Şakir Musayev



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə486/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   482   483   484   485   486   487   488   489   ...   516
Maddə 132. Döymə 

Bu Məcəllənin 128 maddəsində göstərilən nəticələrə  səbəb 

olmayan qəsdən döymə  və  ya  sair  zorakı  hərəkətlərlə fiziki ağrı 

yetirmə  

minimum  əmək haqqı  məbləğinin iki yüz mislinədək miqdarda 

cərimə  və ya iki yüz qırx saatadək müddətə ictimai işlər və ya bir 

ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan 

məhrum etmə ilə cəzalandırılır. 

 

 

 




Cinayət mühakimə icraatının  

məhkəmə-tibbi təminatı  

 

437



Maddə 133. İşgəncə vermə 

133.1.Bu Məcəllənin 126 və 127-ci maddələrində göstərilən 

nəticələrə  səbəb olmayan mütəmadi olaraq döyməklə  və ya sair 

zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə  

üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

133.2.Eyni əməllər: 

133.2.1.iki və ya daha çox şəxsə qarşı  və ya girov götürülən, 

yaxud oğurlanmış şəxsə qarşı və ya sifarişlə törədildikdə; 

133.2.2.aşkar surətdə hamilə  vəziyyətində olan qadın barəsində 

törədildikdə; 

133.2.3.bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, 

mütəşəkkil dəstə  və ya cinayətkar birlik (təşkilat) tərəfindən 

törədildikdə; 

133.2.4.təqsirkar  şəxs üçün aşkar surətdə yetkinlik yaşına 

çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə; 

133.2.5.zərərçəkmiş  şəxsin xidməti vəzifəsini və ya ictimai 

borcunu yerinə yetirməsi ilə  əlaqədar onun özü və ya yaxın 

qohumlarına qarşı törədildikdə  

üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə 

cəzalandırılır. 

133.3.Bu Məcəllənin 133.1 və 133.2-ci maddələri ilə  nəzərdə 

tutulan  əməllər  şəxs-dən məlumat almaq və ya onu etirafa məcbur 

etmək, yaxud törətdiyi və ya törədilməsində şübhə doğurduğu əmələ 

görə həmin şəxsi cəzalandırmaq məqsədi ilə öz qulluq mövqeyindən 

istifadə etməklə  vəzifəli  şəxs tərəfindən və ya onun təhriki ilə 

törədildikdə  

beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə 

cəzalandırılır. 

 


Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   482   483   484   485   486   487   488   489   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin