Şakir Musayev


Maddə 12. Ekspertin hüquqları



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə350/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   346   347   348   349   350   351   352   353   ...   516
 

Maddə 12. Ekspertin hüquqları 

Ekspertin aşağıdakı hüquqları vardır: 

- məhkəmə ekspertizasının predmetinə aid olan iş üzrə 



 

Şakir Musayev  

 

344



materiallarla tanış olmaq, onlardan lazımi məlumat götürmək və ya 

onların surətini çıxarmaq; 

- rəy verilməsi üçün zəruri olan əlavə tədqiqat obyektlərinin və 

iş üzrə materialların təqdim olunması barədə vəsatət vermək; 

- məhkəmə ekspertizasının aparılmasına başqa  ekspertlərin  

cəlb  olunması  haqqında vəsatət vermək; 

- məhkəmə ekspertizasının predmetinə aid olan məlumatların 

aydınlaşdırılması üçün məhkəmə ekspertizasını  təyin etmiş orqanın 

və ya şəxsin icazəsi ilə məhkəmə və istintaq hərəkətlərinin icraatında 

iştirak etmək; 

- məhkəmənin qərardadı (hakimin qərarı) ilə məhkəmə istintaqı 

mərhələsində işin materiallarının tədqiqində iştirak etmək; 

- verdiyi 

rəyin və ya ifadənin proses iştirakçıları  tərəfindən 

düzgün izah edilməməsi və yaxud təhrif edilməsi barədə istintaq 

hərəkətləri və ya məhkəmə iclasının protokoluna daxil edilməsi üçün 

məlumat vermək; 

- qoyulmuş suallardan əlavə  məhkəmə ekspertizasının 

predmetinə aid olan və iş üçün əhəmiyyətli sayılan digər halları da öz 

rəyində göstərmək; 

- məhkəmə ekspertizasını  təyin etmiş orqan və ya şəxsin 

hərəkəti ekspertin hüquqları pozduqda qanunla müəyyən edilmiş 

qaydada şikayət etmək. 

Ekspert məhkəmə ekspertizasının aparılmasından aşağıdakı 

hallarda imtina edə bilər: 

- məhkəmə ekspertizasının təyin edilməsinin prosessual qaydası 

pozulduqda və bu ekspertizanın aparılmasını  çətinləşdirdikdə  və ya 

onun aparılmasını qeyri-mümkün etdikdə; 

- verilən suallar ekspertin zəruri biliyindən kənara çıxdıqda; 

- tədqiqat obyektləri və  iş üzrə materiallar rəy verilməsi üçün 

yararsız olduqda və ya kifayət qədər olmadıqda və onların 

tamamlanması barədə ekspertin vəsatəti təmin edilmədikdə; 

- tədqiqat aparılması  və  rəy verilməsi üçün zəruri olan şərait, 

metodik vəsait və avadanlıqlar olmadıqda; 

- ekspertin həyatı  və sağlamlığı üçün real təhlükə mövcud 

olduqda. 





Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   346   347   348   349   350   351   352   353   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin