Şakir Musayev



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə440/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   436   437   438   439   440   441   442   443   ...   516
 

Şakir Musayev  

 

408



262.4. Müstəntiqin göstərişi və ya icazəsi ilə istintaq 

eksperimentinin aparılmasında foto, video və kino çəkilişdən və ya 

digər yazan texniki vasitələrdən istifadə edilə bilər. 

262.5. İstintaq eksperimentinin aparılmasına insanların həyatı və 

sağlamlığı üçün təhlükə yaranmadıqda,  şərəf və  ləyaqətləri 

alçaldılmadıqda, onlara maddi zərər vurulmadıqda yol verilir. 



 

Maddə 263. İstintaq eksperimentinin protokolu 

263.1.  İstintaq eksperimenti qurtardıqdan sonra müstəntiq 

protokol tərtib edir və həmin protokolda aşağıdakılar göstərilir: 

263.1.1. istintaq eksperimentinin aparıldığı tarix, vaxt və yer; 

263.1.2. müstəntiqin soyadı, adı və atasının adı, vəzifəsi; 

263.1.3. istintaq eksperimentinin aparılmasında iştirak edən 

digər  şəxslərin (şübhəli, təqsirləndirilən  şəxsin, müdafiəçinin, 

şahidin, mütəxəssisin, müəllimin, həkimin və digərlərinin) soyadı, adı 

və atasının adı, doğulduğu il, ay, gün və yer, iş yeri və ya vəzifəsi, 

faktiki yaşadığı və qeydiyyatda olduğu yer; 

263.1.4. barəsində istintaq eksperimenti aparılan  şəxsə onun 

hüquq və vəzifələrinin izah edilməsi barədə qeyd; 

263.1.5. İstintaq eksperimentinin aparılmasının xüsusiyyətləri, o 

cümlədən istintaq eksperimenti zamanı hansı  məlumatların 

yoxlanıldığı (dəqiqləşdirildiyi), habelə foto, video və kino çəkilişdən 

və ya digər yazan texniki vasitələrdən istifadə edilməsi barədə qeyd; 

263.1.6.  İstintaq eksperimentinin aparılması zamanı müşahidə 

edilmə ardıcıllığı ilə bütün aşkar olunanlar (eksperimentin halları və 

nəticələri təfərrüatı ilə göstərilir). 

263.2.  İstintaq eksperimentinin protokolu ona öz qeydlərinin 

daxil edilməsini tələb etmək hüququna malik olan bu istintaq 

hərəkətinin bütün iştirakçıları tərəfindən imzalanır. Protokol bir neçə 

səhifədə  tərtib edildikdə onun hər bir vərəqi göstərilən istintaq 

hərəkətinin iştirakçıları tərəfindən ayrıca imzalanır. 

263.3. İstintaq eksperimentinin aparılması zamanı foto, video və 

kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə 

edildikdə müvafiq yazılar, fotoşəkillər, çəkiliş lentləri, yaxud başqa 

məlumat daşıyıcıları protokola əlavə olunur. 





Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   436   437   438   439   440   441   442   443   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin