Şakir Musayev



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə313/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   309   310   311   312   313   314   315   316   ...   516
 

Şakir Musayev  

 

312



Müstəntiqin icazəsi ilə  məhkəmə  həkimi tanıyan  şəxsə istintaq 

hərəkətinə dair suallar verə, ondan xüsusi əlamətlərin yerləşməsi, 

travma, xəstəliklər barəsində verdiyi ifadəsini dəqiqləşdirməyi xahiş 

edə bilər,  yönəldici suallara yol vermək olmaz. Əgər tanıyan  şəxs 

ona təqdim olunan meyitdə konkret şəxsi tanıdığını söyləyirsə, bu 

zaman ona bir daha hansı  əlamət və xüsusiyyətlərinə görə meyiti 

tanıdığı barədə izahat verməsi təklif olunur. 

Bir çox bioloji identifikasiya əlamətləri  şərti davamlıdır. Onlar 

vaxt və yaşla  əlaqədar, ölümdən sonrakı proseslər, zədələnmələr, 

meyitin qaldığı  şərait (yüksək və  aşağı temperatura, su) və digər 

hallarla bağlı  dəyişilə bilər. Buna görə  də  məhkəmə  təbabəti 

sahəsində mütəxəssisin bir vəzifəsi də identifikasiya əlamətlərinin 

davamlılığı, dəyişkənliyi, onların populyasiyada yayılması, müəyyən 

yığımda unikallığı barəsində müstəntiqə ətraflı məlumat verməkdir. 

Əgər tanınmaya təqdim etmə meyitin müayinəsinə  qədər 

aparılırsa, tanınmanın nəticələrini nəzərə almaqla ekspertizanın planı 

dəqiqləşdirilir.  Əlavə  və laborator müayinələrinin sayı, ardıcıllığı, 

meyitdən götürüləcək toxuma və hissələrin sayı, saxlama müddətləri, 

identifikasiya üçün hansı  əlavə materialların tələb olunması 

müəyyənləşdirilir. Tanınma fotoşəkil və videoyazıya görə olunursa, 

nəticənin obyektiv olması üçün onlar xarici əlamətləri oxşar olan 

(bədən quruluşu, yaşı, boyun uzunluğu, sifətin forması, tüklərin 

rəngi, cinsi) digər meyitlərin təsviri ilə  təqdim olunur. Təsvirlərin 

toplanmasında məhkəmə həkimi müstəntiqə kömək edə bilər. Qanuna 

görə  təsvirlərin sayı üçdən az olmamalıdır. Obyektlərin hədsiz çox 

olması tanıyanın diqqətini yayındırar və  nəticədə tanınmaya mənfi 

təsir göstərə bilər. Meyitlərin şəxsiyyətinin təyin olunmasında video 

və fototəsvirlərin səmərəliliyi təcrübədə  təsdiq olunmuşdur. Bu 

texniki vasitələrdən ekspertin gündəlik işində də istifadə etmək olar. 

Şəkil miqyasla çəkilir və o, fiksə olunan detalları örtməməlidir. 

Apparatın optik oxu obyektin səthinə perpendikulyar qoyulur. Ardıcıl 

olaraq meyitin ümumi görkəmi (paltarda və paltarsız, meyit tualetinə 

qədər və sonra), siqnalitik çəkilişə müvafiq başın görünüşü, xüsusi 

əlamətlər çəkilir. Bu zaman işıq bərabər düşməli, kölgələr 

olmamalıdır.  




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   309   310   311   312   313   314   315   316   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin