaq, sümük, parenximatoz orqan hissələri, 

müstəntiqin müvafiq yazılı müraciəti zamanı isə  həmçinin  əl 

barmaqları, naməlum meyitin ayrılmış  hissələri də göndərilir. Həmin 

nümunələr obyektin müəyyən xüsusiyyətlərini özlərində  əks etdirir. 

Onlar yalnız diaqnostik məqsədlər üçün deyil, müqayisəli tədqiqat və 

identifikasiya məqsədi ilə də müayinə edilir. Son halda öz təyinatı və 

prosessual təbiətinə görə bu obyektlər müqayisəli tədqiqat 

nümunələrinə yaxındırlar və onlar da yuxarıdakı qaydada götürülüb, 

Birliyin tibbi kriminalistika şöbəsinə göndərilirlər. 

Canlı  şəxslər və meyitlərlərdən müqayisəli tədqiqat üçün 

götürülmüş nümunələrdən başqa məhkəmə tibbi eksperti – 

mütəxəssis hadisə yerində olan əşyaların, maddi sübutlarda olan 

bioloji mənşəli iz nümunələrin götürülməsinə cəlb oluna bilər. Bunlar 

maddi sübutların bir hissəsi olub özlərində naməlum  şəxsin və ya 

güman olunan şəxsin xüsusiyyətlərini  əks etdirir və  mənasına görə 

nümunələrdir. Lakin onlar digər prosessual hərəkətlər gedişində 

(baxış, axtarış) götürülür.  

Üzərində qan izləri olan kiçik əşyalar – paltarlar, ayaqqabı, 

cinayət alətləri, hadisə yerindən götürülüb ekspertizaya tam 

göndərilir. Belə hal laboratoriyada onların dəqiq təsvir olunmasına və 

eyni zamanda təkcə bioloji tədqiqat aparmaq üçün deyil, həmçinin 

izlərin yaranma mexanizmi barəsində fikir söyləməyə imkan verir. 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   288   289   290   291   292   293   294   295   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin