Şakir Musayev


Cinayət mühakimə icraatının



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə391/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   387   388   389   390   391   392   393   394   ...   516
Cinayət mühakimə icraatının  

məhkəmə-tibbi təminatı  

 

375



sübutların aşkar olunması  və  dəqiqləşdirilməsinə  cəlb edir, bununla 

əlaqədar izahatlar verir, protokolla tanış olub onu imzalayır.  

13. Məhkəmə-tibb eksperti təhqiqat orqanlarının, müstəntiqin, 

prokurorun, məhkəmənin çağırışı ilə ekspertiza keçirmək, ilkin və 

digər istintaq işlərində  iştirak etmək üçün mütləq gəlməlidir. 

Ekspertiza keçirməkdən, ilkin və digər istintaq hərəkətlərində iştirak 

etməkdən boyun qaçırmasına və ya üzrlü səbəb olmadan imtina 

etməsinə görə, həmçinin bilə-bilə yalan rəy verməsinə görə 

məhkəmə-tibb eksperti qanunla müəyyən olunmuş qaydada 

məsuliyyət daşıyır. 

13.1. Məhkəmə-tibb eksperti bir qayda olaraq öz vəzifəsini 

inzibati ərazi bölgüsünə uyğun icra edir. Təbii fəlakət, texnoloji qəza, 

fövqəladə hal və şöbələrdə ekspert işinin miqdarından (azlığından və 

çoxluğundan) asılı olaraq yalnız Birliyin Baş direktorunun əmri ilə 

məhkəmə-tibb eksperti başqa yerlərə göndərilə bilər. 

14. Ekspertizaların keçirilməsində qanunla müəyyən edilmiş 

ekspertin iştirak etməsini istisna edən hallar Azərbaycan Respublikası 

CPM-in müvafiq maddələri ilə tənzimlənir. 

15. Ekspertiza keçirərkən təhqiqat aparan şəxsin, müstəntiqin, 

prokurorun qərarında və ya məhkəmənin qərardadında qoyulmuş 

suallara cavab vermək üçün təqdim olunmuş sualların 

dəqiqləşdirilməsinə  və aydınlaşdırılmasına zərurət yaransa, 

məhkəmə-tibb eksperti bu haqda şifahi və ya yazılı xahiş edə bilər, 

eləcə  də o, biliyindən kənar, yaxud səlahiyyətinə daxil olmayan 

suallara cavab verməkdən imtina edə bilər. 

15.1.  Əgər ekspertiza zamanı  məhkəmə-tibb eksperti iş üçün 

əhəmiyyət daşıyan, lakin haqqında sual qoyulmamış hallarla 

qarşılaşarsa, yekun rəyində bunları göstərməyə hüququ vardır. 

16. Ekspertiza mürəkkəb olarsa, xüsusi məsələlərin həllinə lüzum 

yaranarsa, məhkəmə-tibb eksperti ekspertizanı  təyin etmiş orqan 

qarşısında müvafiq mütəxəssislərin cəlb olunması məsələsini qaldıra 

bilər. 


17. Məhkəmə-tibb eksperti apardığı ekspertizaya dair iş 

materiallarını zəruri hallarda tələb etməlidir. 





Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   387   388   389   390   391   392   393   394   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin